Məfatihul Cinan
Статистика𝓑𝓲𝓼𝓶𝓲𝓵𝓵𝓪𝓱 Məfətihul Cinan Android Kitabının içində olanlar Cənnətin Açarları Android Kitabdan 💡Ayələr 📚 💡Hədislər 📚 💡Namazlar 📚 ADMİN @Seyyid313_bot
- Последний пост
- 10 апр.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- az
- Категория
- Религия (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
T.me/behistgullu
без подписи
Salamun Aleykum Əziz Möminlər kimin Xumsu olsa yazsın zəhmət olmazsa bu profilə @Seyyid313_bot
без подписи
без подписи
🌱🤲🏼 ✍Ümrə Məşhəd ziyarətinə getmək istəyənlərin nəzərinə! Hələ tur seçimində qərarsızsınızsa, “Ya Allah” deyib Miras turu seçməyiniz məsləhətdir. Niyə? Çünki miras Turla getsəniz, heç vaxt peşman olmayacaqsınız. Getməsəniz isə çox şey itirəcəksiniz. Zamane görürsünüz ki, elə yerə gəlib bəzi turlar insanlardan sui-istifadə edir: zəvvarı yarı yolda qoyur, ya da heç ürək açan xidmət göstərməyib onları öz başına buraxır. Bu səbəbdən də insanlarda inamsızlıq yaranır, ziyarətə getməyə soyuqqanlı yanaşırlar. Amma miras tur tamamilə fərqlidir. Burada zəvvarlara xidmət Allaha xatir edilir və ürək açandır. Başçı zəvvarlara ixlasla Allah eşqi ilə yaxşı xidmət göstərdikdə, zəvvar da getdiyi ziyarətdən turdan olduqca razı qalır ..hətta Ilk dəfə gedənlər yenidən miras Turla çox getmək istəyir .. Instagram hesabı ⬇️ ⬇️⬇️⬇️⬇️ @miras_tur_ T.me/behistgullu
https://t.me/behistgullu
без подписи
без подписи
без подписи
без подписи
без подписи
https://t.me/zikirler313
İmam Sadiq(ə) buyurub: "Xoş Bizim qiyam edənimizin şiələrinin halına! Onlar qeyb dövründə intizarda olar, zühur dövründə isə Ona(ə.f) itaət göstərərlər." "Biharul-ənvar", cild 52, səh.150, hədis 76
İmam Sadiq (ə) buyurur: ""13 dekabr-11 cəmadius-sani İmam Sadiq (ə) buyurur: "Ayın on birinci günü alış-veriş, bütün istəklər və hökmdarın qəbuluna getməkdən başqa, səfər etmək üçün münasibdir. Həmin gün qapalı olmaq daha məqsədəuyğundur.". > "Məkarimul-əxlaq", səh.755
Dünya ilan kimidir. Zahiri yumuşaq və aldadıcıdır. Batini isə öldürücü zəhərlə doludur. Uşaqlar onunla oynayır. Aqillər isə ondan qaçırlar. İMAM SADIQ (Ə.S)📖 𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦: @mefatihul_cinan
📚İmam Museyi-Kazım (ə) buyurur: “İmam Məhdi (ə) gözlərdən itsə də, heç vaxt möminlərin ürəklərindən çıxmayacaq”. (Kəmalud-din, fəsil 34, hədis 6, səh 57.) 🍃Allahummə əccil li vəliyyikəl fərəc🍃
"Quran gündüzdə yol göstərən, qaranlıq gecədə isə işıq saçandır." Həzrət Əli (ə) 𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦: @mefatihul_cinan
İlahi, nəfsimə pəhrizkarlıq əta et ki, onun sahibi, mövlası və onu paklayan xeyirxah Sənsən! İlahi, ona hidayət və doğru yolunu göstər, pəhrizkarlığını ilham et, onu bu dünyadan Öz rəhmətinlə aparıb cənnətin ən hündür mənzilində yer verməklə müjdələ, həyat və vəfatına sevinc bəxş et, dönüş yerini, evini, mənzilini və məkanını əziz bil ki, onun sahibi və mövlası Sənsən! Kitabın adı: Məfatihul Cinan
Sən mehribanların ən mehribansan!” – deyə yalvarıb dua etdikdə, onun duasını qəbul edib, düçar olduğu bəladan (xəstəlikdən və ailəsinə üz vermiş müsibətdən) qurtardın. Öz dərgahından (Əyyuba) bir rəhmət və ağıl sahiblərinə ibrət dərsi (öyüd-nəsihət) olsun deyə, (həlak olmuş) övladlarını qaytarıb ona verdin, üstəlik bir o qədər də əlavə etdin. Zənnun (balıq sahibi Yunis) qaranlıqlar içində (balığın qarnında, gecənin, yaxud dənizin zülmətində): "(İlahi!) Səndən başqa heç bir tanrı yoxdur. Sən bütün eyiblərdən pak və uzaqsan! Mən isə, həqiqətən, zalımlardan olmuşam (əmrinə qarşı çıxaraq özümə zülm eləmişəm)!” – deyib dua etdiyi zaman onun duasını qəbul buyurdun və (balığın qarnından çıxartmaqla) onu qəmdən qurtardın. Musa ilə Haruna: "Duanız qəbul olundu. Elə isə müqavimət göstərin!” – deyə buyurub, onların duasını qəbul etdikdə, Firon və onun qövmünü suda boğub öldürdün. Davudun günahını bağışlayıb, tövbəsini Öz tərəfindən rəhmət və (başqalarına) öyüd-nəsihət olaraq qəbul etdin. İsmail (Sənə və atasına) təslim olduqdan və (İbrahim İsmaili qurban kəsmək üçün) üzüstə yerə yıxdığı zaman ona böyük bir qurbanlıq əvəz verdin və onu rahatlıq və sevinclə müjdələyib nida etdin. Zəkəriyya xəlvətdə: "Ey Rəbbim, artıq sümüyüm zəifləmiş və başım ağappaq ağarmışdır! Ey Rəbbim, Sənə dua etməklə heç vaxt naümid olmamışam. (Nə dua etmişəmsə, qəbul olunmuşdur).” – deyə Səni səslədikdə, buyurdun: "Onlar ümid və qorxu ilə (rəhmətimizə ümid bəsləyib əzabımızdan qorxaraq) Bizi çağırırlar və onlar Bizə müti idilər.” Öz lütf və mərhəmətini iman gətirib yaxşı işlər görənlərə artırmaq üçün onların dualarını qəbul etdin. Elə isə məni Səni çağıranların və Səni arzulayanların ən zəlili qərar vermə, onların dualarını qəbul etdiyin kimi, mənim də duamı qəbul buyur! Sənə and verirəm onların haqqını! Öz paklığınla məni pak et, yaxış qəbulunla namaz və dualarımı qəbul et, ömrümün qalan hissəsinə sevinc bəxş et, məni sevinclə dünyadan apar və əhli-əyalımın arasında canişinim ol. Ey Rəbbim, dualarımla məni qoru, övladlarımı pak et, dostların və Sənə itaət edənlərin birinin övladlarını qoruduğun kimi, mənim də övladlarımı Öz himayənlə qoru! Sənə and verirəm Öz rəhmətini, ey rəhmlilərin ən rəhmlisi! Ey hər bir şeyi qoruyub-saxlayan, məxluqatından Səni çağıranların duasını qəbul edən və bütün hacət istəyənlərə yaxın olan! Səndən istəyirəm, ey Səndən başqa heç bir tanrı olmayan, doğmayan, doğulmayan və tayı-bərabəri olmayan diri, əbədi, yeganə və ehtiyacsız məbud! Sənə and verirəm bütün adlarını ki, onların vasitəsilə səmanı ucaltdın, yer üzünü genişləndirdin, dağları möhkəmlətdin, suları cari etdin və buludları, günəşi, ayı, ulduzları, gecə və gündüzü ram etdin və bütün məxluqatı yaratdın! Səmaları və yeri ucaldan, qaranlıqları işıqlandıran böyük zatının böyüklüyünün xatirinə Səndən istəyirəm ki, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetirəsən, məişət işlərim və vəfatımda mənə yetərli olasan, bütün işlərimi islah edəsən, məni bir göz qırpımı belə özbaşına buraxmayasan, mənim və əhli-əyalımın işlərini islah edəsən, onların qəm-qüssəsində mənə kifayət edəsən, məni və onları Öz xəzinələrin və heç zaman tükənməyən geniş fəzlinlə ehtiyacsız edəsən, məni və bəyəndiyin bəndələrini faydalandırdığın hikmət çeşmələrini qəlbimdə möhkəmlədəsən, İbrahim Xəlili imam seçdiyin kimi, axirəz-zamanda mənim üçün də təqvalılardan birini imam təyin edəsən. Çünki Sənin verdiyin müvəffəqiyyət sayəsində səadətə yetənlər səadətə yetdilər, tövbə edənlər tövbə etdilər və ibadət edənlər Sənə ibadət etdilər. Salehlər, xeyirxahlar, təvazökarlar, Sənə ibadət edənlər və Səndən qorxanlar Sənin yardımınla doğru yola yönəlib islah oldular. Sənin hidayətinlə cəhənnəm odundan xilas olanlar xilas oldu və yaratdıqların arasından ondan qorxanlar qorxdular. Sənin zəlil etməyinlə batil əhli ziyana uğradılar, zülmkarlar həlak oldular və qafillər qəflətə daldılar.