tgindex
İftitah

"Varla yox arasında yaşanır, Bəzi"Eşqlər" "Gəl deməyə həyat icazə verməz.. Get deməyə də qəlbin..🥀❤️‍🩹 Mədədi Ya Zəhra (s.ə)

Последний пост
14 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
3
Всего постов
22
Тип
открытый
Язык
az
Категория
Религия (по похожим)
В каталоге с
13 авг.
Подписчики
2 649
−2 за 4 дн.
Сутки
+1
+0,04%
Неделя
 
Месяц
 
Просмотров на пост
186
22 постов
Вовлечённость
7,0%
к подписчикам
Постов в день
0,4
всего 22
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
28
1/48двое суток
32
1/72трое суток
34

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • Ustad Şeyx Cəfər Nasiri : İmam Zamanın (ə.f.) müqəddəs hüzuruna necə təvəssül etmək barədə deyilməlidir ki, o Həzrətə daimi qəlbi bağlılıq göstərməklə yanaşı, böyük əxlaq alimləri arasında xüsusi bir qayda da mövcud olmuşdur. O cümlədən mərhum Ayətullah Seyid Əbdülkərim Kəşmiri (r.ə) buna xüsusi təkid edirdi. Bu qayda belədir ki, insan gecə-gündüzün müəyyən bir vaxtını davamlı və nizamlı şəkildə İmam Zamanın (ə.f.) müqəddəs hüzuruna diqqət və təvəssülə həsr etsin. Bu məqsədlə müxtəlif mənəvi göstərişlər mövcuddur. 🔸 İmam Zamana (ə.f.) təvəssül və mənəvi bağlılıq üçün ən təsirli ibadətlərdən biri Həzrətin namazıdır. Bəzi alimlər və o Həzrətin aşiqi olan möminlər bu namazı gündəlik proqramlarının bir hissəsinə çevirmişdilər. Heç olmasa, həftədə bir dəfə – cümə günü – bu namazı qılmaq yaddan çıxmamalıdır. 🔸 Mərhum Ayətullah Seyid Əbdülkərim Kəşmirinin (r.ə) İmam Zamanın (ə.f.) müqəddəs hüzuruna təvəssül üçün tövsiyə etdiyi zikrlərdən biri də budur: «المُستَعانُ بِكَ يا ابنَ الحَسَن» *"Ey Həsən övladı! Kömək dilənilən Sənsən." Bu zikr **İmamın (ə.f.) müqəddəs hüzurundan yardım və kömək istəmək üçün çox fəzilətli zikrlərdən hesab olunur. Tövsiyə olunan sayı 570 dəfə**dir.

  • İmam Zaman (ə.f.) bir məkanda olduğu halda necə bütün aləmə nəzarət edə bilir? Əgər desək ki, hər yerdədir, bu necə mümkündür? Məgər bir cisim eyni anda bir neçə yerdə ola bilər? İmam Zamanın (ə.f.) hər yerə nəzarət etməsi o demək deyil ki, Həzrət uca bir yerdə oturub bizi seyr edir. Çünki "nəzarət etmək" yalnız baxmaq və görmək mənasını daşımır. Burada məqsəd Həzrətin aləmin işlərinə və insanların halına elmi cəhətdən əhatə sahibi olmasıdır. Bu elm və agahlıq Allah-Taalanın məsumlara bəxş etdiyi ilahi elmdən qaynaqlanır. İmam Sadiq (ə) buyurur: > «Allahın elə məxluqları vardır ki, onları Öz nuru və rəhmətindən, Öz rəhməti üçün yaratmışdır. Onlar Allahın izni ilə Onun yaradılmışlar arasında görən gözü, eşidən qulağı və danışan dilidirlər.» Allahın nurundan yaradılma həqiqəti bizim üçün tam aydın olmasa da, demək olar ki, bu, maddi olmayan, çox uca bir məqamdır. Bu nurani məqam zaman və məkanla məhdudlaşmır, hər şeyi əhatə edir və ilahi elmin bir təcəllisidir. Məsumların (ə) elmi də – onlar kamil insan, Allahın yer üzündəki xəlifəsi, ilahi ad və sifətlərin kamil təcəllisi olduqları üçün – ilahi elmin təzahürüdür. Buna görə də Allahın bilmələrini istədiyi hər bir şeydən xəbərdardırlar. 📚 Mənbə: *Biharül-ənvar*, c. 26, s. 240. @iftitah313 💟

  • Ayətullah Behcət (r.ə): İmam Zaman( ə.c) vüsalına teşnə , camalına vurğun olanlara həyat və mərifət suyu verir. Görəsən, biz mərifətə susamış və görüşü arzulayanıq, amma o Həzrət bizə su vermir?!” 📖 Mənbə: Dar-e Hozur-e Behcət, c. 2, s. 369. @iftitah313 💟

  • ✍ Ayətullah Behcət: 📿 Zühurun tezləşməsi üçün İmam Zaman ağaya (ə) çoxlu salavat hədiyyə edin. @iftitah313 💟

  • Ayətullah Cavadi Amuli əsərlərində Həzrəti Mehdilə (af) bağlı bəzi dua və hədislərin şərhində zühuru gözləyən qadının xüsusiyyətlərini də sayır. Belə ki, duaların birində bu xüsusiyyat belə göstərilir: « وَعَلَى النِّسَاءِ بِالْحَيَاءِ وَالْعِفَّةِ…اللَّهُمَّ ارْزُقْنَا تَوْفِيقَ الطَّاعَةِ وَ بُعْدَ الْمَعْصِيَةِ» “(Ey Allah)... qadınlara həya və iffət (diləyirəm). Alim duanın bu parçasını şahid gətirərək göstərir ki, deməli müntəzir qadının iki xüsusiyyəti vardır: 1 – Həya. 2 – İffət. Həya nəfsi hər cür bulanışıqlıq, çirkinlik və eybin qarşısında qorumaqdır. İffət isə nəfsi meyillər və şəhvətlərin qarşısını almaqdır. Sonuncu imamı gözləyən qadınlar həm həyalı və həm də iffətlidir. Sadalanan bu xüsusiyyətlər onların yalnız müntəzir qadınlara aid olduğunu göstərmir. Bu bütün qadınlara yaraşan bir xüsusiyyətdir. Varlıların vəzifələri Dualarda varlılarında vəzifələri göstərilir. Onlarda iki qisimdən ibarətdir. Belə ki, duada deyilir: «وَعَلَى الْأَغْنِيَاءِ بِالتَّوَاضُعِ وَالسَّعَةِ» “Varlılara təvazükarlıq və səxavət (diləyirəm). Deməli, bu iki xüsusiyyəti sərvətlilərdən gözləməliyik: 1 – Təvazökarlıq. 2 – Əliaçıqlıq və ehtiyaclılara kömək. @iftitah313 💟

  • ✍ Ayətullah Behcət: 📿 Zühurun tezləşməsi üçün İmam Zaman ağaya (ə) çoxlu salavat hədiyyə edin. @iftitah313 💟

  • Bizim başımızın üzərində ata kölgəsi yoxdur. İmamımızdan uzaq düşmüşük. Şiələrin və dünya məzlumlarının həyatındakı bu qədər bədbəxtçilik və çətinliyin səbəbi İlahi höccətin olmamasıdır. Hər bir-neçə saniyədə bir müsəlman uşağı acından ölür, özü də çox körpə uşaqlar. Düşün ki, sənin öz balandır, öz uşağın və öz körpə qızındır, öz nəvəndir, sənin gözünün önündə körpə balan aclıq və susuzluqdan əl-ayaq çalır! Amma sən heç bir iş görə bilmirsən, heç bir çarən yoxdur! Sənin qəlbini yandıran bu səhnələr, İmam Zamanın (ə.f) ürəyini dağlayır. Buna görədir ki, buyurur "zühurun tezləşməsi və fərəc üçün çox dua edin". Həzrət İmam Mehdinin (ə) qəlbi və ruhu məzlum insanların bu vəziyyətinə görə çox sıxıntıdadır. Üzərimizdə ata kimi məsuliyyət və mehribanlığı var. Xəstəlikdən və düşmən güllələrindən ölən və aclıqdan əl-ayaq çalan bu uşaqların hər biri üçün qəm-qüssədən ölür və dirilir! Müsəlman ailələrində baş verən dava-dalaş və boşanmalar O həzrətin (ə.f) ürəyini yandırır. Biz gərək tam səmimiyyətimiz və bütün vücudumuz ilə Allahı çağıraq ki, İlahi, bizim mövlamızın fərəcini tezləşdir! İlahi, bütün dünya hazırkı vəziyyətdən cana yığılıb, problem, dərd, qəm və qüssənin daxil olmadığı bir ev qalmayıb! Ustad Şücayi @iftitah313 💟

  • ✍ Ayətullah Behcət: 📿 Zühurun tezləşməsi üçün İmam Zaman ağaya (ə) çoxlu salavat hədiyyə edin. @iftitah313 💟

  • 6 апр.297131

    🔴 Dəccalın fitnəsindən amanda qalmaq üçün Qariə surəsini oxuyun 🌕 İmam Baqir (əleyhis-salam) buyurur: Hər kim Qariə surəsini çox oxuyarsa, Allah-taala onu Dəccalın fitnəsindən qoruyar ki, ona iman gətirməsin. İnşallah, Qiyamət günü də onu Cəhənnəmin istisindən amanda saxlayar..» 📗 Mənbə: Təfsiru Əhlil-Beyt, c.18, s.344 Səvabul-əmal, s.125 🔴 Sarı bayraqlar və qırmızı ölüm... 🌕 İmam Baqir (əleyhis-salam), İmam Əlidən nəql edərək Şamda axırzaman hadisələri haqqında buyurur: “…Şamda nizələr (ordular) arasında ixtilaf baş verər və bu, Allahın əlamətlərindən bir əlamət ilə nəticələnər.” Soruşdular: “Bu nə əlamətdir, ey Möminlərin Əmiri?” Buyurdu: “Şamda baş verən bir zəlzələdir ki, orada yüz mindən çox insan həlak olar. Allah bunu möminlər üçün rəhmət, kafirlər üçün isə əzab edər. Bu zaman boz rəngli atlara minmiş dəstələrə və sarı bayraqlara baxın — onlar qərbdən gələrək Şama daxil olarlar. Bu, ən böyük iztirab və ‘qırmızı ölüm’ zamanı olacaq…” 📗 Mənbə: Biharul-ənvar, c.52, s.253 əl-Ğeybə (Nömani), c.1, s.305 @iftitah313 💟

  • 5 апр.208151

    _🖋️İmam Məhdi (ə.f) buyurub:_ _Sizin hər biriniz Bizimlə dostluq üçün vasitə olan şeylərə əl atmalı, Bizi qəzəbləndirəcək şeylərdən uzaq olmalısınız!_ _📖Təhzibul-əhkam; c.1, səh. 38._

  • İmam Zaman (ə.c.f) özü yazdığı məşhur məktubda (tövqidə) buyurur: Zühurumun tezləşməsi üçün çox dua edin. Çünki sizin qurtuluşunuz (fərəciniz) elə bu duadadır. (Kamalud Din, cild. 2, səhifə. 485)

  • 2 апр.250101

    Allahın Rəsulu (s) buyurub: "Hər kim biz Əhli-beytlə (ə) düşmənçilik etsə, Allah onu yəhudilərlə məşhur edər. Soruşdular: -Hətta əgər şəhadəteyni desə də? Buyurdu: -Bəli. Bununla (şəhadətyni deməklə) yalnız xar şəkildə qanının tökülməsinin və ya cizyə verməsinin qarşısını alır." Ardınca Həzrət (s) buyurur: "Hər kim biz Əhli-beytlə (ə) düşmənçilik etsə, Allah onu yəhudilərlə məşhur edəcək. Soruşdular: -Ey Allahın Rəsulu(s)! Bu necə olur? Buyurdu: -Əgər Dəccalı görsə, ona iman gətirər." 📚 Məhasine Burqi 1/90 Səvabul-Əmal/203 @iftitah313 💟

  • 💠 Adəmdən (ə) Xatəmə (s) qədər 💢 Bütün peyğəmbərlər zühur dövründə rəcət edəcəklər ki, Allah dininin qələbəsini və tarix boyu davam etmiş möminlərin məzlumiyyətinin sona çatmasını müşahidə etsinlər. Allahın bütün məsum elçilərinin, Adəmdən (ə) Xatəmə (s) qədər bir araya gəlməsi — onların ilahi ədəb və əxlaqı ilə hər birinin öz dövrü və gələcək üçün nümunə olması — və sonra onların yer üzündəki cihad hərəkətləri təsvir olunmazdır. 🔻 İmam Baqir (ə) buyurur: “Allah Adəmdən bu günə qədər heç bir peyğəmbər göndərməmişdir ki, dünyaya geri qayıtmasın və Əmirəl-mömininə kömək etməsin.” 📚 Təfsirul-Qummi, c. 1, s. 106 @iftitah313 💟

  • İmam Səccad(ə) buyurub: İmam Zaman(ə.f)in zühurunun həqiqi intizarın çəkənlər, hər əsrin ən yaxşı insanlarıdır. @iftitah313 💟

  • Susuzlar suyu istədiyi kimi məni arzu etsəydiniz , mən gələrdim. Imam Məhdi(ə.f) . O, bir gün mütləq gələcək... @iftitah313 💟

  • 🇺🇸💥 ABŞ işğal olunmuş Fələstində Armageddon müharibəsinə hazırlaşır. 🔘 1-ci hissə: ABŞ-ın Armageddon müharibəsi yaratmaq istəyinin səbəbi ✝ ABŞ-da xüsusilə respublikaçı hökumətlərin siyasi davranışlarının, o cümlədən Yaxın Şərq siyasətlərinin nəzəri əsasını İncil təbliğçilərinin ideologiyası təşkil edir. Bu ideologiya isə Tövratın (Əhdi-Qədim) Daniyal kitabında və İncilin (Əhdi-Cədid) Yəhyanın vəhy və röyalarında yer alan qiyamətə dair peyğəmbərliklərə əsaslanır. 🔥 Bu peyğəmbərliklərə görə, İsa Məsihin (ə.s) yenidən zühur etməsi üçün müəyyən hadisələr baş verməlidir və bu məktəbin tərəfdarları bu hadisələrin tez baş verməsi üçün dini vəzifə kimi fəaliyyət göstərməlidirlər. 📡 İncil təbliğçiləri son onilliklərdə kütləvi informasiya vasitələrindən istifadə edərək yüzlərlə radio və televiziya kanalı qurmuş, milyonlarla kitab və minlərlə jurnal nəşr etmiş, həmçinin bir sıra cəlbedici filmlər çəkərək yeni bir ideoloji ədəbiyyat formalaşdırmışlar. 🗺 Bu ideologiyaya əsasən, üçüncü minilliyin başlanğıcında dünya İsa Məsihin zühurunun müqəddiməsi olacaq böyük bir dəyişikliklə qarşılaşmalıdır. 💥 Bu dəyişiklik “Armageddon” adlı qlobal müharibənin baş verməsidir. Onların hazırladığı ssenariyə görə bu proses belədir: ✡️ 1. Yəhudilər dünyanın hər yerindən Fələstinə toplanır və Nil çayından Fərat çayına qədər uzanan ərazidə İsrail dövləti qurulur. 🕌 2. Yəhudilər Qüdsdə Əl-Əqsa məscidini və Qaya məscidini dağıdaraq onların yerində Süleyman məbədini (heykəlini) tikirlər. ⚔ 3. Bu məscidlər dağıdıldıqdan sonra “xeyir” və “şər” qüvvələri arasında son müqəddəs müharibə başlayır. Xeyir qüvvələrinə ABŞ və İngiltərə rəhbərlik edir, şər qüvvələri isə Şərqdən – Rusiya, İran və İraqdan gələn milyonlarla insan olur. Onlar “Hare Məcdo” və ya “Armageddon” adlanan ərazidə, Fələstinin şimalında, Hayfa yaxınlığında qarşılaşırlar. Bu müharibə 7 il davam edir və nüvə müharibəsi nəticəsində dünya məhv olur. 🛰 4. Bu zaman İsa Məsih (ə.s) yer üzünə qayıdır və yenidən doğulmuş xristianları böyük bir vasitə ilə göyə aparır. 🕍 5. Müharibə zamanı şər qüvvələr (dəccalın rəhbərliyi ilə) qalib gəlmək üzrə olduqda, İsa Məsih (ə.s) yenidən zühur edir, dəccalı məğlub edir və Qüds mərkəzli qlobal hakimiyyət qurur. 🏜 6. Xristianlar İsa Məsihin zühurunu sürətləndirmək üçün Babil ölkəsini (indiki İraq) məhv etməli və Fərat çayı tam qurumalıdır — bu da zühurun əlamətlərindəndir. 💥 7. İsa Məsihin (ə.s) qayıdışı və dəccalın məğlubiyyətindən sonra dünyada sülh hökm sürəcək. Buna görə də, bu inanca görə xristianlar qlobal sülhə çatmaq üçün Armageddon müharibəsinin baş verməsinə zəmin hazırlamalıdırlar. ⬅️ “İsrailin süqutu” kitabından götürülüb, səhifə 24 @iftitah313 💟

  • Qeyb dövründə Allahın dinində möhkəm olmaq üçün bu duanı mütləq oxumalıyıq İmam Sadiq (ə) İbn Sənana xitab edərək buyurmuşdur: “Tezliklə şəkk və tərəddüdə düşəcəksiniz, aydın nişanə və yol göstərən imamsız qalacaqsınız. Həmin şəkk və tərəddüddən “Ğəriq” duasının oxuyandan başqa heç kəs qurtula bilməyəcək.” (İbn Sənan nəql edir ki,) dedim: “Ğəriq” duası necədir? Buyurdu: Deyirsən: يا اللهُ يا رحمانُ يا رحيمُ يا مُقَلِّبَ القُلُوبِ ثَبِّتْ قَلْبِي عَلي دِينِك (Ya Allahu Ya Rəhmanu Ya Rəhim, Ya muqəllibəl-qulub, səbbit qəlbi əla dinik.) “Ey Allah! Ey Bağışlayan! Ey mehriban! Ey qəlbləri haldan hala salan! Mənim qəlbimi öz dinində möhkəm et!” @iftitah313 💟

  • Bu, İmam Cəfər Sadiq (ə) tərəfindən söylənən bir hədisdir. 🔰 İmam Cəfər Sadiq (ə) buyurur: ... Əgər qeyb dövrünü (zamanını) dərk etsən, onda bu duanı oxu: "Allahım, Özünü mənə tanıtdır, çünki əgər Mənə Özünü tanıtmassan, Peyğəmbərini tanımayacağam. Allahım, Rəsulunu mənə tanıtdır, çünki əgər Rəsulunu mənə tanıtmassan, Sənin haqqın olan imamı (imam zaman) tanımayacağam. Allahım, İmamını mənə tanıtdır, çünki əgər Onu mənə tanıtmassan, dinimdən azaram." 📝 Əl-Kafi, Cild 1, səhifə 337 Bu dua, İmam Zaman (ə) dövründə imanlı və düzgün bir şəkildə yaşamaq və doğru yolu tapmaq üçün mühüm bir dua olaraq təklif olunur. @iftitah313 💟

  • ✍ Ustad Şeyx Cə'fər Nasiri 👉 Həzrət Bəqiyyətullah (ə.f) ilə bir rəngdə və vəhdətdə olmaq üçün ən mühüm amillərdən biri Həzrət Seyyiduş şuhəda İmam Hüseynə (ə) ağlamaqdır. @iftitah313 💟

  • ✅ Heç olmasa yuxuda 🔹Neçə gün bundan öncə yuxuda sevdiyim və almaq istədiyim bir maşını gördüm. Gördüm ki, maşında oturmuşam və sürürəm. Çox rahat maşın idi.... 🔹Yuxudan ayrıldıqdan sonra dövrümüzün kamil və arif şəxslərindən olan Həzrət Ayətullahul uzma Bəhcətin (r) sözü yadıma düşdü. 🔹Ayətullah Bəhcət (r) buyurardı: "Əgər bir kəs doğrudanda İmam Zamanı istəsə, heç olmasa Ağanı (ə.f) yuxuda görər." 👉 Ona görə də çalışaq sevgimizi dəyəri olmayan şeylərə (maşın, ev, pul və s) xərcləməyək. Gecələr yuxuda gördüyümüz şeylər, əslində dünyada onlara bağlandığımız şeylərdir. Əgər qəlbimizdə bunlara ayırdığımız sevgiləri İmam Zamana (ə.f) ayırmış olsaydıq, heç olmasa yuxuda da olsun, Ağanı (ə.f) ziyarət edərdik. @iftitah313 💟