AzadBaki.com
СтатистикаSəhifədə Azərbaycanda və qonşu region ölkələrində baş verən hadisələr haqqında məlumatlar veriləcək və ölkəmizdəki çatışmazlıqların, korrupsiyanın, mediada yayımlanan yalan xəbərlərin aradan qaldırılması üzrə hadisələr işıqlandırılacaq. AzadBaki.com
- Последний пост
- 11 янв.
- Последнее чтение
- 12 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- az
- В каталоге с
- 12 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
Atalar sözü: Anası gəzən ağacı, balası budaq-bidaq gəzər. Muəmmayi şah filmindən
Qlobal Sumud filosunun aktivisti bildirirlir ki, əsir qaldıqları 5 gün ərzində onlara işgəncə verən İsrail əsgərləri, türk millətinə mənsub muzdlu əsgərlər olub.
Türklər Ayətullah Xameneini və İranı dəstəkləyirlər. @azadbaki
Türkiyənin "Turan birliyi" qurulmamış dağıldı.
İran İraq, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Türkiyə və Bəhreynə bildiriş göndərib: “ABŞ-in İrana hücumuna hər hansı dəstək verəcəkləri təqdirdə bu, düşmənçilik aktı kimi qiymətləndiriləcək və buna qarşı müvafiq addımlar atılacaq”.
İran Prezidenti Məsud Pezeşkian köməkçisi Şəhram Dəbirini lüks səyahətə getdiyi üçün vəzifəsindən azad edib. “AzadBaki” İnformasiya Agentliyi xəbər verir ki, məlumatı İran mediası yayımlayıb. M.Pezeşkian məsələ ilə bağlı açıqlamasında bildirib ki, Dəbirinin Novruz bayram tətilində Antarktidaya lüks səyahətə getdiyi müəyyənləşib: “Kasıbların çox olduğu bir ölkədə vəzifəli şəxslərin öz vəsaitləri hesabına olsa belə, bahalı əyləncə səyahətlərə getməsi müdafiə edilə və ya haqlı sayıla bilməz. Bu, səlahiyyətlilərin sadə həyat standartları ilə uyğun deyildir”. Qeyd edək ki, Şəhram Dəbirinin bayram tətilində Antarktidaya lüks səyahətə getdiyi və orada əylənməsinə dair mediada məlumatlar yayılıb. O, dövlətin deyil, öz maliyyə vəsaiti hesabına səyahətə çıxdığını bildirsə də, ancaq bu, qarşı tərəfi qane etməyib.
Türkiyə Suriyada İsraillə qarşıdurma istəmir. "AzadBaki" İnformasiya Agentliyi KİV-ə istinadən xəbər verir ki bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan “Reuters“ə müsahibəsində bildirib. Hakan Fidanın sözlərinə görə, əgər Suriya İsraillə müəyyən anlaşma istəyirsə, bu, onların işidir: “Əgər Dəməşqin yeni administrasiyası Türkiyə kimi, Suriyanın qonşusu olan İsraillə “müəyyən anlaşmalar” əldə etmək istəyirsə, bu, onların öz işidir”. Fidan vurğulayıb ki, İsrailin hücumları Suriyanın İŞİD və digər təhdidlərin qarşısını almaq qabiliyyətinə zərbə vurur: “İsrailin Suriyadakı hərəkətləri gələcək regional qeyri-sabitliyə yol açır”.
Husilər hipersəs ballistik raketlə İsrailin enerji infrastrukturuna zərbə endirib.
Yəmən husiləri 31.03.2025 tarixində ABŞ-in heç bir ölkəyə satmadığı E-2 kəşfiyyat, komanda və hücum təyyarəsini məhv ediblər.
Bu gün Ramazan ayının son cümə günü Beynəlxalq "Qüds Günü" kimi qeyd edilir. "AzadBaki" İnformasiya Agentliyi İran mediasına istinadən xəbər verir ki, hazırda İranda Beynəlxalq Qüds Günü ilə əlaqədar bir çox əyalətlərdə kütləvi yürüşlər keçirilir. Yürüşdə İran prezidenti Məsud Pezeşkian, xarici işlər naziri Abbas Əraqçi, parlamentin sədri Məhəmməd Baqir Qalibaf və digər yüksək rütbəli rəsmilər də iştirak ediblər. Qeyd edək ki, Beynəlxalq Qüds Günü “Fələstinin müstəqillik uğrunda mübarizəsi ilə həmrəylik günü”dür. 1979-cu ildə Ayətullah Xomeyni tərəfindən təsis edilib. Ramazan ayının sonuncu cümə günü qeyd olunur.
Bakının Yasamal rayonun Alatava deyilən ərazisində tikinti işi aparan şirkət sakinlər evdə ola-ola ekskavatorla evin bir hissəsini dağıdıb. UPD: Hüquqşunas Müşviq Abbasov: "Diqqət! Bu görüntülər bu gün Yasamalda çəkilib. "Melissa park"-ın rəhbərliyinin göstərişi ilə vətəndaş Elarə Hacıyevaya məxsus mənzil belə dağıdılır. Hətta məhkəmə qərarı olsa belə bu cür hərəkət cinayətdir. Vətəndaşın həyatı heç bir halda təhlükəyə atıla bilməz. Hardadır icraçılar və digər dövlət orqanlarının nümayəndələri? Belə məhkəmə qərarı icra olunar? Konkret özbaşınalıqdır".
Yəmənli kişinin Amerikanın bonbardumanına qarşı şücaətli reaksiyası dünyada gündəm olub.
Türkiyənin "meqastarı" adlandırılan müğənni Tarkan etirazçılara dəstək verib: "Demokratiyanın fəzilətlərinə və əhəmiyyətinə inanan biri kimi mən həmişə ən əsas azadlıq hüquqlarımız üçün səsimi ucaltmışam. Mən bəzən qadınların və uşaqların təhlükəsizliyi və gələcəyi, bəzən təbiətin və heyvanların hüquqları üçün, ən çox isə müstəqil və ədalətli hüquq sistemi üçün səsimi qaldırdım. Uzun müddətdir davam edən hər cür ədalətsizliklər, qanunsuz məhkəmələr və qanuni prosedurlara uyğun gəlməyən təcrübələr nəticəsində insanların demokratiyanı hər zamankindən daha çox qəbul etdiyini görmək ümidvericidir. Xalqımızın siyasi şüur və oyanışla haqsızlığa qarşı bir yerdə olmasını görmək məni qürurlandırır, duyğulandırır. Daha ədalətli və azad gələcək naminə qanunun mütləq müstəqilliyini və üstünlüyünü təmin etmək və qorumaqda inamımızı itirmədən birləşə biləcəyimizi görmək çox xoşdur. Ümid edirəm ki, bu demokratiya mübarizəsi yorğun ümidimizə yeni cücərtilər verəcək və ölkəmizi daha dinc günlər gözləyir".
Yəmənin müdafiə naziri Səudiyyə Ərəbistanı və BƏƏ-ni dağdıcı böyük müharibə ilə hədələib "AzadBaki" İnformasiya Agentliyi xəbər verir ki, Yəmənin müdafiə naziri general Məhəmməd əl-Atifi Səudiyyə Ərəbistanı və BƏƏ-ni qlobal münaqişəyə çevrilə biləcəyi böyük müharibə ilə hədələyən sərt bəyanat verib. “Biz döyüşü Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin ürəyinə aparacağıq. Bu döyüş yalnız Yəmənlə məhdudlaşmayacaq ”, - deyən əl-Atifi nəticələrinin Körfəz monarxiyaları üçün fəlakətli olacağını bildirib. Yəmənli güc naziri enerji sektoru və həyati əhəmiyyət kəsb edən su obyektləri də daxil olmaqla, əsas infrastrukturu məhv etməklə hədələyib. “Orada hər şeyi yandıracağıq. Bu, bir neçə gün ərzində Əl Səud rejimini məhv edəcəyimiz III Dünya Müharibəsi olacaq və qarşıdakı günlər sürprizlərlə dolu olacaq. Biz "Aramco"nun bütün törəmə şirkətlərini və bütün duzsuzlaşdırma zavodlarını məhv edəcəyik. Səudiyyə monarxiyasını min il geriyə atacağıq və dünyanın neft təchizatını kəsəcəyik. Səud Evi və Zayidin övladları bu müharibənin bədəlini ödəyəcəklər”, deyə Əl-Atifi bəyanatında səsləndirib.
без подписи
İran və müqavimət tərəfdarı kimi tanınan amerikalı jurnalist Cekson Hinkl Yəmənə səfər edib.
Yəməndən atılan raket hücumlarına görə İsrailin Ben Qurion hava limanındakı sərnişinlər təcili sığınacaqlara təxliyə edilib.
İran Beynəlxalq Novruz Festivalının açılış mərasimində (15 mart 2025-ci il) Tehranın məşhur Azadi meydanındakı qüllədə bir neçə ölkənin bayrağını işıqlandıraraq, həmin ölkələrinin öz dillərində bayramlarını təbrik edib.
Türkiyəli blogger medianın riyakarlığı haqqında danışır.
İsrail rejimi Qəzzə zolağının cənubundakı Rəfah keçidini bağladıqdan sonra bu şəhərə hava hücumuna başlayıb.