Əhli_beyt_(ə)
Статистика📥Kanalda paylaşılır: 📝 Qurandan ayələr 📝İmamət 📝İslamda əxlaq 📝Təfsir 📝Şəriət məsələləri 📝Hədislər 📝 Dini videolar,şəkillər və s. 👉 Admin: @ShirzadNovruz t.me/Ehlibeyt_asiqleri
- Последний пост
- 14 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 2
- Всего постов
- 22
- Тип
- открытый
- Язык
- az
- Категория
- Религия (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 71
- 1/48двое суток
- 81
- 1/72трое суток
- 87
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
İmam Rza (ə) şəhadəti münasibətilə siz əziz Əhli-beyt sevərlərə və Zəmanə imamı Hz Məhdi ( ə.f) təsliyyət ərz edirik! @Ehlibeyt_asiqleri
#Allahın ən yaxşı bəndələri kimlərdir ? Muhəmməd ibn Müslim İmam Baqirdən (ə) nəql edərək deyir ki, həzrət Peyğəmbərdən (s) Allahın ən yaxşı bəndələri haqqında soruşuldu. Allah Rəsulu (s) buyurdu: “Onlar (Allahın ən yaxşı bəndələri) xeyir əməl edəndə sevinən, günah edəndə əfv diləyən, bəxşiş və əta edildikdə təşəkkür (şükr) edən, bəla üz verəndə səbr edən və qəzəblənəndə bağışlayan kəslərdir”. 📚Mənbə : Şeyx Səduq (r.ə) "Şiənin fəzilət və xüsusiyyətləri", s130 🌹 t.me/Ehlibeyt_asiqleri
без подписи
عـَـزَاءُ رَسـُـولِ اَللَّـهِ
Həzrət Rəsulallahı (s) uzaqdan ziyarət etmək . İmam Əli (ə) Həzrət Rəsulallahın (s) belə buyurduğunu nəql edir: "Hər kim harada olursa olsun mənə salam verərsə,salamı mənə çatır". " Əmali,Şeyx Tusi,s.167,hədis: 31. Həzrət Rəsulallahı (s) uzaqdan ziyarət etməyin qaydası: Salam olsun sənə ey Allahın elçisi,Allahın rəhməti və bərəkəti olsun sənə. Salam olsun sənə ey Məhəmməd ibn Abdullah.Salam olsun sənə ey Allahın istəyib seçdiyi. Salam olsun sənə ey Allahın dostu.Salam olsun sənə ey Allah tərəfindən seçilmiş. Salam olsun sənə ey Allahın (vəhyinin ) əmanətdarı. Şəhadət verirəm ki,sən Allahın elçisisən .Şəhadət ki,sən Məhəmməd ibn Abdullahsan.Şəhadət verirəm ki, sən ümmətinə nəsihət etdin, Rəbbinin yolunda cihad etdin,həyatın başa çatanadək Ona ibadət etdin.Allah sənə mükafat versin,ey Allahın elçisi; ümməti tərəfindən heç bir peyğəmbərə vermədiyi ən üstün bir mükaat! Ey Allahım ,Məhəmmədə və onun pak xanidanına salam göndər; İbrahimə (ə) və İbrahim (ə) xanidanına göndərdiyin ən yaxşı salamı! Həqiqətən Sən,həmd olunmuş və sitayişə layiqsən. Biharul-ənvar, c97,s 181,hədis :3 Qurbul-əsnad,s.169 Mənbə:Yeni Məfatih https://telegram.me/Ehlibeyt_asiqleri
без подписи
Ərbəin ziyarətnaməsi Səfər ayının iyirmisində oxunur. Salam olsun Allahın nümayəndəsi və onun həbibinə! Salam olsun Allahın sevdiyi və seçilmiş bəndəsinə! Salam olsun Allahın seçilmiş bəndəsi və onun seçilmiş övladına! Salam olsun məzlum və şəhid Hüseynə (ə)! Salam olsun qəm-qüssələrə düçar olan və göz yaşlarının şəhidinə! İlahi, şəhadət verirəm ki, o, Sənin nümayəndən və nümayəndənin övladı, sənin seçdiyin və seçdiyin şəxsin övladıdır! Sənin lütf və mərhəmətinlə nicat tapanlardan oldu. Sən onu şəhadət feyzi ilə əziz tutaraq onu xüsusu səadətə qovuşdurdun və nəsil paklığı ilə seçərək onu ağaların ağası, öncüllərin öndəri, haqqı müdafiə edənlərin hamisi etdin. Ona peyğəmbərlərin mirasını əta edərək onların canişini və məxluqata höccət təyin etdin. O, höccəti tamamladı və ümmət üçün bəhanə yeri qalmadı. O, ümməti nəsihət etməkdə mehribanlıq edərək onlarla yumşaq davrandı və azğın, nadan, təkəbbürlü, axirət mənfəətini heç bir dəyərə malik olmayan dünya malına satmış, zülmkar və nəfslərinə itaət etməklə həlakətə düçar olmuş, Səni və Peyğəmbərini qəzəbləndirmiş bəndələrinə nicat vermək üçün pak qanı axıdıldı. Səninlə düşmən, nifaq əhli, Sənə asi və böyük günahlarla yüklənərək cəhənnəm oduna layiq olanlara itaət edən zülmkar bəndələrinlə Sənin yolunda cihad edərək kamil ixlasla səbir etdi. Sənə itaət yolunda pak qanı axıdılanadək çoxlu çətinlik və məşəqqətlərə sinə gərdi. Əhli-beytinin hörmətinin aradan aparılmasını xoş qarşıladı. İlahi, Sən o zalım və sitəmkar qövmə lənət et, onları ən şiddətli əzabınla cəzalandır! Salam olsun sənə, ey Peyğəmbərin övladı! Salam olsun sənə, ey övliyaların sərvərinin övladı! Şəhadət verirəm ki, sən Allahın vəhyinə və haqqa əmanətdar olanın övladısan. Ömrünü səadətlə yaşayaraq Haqqın tərifi ilə başa vurdun və dünyadan köçərək haqq yolunda məzlum və şəhid oldun. Bir daha şəhadət verirəm ki, Allah-Taala sənə verdiyi vədə vəfa etdi, səni tənhalıqda qoyaraq xar etmək istəyənləri həlak edəcək və qatillərinə də ağrılı əzabı dadızdıracaq. Yenə şəhadət verirəm ki, sən Allah yolunda ömrünün sonuna qədər cihad etmisən. Allah səni öldürən, sənə zülm və sitəm edənlərə lənət etsin. Həmçinin sənin öldürüldüyünü eşitdikdə, sevinərək şadlıq edən kəsə də Allah lənət etsin. İlahi, Səni şahid tuturam ki, mən o həzrətə, onu sevənlərə məhəbbət bəsləyən və onun düşmənlərinə düşmən olanlardanam. Ata-anam sənə fəda olsun, ey Allahın Rəsulunun övladı! Şəhadət verirəm ki, sən məqamı uca olan ata-babalarının sülbü və xisləti pak olan ananın bətnində bir nur idin. Nadanlığın çirkinlikləri sənə sirayət etməmiş və sıxıntısı da səni bürüməmişdir. Şəhadət verirəm ki, həqiqətən, sən Allah dininin təməli, müsəlmanlıq ayinlərinin əsası, iman əhlinin pənah və hamisisən. Şəhadət verirəm ki, sən xeyirxah, bəyənilən təqvaya sahib, pak və pakxislətli rəhbər, məxluqata hidayətçi, haqla hidayət olunansan. Şəhadət verirəm ki, ümmətin doqquz imamı sənin övladlarındandır və haqq ruhu və haqq yolunun bələdçisi, möhkəm imanının əsası və bütün dünya əhlinə höccətdirlər. Şəhadət verirəm ki, mənim sizin haqq olduğunuza iman və “rəcət”inizə (qayıdışınıza) yəqinim var. Dinimin başlanğıcı, işlərimin sonu və qəlbimi sizin pak qəlbinizə təslim edirəm və bütün işlərimdə sizə tabeyəm. Allahın iznilə sizə yardım etməyə hazıram. Sizin düşmənlərinizlə deyil, sizinləyəm.Allahın salamı olsun sizə və sizin pak ruh və cisimlərinizə! Allahın salamı olsun sizlərdən hazır və qeybdə olanlara. Ey aləmlərin Rəbbi, mənim dualarımı qəbul et! Məfatihul-cinan @Ehlibeyt_asiqleri
без подписи
⚫️ Avqust ayında olan bəzi əlamətdar günlər. ⚫ 1 Avqust (17 Səfər) - Bir rəvayətə görə hicrətin 203-cü ilində Əli ibn Musa ər-Rzanın (əleyhissəlam) şəhid edildiyi gündür. ⚫ 4 Avqust (20 Səfər) - Hicrətin 61-ci ilində Peyğəmbərin (s) Əhli-beytindən (ə) olan əsirlərin Kərbəlaya daxil olduğu Ərbəin günüdür. ⚫ 12 Avqust (28 Səfər) - Hicrətin 11-ci ilində İslam Peyğəmbəri Həzrət Muhəmmədin (s) şəhid edildiyi gündür. ⚫ 14 Avqust (Səfər ayının sonu) - Başqa bir rəvayətə əsasən İmam Rzanın (ə) şəhid olduğu gündür (red.) 🔵 15 Avqust (1 Rəbiul-əvvəl) - Əmirəl-möminin İmam Əlinin (ə) Peyğəmbərin (s) yatağında yatdığı və Peyğəmbərin (s) Mədinətül-Münəvvərəyə hicrət etdiyi gündür. 🔵 17 Avqust (3 Rəbiul-əvvəl) - Hicrətin 64-cü ilində Yezidin (lənətullahi əleyh) qoşun rəhbəri Həsin ibn Numeyrin (lənətullah əleyh) əmri ilə əzəmətli Kəbənin mancanaqla yandırılması. 🔵 18 Avqust (4 Rəbiul-əvvəl) - Hicrətin 1-ci ilində Peyğəmbərin (səllallahu əleyhi və alihi və səlləm) Sovr mağarasından Mədinə şəhərinə tərəf yola düşdüyü gündür. 🔵 19 Avqust (5 Rəbiul-əvvəl) - Hicrətin 117-ci ilində İmam Huseynin (əleyhissəlam) qızı Xanım Səkinənin vəfat etdiyi gündür. ⚫️ 22 Avqust (8 Rəbiul-əvvəl) - Hicrətin 260-cı ilində İmam Həsən əl-Əskərinin (əleyhissəlam) şəhid olduğu gündür. Həmçinin, İmam Zamanın (əccələllahu fərəchuş-şərif) imamətinin başlandığı gündür. 🔵 24 Avqust (10 Rəbiul-əvvəl) - Hicrətdən 45 il öncə, Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) 8 yaşı olarkən, babası Əbdul-Muttəlibin vəfat etdiyi gündür. 🔵 Hicrətdən 28 il öncə, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) 25 yaşında olarkən Xədicə əl-Kubra (əleyhəssəlam) ilə evlənmişdir. 🔵 26 Avqust (12 Rəbiul-əvvəl) - Hicrətin birinci ilində Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) Mədinətul-munəvvərəyə daxil olduğu gündür. 🔵 Bir rəvayətə görə, Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) dünyaya gəldiyi gündür 🔵 31 Avqust (17 Rəbiul-əvvəl) - Hicrətdən 53 il öncə, peyğəmbərlərin seyidi Muhəmməd ibn Abdullahın (səlləllahu əleyhi və alihi və səlləm) dünyaya gəldiyi gündür. 🔵 Hicrətin 83-cü ilində İmam Cəfər ibn Muhəmməd əs-Sadiqin (əleyhissəlam) dünyaya gəldiyi gündür. 🔵 18/08/2026 tarixində, həftənin çərşənbə axşamı günü Bakı vaxtı ilə saat 01:47-də ay "əqrəb bürcü"nə daxil olur. 🔵 20/08/2026 tarixində həftənin cümə axşamı günü, Bakı vaxtı ilə saat 12:30-də ay "əqrəb bürcü"ndən çıxır. 📍 İmam Sadiq (əleyhissalam) buyurur: "Hər kim ay əqrəb bürcündə olduqda səfər etsə və ya evlənsə, xeyir görməz". (Şeyx Hürr Amili, "Vəsailuş-şiə", c. 11, səh. 367) 📌 Qeyd edək ki, qəməri aylar yalnız hilalın (ayın) şəri yolla sübut olması ilə başlayır. 📌 Qeyd: Burada qeyd olunan əlamətdar günlər Ayətullah Seyyid Əli Sistaninin Nəcəf ofisinin nəşr etdiyi təqvimə əsaslanır. 🌐 Besiret.az
📆 #İslamtarixindəbugün ▪️ 1 Avqust (17 Səfər) - Bir rəvayətə görə hicrətin 203-cü ilində Əli ibn Musa ər-Rzanın (əleyhissəlam) şəhid edildiyi gündür. 🌐 Besiret.az
без подписи
Təvəssül duasından bir parça يَا أَبَا عَبْدِ اللهِ، يَا حُسَيْنَ بْنَ عَلِيٍّ، أَيُّهَا الشَّهِيدُ، يَا بْنَ رَسُولِ اللهِ، يَا حُجَّةَ اللهِ عَلَى خَلْقِهِ، يَا سَيِّدَنَا وَمَوْلَانَا، إِنَّا تَوَجَّهْنَا وَاسْتَشْفَعْنَا وَتَوَسَّلْنَا بِكَ إِلَى اللهِ، وَقَدَّمْنَاكَ بَيْنَ يَدَيْ حَاجَاتِنَا، يَا وَجِيهًا عِنْدَ اللهِ، اِشْفَعْ لَنَا عِنْدَ اللهِ. Oxunuşu: Yā Abā ‘Abdillāh, yā Ḥusaynabna ‘Əlī, ayyuhas-sahid, yabna Rasūlillāh, yā ḥuccatal-lāhi ‘alā xalqih, yā sayyidanā va mavlānā, innā tavaccahnā vastasfa‘nā va tavassalnā bika ilallāh, va qaddamnāka bayna yaday ḥācātinā, yā vacīhan ‘indallāh, isfa‘ lanā ‘indallāh. Tərcüməsi "Ey Əba Əbdillah, ey Hüseyn ibn Əli, ey şəhid, ey Allah Rəsulunun oğlu! Ey Allahın bəndələrinə olan höccəti, ey ağamız və mövlamız! Biz sənə üz tutduq, səni şəfaətçi etdik və sənin vasitənlə Allaha təvəssül etdik. Ehtiyaclarımızın (hacətlərimizin) ödənilməsi üçün səni önə saldıq. Ey Allah yanında hörmətli və abırlı olan, bizim üçün Allah yanında şəfaət dilə!" @Ehlibeyt_asiqleri
без подписи
22 İyul (7 Səfər) - Hicrətin 50-ci ilində İmam Həsənin (əleyhissəlam) şəhid olduğu gündür. @Ehlibeyt_asiqleri
#XanımRuqəyyə #şəhadət
💔
без подписи
✨ Dünya həyatının beş təməl sütunu 🔗 (Şeyx Səduq deyir:) atam (Allah ondan razı olsun) bizə belə rəvayət etdi: Məhəmməd ibn Yəhya əl-Əttar Məhəmməd ibn Əhməddən, o, Əbu Abdullah ər-Razi Səccadədən, o, Durustdan, o, Əbu Xalid əs-Sicistanidən, o da Əbu Abdullahdan (İmam Cəfər Sadiqdən) belə nəql edir: 💔 “Beş xüsusiyyət var ki, onlardan birini itirən insan daim həyatında naqislik içində olar, ağlı qarışar və qəlbi məşğul qalar: 💪 Birincisi: bədənin sağlamlığıdır; 🕊️ İkincisi: təhlükəsizlik (əmin-amanlıq); 🍚 Üçüncüsü: ruzi-bərəkətdə bolluq; 🤝 Dördüncüsü: uyğun və mehriban həmsöhbət (ünsiyyət yoldaşı, həmdəm); 👨👩👧👦 Ravi deyir: "(İmama) dedim: "Uyğun həmsöhbət nədir?" Buyurdu: "Saleh həyat yoldaşı, saleh övlad və saleh dostdur". ✨ Beşincisi isə – bu xüsusiyyətlərin hamısını özündə cəmləyən – rahatlıq və asudəlikdir”. 📚 Şeyx Səduq, Xisal, səh. 284. 📝 Bu və digər hədisləri oxumaq üçün saytımızın hədis axtarışı bölməsindən istifadə edə bilərsiniz. #həyat #İmamSadiq #şəhadət #dünya #evlilik #ruzi #rahatlıq #sağlamlıq #təhlükəsizlik #övlad 🌐 Hadis.az
#Əhlibeyt #səfərayı
Uzaqdan bir səlamim var! Huseyncan