Hədis-Evi
СтатистикаAdminlə Əlaqə: @Hesen_Eli14 ___________ İnstagram səhifəmiz: https://instagram.com/hedis__evi?igshid=1rk92h0gfmm76 ___________ Whatsapp kanalımız: https://whatsapp.com/channel/0029VaP42JBDJ6H8IwqYTA44
- Последний пост
- 15 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 7
- Всего постов
- 23
- Тип
- открытый
- Язык
- und
- Категория
- Религия (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 315
- 1/48двое суток
- 360
- 1/72трое суток
- 389
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
без подписи
İmam Rza (ə) buyurub: “Kim məni, məskənimin uzaq olmasına baxmayaraq ziyarət etsə, Qiyamət günü üç yerdə onun yanına gələcəyəm ki, onu həmin yerlərin dəhşətlərindən xilas edim: (insanlara) əməl dəftərləri sağ və sol tərəflərindən verildikdə, Sirat körpüsünün yanında, mizanın (əməl tərəzisinin) yanında”. (Uyunu Əxbar-Rza, cild 2, bab 66, səh 473, hədis 2.) https://t.me/Shia_Hadis
Peyğəmbərdən (s) sonra ümmətin Əliyə (ə) qarşı çıxması.. Süleym deyir ki, Əli ibn Əbu Talib (ə) ona dedi: Peyğəmbərlə birgə Mədinənin küçələri ilə gedirdik. Bir bağın yanından keçdik. Dedim: “Ey Allahın elçisi, nə gözəl bağdır!” Dedi: “Bəli, nə gözəldir! Sənin cənnətdəki bağçan daha gözəldir”. Sonra başqa bir bağın yanından keçdik. Dedim: “Ey Allahın elçisi, nə gözəl bağdır!” Dedi: “Bəli, nə gözəldir! Sənin cənnətdəki bağçan daha gözəldir”. Beləliklə yeddi bağın yanından keçdik, hər birinin də yanından keçərkən “Ey Allahın elçisi, nə gözəl bağdır!” dedim, o isə: “Bəli, nə gözəldir! Sənin cənnətdəki bağçan daha gözəldir” cavabını verdi. Yolun sonuna çatdıqda məni qucaqladı, gözləri yaşla dolmuş və hər an hönkür-hönkür ağlayacaq kimi bir halda dedi: “Tənha şəhidə atam fəda olsun!” Dedim: “Ey Allahın elçisi! Niyə ağlayırsan?” Dedi: “Bir dəstə insanın qəlbindəki sənə qarşı olan nifrət yalnız mənim ölümümdən sonra zahir olacaq. Onlarda Bədrin qəzəbi və Ühüdun heyfi var”. Dedim: “(Həmin vaxt) dinim salamatda olacaq?” Dedi: “Bəli, dinin salamatda olacaq”. (Ali-Muhəmmədin sirləri kitabı, səh 17, hədis 2.) https://t.me/Shia_Hadis
Həzrəti Fatimənin (s.ə) Rəsulallahın (s) qəbri üzərində söylədiyi nohə "Xanım Fatimə (s.ə) məscidə daxil oldu və atasının qəbrinin kənarına getdi. Orada ağlayaraq sözlərini şeir şəklində buyurdu: “(Şeirin məzmunu) Yer öz yağışını itirdiyi kimi, biz də səni itirdik. Şahid ol, sənin qövmün əmanətinə xələl gətirdi. Sən qeyb olandan sonra xəbərlər var. Əgər sən hazır olsaydın, o zaman uzun sözlərə ehtiyac olmazdı. Cəbrayıl (ə.s) ayələri ilə bizə kömək olardı. Sən qeyb oldun, bütün xeyrlər bizdən çəkildi. Sən işıq saçan bir nur idin. Sənə kitabların izzət sahibi nazil olurdu. İnsanlar da bizim hörmətimizi saxlayırdı. Sən qeyb oldun, biz Allah (c.c) yanında həmin məqam və mənzilə sahib ola-ola bu gün haqqı qəsb olunanlarıq. İnsanlar səndən sonra keçmişdə olanlara görə, öz içlərində gizlətdikləri kini, bizə qarşı zahir etdi. Bizə üz verən bəlalar yer üzündə nə ərəbin nə də əcəmin başına gəlməyib. Sən insanların ən xeyrlisi və ən doğru söz danışanısan. Tezliklə yaşadığımıza və qalanlara görə gözlərimiz dolu şəkildə sənə ağlayacayıq. Tezliklə, bizə zülm edən Qiyamət günü necə çevriləcəyini biləcək". (“Təfsirul-Qummi” kitabı, cild 2, səh 157-158.) https://t.me/Shia_Hadis
İbn Abbas belə deyir: Peyğəmbərin (s) ölüm anı yaxınlaşdıqda onun evində ömər ibn xəttab (lənətullah) da daxil olmaqla bir qrup şəxs var idi. O (s), belə buyurdu: Gəlin sizin üçün elə bir şey yazım ki, bundan sonra yolunuzu azmıyasınız. ömər (lənətullah) belə dedi: Peyğəmbərin (s) ağrıları ona qələbə çalıb (sayıqlayır). Sizin yanınızda Quran var. Allahın kitabı bizə kifayət edər. Evdə olanlar ixtilafa düşərək bir-birilə çəkişdilər. Onlardan bir qrupu deyirdi: Ona (s), yaxınlaşın sizin üçün elə bir şey yazsınki, ondan sonra heç vaxt yolunuzu azmıyasınız. Digərləri isə ömərin (lənətullah) dediyini deyirdilər. Peyğəmbərin (s) yanında ixtilaf və səs-küy çoxaldıqda Peyğəmbər (s) belə buyurdu: Mənim yanımdan çıxın! Əhli-xilaf mənbəsi: (Səhih-buxari, səh 1403.. Kitabul-etisam, bab - kərahiyyətil-ixtilaf, hədis 7366.) https://t.me/Shia_Hadis
Abdus Saməd ibn Bəşir İmam Sadiqdən (ə) belə nəql edir: Bilirsinizmi Peyğəmbər (s ) ölüb, yoxsa öldürülüb? Şübhəsiz Allah buyurur: Buna görə də əgər O (Muhəmməd s.) ölsə və ya öldürülsə, siz öz keçmişinizəmi qayıdacaqsınız?! (Ali İmran 144). Beləliklə Peyğəmbər (s) ölümündən öncə zəhərlənib və şübhəsiz o iki qadın (aişə və həfsə) ona zəhər içirtdilər. Ardınca İmam buyurdu ki, o iki qadın və ataları(əbu bəkr və ömər) Allahın ən pis yaradılmışlarıdır. (Təfsirul Əyyaşi, cild 1, səh 224.) https://t.me/Shia_Hadis
Peyğəmbər (s) zəhərləndiyi üçün xəstələnmişdi və bu halda buyurdu: -Həbibimi yanıma gətirin. aişə (lənətullah) və həfsə (lənətullah) öz atalarını Peyğəmbərin (s) yanına çağırdılar. Peyğəmbər (s) mübarək üzünü onlardan çevirərək buyurdu : -Həbibimi çağırın. Sonra İmam Əlinin (ə) dalınca getdilər. Peyğəmbər (s) onu görən kimi,yanına çağırıb bəzi kəlmələr buyurdu.İmam Əli (ə) Onun yanından çıxdıqda əbu bəkr (lənətullah) və ömər (lənətullah) dedilər: -Dostun sənə nə dedi? İmam Əli (ə) dedi : -Mənə elmdən Min qapı öyrətdi ki, hər birindən də min qapı açılır. (Biharul-ənvar, cild 22, səh 473.) https://t.me/Shia_Hadis
Hədis-evinin whatsapp, telegram və instagram izləyiciləri İnşəAllah bu gün, Müqəddəs eşq səfərinə yola düşürəm. Allahdan hər birinizə bu gözəl ziyarətin feyzindən məhrum olmamağınızı diləyirəm! Və hər birinizin adından, bu səfərimdə atacağım addımlardan ümumi 100 addımı sizlərin adından atıb, sizlərin adından, Həzrət Höccətin (ə.f) salamatlığına və zühurunun tezləşməsinə hədiyyə edirəm. Bizlər sizə duaçıyıq, sizlərdə bizi dua edin. Allah amanında qalın! Paylaşımlara bir müddətlik ara verilir səfərlə bağlı İnşəAllah bizi izləmədə qalın. 🏴🏴🏴🏴
Bu onu göstərir ki, İmam Huseynə (ə) zəvvar olan şəxsdən Ali-Muhəmməd (s) razıdır. Ali-Muhəmmədin (s) razı olduğu şəxsdən Allahın razı qalmasına isə heç bir şəkk-şübhə yoxdur. 🏴🏴🏴🏴
Müaviyə ibn Vəhəb (r.ə) deyir: İmam Sadiqdən (ə) içəri daxil olmaq üçün izin istədim, mənə “gəl" deyə cavab verdilər. Evində namaz qılırdı, namazını bitirənədək oturub gözlədim. Rəbbi ilə belə münacat etdiyini eşitdim: “İlahi, ey bizə kəramət bəxş edən, şəfaət vəd edən, vəsiliyi bizdə qərar verən, bizə keçmişdəkilərin və gələcəkdəkilərin elmini verən, ey insanların qəlbini bizə tərəf yönəldən, məni, qardaşlarımı və atam Hüseynin (ə) qəbrinin ziyarətçilərini bağışla! O zəvvarlar ki, mallarını xərcləyərək və bədənlərini çətinliyə salaraq, bizim yaxşılığımıza rəğbət emiş, bizə yaxın olmağa görə Sənin dərgahında olanlara (sonsuz nemətlərə) ümid etmiş, Peyğəmbərinin (s) qəlbinə sevinc salmış, əmrimizi icra etmiş və düşmənlərimizin qəlbinə qəzəb salmışlar. Onlar bununla (yalnız) Sənin razılığını diləmişlər. Bizim tərəfimizdən onları razılığınla mükafatlandır, gecə və gündüz onları qoru. Onların geridə qoyduqları ailələrini və övladlarını ən gözəl şəkildə hifz et, onlara sahib çıx, insan və cinlərdən olan şeytanlardan, hər bir inadkar qəddarın şərindən, güclü və zəiflərin yaradacağı çətinliklərdən onları qoru! Qürbətdə ikən, bizi öz ailələrindən, övladlarından və yaxınlarından üstün tutub buraya gəldiklərinə görə ümid etdiklərindən daha fəzilətlisini onlara əta et. İlahi, düşmənlərimiz onları bizim ziyarətimizə gəldiklərinə görə tənqid edirlər, lakin bizimlə müxalif olanların (tənqid və isehzalarına) baxmayaraq, bu onların gəlişinin qarşısını almadı. Günəşin qaraltdığı o üzlərə, İmam Hüseynin (ə) qəbri üzərində (ağlamaqdan və üzə vurulan lətmələrdən) dəyişən yanaqlara, bizə qarşı mərhəmətdən yaşlanan o gözlərə, bizə görə dözümsüzlük edərək alovlanan o qəlblərə, bizim üçün ucalan o şivən səslərinə rəhm elə! İlahi (bu) bədənləri və nəfsləri susuzluq günü (Qiyamət günü) Hovuzun kənarında sirab edənədək Sənə əmanət edirəm". Ravi deyir: İmam (ə) bu duaya səcdə boyu davam etdi. Üzünü mənə çevirdikdə dedim: “Sənə fəda olum, əgər səndən eşitdiyim bu duaları Allahı tanımayan bir şəxs barəsində etsəydin, güman edərdim ki, cəhənnəm odu əsla ona tamah salmaz. Allaha and olsun ki, onu ziyarət etməyi Həccə getməkdən daha çox arzulayıram. İmam (ə) buyurdu: “Sən ona çox yaxınsan, ziyarət etməyinə nə mane olur? Ey Müaviyə, onun ziyarətini əsla tərk etmə!Dedim: Sənə fəda olum, bunun belə vacib olduğunu və bu qədər mükafatı olduğunu bilmirdim. Buyurdu: Ey Müaviyə, göydə İmam Hüseyn (ə) zəvvarları üçün dua edənlər yerdə dua edənlərdən daha çoxdur". (Kamiluz-ziyarat, səh 126, hədis 2, bab 40.) #Qeyd:Bu hədis İmam Hüseyn (ə) zəvvarlarına ən çox ümid verici hədislərdəndir. Bir kəs Allahın rəhmətinə qovuşması üçün qapı axtarsa, bu hədisə müraciət etməsi kifayətdir. Çünki İmam (ə) burada nicat tapmaq və səadətə qovuşmaq üçün lazım olan heç bir şeyi kənarda qoymamışdır. Belə ki, hədisdə bir neçə məsələyə işarə olunur: 1) İmam Hüseynin (ə) ziyarəti ən əhəmiyyətli işlərdəndir. 2) İmam Hüseyni (ə) ziyarət edənin bütün günahları bağışlanar. 3) İmam Hüseyn (ə) ziyarətçiləri dünya və axirət qorunmuş şəxslərdir. 4) İmam Hüseyn (ə) zəvvarı həzrət Peyğəmbəri (s) sevindirəndir. 5) İmam Hüseyn (ə) zəvvarının ailəsi hər bir bəladan amandadır. 6) İmam Hüseyn (ə) zəvvarı bütün şərr qüvvələrdən amanda olar. 7) İmam Hüseyn (ə) zəvvarı rəhm olunmuşdur. 8) İmam Hüseyn (ə) zəvvarı İmamın (ə) Allaha tapşırdığı əmanətdir. 9) İmam Hüseyn (ə) zəvvarına məsumlar dua edər. Bu ziyarətin əzəməti haqqında nələr danışılsa yenə də azdır. Çünki İmamın (ə) duasında “məni, qardaşlarımı və atam Hüseynin (ə) qəbrinin ziyarətçilərini bağışla!” sözünə diqqət etsək görərik ki, bu əməlin insana bəxş etdiyi ali dərəcə və məqamlar dərk olunmaz bir şeydir. Görəsən İmam Hüseyn (ə) zəvvarının məqamı nədir ki, adı Ali-Muhəmmədin (səlavatullahi əleyhim) yanında hallanır? İmam (ə) özünün və ailəsinin duasına zəvvarları da qoşur. Əgər Allahın höccəti bir kəsin bağışlanmasını Ondan istəsə, Allah onu bağışlamazmı? Bu hədisdə isə İmam (ə) Allahdan zəvvarlar üçün tək bağışlanma yox, dünya və axirət səadətini istəyir.
без подписи
Əziz Əhli-beyt aşiqləri! Bu gecədən "Əsirlər kərvanının" yorğun balası Xanım Rüqəyyənin(ə) şəhadət günləri başlayır.🥀 Bu münasibətlə dövrün İmamı, ürəyi yaralı, İmam Zaman (ə.f) olmaqla, bütün Əhli-beyt (ə) əzadarlarına təsliyyət ərz edirik! Canım sənə fəda , ey Hüseynin (ə) nazlı gülü 🥀... 1- Səfər (16 İyul) Əhli-Beyt (ə) əsirlərinin Şama daxil olduğu gündür...
İmam Sadiq (ə) buyurub: Həqiqətən Hüseyn ibn Əlini (ə) ziyarət edən zəvvarların günləri ömürlərindən hesablanmaz. (Ət-Təhzib, cild 6, səh 36, hədis 9.) 🏴🏴🏴🏴
Abdullah ibn Şüeyb İmam Sadiqin (ə) belə buyurduğunu deyir: “Qiyamət günü bir carçı belə nida edər: “Ali Muhəmmədin şiələri haradadır?” İnsanlardan bir dəstəsi irəli çıxar (onların sayını Allahdan başqası bilməz) və camaatdan kənarda dayanar. Sonra carçı ikinci dəfə nida edər: “İmam Hüseynin (ə) qəbrinin zəvvarları haradadır?” Bir çox insan irəli çıxar. Onlara deyilər: “İstədiyiniz şəxsin əlindən tutun və Cənnətə aparın”. Hər biri sevdiyi şəxsin əlindən tutar.Necə ki, camaat da həmin şəxsə deyər: “Ey filankəs, məni tanımadınmı? Mən filan gün sənə filan yerdə ehtiram göstərmişdim”. Onu da Cənnətə özü ilə aparar. Bu,qadağan edilməz və imtina olunmaz. (Kamiluz-ziyarat, bab68, səh 321, hədis 5.) 🏴🏴🏴🏴
Həriz İmam Sadiqə (ə) dedi: “Sənə fəda olum, məxluqların sizə olan ehtiyacını nəzərə alsaq siz Əhli-Beytin ömürləri nə az, əcəlləriniz nə yaxındır!” İmam (ə) buyurdu: “Bizim hər birimizdə bir vərəq var ki, yaşadığımız müddətdə onları icra etməliyik. Orada əmr olunanları yerinə yetirdiyimizdə əcəlimizin gəldiyi bilinir. Peyğəmbər (s) onun yanına gəlir və Allah yanında onun üçün hazırlananları xəbər verir. İmam Hüseyn (ə) də ona verilən səhifəni oxumuş, edəcəkləri və qalacaqlar onun üçün izah edilmişdi. Oradakılardan bəzisi yerinə yetirilməmiş o, döyüşə çıxmışdı. Qalan bu işlərə görə mələklər Allahdan ona yardım etmələrinə izn verməsini istədilər. Onlara izn verildi. Onlar aşağı düşdükdə artıq İmam Hüseynin (ə) şəhid olduğunu gördülər. Mələklər dedilər: “Ya Rəbb, bizə ona yardım üçün enməyə izn verdin. Lakin biz endikdə o artıq şəhid edilmişdi”. Uca Allah onlara belə vəhy etdi: “O, qəbrindən çıxanadək orada gözləyin, çıxdıqda ona yardım edin. Onun üçün və yardımına yetişə bilmədiyinizə görə ağlayın. Sizin vəzifəniz ona yardım etmək və onun üçün ağlamaqdır”. Mələklər İmam Hüseynə (ə) yardım edə bilmədiklərinə görə kədər və qəm içində orada qaldılar. İmam Hüseyn (ə) rəcət etdikdə onun yardımçıları olacaqlar”. (Kamiluz-ziyarat, bab27, səh 162, hədis 20.) 🏴🏴🏴🏴
İmam Baqir (ə) Zürarəyə buyurdu: Ey Zürarə, yer üzərində olan bütün möminə qadınlara vacibdir ki, Hüseyni (ə) ziyarət etməklə Fatiməni (s.ə) sevindirsinlər. (Biharul-ənvar, cild 98, səh 75.) 🏴🏴🏴🏴
Bir cavan İmam Cavadın (ə) hüzuruna gəlib dedi: - Halım heç də yaxşı deyil, qəlbim camaatdan inciyib. Töhmət, qeybət (Töhmət vururlar, qeybətimi edirlər ) ... Nə edim? Yorulmuşam, daha bu şəhərdə nəfəs ala bilmirəm. İmam Cavad (ə) buyurdu: - Hüseynə (ə) tərəf qaç. (Şəşəətul- Hüseyniyyəh, cild 1, səh 50.) 🏴🏴🏴🏴
İmam Həsən Əskəri (ə) buyurub: Bilin, Hüseyni (ə) öldürənlərə, onun qatillərinə sevgi bəsləyənlərə və qatillərinə köməklik göstərənlərə Allahın lənəti olsun. Habelə sakit durmalarına səbəb olan təqiyyə olmadan, onları lənətləməkdə sakit duran kəslərə (Allahın lənəti olsun)! Allahın salavatı, rəhməti və şəfqəti olsun Hüseyn ibn Əliyə ağlayanlara, düşmənlərinə lənət edənlərə, onlara qeyz və hiddətlə dolu olanlara. Hüseynin (ə) qətlinə razı olanlar onun qətlində şərikdirlər. Agah olun, onu qətlə yetirənlər, onların köməkçiləri, ardıcılları olanlar və (onlara) iqtida edənlər Allah dinindən uzaqdırlar (onlardan bəraət olunub). (İmam Həsən Əskəriyə (ə) nisbət verilən Təfsir kitabı, səh 371.) 🏴🏴🏴🏴
Allah Rəsulu (s) buyurub: Hüseyni (ə) sevən kəsi, Allahda sevər. (Mizanul-hikmət, cild 1, səh 333.) 🏴🏴🏴🏴
İmam Sadiq (ə) buyurub: «Allaha and olsun ki, İmam Sahibəzzaman (ə) İmam Hüseynin (ə) qatillərinin nəslini atalarının etdiyi işə görə qətlə yetirəcəkdir». Qeyd: “İmam Hüseynin (ə) qatillərinin nəslinin İmam Zaman (ə) tərəfindən qətlə yetirilməsi o nəsildən olan şəxslərin atalarının etdiyi işlərə razı olmasına görədir”. (Səvabul-əmal və iqabul-əmal, səh 291, hədis 849.) 🏴🏴🏴🏴