Maide.Az/MaideTV
СтатистикаMaide.Az saytının rәsmi telegram kanalına xoş gəlmisiniz!📒 İslami maarif, moizə və İslam təqvimi. #maide #xeber #islam Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın. Bu süfrədən geri qalmayın!
- Последний пост
- 14 авг.
- Последнее чтение
- 14 авг.
- Постов за неделю
- 28
- Всего постов
- 143
- Тип
- открытый
- Язык
- und
- Категория
- Религия
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 675
- 1/48двое суток
- 773
- 1/72трое суток
- 834
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
🕌 Gündəlik təqvim və günün zikrləri #namazvaxtı #təqvim #gündəlikzikr #azan @MaideTV
🕌 Gündəlik təqvim və günün zikrləri #namazvaxtı #təqvim #gündəlikzikr #azan @MaideTV
Rəbiül-əvvəl ayı üçün əlamətdar günlər 1 Rəbiül-əvvəl - 14 avqust “Leylətul-məbit hadisəsi” - Peyğəmbəri-Əkrəmin (s) Məkkədən Mədinəyə hicrəti. 3 Rəbiül-əvvəl - 16 avqust - Kəbənin Müaviyə oğlu Yezid tərəfindən yandırılması. 5 Rəbiül-əvvəl - 18 avqust - İmam Hüseynin (ə) qızı xanım Səkinənin (s.ə) vəfatı. 8 Rəbiül-əvvəl - 21 avqust - İmam Həsən Əskərinin (ə) şəhadəti. 9 Rəbiül-əvvəl - 22 avqust - On ikinci imamımız həzrət Sahibəz-Zamanın (ə.c) imamətinin başlanğıc günü. 10 Rəbiül-əvvəl –23 avqust - Peyğəmbəri Əkrəmin (s) xanım Xədicə ilə evliliyi. 12 Rəbiül-əvvəl - 25 avqust - Peyğəmbəri- Əkrəmin (s) mövludu (əhli-sünnə mənbələrinə əsasən) – Vəhdət həftəsinin başlanması. 17 Rəbiül-əvvəl - 30 avqust - Peyğəmbəri-Əkrəmin (s) mövludu (şiə mənbələrinə əsasən). 17 Rəbiül-əvvəl -30 avqust - İmam Sadiqin (ə) mövludu. @MaideTV
Rəbiül-əvvəl ayının əməlləri 1-ci gün: Rəbiül-əvvəl ayının 1-ci günü Peyğəmbəri-Əkrəmin (s) Məkkədən Mədinəyə hicrət etdiyi günə təsadüf edir. Tarixdə göstərilir ki,Peyğəmbəri-Əkrəmin (s) peyğəmbərliyindən on üç il keçdikdən sonra, Əbu Cəhlin təklifi və Qüreyş qəbiləsinin böyüklərinin qərarı ilə bir dəstə o həzrətin evinə hücum edib o həzrəti qətlə yetirmək istədikdə, Cəbrail-Əmin Allah-Taala tərəfindən o həzrətin Məkkədən Mədinəyə hicrət etməsi əmrini gətirir. İmam Əli (ə) Peyğəmbərin (ə) yatağında yatır və Peyğəmbər (s) tərəfdarları ilə birlikdə Məkkədən çıxıb, üç gün “Sur” mağarasında qaldıqdan sonra Mədinəyə doğru hərəkət edir. Həmin gün imam Əli (ə) canını Peyğəmbərin (s) yolunda təhlükəyə ataraq o həzrətin yerində yatdığı üçün tarixdə “Leylətül-məbit” adlanır. Həmin gün oruc tutmaq, eləcə də, Peyğəmbər (s) və imam Əlini (ə) ziyarət etmək tövsiyə olunur. 9-cu gün: Rəbiül-əvvəl ayının 9-cu günü imam Zamanın (ə.c.) imamətinin ilk gününə təsadüf etdiyindən, bayram və şərafətli bir gün olması ilə yanaşı, rəvayətdə göstərilir ki, həmin gün Allah yolunda infaq edən və yoxsullara əl tutan şəxsin günahları bağışlanar. Yoxsul və kimsəsiz mömin bacı və qardaşları yedirmək, onları sevindirmək, qəmlərinə şərik olmaq, çoxlu sədəqə vermək və ibadət etmək bu günün müstəhəb əməllərindəndir. 12-ci gün: Sünni alimlərinin nəzərincə, Rəbiül-əvvəl ayının 12-ci günü Peyğəmbəri-Əkrəmin (s) mövlud gününə təsadüf edir. Həmin gün birinci rükətdə “Həmd” surəsindən sonra üç dəfə “Kafirun” surəsini, ikinci rükətdə isə “Həmd” surəsindən sonra üç dəfə “İxlas” surəsini oxumaqla iki rükət namaz qılmaq müstəhəbdir. 17-ci gün: Şiə alimlərinin nəzərinə əsasən, Rəbiül-əvvəl ayının 17-ci günü Peyğəmbəri-Əkrəmin (s), eləcə də altıncı imamımız imam Sadiqin (ə) mövlud gününə təsadüf edir. Həmin gün bir neçə əməlin yerinə yetirilməsi müstəhəbdir: 1. Qüsl etmək; 2. Oruc tutmaq; bu günün orucu bir illik orucun savabına bərabərdir. 3. Peyğəmbər (s) və imam Sadiqi (ə) istər uzaqdan, istərsə də yaxından ziyarət etmək (onlara məxsus ziyarətnamələri oxumaq); 5. Gün doğan zaman iki rükət namaz qılmaq; hər iki rükətdə “Həmd” surəsindən sonra on dəfə “Qədr” və on dəfə “İxlas” surələri tilavət olunur. 6. Sədəqə vermək və məhrum təbəqəni xeyirxah əməllərlə sevindirmək. Mənbə: “Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Rəbiül-əvvəl ayının əməlləri” bölümü. Maide.Az-Maarif bölümü @MaideTV
без подписи
Höccətül-İslam Nasir Rəfii: İmam Rzadan (ə) soruşdular ki, Allahın ən yaxşı bəndəsi kimdir? Buyurdu ki, beş xüsusiyyəti olan kəs: ...... 1. الَّذِينَ إِذَا أَحْسَنُوا اسْتَبْشَرُوا O kəslər ki, insanlara xidmət edəndə (yaxşılıq edəndə), sözün əsl mənasında xidmət edirlər, sevinirlər və minnət qoymurlar. Allaha həmd olsun ki, o, məndən ona zamin olmağımı istədi. Allaha həmd olsun ki, məndən ona borc pul verməyimi istədi. Şükür Allaha ki, maşınımın qabağını kəsdi ki, onu mindirim. İnsan böyük qəlbə sahib olmalıdır ki, həm xidmət etsin, həm də təşəkkür etsin: "Ağa, çox sağ ol ki, məndən kömək istədin, lütf etdin məndən maşın istədin." الَّذِينَ إِذَا أَحْسَنُوا اسْتَبْشَرُوا Yaxşılıq edəndə, nə minnət qoyurlar, nə əziyyət verirlər, nə də kobudluq edirlər, üstəlik sevinirlər. ........... 2: Bu sizin daha çox işinizə yarayar. Bu ikinciyə daha çox diqqət edin. وَ إِذَا أَسَاءُوا اسْتَغْفَرُوا "Günah etdikdə, tövbə edirlər." Bir günah etdikdə, onu yozmurlar. (Əsaslandırmağa və haqq qazandırmağa çalışmırlar.) Həyatınızda günah baş verə bilər, gəncsiniz! Amma sizi and verirəm Həzrət Abbasa, onu yozmayın. Dərhal bağışlanma diləyin: "Əstəğfirullahə Rəbbi və ətubu iləyh" - deyin. Deyirlər ki, yeddi saat ərzində günahı yazmırlar. Əgər insan tövbə etsə, təmizlənər. Günahı yozmaq (ona bəhanə tapmaq) günahın özündən də pisdir. ............. 3. وَ إِذَا أُعْطُوا شَكَرُوا "Allah onlara bir nemət verəndə, şükür edirlər." Bir az diqqətlə qulaq asın, bu nə deməkdir? "Yaxşı! İlahi, nə vaxt nemət versən, şükür edərik." "Nə vaxt nemət versən" nə deməkdir? Bu, hovuzda, suyun içində olan bir adamın "nə vaxt suya girsəm, üzəcəyəm" - deməsinə bənzəyir. Sən zatən suyun içindəsən! Fərqində deyilsən. "Nemət versə, şükür edərəm" — yəni nəfəs alırsansa nemətdir, baxırsansa nemətdir, danışırsansa nemətdir. Biz hər an nemətin içindəyik. Şükür hissimiz olmalıdır. ................. وَ إِذَا ابْتُلُوا صَبَرُوا Əziz bəylər və möhtərəm bacılar! Allahın yaxşı bəndələrinin 4-cü xüsusiyyəti bəlalar və çətinliklər zamanı səbir etməkdir. "Səbbar" - çox səbir edən - kəlməsi Qurani-Kərimdə dörd dəfə işlənib. İndidən özünüzü səbirli böyüdün, səbirli olmağı məşq edin. Sizə bunun bir yolunu da deyim ki, necə məşq edəsiniz: "Əsr" surəsini çox oxuyun. Gün ərzində bir dəfə "Əsr" surəsini oxuyun. ............ 5. وَ إِذَا غَضِبُوا عَفَوْا .......... "Qəzəbləndikdə bağışlayırlar." Söyüşə söyüşlə cavab vermirlər, təhqirə təhqirlə cavab vermirlər. Bu çox mühümdür. @MaideTV
Höccətül-İslam Nasir Rəfii: İmam Rzadan (ə) soruşdular ki, Allahın ən yaxşı bəndəsi kimdir? Buyurdu ki, beş xüsusiyyəti olan kəs:
Şəhid Rəhbər Ayətullah Xamenei: Həqiqətən də, mənim və mənim kimilərin dili Peyğəmbəri-Əkrəm (s) haqqında danışmaqdan acizdir. Mənim və mənim kimilərin zehni və qəlbi də o Həzrətin uca şəxsiyyətini dərk etməkdə acizdir. Bu, həqiqətən də belədir! Varlıq aləminin bu parlayan günəşinin bütün bəşəriyyət üzərində haqqı var. Bütün bəşəriyyət, istər bu dinə inananlar olsun, istərsə də inanmayanlar, Peyğəmbəri-Əkrəmə (s) borcludur. Bu böyük şəxsiyyətin bəşəriyyət üzərindəki böyük haqqı nədir? O budur ki, Peyğəmbəri-Əkrəm (s) bəşəriyyətin bütün əsas dərdlərinin müalicə nüsxəsini bəşərə təqdim etmişdir. @MaideTV
🕌 Gündəlik təqvim və günün zikrləri #namazvaxtı #təqvim #gündəlikzikr #azan @MaideTV
Təvəssül duasından يَا أَبَا الْحَسَنِ يَا عَلِيَّ بْنَ مُوسَى أَيُّهَا الرِّضَا يَا ابْنَ رَسُولِ اللَّهِ يَا حُجَّةَ اللَّهِ عَلَى خَلْقِهِ يَا سَيِّدَنَا وَ مَوْلانَا اِنَّا تَوَجَّهْنَا وَ اسْتَشْفَعْنَا وَ تَوَسَّلْنَا بِكَ إِلَى اللَّهِ وَ قَدَّمْنَاكَ بَيْنَ يَدَيْ حَاجَاتِنَا يَا وَجِيها عِنْدَ اللَّهِ اشْفَعْ لَنَا عِنْدَ اللَّهِ Ey Əbəlhəsən! Ey Əli ibn Musa! Ey Rza (razı olan)! Ey Rəsulullahın oğlu! Ey Allahın Öz yaratdıqları üzərində hüccəti! Ey bizim sərvərimiz və mövlamız! Həqiqətən, biz Allaha sənin vasitənlə üz tutur, şəfaət diləyir və təvəssül edirik. Hacətlərimizi sənə təqdim edirik. Ey Allah yanında hörməti olan! Allah yanında şəfaətçimiz ol! #dua #təvəssülduası #peyğəmbər #peyğəmbəri_əkrəm @MaideTV
29 səfər (13 avqust) İmam Rzanın (ə) şəhadəti. (Hicri qəməri 203-cı il) @MaideTV
الصَّبرُ فِی الامورِ بمَنزِلَةِ الرَّأسِ مِنَ الجَسَدِ، فإذا فارَقَ الرَّأسُ الجَسَدَ فَسَدَ الجَسَدُ و إذا فارَقَ الصَّبرُ الامورَ فَسَدَتِ الامورُ “İşlərdə səbirli olmaq bədənin üstündə olan baş kimidir; necə ki, baş bədəndən ayrıldıqda, bədən fasid olur (çürüyür), səbir də işlərdən ayərldıqda işlər fasid olur.” (“Əl-kafi”, Kuleyni, 2-ci cild, səh.90.) Bir sözlə, imam Rzanın (ə) kəlamında üç gözəl xislətdən söz açılır; Allaha itaət edərək sirləri qorumaq, Peyğəmbərə (s) itaət edərək xoşəxlaqlı olmaq və məsum imamlara (ə) iatət edərək səbirli və dözümlü olmaq möminin ehtiyac duyduğu xüsusiyyətlərdir. Maide.Az - Maarif bölümü @MaideTV
İMAM RZANIN (Ə) KƏLAMINDA MÖMİNİN ÜÇ GÖZƏL XİSLƏTİ İmam Rzanın (ə) şəhadət günü olduğundan, təbərrük məqsədilə o həzrətdən nəql olunan bir rəvayəti əziz oxucularımıza təqdim edirik. İmam Rza (ə) bir rəvayətdə möminin üç gözəl xüsusiyyətindən söz açaraq buyurur: لا یَكُونُ الْمُؤْمِنُ مُؤْمِنًا حَتّى تَكُونَ فیهِ ثَلاثُ خِصال:1ـ سُنَّةٌ مِنْ رَبِّهِ 2ـ وَ سُنَّةٌ مِنْ نَبِیِّهِ 3ـ وَ سُنَّةٌ مِنْ وَلِیِّهِ. فَأَمَّا السُّنَّةُ مِنْ رَبِّهِ فَكِتْمانُ سِرِّهِ، وَ أَمَّا السُّنَّةُ مِنْ نَبِیِّهِ فَمُداراةُ النّاسِ، وَ أَمَّا السُّنَّةُ مِنْ وَلِیِّهِ فَالصَّبْرُ فِى الْبَأْساءِ وَ الضَّرّاءِ “Mömin üç xislətə sahib olmayınca mömin ola bilməz: 1. Rəbbinin adətinə sahib olsun; 2. Peyğəmbərinin (s) adətinə sahib olsun; 3. İmamının adətinə sahib olsun. Amma Rəbbinin adəti sirri qorumaq və faş etməmək, Peyğəmbərin adəti insanlarla gözəl və mülayim davranmaq, imamın adəti isə yoxsulluq və çətinlik zamanı səbirli olmaqdır.” (“Tuhəful-uqul”, səh.442.) Hədisin birinci hissəsi ilə əlaqədar deməliyik ki, qeyb elmi Allah-Taalaya məxsusdur və “Cinn” surəsinin 26-cı ayəsində buyurulur: عالِمُ الْغَيْبِ فَلا يُظْهِرُ عَلى غَيْبِهِ أَحَدا “Allah qeybi biləndir və Öz qeybini də heç kimə bildirməz.” Allah-Taala kainatda baş verəcək hər bir hadisədən, gizli sirlərdən agah olduğu halda, heç kim Onun qeybi sirlərindən agah deyil və Öz bəndələrinin sirlərini heç kimə aşkar etmir. Elə buna görə də, Allah-Taala Özü sir sahibi olduğu üçün, başqalarının da sir sahibi olmasına təkid edir. Faş olunmuş sir kamandan çıxan oxa bənzəyir ki, onun geri dönüşü mümkünsüzdür. Sir həmin ox, dil isə həmin kamandır, sir dildən çıxdıqda, artıq insanın ixtiyarından xaricdir. Söz mülkünün soltanı Əmirəlmöminin Əli (ə) necə də gözəl buyurmuşdur: سِرُّكَ أسِيرُكَ فإن أفشَيتَهُ صِرتَ أسِيرَهُ “Sahib olduğun sir sənin əsirindir. Onu faş etdikdə isə, sən ona əsir olursan.” (“Qurərul-hikəm”, c.1, səh.437.) Məxsusən, çağdaş dünyamızda həyatın bir çox sahəsini asanlaşdıran, rabitə imkanlarını çox asanlıqla təmin edən virtual aləmin və internet resuslarının inkişafı ilə bir çox fürsət qulları və saxtakarların sui-istifadəyə əl atması, çəkinmədən, utanmadan başqalarının ictimaiyyətə bilinməyən şəxsi həyatı və sirlərinin ortalığa atılması, ifşa edilməsi və başqaları ilə paylaşılması, sözsüz, acı nəticələrlə və bir çox problemlərlə sonuclanır. Odur ki, İslamda bu məsələyə xüsusi əhəmiyyət verilir və internet resuslarından istifadə edərkən əxlaqi ölçülər, isalmi dəyərlər və insani keyfiyyətlərdən çıxmamaq hər bir kəsin dini, insani vəzifəsidir. Uyğun hədisin ikinci hissədində mehribançılıq, xoşrəftar və xoşəxlaqlılıqdan söz açılır ki, bu da Peyğəmbərin (s) xüsusiyyəti idi. Peyğəmbər (s) bu xüsusiyyətinə görə Allah-Taala tərəfindən “İnnəkə lə-əla xuluqin əzim” (Sən böyük əxlaq sahibisən) ibarəsi ilə təriflənir. “Tövbə” surəsinin 128-ci ayəsində də o həzrətin uyğun xsüsusiyyətindən söz açılır və buyurulur: لَقَدْ جاءَكُمْ رَسُولٌ مِنْ أَنْفُسِكُمْ عَزيزٌ عَلَيْهِ ما عَنِتُّمْ حَريصٌ عَلَيْكُمْ بِالْمُؤْمِنينَ رَؤُفٌ رَحيمٌ “(Ey insanlar!) Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir, o, sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, möminlərlə şəfqətli, mərhəmətlidir!” Üçüncü xüsusiyyət isə möminin öz İmamına iatət edərək çətinliklər, müsibətlər zamanı səbirli, dözümlü olmasıdır. Tarixdə göstərildiyi kimi, Əhli-beyt imamlarının (ə) başlarına nələr gəlmədi? İmam Əli (ə), imam Həsən (ə), imam Hüseyn (ə) və digər imamlar nə qədər müsibətlərə sinə gərdi?! İmam Əli (ə) “Şiqşiqiyyə” adlı xütbəsində öz səbri haqda belə buyurur: فَصَبَرتُ و فی العین قَذًی، وَ فی الحَلقِ شجاً “Gözündə tikan, boğazında isə sümük qalantək səbir etdim.” (“Nəhcül-bəlağə”, xütbə 3.) Başqa bir hədisdə də o həzrət səbir və onun əhəmiyyəti haqda belə buyurur:
İMAM RZANIN (Ə) KƏLAMINDA MÖMİNİN ÜÇ GÖZƏL XİSLƏTİ
Şəhid Rəhbər Ayətullah Xamenei: Dua müvəffəqiyyət vasitəsidir. Yalnız axirət məsələləri, bərzəx və qiyamət üçün deyil, hətta dünyanız, şəxsi həyatınızda, böyük mübarizələrdə və əzəmətli işlərdə də dua təsirlidir. Dua səbəbdir, vasitədir; Allah bu vasitəni bizim üçün və bizim ixtiyarımızda qərar verib. Eynilə imamlara (ə) təvəssül etmək kimi! İmamlar Allahın xəlifələri, İlahi qüdrətin və İlahi elmin məzhəridirlər; Biz onlardan istəyirik; onların etdiyi iş və göstərdikləri kömək, əslində, Allahın bizə etdiyi köməkdir: و ما رَمَيتَ إِذْ رَمَيتَ وَ لكِنَّ اللهَ رَمی "Sən (onlara tərəf ox və daş) atan zaman, sən atmadın, Allah atdı." ("Ənfal" / 17.) @MaideTV
PEYĞƏMBƏR (S) CANINI FƏDA ETDİ Kİ... Heç bir ictimai məqam və vəzifə hidayət məqamı və cəmiyyətə rəhbərlik kimi dəyərli, eyni zamanda ağır deyildir! İnsan bütün əxlaqi gözəlliklərə və insani keyfiyyətlərə sahib olmayınca, bu məqama layiq görülə bilməz. İslam Peyğəmbəri (s) son peyğəmbər və gətirdiyi din cahanşümul olduğundan, o həzrətin peyğəmbərlik və rəhbərliyi də olduqca çətin idi. O həzrət öz vəzifəsini layiqincə yerinə yetirmək üçün çoxlu işgəncələrə məruz qaldı, əzab-zəiyyətlərə sinə gərdi, məşəqqətlərə dözdü. Öz gözəl əxlaqı ilə insanları İslam və imana dəvət etdi. Qurani-Kərimin bir neçə ayəsində ümmətin doğru yola yönəlməsi ilə bağlı o həzrətin nigarançılığına toxunulur. O cümlədən, “Tövbə” surəsinin 128-ci ayəsində buyurulur: لَقَد جاءَكُم رَسولٌ مِن أَنفُسِكُم عَزیزٌ عَلَیهِ ما عَنِتُّم حَریصٌ عَلَیكُم بِالمُومِنینَ رَءوفٌ رَحیمٌ “Həqiqətən, sizə (mələklərdən və cinlərdən deyil,) özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyət və zərərə düşməyiniz ona ağır gəlir, o, sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, möminlərə çox mərhəmətli və mehribandır.” Peyğəmbər (s) öz ümmətinin nicatı, islahı və hidayətinə təşnə idi. Agah və mehriban bir ata tək övladının səadət və xoşbəxtliyə, elmi kamala çatması üçün çox çalışdı. Övladının azğın yolda olduğunu görən ata, təbii ki, qəlbən ağrıyır, nigarançılığı artır. O həzrət bir hədisdə buyurur: “Mən və Əli bu ümmətin atasıyıq.” (“Biharul-ənvar”, 16-cı cild, səh.95, hədis 29.) “Kəhf” surəsinin 6-cı ayəsində Peyğəmbərin (s) öz ümmətinin doğru yolda olmasına şiddətli əlaqə və sevgisin, təşnəliyindən söz açılır və buyurulur: فَلَعَلَّكَ بَاخِعٌ نَفْسَكَ عَلَى آثَارِهِمْ إِنْ لَمْ یُوْمِنُوا بِهَذَا الْحَدِیثِ أَسَفًا “(Ya Rəsulum!) Bəlkə (kafirlər) bu sözə (bu Qurana) inanmasalar, (səndən üz döndərib getdiklərinə görə) onların arxalarınca təəssüflənib özünü həlak edəcəksən?! İlahi rəhbərlər belədir! Ümmətinin azğınlığından narahatdır və onların iman gətirməsinə təşnədirlər. Onlar insanlardan bəzilərinin azğın yolda olduqlarını gördükdə, gecə-gündüz, aşkar və gizlincə onları səadət və hidayət yoluna dəvət edirdilər. İslam Peyğəmbəri (s) bu istiqamətdə o qədər canfəşanlıq edirdi ki, bəzən canı təhlükə ilə üzləşirdi. Allah-Taala o həzrətə xəbərdarlıq edir ki, bu qədər canfəşanlıq lazım deyil, sən vəzifəni ən yaxşı şəkildə yerinə yetirdin, azğınların inadkarlığı və müxalifətinə görə qəmgin olma! Onlar haqqı qəbul etmirlərsə, yalnız özlərinə zərər yetirirlər. “Şüəra” surəsinin 3-4-cü ayələrində Öz Peyğəmbərinə xitabən belə buyurur: لَعَلَّكَ بَاخِعٌ نَّفْسَكَ أَلَّا يَكُونُوا مُؤْمِنِينَ “(Ya Rəsulum!) Onlar (Məkkə müşrikləri) iman gətirməyəcəklər deyə, özünü həlakmı edəcəksən?” Allah-Taala bu ayədə Öz Peyğəmbərinə (s) başa salır ki, təlim, təbliğ və dəvətində əsla səhlənkarlığa yol vermədin, əzm və iradə ilə insanları İslama dəvət etdin. Əgər onlardan bəziləri səni qəbul etmirlərsə, onların özlərində irad var, qəlbləri qəsavət bağladığı, paslaşdığı üçün haqqı qəbul etmək istəmirlər. “Taha” surəsinin 2-ci ayəsində də Peyğəmbərə (s) belə buyurulur: مَا أَنزَلْنَا عَلَيْكَ الْقُرْآنَ لِتَشْقَي “Biz Quranı sənə məşəqqət çəkməyin üçün nazil etmədik!” Peyğəmbər (s) ruhi-mənəvi xəstələrin sorağını tutan bir təbib idi. Əgər ucqar bir məntəqədə bir nəfərin hidayətə qabilliyini bilsəydi, özünü ona yetirər, onu doğru yola dəvət edərdi. İmam Əli (ə) Peyğəmbər (s) haqda belə buyurur: “...Bu ruhani təbib öz dərman və müalicələri ilə qəflət, nadanlıq, heyrət və sərgərdanlıq xəstəliklərinə əlac edir...” (“Nəhcül-bəlağə”, xütbə 108.) Bəli, Peyğəmbər (s) canını fəda etdi ki, ümmət hidayət olunsun, doğru yola yönəlsin; canını fəda etdi ki, ümmət nadanlıq, azğınlıq və zəlalətdən qurtulsun; canını fəda etdi ki, insanın əbədi səadət və xoşbəxtliyinə xidmət göstərən ilahi maarif və həqiqətlər qəlblərdə yer tutsun! Maide.az - Maarif bölümü @MaideTV
PEYĞƏMBƏR (S) CANINI FƏDA ETDİ Kİ...
İmam Rza (ə): مَن لم يَقدِرْ على ما يُكَفِّرُ بهِ ذُنوبَهُ فَلْيُكثِرْ مِنَ الصَّلاةِ على محمّدٍ وآلِهِ فإنّها تَهدِمُ الذُّنوبَ هَدماً “Kim günahlarını paklayacaq bir iş görə bilmirsə, Muhəmməd və onun Əhli-beytinə çoxlu salavat göndərsin; çünki salavat günahları məhv edir.” “Əl-əmali”, Şeyx Səduq, səh.131. @MaideTV
🕌 Gündəlik təqvim və günün zikrləri #namazvaxtı #təqvim #gündəlikzikr #azan @MaideTV
Təvəssül duasından يَا أَبَا مُحَمَّدٍ يَا حَسَنَ بْنَ عَلِيٍّ أَيُّهَا الْمُجْتَبَى يَا ابْنَ رَسُولِ اللَّهِ يَا حُجَّةَ اللَّهِ عَلَى خَلْقِهِ يَا سَيِّدَنَا وَ مَوْلانَا اِنَّا تَوَجَّهْنَا وَ اسْتَشْفَعْنَا وَ تَوَسَّلْنَا بِكَ إِلَى اللَّهِ وَ قَدَّمْنَاكَ بَيْنَ يَدَيْ حَاجَاتِنَا يَا وَجِيها عِنْدَ اللَّهِ اشْفَعْ لَنَا عِنْدَ اللَّهِ Ey Əba-Muhəmməd! Ey Həsən ibn Əli! Ey Müctəba (seçilmiş)! Ey Rəsulullahın oğlu! Ey Allahın Öz yaratdıqları üzərində hüccəti! Ey bizim sərvərimiz və mövlamız! Həqiqətən, biz Allaha sənin vasitənlə üz tutur, şəfaət diləyir və təvəssül edirik. Hacətlərimizi sənə təqdim edirik. Ey Allah yanında hörməti olan! Allah yanında şəfaətçimiz ol! #dua #təvəssülduası #peyğəmbər #peyğəmbəri_əkrəm @MaideTV