tgindex
"İmam Sadiq (ə) Akademiyası - İslami Maarif"

"İmam Sadiq (ə) Akademiyası - İslami Maarif"

Статистика

📚 İmam Sadiq (ə) Akademiyası ✨ Quran & İslami elmlər | 📝 Ərəb və Fars dili | 🧠 Həyat bacarıqları & Psixoloji kurslar 💻 Vebinarlar & Oxu zalı Xanımlar: @imamsadiq_inz   Kişilər: @Huseynzada_12

Последний пост
14 июл.
Последнее чтение
13 авг.
Постов за неделю
0
Всего постов
20
Тип
открытый
Язык
az
В каталоге с
13 авг.
Подписчики
1 094
−7 за 5 дн.
Сутки
−3
−0,27%
Неделя
 
Месяц
 
Просмотров на пост
1 189
20 постов
Вовлечённость
108,7%
к подписчикам
Постов в день
0,0
всего 20
Упоминаний
1
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1/48двое суток
1/72трое суток

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 📝 Dərsi dinləyərkən qeydlər aparmaq 🔻 Şəhid Ayətullah Mürtəza Mütəhhəri ✍️ Dərs zamanı yazan qardaşlar bilməlidirlər ki, yazmağın bir mənfi tərəfi var: insanı düşünmək imkanından məhrum edir. Çünki insan yazarkən sanki səs yazan cihaz (maqnitofon) kimi olur və deyilənləri dərindən mənimsəyə bilmir. Halbuki dərs gedərkən diqqətlə qulaq assanız, düşünüb təhlil etsəniz, bu daha faydalıdır. Keçmiş tələbələrin adəti də məhz belə idi və bu, çox gözəl bir üsul idi. Qum hövzəsində dərs zamanı yazmaq əvvəllər heç də adi hal deyildi. Bu adət əvvəlcə Məşhəddə yarandı, sonra isə oradan Quma yayıldı. Bu üsul insanın düşünmə qabiliyyətini zəiflədir və fikrin güclənməsinə mane olur. Keçmiş tələbələr çalışırdılar ki, dərsi müəllimin yanında elə həmin anda qavrasınlar, üzərində düşünsünlər və yadda saxlasınlar. Sonra evə gedəndə və ya gecə həmin dərsi yazırdılar. Ola bilərdi ki, bəzi məqamlar yadlarından çıxsın. Amma yadda qalan hissə daha dəyərli olurdu. Hətta deyilənlərin üçdə ikisi və ya yarısı yadda qalsaydı belə, bu, dərs zamanı hər şeyi olduğu kimi yazmaqdan daha faydalı idi. Xüsusilə də indi səs yazısı imkanı var. Kim istəsə, dərsdən sonra yazını dinləyib lazım olan qeydləri çıxara bilər. 📚 Əsərlər Külliyyatı, c. 11, s. 192.

  • 7 июл.8213810

    🌿 Ərbəinə Doğru marafonundan bir parça... Əgər bu video qəlbinizə toxundusa, növbəti görüşlərimizi qaçırmayın.

  • Bəzən dəyişmək üçün illər yox, bir saat kifayətdir... Bu axşam özünüzə bir saat hədiyyə edin. Bəlkə də axtardığınız cavab elə bu görüşdədir. Gecikməyin. 🕘 Saat 21:00 Birlikdə Ərbəinə doğru... 🌹 Görüş ödənişsizdir. Qoşulmaq üçün aşağıda qoyulan hesablara qonaq qismində iştirak etmək istədiyinizi yazaraq müraciət edə bilərsiniz. 👤 Kişilər üçün: 📩 Telegram: https://t.me/Huseynzada_12 📱 WhatsApp: +989016931176 🧕 Xanımlar üçün: 📩 Telegram: https://t.me/imamsadiq_inz 📱 WhatsApp: +994557371481

  • İnsan bəzən həyatın gurultusunda ruhunu harada itirdiyini belə hiss etmir. Elə zənn edir ki, mənəviyyat yalnız duyğulardan ibarətdir. Halbuki insanın həqiqi yüksəlişi ağıl ilə qəlbin eyni istiqamətdə oyandığı anda başlayır. "Ərbəinə Doğru" marafonu sadəcə tarixi bir hadisəni anmaq üçün hazırlanmış proqram deyil. Bu, müasir insanın mənəvi, psixoloji və sosial suallarına İmam Hüseyn (ə) məktəbinin işığında cavab axtaran intellektual və mənəvi bir yolçuluqdur. Məqsədimiz hissləri düşüncə ilə, imanı isə şüurlu idrakla qovuşdurmaqdır. Ərbəin yalnız müəyyən bir məkana edilən səfər və ya ildə bir dəfə təkrarlanan bir mərasim deyil. O, insanın öz daxilinə, vicdanına və həqiqətinə doğru başladığı ən dərin səfərdir. Bu yolun sonunda dəyişən coğrafiya yox, insanın özüdür. İmam Hüseyn (ə) məktəbi keçmişin yaddaşında qalmış bir xatirə deyil. O, bu gün də haqqı batildən ayırmağı, azad yaşamağı, ləyaqəti qorumağı və məsuliyyət daşımağı öyrədən canlı bir həyat məktəbidir. Bu məktəbin ən böyük dərslərindən biri budur: fərdi dindarlıq ictimai məsuliyyətlə tamamlananda kamilləşir. Müasir dünya bizi getdikcə daha çox özümüzə qapadır. İnformasiya bolluğu həqiqəti gizlədir, sürətli həyat isə düşünməyi çətinləşdirir. Belə bir zamanda Hüseyni məktəbin bizə bəxş etdiyi Furqan – haqqı batildən ayırmaq meyarı – hər zamankından daha qiymətlidir. Ərbəin bizə öyrədir ki, fədakarlıq yalnız fərdi bir fəzilət deyil; o, cəmiyyəti ayaqda saxlayan mənəvi qüvvədir. Hər bir insanın daxilində görünməyən bir Kərbəla var. Nəfsin çağırışları, qorxu və tərəddüdlə mübarizə hər gün davam edir. Bu mübarizədə qələbə yalnız duyğularla deyil, elm, idrak və mənəviyyatın vəhdəti ilə mümkündür. Hüseyni irs də məhz belə yaşadılır: quru qadağalarla deyil, sevgi, ədalət, düşüncə və gözəl nümunə üzərində qurulan mənəvi mühitlə. İmam Sadiq (ə) İslam Maarif Mərkəzi sizi "Ərbəinə Doğru" 12 günlük intellektual-mənəvi inkişaf marafonuna dəvət edir. İstər bu il Kərbəla yolçusu olasınız, istərsə də uzaqdan bu ruhu yaşayasınız, bu yolçuluq Ərbəin fəlsəfəsini düşüncənizə, həyatınıza və mənəvi inkişafınıza daşımaq üçün bir fürsət olacaq. Bəzən insanın ömrünü dəyişən yol, atdığı ilk addımla başlayır. Sizi bu gün Bakı vaxtı ilə saat 21:00-da keçiriləcək "Ərbəinə Doğru" marafonunun açılış görüşünə səmimi-qəlbdən dəvət edirik. Qeydiyyat üçün: 👤 Kişilər üçün: 📩 Telegram: https://t.me/Huseynzada_12 📱 WhatsApp: +989016931176 🧕 Xanımlar üçün: 📩 Telegram: https://t.me/imamsadiq_inz 📱 WhatsApp: +994 55 737 14 81

  • 5 июл.1 298410

    Salam, dostlar! "Ərbəinə Doğru" yolçuluğu davam edir! 🌹 Çoxlu sayda müraciətləri və marağı nəzərə alaraq, marafona qoşulmaq istəyənlər üçün qeydiyyat müddətini 9 İyula qədər uzatdıq. 📢 Bu axşam - 5 İyul, saat 21:00-da marafonun açılış görüşü baş tutur! Hələ qərar verməkdə çətinlik çəkirsinizsə, sizi bu axşam qonaq qismində görüşümüzə dəvət edirik. 🎯 Görüşdə nə gözlənilir? • Ustadlarımızla tanışlıq. • 12 günlük proqramın məzmunu və gedişatı ilə bağlı ətraflı məlumat. • Sizi maraqlandıran suallara cavablar. ✅ Necə qoşulmalı? Görüşdə qonaq kimi iştirak etmək üçün bizə birbaşa yazaraq müraciət edin. Bu axşamkı görüş üçün ödəniş tələb olunmur. Görüşdən sonra proqramı və ustadlarımızı bəyənsəniz, qeydiyyatınızı tamamlayıb aramıza qatıla bilərsiniz. Dəstək: Bu mənəvi yolu böyüdək! Elanımızı paylaşaraq dostlarınızın da bu imkandan yararlanmasına vəsilə olun. 📝 Qeydiyyat üçün: Kişilər 📩 Telegram: https://t.me/Huseynzada_12 📱 WhatsApp: +989016931176 Qadınlar 📩 Telegram: https://t.me/imamsadiq_inz 📱 WhatsApp: +994 55 737 14 81

  • "İmam Sadiq (ə) Akademiyası - İslami Maarif" pinned «12 GÜN... ÖMÜR BOYU DAVAM EDƏCƏK BİR DƏYİŞİMİN BAŞLANĞICI. "Ərbəinə Doğru" 12 Günlük Onlayn Mənəvi İnkişaf Marafonu Ərbəin yalnız bir ziyarət deyil; əslində, İmam Hüseyn (ə) məktəbində insanı dəyişən, həyata istiqamət verən və cəmiyyət yetişdirən böyük…»

  • 1 июл.3 0551557

    12 GÜN... ÖMÜR BOYU DAVAM EDƏCƏK BİR DƏYİŞİMİN BAŞLANĞICI. "Ərbəinə Doğru" 12 Günlük Onlayn Mənəvi İnkişaf Marafonu Ərbəin yalnız bir ziyarət deyil; əslində, İmam Hüseyn (ə) məktəbində insanı dəyişən, həyata istiqamət verən və cəmiyyət yetişdirən böyük bir mədəniyyətdir. İstər bu il Ərbəin ziyarətində iştirak edəsiniz, istərsə də etməyəsiniz, bu məktəbin dərsləri hər birimiz üçündür. "İmam Sadiq (ə) İslam Maarif Mərkəzi" sizi "Ərbəinə Doğru" adlı 12 günlük onlayn Mənəvi İnkişaf Marafonuna dəvət edir. Bu proqramda Ərbəin məktəbinin həyatımıza işıq tutan dəyərlərini öyrənəcək, onları gündəlik həyatımızda tətbiq etməyin yollarını ustadlarımız və qonaq mütəxəssislərimizlə birlikdə müzakirə edəcəyik. 📚 Proqramın mövzuları 🔹 Qəlbdən Kərbəlaya Mənəvi hazırlıq və fərdi inkişaf Ustad: Adil Əhmədov 🔹 Hüseyni ailə, Hüseyni nəsil Ailə və övlad tərbiyəsi Ustad: Xəlil İsmayılov 🔹 Ərbəin: Sosial məsuliyyət və media Media savadlılığı və dini maarifçilik Ustad: Cəbrayıl Abıyev ✨ Proqram müddətində qonaq qismində müxtəlif sahələrin mütəxəssisləri də iştirak edəcəklər. Psixoloqlar, həkimlər, şairlər və məddahlar öz bilik və təcrübələrini iştirakçılarla bölüşəcəklər. 📅 Proqram haqqında 🗓 Tarix: 05.07.2026 - 16.07.2026 🕘 Dərslərin vaxtı: Hər gün saat 21:00 (Bakı vaxtı) 💻 Format: Google Meet üzərindən onlayn 📖 Dərslərin sayı: 12 dərs ⏱ Hər dərsin müddəti: Təxminən 60–90 dəqiqə 🎧 Canlı qoşula bilməyən iştirakçılar üçün bütün dərslərin səs yazıları təqdim olunacaq. Beləliklə, heç bir dərsi qaçırmadan proqramı özünüzə uyğun vaxtda dinləyə biləcəksiniz. 🔐 Google Meet keçidləri və dərslərin səs yazıları yalnız qeydiyyatdan keçmiş iştirakçılar üçün göndəriləcək və ümumi paylaşılmayacaq. ❓ Hər dərsin sonunda iştirakçıların müəllimlərə sual verməsi və mövzu ətrafında müzakirə aparması üçün xüsusi vaxt ayrılacaq. 🏆 Proqramın sonunda mövzular üzrə müsabiqə keçiriləcək. I yerin qalibi gələn il üçün Ərbəin ziyarət səfərinə maliyyə dəstəyi ilə mükafatlandırılacaq. Digər qaliblər isə müxtəlif dəyərli hədiyyələr qazanacaqlar. 📜 Proqramı uğurla başa vuran iştirakçılara elektron şəhadətnamə təqdim olunacaq. 💳 İştirak haqqı: 10 AZN Qeyd: İştirak haqqı iştirakçıların proqrama məsuliyyətlə yanaşmasını təşviq etmək, həmçinin proqramın sonunda keçiriləcək müsabiqənin mükafat fondunun formalaşdırılması məqsədi daşıyır. "Ərbəin yalnız ziyarət deyil; o, Hüseyni həyat tərzini öyrədən bir məktəbdir." 📝 Qeydiyyat 🗓 Qeydiyyatın son günü: 04.07.2026 Kişilər 📩 Telegram: https://t.me/Huseynzada_12 📱 WhatsApp: +989016931176 Qadınlar 📩 Telegram: https://t.me/imamsadiq_inz 📱 WhatsApp: +994 55 737 14 81 ⏳ Qeydiyyatı son günə saxlamayın! Qeydiyyat 4 iyul tarixində başa çatır. ✅ Elə indi qeydiyyatdan keçin və "Ərbəinə Doğru" 12 Günlük Onlayn Mənəvi İnkişaf Marafonunda yerinizi təmin edin! 📢 Bir paylaşımınız daha bir insanın İmam Hüseyn (ə) məktəbi ilə tanış olmasına və bu proqramdan faydalanmasına vəsilə ola bilər. Elanı dostlarınız və yaxınlarınızla paylaşaraq bu xeyir işə dəstək olun. Allah zəhmətinizi qəbul etsin! Sizi "Ərbəinə Doğru" Mənəvi İnkişaf Marafonunda görməkdən məmnun olarıq! https://t.me/imamsadiq_academy

  • 1 июл.2 161628

    без подписи

  • без подписи

  • без подписи

  • Əlqəmə deyir: İmam Baqirin (ə) hüzurunda ərz etdim: "Əgər Aşura günü bəzi möminlər İmam Hüseynin (ə) müsibəti münasibətilə bir-birlərinə başsağlığı vermək istəsələr, nə desinlər?" Həzrət buyurdu: Belə desinlər: "Allah İmam Hüseynin (ə) müsibətinə görə bizə veriləcək əcr və savabı böyük etsin və bizi, eləcə də sizi, onun qanının intiqamını Öz vəlisi İmam Məhdi (ə.f) ilə birlikdə alanlardan qərar versin." «عَظَّمَ اللَّهُ أُجُورَنَا بِمُصَابِنَا بِالْحُسَيْنِ (ع)، وَجَعَلَنَا وَإِيَّاكُمْ مِنَ الطَّالِبِينَ بِثَأْرِهِ مَعَ وَلِيِّهِ الْإِمَامِ الْمَهْدِيِّ مِنْ آلِ مُحَمَّدٍ (ص).» Sonra İmam Baqir (ə) buyurdu: «Əgər imkanın və gücün çatırsa, həmin gün (Aşura günü) şəxsi ehtiyaclarının ardınca getmə. Çünki bu gün müsibət və qəm günüdür. Həmin gündə dünya işləri üçün görülən işlərdə bərəkət olmaz. Əgər bir hacət yerinə yetərsə belə, onun sahibinə mübarək olmaz və həmin işdən xeyir görməz.»

  • без подписи

  • 27 мая1 370301

    без подписи

  • 23 мая1 44028

    без подписи

  • 16 мая1 500271

    без подписи

  • 28 апр.1 57037

    без подписи

  • 27 апр.1 290271

    без подписи

  • 18 апр.1 430291

    без подписи

  • 13 апр.1 37122

    без подписи

  • 13 апр.1 21117

    без подписи