Bəyan
Статистика🔰İslam həqiqətlərinin bəyanı: Quran Hədis Dua Məqalələr Əhkam Əqaid Tarix Məhdəviyyət anlayışı Videoların tərcüməsi Şübhələrə cavab
- Последний пост
- 14 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 33
- Всего постов
- 510
- Тип
- открытый
- Язык
- az
- Категория
- Религия
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 102
- 1/48двое суток
- 116
- 1/72трое суток
- 126
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
#gününzikri #namaz #namazvaxtı #namazvaxtları #azan #azan2026 #Rəbiul_əvvəl #rəbiül_əvvəl_ayı https://t.me/beyan_beyan
Nə vaxta qədər ki, İmam Zamanın (ə.f.) dostlarının həyatında O Həzrət üçün həqiqi bir yer olmayacaq və onlar İmam Zamanla (ə.f.) həqiqi beyət etməyəcəklər, yalnız uzaqdan İmam Zamana (ə.f.) salam verməklə kifayətlənəcəklər, amma İmam Zaman (ə.f.) onların həyatına və gündəlik yaşayışına daxil olmayacaq, Həzrətin (ə.f.) qeybəti də uzanacaq. Çünki, bilirsiniz, O Həzrət Allahın son höccətidir. Ondan sonra artıq heç kim yoxdur. O Həzrət o zaman gələcək ki, artıq hörmətli və sevilən olacaq; daha elə olmayacaq ki, babası Əli (ə.) kimi insanları israr etsin. Bir işarə etməyi ilə insanlar hazır olacaqlar. Ona görə də biz çalışmalıyıq ki, həyatımız “Vəli mehvər” olsun. Yavaş-yavaş özümüzü buna alışdıraq ki, işlərimizi İmam Zamanın (ə.f.) bəyəndiyi və sevdiyi şeylərə uyğun tənzimləyək. Ustad Ali https://t.me/beyan_beyan
مَن رَضِیَ بِالَیسیرِ مِنَ الحَلالِ خَفَّت مَؤُونَتُهُ وَ تَنَعَّمَ اَهلُهُ وَ بَصرَّهُ اللهُ داءَالدنُّیا وَ دَواءَها وَ اَخرَجَهُ منِها سالِماً إلی دارِ السَّلامِ İmam Rza (ə) “Kim halal malın azına razı olarsa, dolanışıq xərcləri yüngülləşər, ailəsi firavanlıq içində yaşayar. Allah ona dünyanın dərdini və dərmanını tanıdar və onu dünyadan salamat şəkildə Əmin-amanlıq yurdu olan cənnətə çıxarar.” 🔖Tuhəful-uqul, səh. 448 #hədis #ruzi #halal_mal #qazanc https://t.me/beyan_beyan
#hərgünbirayə #Quran #Qurani_kərim https://t.me/beyan_beyan
#gününzikri #namaz #namazvaxtı #namazvaxtları #azan #azan2026 #Rəbiul_əvvəl #rəbiül_əvvəl_ayı https://t.me/beyan_beyan
без подписи
без подписи
без подписи
без подписи
без подписи
без подписи
🔸İmam Rzanın (ə) bir təklifə sərt cavabı Hamı üçün bir süfrə İmam Rzanın (ə) Xorasana səfəri zamanı Bəlx əhalisindən olan bir kişi də Həzrətlə birlikdə səfər edirdi. Bir gün İmam süfrə açılmasını əmr etdi və bütün xidmətçilərinin və qullarının da həmin süfrə arxasında oturmasını istədi. Fərq qoymadan yan-yana İmamın xidmətçiləri arasında müxtəlif millətlərdən və etnik qruplardan olan insanlar, o cümlədən qaradərililər də var idi. Həzrət onların hamısını heç bir fərq qoymadan bir yerə topladı və eyni süfrə arxasında oturtdu. Bəlxlinin təklifi Bu mənzərəni görən Bəlxli kişi İmama dedi: «Canım sənə fəda olsun, kaş ki, bu insanlar üçün ayrıca süfrələr açaydınız.» İmamın qəti cavabı İmam Rza (ə) dərhal buyurdu: «Bəsdir! Uca və mübarək Allah birdir, ana birdir və ata birdir.» İnsanların üstünlük meyarı Həzrət sözünə davam edərək buyurdu: «İnsanların mükafatı onların əməllərinə görədir.... https://t.me/beyan_beyan
Şəhid rəhbər Ayətullah Xamenei- İmam Rza (ə) bizim mənəvi sahibimizdir. @beyan_beyan
ستدفن بضعة منّي بأرض خراسان، ما زارها مكروب إلّا نفَّس الله كربته، ولا مذنب إلّا غفر الله ذنوبه İmam Rzadan (ə) da belə nəql olunmuşdur: “Kim mənim uzaqda yerləşən məzarımı ziyarət etsə, Qiyamət günü üç yerdə onun yanına gələrək onu həmin yerlərin qorxularından xilas edərəm: əməl dəftərləri sağ tərəfdən sol tərəfə keçdiyi zaman, Sirat körpüsünün yanında və əməllərin tərəzidə çəkildiyi zaman.” (Uyunu Əxbarir-Rza (ə), c.2, səh.285) من زارني على بُعد داري، أتيته يوم القيامة في ثلاث مواطن، حتّى أخلّصه من أهوالها: إذا تطايرت الكتب يميناً وشمال، وعند الصراط، وعند الميزان ▪️İmam Rzanın (ə) ziyarət qaydası Şeyx Müfid (r.ə) İmam Rzanın (ə) qısa ziyarəti haqqında belə yazır: “İmamın qəbrinin qarşısında dayanarsan. Onu ziyarət etmək üçün qüsl etdikdən və ən təmiz paltarlarını geyindikdən sonra belə deyərsən: “Salam olsun sənə, ey Allahın vəlisi və Onun vəlisinin oğlu! Salam olsun sənə, ey Allahın höccəti və Onun höccətinin oğlu! Salam olsun sənə, ey hidayət imamı və möhkəm ip! Allahın rəhməti və bərəkəti üzərinə olsun. Şəhadət verirəm ki, sən öz pak ata-babalarının getdiyi yolla getdin. Onların hamısına Allahın salavatı olsun. Sən heç vaxt zəlaləti hidayətdən üstün tutmadın və haqqdan batilə yönəlmədin. Sən Allaha və Onun Rəsuluna (s) nəsihət etdin və əmanəti yerinə yetirdin. Buna görə Allah səni İslam və onun əhli tərəfindən ən xeyirli mükafatla mükafatlandırsın. Atam-anam sənə fəda olsun! Səni ziyarət etmək, haqqını tanımaq, dostlarını dost, düşmənlərini düşmən tutmaq üçün yanına gəlmişəm. Mənim üçün Rəbbinin yanında şəfaət et.” السلام عليك يا وليّ الله وابن وليّه، السلام عليك يا حجّة الله وابن حجّته، السلام عليك يا إمام الهدى والعروة الوثقى، ورحمة الله وبركاته. أشهد أنّك مضيت على ما مضى عليه آباؤك الطاهرون صلوات الله عليهم، لم تؤثر عمىً على هدى، ولم تمل من حقّ إلى باطل، وأنّك نصحت لله ولرسوله، وأدّيت الأمانة، فجزاك الله عن الإسلام وأهله خير الجزاء. أتيتك بأبي أنت وأمّي زائراً، عارفاً بحقّك، موالياً لأوليائك، معادياً لأعدائك، فاشفع لي عند ربّك Sonra qəbrə tərəf əyilib onu öpər və yanaqlarını qəbrə qoyarsan. Daha sonra baş tərəfinə keçib belə deyərsən: “Salam olsun sənə, ey mənim mövlam, ey Allah Rəsulunun oğlu! Allahın rəhməti və bərəkəti üzərinə olsun. Şəhadət verirəm ki, sən hidayət edən imam və doğru yola yönəldən vəlisən. Sənin düşmənlərindən Allaha pənah aparır, sənin vilayətinlə Allaha yaxınlaşıram. Allahın salavatı, rəhməti və bərəkəti sənin üzərinə olsun.” Sonra iki rükət ziyarət namazı qılarsan. Bundan sonra istədiyin qədər namaz qıla bilərsən. Daha sonra qəbrin ayaq tərəfinə keçib istədiyin duaları edərsən. İnşallah.” (Mufid, Əl-Muqniə, s.480) #məqalə https://t.me/beyan_beyan
Məhəmməd ibn İmam Cəfər Sadiq (ə) Mədinədə qiyam etdikdə, Harun ər-Rəşid onun üzərinə Cəludini göndərdi və ona əmr etdi ki, Əbu Talib övladlarının evlərini qarət etsin, qadınların üzərində olan hər şeyi çıxarsın və onların əynində yalnız bir paltar saxlasın! Bu hadisə İmam Kazimin (ə) şəhadətindən sonra baş verdi. Cəludi Mədinəyə gəldi və Ələvilərlə Harunun əmr etdiyi kimi rəftar etdi. O, adamları ilə birlikdə İmam Rzanın (ə) evinə hücum etdi. Ələvi qadınlar təşvişə düşərək bir evdə toplandılar. İmam Rza (ə) Cəludiyə buyurdu: “İcazə ver, onların üzərində olan şeyləri özüm çıxarıb sənə gətirim.” İmam ona and içdi ki, qadınların üzərində heç nə saxlamayacaq. Cəludi qapının ağzında dayandı, İmam (ə) isə içəri daxil oldu. Qadınların bütün paltarlarını, bilərziklərini, ayaq halqalarını və sırğalarını götürüb Cəludiyə verdi. (Əl-Muqərrəm Seyyid Əbdür-Rəzzaq, Vəfatul-İmam Rza (ə), s.24) Ey mənim ağam, Əbu Həsən! Bu hadisə bizə Aşura gününü xatırladır. İmam Hüseynin (ə) şəhadətindən sonra düşmənlərin Peyğəmbər (s) qızlarının çadırlarına hücum etdiyi günü... Sən özün buyurmuşdun: “Şübhəsiz, Məhərrəm ayı elə bir aydır ki, cahiliyyət dövründə insanlar bu ayda döyüşməyi haram hesab edirdilər. Lakin bu ayda bizim qanımızı halal bildilər, hörmətimizi tapdaladılar, övladlarımızı və qadınlarımızı əsir etdilər, çadırlarımızı yandırdılar, içərisində olan əşyaları qarət etdilər və Peyğəmbərin (s) bizim barəmizdə olan hörmətinə riayət etmədilər...” (Şeyx Səduq, Əl-Əmali, s.190) ▪️İmam Rzanın (ə) yanında Dəbil Xüzainin mərsiyə oxuması Rəvayət olunur ki, Dəbil Xüzai deyir: “Məhərrəm günlərindən birində ağam və mövlam Əli ibn Musa ər-Rzanın (ə) yanına daxil oldum. Onu kədərli və qəmgin halda oturmuş gördüm. Səhabələri də onun ətrafında idilər. Məni görən kimi buyurdu: — Xoş gəlmisən, ey Dəbil! Əli və dili ilə bizə yardım edən! Sonra mənim üçün yer açdı və məni öz yanında oturtdu. Ardınca buyurdu: — Ey Dəbil! İstəyirəm mənim üçün şeir oxuyasan. Çünki bu günlər bizim Əhli-beyt üçün hüzn günləridir, düşmənlərimiz, xüsusilə Bəni-Üməyyə üçün isə sevinc günləri olmuşdur. Ey Dəbil! Kim bizim müsibətimizə görə ağlasa və hətta bir nəfəri belə ağlatsa, onun mükafatı Allahın öhdəsindədir. Ey Dəbil! Kimin gözləri bizim müsibətimizə görə yaşarsa və düşmənlərimizin bizə etdiklərinə görə ağlayarsa, Allah onu bizimlə birlikdə və bizim dəstəmizdə məhşur edər. Ey Dəbil! Kim mənim cəddim Hüseynin (ə) müsibətinə görə ağlasa, Allah onun günahlarını, şübhəsiz ki, bağışlayar.” Sonra İmam (ə) ayağa qalxdı, mənimlə öz ailəsi arasında pərdə çəkdi və ailə üzvlərini pərdənin arxasında oturtdu ki, cəddləri olan Hüseynin (ə) müsibətinə ağlasınlar. Sonra mənə tərəf dönüb buyurdu: — Ey Dəbil! Hüseynin (ə) müsibətini yad et. Sən sağ olduğun müddətdə bizim yardımçımız və mədh edənimizsən. Bacardığın qədər bizə yardım etməkdə səhlənkarlıq etmə! Dəbil deyir: “Göz yaşlarımı saxlaya bilmədim. Göz yaşlarım axdı və bu şeiri oxumağa başladım: Ey Fatimə! Əgər Hüseyni yerə sərilmiş, Fəratın sahilində susuz halda ölmüş görsəydin, Şübhəsiz, onun yanında üzünə şillə vurardın, Göz yaşlarını yanaqlarına axıdardın… ▪️İmam Rzanın (ə) ziyarəti İmam Rzanın (ə) Tusda ziyarət edilməsinin fəziləti haqqında çoxlu rəvayətlər nəql edilmişdir. Onlardan biri Qübeysə ibn Cabir ibn Yezid əl-Cufi tərəfindən rəvayət olunur. O deyir: “Vəsilərin vəsisi, peyğəmbərlərin elminin varisi, Əbu Cəfər Məhəmməd ibn Əli ibn Hüseyn ibn Əli ibn Əbu Talibdən (ə) eşitdim. O buyurdu: ‘Mənə abidlərin ağası Əli ibn Hüseyn (ə), o da şəhidlərin ağası Hüseyn ibn Əlidən (ə), o da vəsilərin ağası Əmirəl-möminin Əli ibn Əbu Talibdən (ə) nəql etdi ki, Allah Rəsulu (s) buyurub: “Məndən bir parça Xorasan torpağında dəfn olunacaq. Hər bir kədərli insan onu ziyarət etsə, Allah onun kədərini aradan qaldırar və hər bir günahkar onu ziyarət etsə, Allah onun günahlarını bağışlayar.” (Uyunu Əxbarir-Rza (ə), c.2, səh.288)
İmam Rzanın (ə) müsibəti ilə Kərbəla müsibəti arasında ⤵️⤵️⤵️
اَلْمُؤمِنُ اِذا غَضِبَ لَمْ يُخْرِجْهُ غَضَبُهُ عَنْ حَقٍّ، و اِذا رَضِىَ لَمْ يُدْخِلْهُ رِضاهُ فى باطِلٍ وَ اِذا قَدَرَ لَمْ يَأْخُذْ اَكْثَرَ مِنْ حَقِّهِ İmam Rza (ə) Mömin qəzəbləndiyi zaman qəzəbi onu haqdan çıxarmaz. Razı qaldığı zaman razılığı onu batilə sövq etməz. Güc və qüdrət sahibi olduğu zaman isə öz haqqından artığını götürməz. 🔖Biharul-ənvar, c. 75, səh. 355 #hədis #mömin #qəzəb #haqq #batil #güc #qüdrət https://t.me/beyan_beyan
#gününzikri #namaz #namazvaxtı #namazvaxtları #azan #azan2026 #Səfər #səfər_ayı https://t.me/beyan_beyan
Əmirəl-möminin (ə) çətin bir dövrdən sonra şəhadətə çatdı, həm də mehrabda və çox ağır bir şəkildə. Buna görə Peyğəmbər (s) buyurdu: «فَکَیفَ صَبرُکَ اِذاً؟» — “Şəhadət sənə nəsib olduqda, necə səbir edəcəksən?” فقلت: «يَا رَسُولَ اللهِ، لَيْسَ هٰذَا مِنْ مَوَاطِنِ الصَّبْرِ» Mən dedim: “Ey Allahın Rəsulu! Bu, səbir ediləcək yerlərdən deyil. İnsan acı və xoşagəlməz bir iş qarşısında səbir edir. وَ لٰکِنْ مِنْ مَوَاطِنِ الْبُشْرَى وَ الشُّکْرِ Əksinə, bu, insanın özünə müjdə verməli və Allaha şükür etməli olduğu məqamlardandır. Şəhadət tələb etmək Əmirəl-mömininin (ə) xüsusiyyətlərindən biridir. Allaha şükür olsun ki, bizim dövrümüzdə də fədakar insanlar var və olublar. Biz çox sayda insan görmüşük ki, bu istiqamətdə Əmirəl-mömininə (ə) iqtida edib, onun ardınca gedib, şəhadətə aşiq olublar, şəhadətin ardınca gediblər, şəhadət arzulayıblar və Uca Allah da şəhadəti onlara nəsib edib. Şəhid rəhbər Ayətullah Seyid Əli Xamenei https://t.me/beyan_beyan
📖✍100-cü dərs 🛎MÜXALİF QRUPLAR 1. Peyğəmbərin gəlişindən qorxuya düşən zümrələrdən biri də qeyri-həqiqi və batil dinlərin rəhbərləri idi. Onlar da peyğəmbərlərin azadlıq bəxş edən dəvətləri ilə kəskin mübarizə aparırdılar. Dini mətnlərimizdə də buna dair nümunələr vardır. İbrahim peyğəmbərin macərasında nəql olunur ki, bütxananın xidmətçiləri bütlərin sındığını gördükdə, "Onları kim sındırıb?" deyə hay-küy salmağa başladılar və Nəmrudu məcbur etdilər ki, Həzrət İbrahimi (ə) oda atsın. Bütxana barəsində məlumat sahibi olanlar adi camaat deyil, bütxananın kahin və xidmətçiləri idi. Fironun vaxtında Musa ibn İmrana (ə) görə Firona təsəlli verənlər, öz sehr-caduları ilə onun sehrlərini batil edəcəkləri ilə təskinlik verənlər də elə onlar idilər. İsa peyğəmbərin dəvəti zamanı o Həzrətlə müxalifət və mübarizəyə qalxan ən böyük düşmənlər də elə onlar idilər. 2. Camaatın əlində olan İncil kitabına bir baxın, bu kitab nə qədər təhriflərə məruz qalsa da tarixin bu hissəsini və həqiqətini bizim üçün aydınlaşdırır. Yenə görürük ki, İslamın dəvəti ilə bağlı eşitdiyiniz çoxlu sayda hekayələrdə göstərilir ki, insanları ardıcıl olaraq Peyğəmbərə (s) sual vermək, onu sınaqdan keçirmək üçün o Həzrətin canına salırdılar. Nəcran xristianları ilə bağlı "Mübahilə" (qarğış) cərəyanını və bu kimi digər hadisələrin ortalığa atılması buna bir misaldır. Onlar insanları öz çürük və köhnə inanclarında qalmağa məcbur edirdilər.Bir cəmiyyətə yeni təfəkkür tərzi aşılandıqda insanların təfəkkür yolunu daha çox idrak, şüur və agahlığa doğru çəkib apardıqda, onları istər yaşlı olsun, istərsə də gənc bu ideoloji cərəyana doğru yönəltdikdə, istər-istəməz ona tərəf üz tutacaq. İnsanlar daim yeni söz istəyir, həzm edə bildiyi sözü daha tez qəbul edirlər. Həm də yalan sözün işığı olmaz. Xurafat, dini təhrif və dəyişikliklər yalandır. Əgər bu xurafatın batilliyi aydın bəyan və dəlillə sübut olunarsa, insanlar onu asanlıqla qəbul edərlər. 3. Tarix boyu yəhudi və xristian alimləri peyğəmbərlərin aydın söz sahibi olmalarına rəğmən, insanların peyğəmbərlərə qoşulmasına maneçilik törətmişlər. Peyğəmbərlərin sözü aşkar, dəlil-sübutları tutarlı, özləri isə nur olub. Hər zaman insanları maarifləndirmiş, insanları çaşdıracaq bir söz danışmamış, filosoflar kimi anlaşılmaz fəlsəfi terminlərdən istifadə etməmiş, insanlara qarşı düz olmuş, aydın danışmışlar. Məhz bu səbəbdən də insanlar onlara tez bir zamanda iman gətirməli, sözləri dəqiq və tutarlı olduğu üçün dərk etməli idilər. Lakin insanların bu qədər inadkarlıq və təəssübkeşlik edib peyğəmbərlərin dəvətini qəbul etməmələrinə nə səbəb oldu? Qurani-Kərimdə "əhbar" və rahib adlandırılan yəhudi və xaçpərəst alimləri maneçilik törədir, insanları ata-babalarından qalmış yanlış ənənələrə və xurafat dolu əqidələrdən əl çəkməməyə təşviq edirdilər. Onlar da peyğəmbərlərin gəlişindən qorxuya düşürdülər. Çünki yaxşı bilirdilər ki, peyğəmbərin gəlişi ilə cəmiyyətə agahlıq, aydınlıq, ideoloji tərəqqi bəxş ediləcək, cəmiyyət ya öyrənəcək, ya da öyrədəcək; artıq belə bir meydanda savadsızların, özündənrazı insanların, səbəbsiz hörmətə layiq görülənlərin, cəmiyyətin savadsız və xurafat içərisində qalmasını istəyənlərin yeri yoxdur. Elə buna görə də, peyğəmbərlər, ilahi dəvətlər və tarixi inqilablarla var gücləri ilə mübarizə aparırdılar. Bu da dördüncü təbəqə Qurani-Kərimə müraciət etsəniz, bu məsələyə də rast gələcəksiniz. 📚Mənbə: Şəhid İmam Xamenei cənablarının söhbətləri əsasında hazırlanmış Quranda İslami təfəkkür tezisi kitabı. #MÜXALİFQRUPLAR https://t.me/beyan_beyan