"Səqəleyn" - Fiqh və Hüquq Mərkəzi
СтатистикаSual, təklif və iradlar üçün adminlə əlaqə: @Seqeleyn_merkezi
- Последний пост
- 25 февр.
- Последнее чтение
- 13 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- az
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
Rəhman və Rəhim Allahın adı ilə 🔰Ramazan ayında restoran işlətmək 🔷Mübarək Ramazan ayında gün ərzində ümumi insanlar (üzrlü və üzrsüz oruc tutmayanlar) üçün restoran və çayxana fəaliyyəti göstərmək, bu aya hörmətsizlik sayıldığına görə qadağandır. 🔷Lakin xəstəxanalarda, avtovağzal, qonaq evləri və bu kimi sair məkanlarda olan restoran və çayxanalar bu qadağadan istisna edilir. Buna səbəb orada olan restoran və çayxana fəaliyyətinin ümumi xəstələr və ya müsafirlər üçün nəzərdə tutulmasıdır. Bu qəbildən olan insanlara oruc vacib olmadığına görə qeyd edilən yerlərdə onlara yemək-içmək xidmətləri göstərmək qadağan deyildir. ✅Yemək sifarişi və çatdırılma xidməti ❓Sual: 1️⃣Restoran gün ərzində bağlı şəkildə və yalnız sifarişlə fəaliyyət göstərir, yəni müştəri sifariş etdiyi yeməyi götürüb gedir və həmin yeməyi özü ya başqası üçün aldığı məlum deyil. Bu formada restoran fəaliyyəti icazəlidir? 2️⃣Mən kuryer olaraq yemək çatdırıram və müştərinin oruc olub-olmadığını və yaxud özü ya başqa üzrlü şəxslər (qoca, uşaq, müsafir) üçün aldığını bilmirəm. Bu halda kuryer işləməyim icazəlidir? ❗Hər iki sualın cavabı: Ayətullah Xamenei və Məkarim Şirazi: Öz-özlüyündə iradı yoxdur. [1] [2] Ayətullah Sistani: Əgər orucluq ayına hörmətsizlik sayılacaqsa olmaz, əks halda iradı yoxdur. [3] 📌Dipnotlar: 1- İstifta kodu:grm6kgr 2- İstifta kodu:251114040096 3- İstifta kodu:1761275 Sual, təklif və iradlar üçün (teleqramda) adminlə əlaqə: @Seqeleyn_merkezi Sosial şəbəkələrdə bizi izləyin: Telegram: https://t.me/saqeleyn https://t.me/saqaleynkelam İnstagram: https://instagram.com/saqeleyn_fiqh_ve_huquq_merkezi?igshid=YmMyMTA2M2Y= Youtube: https://youtube.com/channel/UCRpurTF4jZ2eUpJ8ZDYG44w Whatsapp: https://chat.whatsapp.com/JJw9sGhKmiOHCoWwdI579P
Rəhman və Rəhim Allahın adı ilə 🔰Mübarək Ramazan ayında üzrsüz şəxsə yemək-içmək vermək 🔷Mübarək Ramazan ayında üzrlü səbəbdən (səfərdə olmaq, xəstəlik və s.) oruc tutmayan şəxslərə gün ərzində yemək-içmək təqdim etməyin günahı yoxdur, lakin üzrsüz oruc olmayan şəxslərə yemək-içmək təqdim etməkdən çəkinmək lazımdır. ✅Ayətullah Xamenei: Üzrsüz şəxsə yemək-içmək təqdim etmək açıq-aşkarda olmazsa, bu iş oruc tutmayanın işini təsdiqləmək və ya bu işə təşviq etmə sayılmazsa və həmçinin Ramazan ayına hörmətsizlik kimi görünməzsə icazəlidir, əks halda olmaz. [1] ✅Ayətullah Sistani: Vacib-ehtiyata əsasən üzrsüz yerə oruc olmayana yemək-içmək təqdim etmək olmaz. [2] ✅Ayətullah Məkarim Şirazi: Üzrsüz yerə oruc olmayana yemək-içmək təqdim etmək olmaz. [3] ❗Qeyd: Yuxarıda qeyd edilən qadağalar zərurət halına aid deyil. Belə ki, kimsə yemək-içmək təqdim etməməklə zərər və ziyana uğrayacaqsa bu halda təqdim edə bilər. Buna misal kimi qadının üzrsüz oruc olmayan həyat yoldaşına abrının və ya canının qorxusundan yemək verməyini qeyd etmək olar 📌Dipnotlar: 1:İstifta kodu:nz2gyg7 2:istifta kodu:1140422 3: makaremshirazi.net Sual, təklif və iradlar üçün (teleqramda) adminlə əlaqə: @Seqeleyn_merkezi Sosial şəbəkələrdə bizi izləyin: Telegram: https://t.me/saqeleyn https://t.me/saqaleynkelam İnstagram: https://instagram.com/saqeleyn_fiqh_ve_huquq_merkezi?igshid=YmMyMTA2M2Y= Youtube: https://youtube.com/channel/UCRpurTF4jZ2eUpJ8ZDYG44w Whatsapp: https://chat.whatsapp.com/JJw9sGhKmiOHCoWwdI579P
Rəhman və Rəhim Allahın adı ilə 🔰"Müsəlmanların bazarı" qaydası 1️⃣Qaydanın mənası: 🔷"Suuqul-Muslimin" (سوق المسلمین) tərcümədə "Müsəlmanların bazarı" mənasını ifadə edir. 🔷Bu qaydaya əsasən, müsəlman ölkəsində və ya müsəlmanların çoxluq təşkil etdiyi bir cəmiyyətdə fəaliyyət göstərən bazar və alqı-satqı mərkəzlərində ət, dəri, dərman, kosmetika və s. məhsulların haramlıq və nəcisliyinə qəti sübut olmadıqda təftiş və araşdırmaya ehtiyac olmadan halal və pak sayılır. 2️⃣Qaydanın şərtləri: 🔘Bazar və alqı-satqı mərkəzləri müsəlmanlara aid olsun və ya müsəlmanların çoxluq təşkil etdiyi məkanlarda yerləşsin. 🔘Məhsulun sahibi məzhəbindən asılı olmayaraq müsəlman olsun və ya müsəlman tərəfindən alınıb satışa daxil edilsin. 🔘Satılan ət məhsulunun və ya dərinin qeyri-şəriət yolu ilə kəsilməsinə əminlik olmasın. 3️⃣Qaydanın dəlilləri: 🔷Qeyd olunan qayda müsəlmanlar arasında hamılıqla qəbul olunmuş və yekdil rəy əsasında sübuta yetirilmişdir. Əlavə olaraq çoxlu hədislər də bu barədə bizə xəbər verir: İmam Baqir (əleyhis-salam) bazarda ət məhsullarının alışı barədə verilən sualın cavabında belə buyurur: كُلْ إذَا كَانَ ذَلَّكْ فِي سُوقِ الْمُسْلِمِينَ وَلْأَتَسَأَلْ عَنْهَا “Əgər bu (aldığın ət) müsəlmanların bazarında olsa yeyə bilərsən və onun barəsində soruşub-araşdırmağa ehtiyac yoxdur.”[1] 🔷Daha sadə ifadə ilə desək, əgər müsəlman bazarında satılan ət məhsulunun halallığının əksinə qəti sübut yoxdursa halal və pak sayılır. 4️⃣Qaydanın praktiki nümunələri: ✅Ət dükanları 🔷Müsəlman ölkələrində yerləşən dükanlardan alınan ət məhsulları (hətta şəriət qaydasına uyğun kəsiminə əminlik olmasa belə) halal sayılır. ✅Geyim mağazaları 🔷Müsəlman bazarında və ya müsəlman ölkələrindən idxal edilən dəri məhsullarının pak olmasına hökm verilir. ✅Restoranlar 🔷Müsəlman ölkələrində və ya müsəlmanların çoxluq təşkil etdiyi yerlərdəki restoranlarda ət məhsullarından hazırlanan yeməklərin haramlığına əminlik olmasa, yeməklər halal hökmündədir. 📌Dipnotlar: 1- Kuleyni, Kafi, 6-cı cild, səh. 237 Sual, təklif və iradlar üçün (teleqramda) adminlə əlaqə: @Seqeleyn_merkezi Sosial şəbəkələrdə bizi izləyin: Telegram: https://t.me/saqeleyn https://t.me/saqaleynkelam İnstagram: https://instagram.com/saqeleyn_fiqh_ve_huquq_merkezi?igshid=YmMyMTA2M2Y= Youtube: https://youtube.com/channel/UCRpurTF4jZ2eUpJ8ZDYG44w Whatsapp: https://chat.whatsapp.com/JJw9sGhKmiOHCoWwdI579P
Rəhman və Rəhim Allahın adı ilə 🔰Təharət Qaydası (أصالة الطهارة) ✅İslam fiqhində hüquqi prinsip ▶️Təharət (təmizlik) İslamda təkcə mənəvi[1] deyil, həm də maddi bir anlayış kimi də dəyərləndirilir. İslam fiqhində (İmam Sadiqin (ə) hədisində qeyd edildiyi kimi) [2] “əsələtut-təharə” (təharətin əsas olması) prinsipi, bir şeyin zahirdə təmiz sayılması və bu təmizliyin əksinə qəti dəlil olmadıqca onun nəcis (murdar) hesab edilməməsini əsas tutur. Bu hüquqi prinsip, şəkki aradan qaldırmaq və müsəlmanların gündəlik həyatını asanlaşdırmaq üçün mühüm vasitədir. ▶️Bu prinsip, fiqh elmində “əsl” (əsas) anlayışı çərçivəsində müzakirə olunur və praktiki fiqh qaydası kimi tanınır. ✅Praktiki nümunələr: 1️⃣Şəkk edilən su: Əgər suyun nəcis olub-olmadığı barəsində şəkk varsa və nəcis olmasına dair qəti əlamət yoxdursa su pak hökmündədir. 2️⃣Aldığımız əşyanın paklığı: Əgər müsəlman olmayan bir şəxsdən və ya müsəlman olub paklığa riayət etməyən şəxs bizə hər hansısa bir əşya verdikdə onun nəcasətinə bir sübutumuz yoxdursa həmin əşya pak hökmündədir. ✅Nəticə “Əsələtut-təharə” prinsipi fiqh elmində gündəlik həyatın rahat və ibadətlərin mümkün olması üçün vacib hüquqi əsasdır. Qurani-Kərim və məsum imamların (ə) kəlamları bu prinsipin tətbiqini açıq şəkildə dəstəkləyir və onun fiqhi etibarlığını sübut edir. 📌Dipnotlar: [1] Mənəvi təharətdən məqsəd qüsl, dəstəmaz və təyəmmüm ilə ələ gələn təharətdir. [2] Vəsailuş-şiə, Əbvabun-nəcasat, 37ci bab, 4cü hədis. Sual, təklif və iradlar üçün (teleqramda) adminlə əlaqə: @Seqeleyn_merkezi Sosial şəbəkələrdə bizi izləyin: Telegram: https://t.me/saqeleyn https://t.me/saqaleynkelam İnstagram: https://instagram.com/saqeleyn_fiqh_ve_huquq_merkezi?igshid=YmMyMTA2M2Y= Youtube: https://youtube.com/channel/UCRpurTF4jZ2eUpJ8ZDYG44w Whatsapp: https://chat.whatsapp.com/JJw9sGhKmiOHCoWwdI579P
Rəhman və Rəhim Allahın adı ilə 🔰Müməyyiz uşağın camaat namazında iştrakının hökmü 🔷Bu məsələ müməyyiz uşağın ibadətinin hökmünə bağlıdır. Belə ki, əgər müməyyizin fərdi namazı düzgün hesab edilsə camaat namazında iştirakı da (digər şəxslər kimi) camaat namazının cərgələrinə xələl gətirməyəcəkdir. Əks halda müməyyizin camaat namazında iştrakı, namaz qılanlar arasında geniş fasiləyə səbəb olsa camaat namazının cərgələrinə xələl gətirəcək. 🔷Müməyyiz uşağın camaat namazında iştrakı ilə camaat namazı sıralarına xələl gətirib-gətirməmək barədə mərcei-təqlidlərin nəzəri: ✅Ayətullah Xamenei, Ayətullah Sistani və Ayətullah Şübeyri Zəncani: Müməyyiz uşağın fərdi namazı düzgün sayıldığı üçün camaat namazlarında iştirakı, eynilə həddi-buluğa çatmış şəxslərin hökmünü daşıyır[1]. ✅Ayətullah Məkarim Şirazi: Vacib-ehtiyata əsasən müməyyiz uşağın fərdi namazı düzgün sayılmadığı üçün onların camaat namazında iştirakı, sıralar arasında geniş fasiləyə səbəb olduğu halda camaat namazının cərgələrinə xələl gətirir[2]. 📌Dipnotlar: 1) İstifta kod :r5yz75z; Minhac-salihin, 1-ci cild, məs.805; İstiftaat, 1-ci cild, məs.19. 2) Ayətullah Məkarim Şirazi, "Urvətul-vusqa" kitabına qeydlər, Camaat namazının şərtləri, məs.22, dipnot 2. Sual, təklif və iradlar üçün adminlə əlaqə: @Seqeleyn_merkezi Sosial şəbəkələrdə bizi izləyin: Telegram: https://t.me/saqeleyn https://t.me/saqaleynkelam İnstagram: https://instagram.com/saqeleyn_fiqh_ve_huquq_merkezi?igshid=YmMyMTA2M2Y= Youtube: https://youtube.com/channel/UCRpurTF4jZ2eUpJ8ZDYG44w Whatsapp: https://chat.whatsapp.com/JJw9sGhKmiOHCoWwdI579P
Rəhman və Rəhim Allahın adı ilə 🔊🔊Hörmətli elmsevərlərin nəzərinə 📚Offline əhkam dərsləri 🔰 Eldar Əlihüseynzadənin 152 hissədən ibarət olan ibtidai əhkam dərslərinin virtual təlimləri keçirilir. ✅Hər bir dərs 10-15 dəqiqədən ibarətdir. ✅Dərslər bəylər üçün nəzərdə tutulmuşdur. ✅Dini biliyi olmayanlar da bu dərslərdə iştirak edə bilər. ✅Dərsdə iştirak edən tələbələr üçün tələbə kodu veriləcək. ✅Dərslər həftədə 3 dəfə qrup nəzarətçisi tərəfindən müəyyən edilmiş qrupa yüklənəcək. ✅Həftə sonu tələbələrə hər dərsdən (biri könüllü olaraq) üç sual təqdim ediləcək. ✅Qrup, yalnız dərs günləri açıq olacaq və tələbələr dərsi dinlədikdən sonra öz kodlarını qrupda qeyd edəcəklər. ✅Dərsləri uğurla bitirən tələbələrə sonda Səqəleyn FHM-in sertifikatı ilə təltif ediləcək. 📌Qeyd: Dərslər Fevral ayının 5-dən başlayacaq 📝Dərsdə iştirak etmək istəyənlər, qeydiyyat üçün aşağıdakı nömrənin vatsapına yaza bilərlər: +49 1577 6908153 "Səqəleyn" Fiqh və Hüquq Mərkəzi (İstifta heyəti) Sosial şəbəkələrdə bizi izləyin: Youtube: https://m.youtube.com/@sqleynfiqhvhuquqmrkzi573 Whatsapp: https://chat.whatsapp.com/JJw9sGhKmiOHCoWwdI579P Telegram: https://t.me/saqeleyn İnstagram: https://www.instagram.com/saqeleyn_fiqh_ve_huquq_merkezi?igsh=NXBlbTlqbTB4ZzU4 Tiktok: https://www.tiktok.com/@seqeleyn_fiqh?_t=8oeBaIStLAA&_r=1
Rəhman və Rəhim Allahın adı ilə 🔰Qumarın hökmü ✅İslamda qumar oynamağın və onunla əldə edilən gəlirin haram olması barədə heç bir şübhə yoxdur. Bu Quranın aşkar bəyanı (Maidə 90) və dinin zəruri məsələlərindəndir (baxmayaraq ki, məsələnin təfərrüatlarında bəzi fərqlər var). ✅Qeyd edilən təfərrüatlardan biri keçmişdə qumar aləti sayılıb, hazırda qumar aləti hesab edilməyən vasitələrlə uduşsuz oyun oynamağın hökmü barədədir. Demək olar ki, bir çox müctəhidlərin rəyinə görə, bir oyunun öz-özlüyündə haram olub-olmasında meyar o vasitənin hazırda qumar aləti hesab edilib-edilməməsidir. Lakin eyni zamanda burada da bəzi fikirayrılıqları mövcuddur. ⤵️Bu baxımdan diqqətinizi müctəhidlərin fətvasına yönəldirik: Ayətullah Xamenei[1] və Ayətullah Məkarim Şirazinin[2] rəyi: Növündən aslı olmayaraq hazırda qumar aləti hesab edilən vasitələrlə, istər uduşla istər uduşsuz oyun oynamaq haramdır. Əgər hər hansı bir oyun vasitəsi hazırda qumar aləti hesab edilmirsə (belə ki heç bir yerdə artıq bununla qumar oynanılmırsa), uduşsuz onunla oyun oynamaq icazəlidir. 📌Qeyd: Ayətullah Məkarim Şirazinin fikrincə şahmat oyunu hal-hazırda qumar aləti hesab edilmir və onunla uduşsuz oyun oynamaq icazəlidir[3]. Ayətullah Sistaninin[4] rəyi: İstər hazırda qumar aləti hesab edilsin, istər hesab edilməsin şahmat və nərdlə hətta uduşsuz belə, oyun oynamaq haramdır. Kart və bu kimi digər qumar alətləri ilə, (nə qədər ki hal-hazırda qumar aləti hesab edilir yaxud keçmişdə qumar aləti olub və hazırda qumar aləti hesab edilib-edilməməsində şəkk var) uduşla oynamaq haramdır, uduşsuz oynamaq da vacib ehtiyata əsasən icazəli deyil. ❓Sual: Bir oyun vasitəsinin qumar aləti hesab edilməsinin meyarı nədir? Ayətullah Xamenei[5]: Bir alət əgər hazırda heç bir yerdə qumar aləti kimi tanınmır və qumar kimi oynanılmırsa, deməli qumar aləti hesab edilmir. Amma bir yerdə qumar aləti kimi tanınır, digər yerdə qumar aləti tanınmamasına baxmayaraq, keçmişdə qumar aləti olubdursa, qumar aləti hesab edilir. Ayətullah Məkarim Şirazi[6]: Meyar budur ki, oynanılan məntəqədə onu qumar aləti deyil, bir idman növü yaxud əyləncə vasitəsi kimi hesab etsinlər. Ayətullah Sistani[7]: Meyar məntəqənin və yaşadığı yerin ürfüdür (yəni yaşadığı məntəqədə bir oyun vasitəsini qumar aləti kimi tanıyırlarsa, həmin vasitə ilə uduşsuz belə oynamaq icazəli deyil). 📌Dipnotlar: 1- Ayətullah Əli Xamenei, Əcvibətul-istiftaat, sual-cavab: 1121-1122 2- Ayətullah Məkarim Şirazi, İstiftaate cədid, c.3, sual-cavab: 471; (makarem.ir), Cameul-məsael, şahmat, kart, bilyard və s. qumar alətlərinin hökmləri 3- Ayətullah Məkarim Şirazi, Əhkame vije, vətən və əhkame müsafir, vərzeşhaye salem və nasalem. 4- Ayətullah Əli Sistani, Minhacus-salihin, c.1, məsələ 22; Tozihul-məsaele came, c.2, məsələ: 450-451-455. 5- Ayətullah Əli Xamenei, Əcvibətul-istiftaat, sual-cavab: 1127 6- Ayətullah Məkarim Şirazi, istiftaate cədid, c.3, sual-cavab: 471-473. 7- Ayətullah Əli Sistani, www.sistani.org, sual-cavab bölməsi. "Səqəleyn" Fiqh və Hüquq Mərkəzi (İstifta heyəti) Sosial şəbəkələrdə bizi izləyin: Youtube: https://m.youtube.com/@sqleynfiqhvhuquqmrkzi573 Whatsapp: https://chat.whatsapp.com/JJw9sGhKmiOHCoWwdI579P Telegram: https://t.me/saqeleyn İnstagram: https://www.instagram.com/saqeleyn_fiqh_ve_huquq_merkezi?igsh=NXBlbTlqbTB4ZzU4 Tiktok: https://www.tiktok.com/@seqeleyn_fiqh?_t=8oeBaIStLAA&_r=1
🔰Dərs tanıtımı 🎵Əhkam dərsləri 📗Məsələ 15. Mükəlləf hansı məsələləri öyrənmədiyinə görə vacib bir əməli yerinə yetirməyəcəyini, yaxud haram bir iş görəcəyini ehtimal edirsə, həmin məsələləri öyrənməsi vacibdir. (A. Sistani; Geniş izahlı şəriət məsələləri, 1-ci cild) ✅Höccətül-islam Eldar Əlihüseynzadənin təqdimatında əhkam dərslərini təqdim edirik. ✅Bu dərslər ibtidai əhkam öyrənənlər üçün çox münasib variantdır və hər kəs bu dərslərdə iştrak edə bilər. ✅Qarşınızda olan əhkam dərslərinin bəzi xüsusiyyətləri: 152 dərsdən ibarətdir; təqlid bölümündən başlayaraq fiqhin gündəmdə olan bütün məsələləri tədris edilmişdir; dərslərin müddəti əsasən 10 dəqiqədən 15 dəqiqəyə kimidir. Dərslərə qulaq asmaq üçün aşağıdakı linkə daxil olun⤵️ https://t.me/joinchat/1eSa8fFCSypiMThk 📌Qeyd: Dərsləri video formatda izləmək istəyənlər "Səqəleyn fiqh və hüquq mərkəzi"nin youtube səhifəsinə müraciət edə bilərlər⤵️ https://youtube.com/playlist?list=PLdB_vQV5TIk4R0CJAgvPtkhgoRDosBCgd&si=uLRMxVs8QEZnjmbZ
без подписи
без подписи
Rəhman və Rəhim Allahın adı ilə 🔰Qoca qadınlara baxmağın və onlarla görüşməyin hökmü ▶️İslam dininin çox həssas yanaşdığı məsələlərdən biri məhrəm və naməhrəm məsələsidir. ▶️Burada qeyd etmək istədiyimiz məsələ yaşlı və qoca xanımlarla əl verib görüşmək və onların saç və boyun kimi digər bədən üzvlərinə baxmağın hökmləridir. Bəzən yanlışlıq üzündən bu iki məsələnin hökmü bir fərz edilir və yaxud hər ikisinin bir məsələ olduğu anlaşılır. Bu yazıda ilk öncə “qoca qadınlarla görüşməyin hökmü”, daha sonra “yaşlı qadınlara baxmağın hökmü” bəyan ediləcək. Mərcei-təqlidlərin bu barədə nəzərlərini bəyan etməzdən öncə qeyd etməliyik ki, burada yaşlı və qoca qadınlardan məqsəd evlənmək (cinsi yaxınlıq) meylləri olmayan qoca qadınlardır. ❓Sual 1⃣: Qoca naməhrəm qadınlarla əl verib görüşmək şəri cəhətdən icazəlidirmi? ✅Ayətullah Xamenei(1), Ayətullah Sistani(2), Ayətullah Məkarim Şirazi(3): “Yaşından asılı olmayaraq heç bir naməhrəmlə görüşmək icazəli deyil.” ❓Sual 2⃣: Qoca naməhrəm qadınlara baxmağın hökmü nədir? ✅Ayətullah Xamenei(4), Ayətullah Sistani(5), Ayətullah Məkarim Şirazi(6): “Evlənmək meyli olmayan yaşlı xanımların saç, boyun, dirsək, qulaq və s. kimi adətən açıq saxladıqları bədən üzvlərinə (ləzzət qəsdi olmadan) baxmağın maneəsi yoxdur.” 📌Dipnotlar: 1- Ayətullah Xameneinin rəsmi ofisindən istifta, kod: kazg2w29 2- Qərb ölkələrində yaşanlar üçün fiqhi hökmlər, 2-ci bab, 9-cu fəsil, qadınlara aid məsələlər 3- Ayətullah Məkarim Şirazi, "Tozihul-məsail", kişi və qadın münasibətləri ilə bağlı hökmlər, 199-cu məsələ 4- Ayətullah Xameneinin rəsmi ofisindən istifta, kod: kazg2w29 5- Ayətullah Sistani, Risale Came, cild 4, kişi və qadın münasibətləri hökmləri 6- Ayətullah Məkarim Şirazi, kişi və qadın münasibətləri ilə bağlı hökmlər, 199-cu məsələ "Səqəleyn" Fiqh və Hüquq Mərkəzi (İstifta heyəti) Sosial şəbəkələrdə bizi izləyin: Youtube: https://m.youtube.com/@sqleynfiqhvhuquqmrkzi573 Whatsapp: https://chat.whatsapp.com/JJw9sGhKmiOHCoWwdI579P Telegram: https://t.me/saqeleyn İnstagram: https://www.instagram.com/saqeleyn_fiqh_ve_huquq_merkezi?igsh=NXBlbTlqbTB4ZzU4 Tiktok: https://www.tiktok.com/@seqeleyn_fiqh?_t=8oeBaIStLAA&_r=1
🔰Uşaq evlərindən götürülən uşağın məhrəm olub-olmaması ✅Günümüzdə ailə problemlərindən biri də sonsuzluqdur. Təbabətin inkişaf etməsinə baxmayaraq hələ də bu problem tam olaraq öz həllini tapmamışdır. Buna görə də bəzi ailələr övladlığa uşaq götürürlər. Bundan əlavə ata-anasız uşağı himayəyə alıb boya-başa çatdırmaq da bəyənilən işlərdən hesab edilir. ✅Burada bir məsələ var ki, görəsən övladlığa götürülən uşaq şəri baxımdan atalığına və ya analığına məhrəm olur yoxsa yox?! Bu barədə müctehidlərin rəyini diqqətinizə çatdırırıq: Ayətullah Xamenei[1], Ayətullah Sistani[2] və Ayətullah Məkarim Şirazi[3]: Uşaq evlərindən (yaxud başqa yollarla) övladlığa götürülən uşaq (həddi buluğa çatdıqdan sonra) atalığına ya analığına naməhrəm sayılır. 📌Dipnotlar: 1- Ayətullah Xameneinin rəsmi saytı ( https://www.leader.ir/fa/faq?s=710) 2- Ayətullah Sistaninin rəsmi saytı ( https://www.sistani.org/persian/qa/0990/ ) 3- Ayətullah Məkarim Şirazi, istiftaate-cədid, cild 4, səh. 268 "Səqəleyn" Fiqh və Hüquq Mərkəzi (İstifta heyəti) Sosial şəbəkələrdə bizi izləyin: Youtube: https://m.youtube.com/@sqleynfiqhvhuquqmrkzi573 Whatsapp: https://chat.whatsapp.com/JJw9sGhKmiOHCoWwdI579P Telegram: https://t.me/saqeleyn İnstagram: https://www.instagram.com/saqeleyn_fiqh_ve_huquq_merkezi?igsh=NXBlbTlqbTB4ZzU4 Tiktok: https://www.tiktok.com/@seqeleyn_fiqh?_t=8oeBaIStLAA&_r=1
🔰Sosial şəbəkələrdə verilən salamın hökmü ❓Sosial şəbəkə platformalarında audio yaxud yazı formasında verilən salamın cavabını almaq vacibdirmi? ✅Ayətullah Xamenei[1] və Ayətullah Sistani[2]: Əyani və ya canlı danışıqdan (audio və video) başqa hallarda salamın cavabını almaq vacib deyil. ✅Ayətullah Məkarim Şirazi[3]: Vacib-ehtiyata əsasən qeyd olunan hallarda salamın cavabını almaq lazımdır. 📌Dipnotlar: 1) Ayətullah Xameneinin rəsmi saytı (leader.ir), müxtəlif məsələlərlə bağlı istifta 2) Ayətullah Sistani, "Tovzihul-məsail came", c. 1 məs:1512 3) Ayətullah Məkarim Şirazinin rəsmi saytı (makarem.ir), müxtəlif məsələlərlə bağlı istifta "Səqəleyn" Fiqh və Hüquq Mərkəzi (İstifta heyəti) Sosial şəbəkələrdə bizi izləyin: Youtube: https://m.youtube.com/@sqleynfiqhvhuquqmrkzi573 Whatsapp: https://chat.whatsapp.com/JJw9sGhKmiOHCoWwdI579P Telegram: https://t.me/saqeleyn İnstagram: https://www.instagram.com/saqeleyn_fiqh_ve_huquq_merkezi?igsh=NXBlbTlqbTB4ZzU4 Tiktok: https://www.tiktok.com/@seqeleyn_fiqh?_t=8oeBaIStLAA&_r=1
🔰Talaq zamanı 2 ədalətli şəxsin şahid olması ✅Müqəddəs İslam şəriətinə əsasən talaq oxunan zaman iki ədalətli kişinin buna şahid olmaları zəruridir. ❓Sual: Qeyd olunan iki ədalətli kişinin talaqa əyani surətdə şahid olmaları şərtdirmi? (Belə ki, talaqa telefon və ya görüntü vasitəsilə virtual olaraq şahid olmalarının maneəsi varmı?) Cavab: ✅Ayətullah Xamenei: İki ədalətli şəxsin talaqa bir başa (telefon ya video görüntü vasitəsilə olsa belə) şahid olmaları şərtdir. Nəticədə əyani şəkildə iştirak etmələri şərt deyildir, hərçənd əyani iştirak müstəhəb-ehtiyatdır[1]. ✅Ayətullah Sistani: İki ədalətli şəxsin talaqa əyani şəkildə şahid olmaları şərtdir və vacib-ehtiyata əsasən canlı olaraq telefon və ya video görüntü vasitəsilə şahid olmaları kifayət etmir[2]. ✅Ayətullah Məkarim Şirazi: Talaq zamanı iki ədalətli şəxsin əyani olaraq talaqa şahid olmaları şərtdir. 📌Dipnotlar: 1- Ayətullah Xameneinin rəsmi saytı (leader.ir), "Talaq və iddə" bölməsi, sual nömrəsi: 30002 2- Ayətullah Sistani, "Risale came", c. 4, məs. 522 və 523 3- Ayətullah Məkarim Şirazi, "İstifta cədid", c. 4, 27-ci fəsil, 706-cı sual. "Səqəleyn" Fiqh və Hüquq Mərkəzi (İstifta heyəti) Sosial şəbəkələrdə bizi izləyin: Youtube: https://m.youtube.com/@sqleynfiqhvhuquqmrkzi573 Whatsapp: https://chat.whatsapp.com/JJw9sGhKmiOHCoWwdI579P Telegram: https://t.me/saqeleyn İnstagram: https://www.instagram.com/saqeleyn_fiqh_ve_huquq_merkezi?igsh=NXBlbTlqbTB4ZzU4 Tiktok: https://www.tiktok.com/@seqeleyn_fiqh?_t=8oeBaIStLAA&_r=1
🔰Dərs tanıtımı Səqəleyn Fiqh və Hüquq Mərkəzinin nəzdində keçirilən dərslər: 📚Əl-Hələqat ✅Bu kitab Şəhid Məhəmməd Baqir Sədrin (r.ə) "Üsuli-fiqh" elmində qələmə aldığı kitabdır. Kitab üç mərhələdən ibarətdir. Birincisi ibtidai mərhələ, ikincisi orta və üçüncüsü isə son və daha kamil mərhələ. ✅Bu mərhələlər bir birinə zəncilvari bağlı olduğu üçün bu kitabların adınını: Əl-həlqətul- ula, Əl-həlqətus-saniyə və Əl-həlqətus-salisə adlandırıblar. ✅Kitabın birinci və ikinci mərhələsini höccətul-islam Əli Əliyev kamil olaraq tədris etmiş və dərslərin səs yazıları aşağıdakı kanalda yerləşdirilmişdir: https://t.me/Usul_dersleri ✅Əl-həlqətus-salisə ustad Şəhid Sədrin(r.ə) dediyinə görə, üsul elminin səth mərhələsində sonuncu dərslik kitabı ola bilər və bu kitabı mükəmməl oxuyub anlayan tələbə "Üsuli-fiqh" elminin xaric dərslərində iştirak etməyə hazır hesab edilir. ✅Höccətul-islam Eldar Əlihüseynzadə bu kitabı 3 il yarım ərzində Qum elmiyyə hövzəsində bir sıra azərbaycanlı tələbələrə tədris etmişdir. Dərsin səs yazılarını aşağıdakı kanaldan izləyə bilərsiniz: https://t.me/joinchat/27gOZ0ejqIdlMDdk "Səqəleyn" Fiqh və Hüquq Mərkəzi (İstifta heyəti) Sosial şəbəkələrdə bizi izləyin: Youtube: https://m.youtube.com/@sqleynfiqhvhuquqmrkzi573 Whatsapp: https://chat.whatsapp.com/JJw9sGhKmiOHCoWwdI579P Telegram: https://t.me/saqeleyn İnstagram: https://www.instagram.com/saqeleyn_fiqh_ve_huquq_merkezi?igsh=NXBlbTlqbTB4ZzU4 Tiktok: https://www.tiktok.com/@seqeleyn_fiqh?_t=8oeBaIStLAA&_r=1
🔰"Çox səfər edən"✴️ sayılan şəxsin qeyri-iş səfərlərində namaz və oruclarının hökmü ✅Ayətullah Xamenei və Ayətullah Məkarim Şirazi: İşlə bağlı "çox səfər edən" şəxsin, yalnız peşəsinə aid olan səfərlərdə namazları tamdır, lakin qeyri-iş səfərlərində namaz və oruclarının hökmü adi səfər edən şəxslərin hökmü ilə eynidir✳️. [1] [2] ✅Ayətullah Sistani: Bir nəfər "çox səfər edən" sayıldığı təqdirdə namazları tam və orucları düzdür. Bu məsələdə iş səfəri ilə qeyri-iş səfəri arasında fərq yoxdur. [3] ✴️Kəsirus-səfər ✳️ Yəni 4 rükətli namazları qəsr (2rükət formasında) qılacaq və oruc da tuta bilməz. 📌Dipnot: 1- Ayətullah Xamenei, "Fiqh risaləsi", məs:746 2- Ayətullah Məkarim Şirazi, "Risalə", məs:1147 3- Ayətullah Sistani, "Minhacus-salihin", məs:912; "Risale came", c.1 məs:1744 "Səqəleyn" Fiqh və Hüquq Mərkəzi (İstifta heyəti) Sosial şəbəkələrdə bizi izləyin: Youtube: https://m.youtube.com/@sqleynfiqhvhuquqmrkzi573 Whatsapp: https://chat.whatsapp.com/JJw9sGhKmiOHCoWwdI579P Telegram: https://t.me/saqeleyn İnstagram: https://www.instagram.com/saqeleyn_fiqh_ve_huquq_merkezi?igsh=NXBlbTlqbTB4ZzU4 Tiktok: https://www.tiktok.com/@seqeleyn_fiqh?_t=8oeBaIStLAA&_r=1
Qəhhar Allahın adi ilə SƏQƏLEYN FİQH VƏ HÜQUQ MƏRKƏZİNİN QURANIN YANDIRILMASI İLƏ BAĞLI BƏYANATI "Həqiqətən bu Quran, (insanları) ən möhkəm yola hidayət edir və yaxşı işlər görən möminlərə onlar üçün böyük bir mükafatın olması müjdəsini verir. (Şübhəsiz) Axirətə iman gətirməyənlər üçün ağrılı bir əzab hazırlamaşıq!" (İsra 9 və 10) Şübhə yoxdur ki, İslama, xüsusilə də islami müqəddəslərə edilən hörmətsizlik pak dinimizin əzəmətinə xələl gətirmir, əksinə inadçı və xainlərin acizliyini göstərir. Əziz xalqımıza bir neçə məsələni xatırlatmaq istəyirik: 1. Ölkəmizdə Qurani-kərimə və digər dini müqəddəslərə edilən hörmətsizlik Azərbaycan xalqına qarşı edilən dini hücumların ilkin mərhələsidir və bu kimi hadisələrin ciddiyyətlə qarşısının alınması olduqca zəruridir. 2. Böyük əksəriyyətlə müsəlman olan və tarix boyu həmişə öz dini inancına bağlı qalan bir millətdən belə şəxslərin üzə çıxması, yaxud yetişdirilməsi təəssüfləndirici və qəbuledilməz bir haldır. 3. "Tolerantlıq" adı altında Azərbaycan xalqının dini inancını təhqir etmək və dinimizə layiq olmayan davranışlar sərgiləmək şübhəsiz ki, heç bir müsəlman tərəfindən qəbuledilməzdir. 4. Müqəddəs dinimiz bu kimi qanunsuzluqların qarşısını almaq məqsədilə ən ağır cəzaları müəyyən etmişdir. 5. Beynəlxalq qanunlara əsasən, dini ayin və inancları təhqir etmək cinayət hesab edilir. Son günlərdə Qurani-kərimə edilən həqarət hər bir müsəlman kimi "Səqəleyn" kollektivinin də ciddi narazılığına səbəb olmuşdur. Dinimizə qarşı edilən bu və bu kimi hörmətsizliyi şiddətlə qınayır, müvafiq orqanlardan bu və buna bənzər özbaşınalıqların qarşısının alınmasını, habelə cinayətkarın layiqincə cəzalandırılmasını tələb edirik. Həqiqətən bu zikri (Quranı) biz nazil etdik və şübhəsiz, onu biz özümüz qoruyacağıq". (Hicr 9) Hörmətlə, Səqəleyn Fiqh və Hüquq Mərkəzinin İstifta Heyəti 12 Avqust, 2024. https://t.me/saqeleyn
🔰Xümslə bağlı olan məsələlər ✅Müqəddəs İslam qanunlarına diqqət etdikdə, illik xərclərdən artıq qalan gəlirlər üçün xüms (lüğəvi mənası: beşdə-bir) kimi adlandırılan xüsusi bir vergi növü ilə rastlaşırıq. Belə ki, əldə edilən gəlirlərdən artığını şəriətin qeyd etdiyi yerlərə ödəməliyik. Bu yerdə belə bir sual yaranır ki: "aldığımız və bədəlini ödəmədiyimiz borcların xümsü varmı?" ✅Ətraflı izah: Bir şəxsdən müəyyən məbləğdə pul və ya hansısa əşya borc olaraq alınsa və bədəli qaytarılmasa (istər məsrəf edilsin istər yox) bu halda həmin borcun xümsü verilməlidirmi? 💡Cavab: Xeyr, qeyd edilən borcun xümsü yoxdur; çünki xüms əldə edilən gəlir və fayda üçün nəzərdə tutulub. Qeyd edilən sualda isə borc alınıb və gəlir əldə edilməyib[1][2][3]. ❗Dipnotlar: 1- Ayətullah Xamenei, "Əhkame-xums", 42-ci sual və "Fiqh risaləsi", 1115-ci məsələ. 2- Ayətullah Sistani, "Minhacus-salihin", 1247-ci məsələ, "Risale came", 2-ci cild, 713 və 714-cü məsələ. 3- Ayətullah Məkarim Şirazi, "Tovzihul-məsail", 1476-cı məsələ "Səqəleyn" Fiqh və Hüquq Mərkəzi (İstifta heyəti) Sosial şəbəkələrdə bizi izləyin: Youtube: https://m.youtube.com/@sqleynfiqhvhuquqmrkzi573 Whatsapp: https://chat.whatsapp.com/JJw9sGhKmiOHCoWwdI579P Telegram: https://t.me/saqeleyn İnstagram: https://www.instagram.com/saqeleyn_fiqh_ve_huquq_merkezi?igsh=NXBlbTlqbTB4ZzU4 Tiktok: https://www.tiktok.com/@seqeleyn_fiqh?_t=8oeBaIStLAA&_r=1
🕋Qibləni dəqiq təyin etmək üçün fürsət ☀️Qibləni bir neçə yolla təyin etmək olar, lakin daha dəqiq yolu, günəşin il ərzində bir neçə dəfə birbaşa müqəddəs Kəbə evinin üzərində qərarlaşması ilədir. ✅"Səqəleyn Fiqh və Hüquq Mərkəzi" əziz həmvətənlərimizin evlərində, məscidlərində və digər yerlərdə qibləni dəqiq təyini üçün bu fürsəti qaçırmamağı tövsiyə edir. Belə ki,16-iyul 2024 cü il tarixində Bakı vaxtı ilə 13:17-də günəş birbaşa müqəddəs Kəbə evinin üzərində qərarlaşacaqdır. ✅Yuxarıdakı şəkildə göstərildiyi kimi, qeyd olunan zamanda yerə şaquli formada basdırılan şaxisin kölgəsinin əks istiqaməti, qiblənin istiqamətini təyin edəcəkdir. "Səqəleyn" Fiqh və Hüquq Mərkəzi (İstifta heyəti) Sosial şəbəkələrdə bizi izləyin: https://youtu.be/8kXJEO9AICs Telegram: https://t.me/saqeleyn İnstagram: https://instagram.com/saqeleyn_fiqh_ve_huquq_merkezi?igshid=YmMyMTA2M2Y= Youtube:https://youtube.com/channel/UCRpurTF4jZ2eUpJ8ZDYG44w
بسم الله الرحمن الرحیم Səhifə admin tərəfindən idarə olunur. Səhifədə Höccətul-İslam vəl-müslimin Eldar Əlihüseynzadə ilə əlaqəli paylaşımlar olacaq . #ustadeldar #Eldarəlihüseynzadə https://www.instagram.com/p/C9FlzEwNHOO/?igsh=MXF5M2E4dXAyb2R1eQ==