tgindex
Mütaliələrdən Qeydlər.📚

Mütaliələrdən Qeydlər.📚

Статистика

Səhifə Zəmanə İmamına (ə.f) və İslam Şəhidlərinin Ruhuna İthaf olunur.

Последний пост
14 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
9
Всего постов
23
Тип
открытый
Язык
az
Категория
Религия
В каталоге с
13 авг.
Подписчики
1 415
+1 за 4 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
42
23 постов
Вовлечённость
3,0%
к подписчикам
Постов в день
1,3
всего 23
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
28
1/48двое суток
32
1/72трое суток
34

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 14 авг.182из fadayaneislam

    Düşmənlə mübarizənin vacibliyi və düşməni tanımağın zərurəti. Düşmənlə mübarizə aparmaq, əsas düşməni müəyyənləşdirmək və diqqəti əsas düşmənlər üzərində cəmləmək mühüm məsələlərdəndir. Axtarın, əsas düşməni tapın və onu xalqa tanıdın. Çalışılır ki, süni düşmənlər yaradılıb diqqət yayındırılsın. Mən eşitmişəm ki, müxtəlif siyasi cərəyanlardan olan bəzi adamlar demişlər ki, bu gün bizim əsas düşmənimiz qarşı tərəfdir! Bu, cəmiyyətdə böyük bir xətadır; çünki hamısı İslama, inqilaba və İslam sisteminə inanılan bir mühitdə bir cərəyanın öz əsas düşmənini qarşı cərəyan hesab etməsi çox təəssüf doğuran bir haldır. Əgər bu fikir bir nəfərin, on nəfərin, yüz nəfərin beynində olsa, deyərsən ki, qoy elə zənn etsinlər; amma bu düşüncə bir mədəniyyətə çevrilib insanların bir qrupunun zehnində yer tutsa, bu, çox təhlükəli bir şeyə çevrilər. Buna görə də əsas düşmən üzərində cəmlənmək, onu tanıtmaq və xalqı onunla mübarizəyə təşviq etmək lazımdır. Şəhid İmam Ayətullah Seyyid Əli Xamenei / Düşmənşenasi 📗 https://t.me/fadayaneislam

  • 13 авг.252из fadayaneislam

    Dostlar, salam. Hər vaxtınız xeyirli olsun. Sizinlə bir məsələni bölüşmək istəyirəm və düşünürəm ki, artıq bunun vaxtıdır. Son günlər bəzi kanallarda özümün və ailəmin əleyhinə xoşagəlməz, təhqir və böhtan xarakterli yazıların yayıldığını müşahidə edirəm. Hesab edirəm ki, bu yazıların ortaya çıxması bayraq məsələsi ilə bağlı etdiyim çıxışlardan sonra təsadüfi deyil. Böhtanların mahiyyəti barədə uzun-uzadı danışıb başınızı ağrıtmaq istəmirəm. Sadəcə bir məsələyə diqqətinizi çəkmək istəyirəm: tarix boyu haqq yolunda addımlamağa çalışan insanları müxtəlif ucuz üsullarla gözdən salmağa və ləkələməyə çalışıblar. Təəssüf ki, bu gün də eyni üsullardan istifadə edənlər var. Bəzən isə bunu dindar görüntüsü altında gizlənən şəxslər və səhifələr həyata keçirirlər. Ona görə də haradasa mənim və ailəmin haqqında bu cür xoşagəlməz və böhtan xarakterli yazılar gördükdə, xahiş edirəm, dərhal həmin məlumatlara inanmayın və emosional reaksiya verməyin. Məqsədin nə olduğunu düşünmək lazımdır. Mənim qənaətimə görə, burada əsas məqsəd məni və ailəmi şəxsiyyət terroru etməklə insanların gözündə gözdən salmaq və nəticədə söylədiyimiz sözlərin, ortaya qoyduğumuz fikirlərin dinlənilməsinə mane olmaqdır. Mən dostlardan xahiş edirəm ki, bu oyuna getməsinlər. Təkrar edirəm. Belə səhifələrin və kanalların fəaliyyətində müəyyən maraq qruplarının və təşkilatlanmış trolların iştirak etdiyini düşünürəm. Bu kanallar dindar adı altında fəaliyyət göstərir və birbaşa dövlətə məxsusdur. İşləri isə sizlər və bizlər arasında uçurum yaratmaqdır. Ortaya mənə atılan böhtanlara cavabla bağlı heç bir dəlil qoymayacam. Vaxtımı bu kimi şeylərlə öldürmək istəmirəm. Sadəcə bura yazdım ki, dostlara höccəti tamam edim. Kimin düz olduğunu Allahın iznilə gələcək zaman ərzində görəcəksiniz. Fəaliyyətimiz isə Allahın iznilə davam edəcək. Telman Cəfəri. https://t.me/fadayaneislam

  • Bir saat düşünmək altmış illik ibadətdən daha üstündür; çünki insan düşünəndə ibadəti də mənalı olur, quruculuq səyi də mənalı olur, mübarizəsi də mənalı olur, dostunu da tanıyır, düşmənini də tanıyır. Təsəvvür edin ki, bir döyüş meydanında elə adamlar tapılsın ki, öz cəbhəsini düşmən cəbhəsindən ayıra bilməsinlər - çaşqın və sərgərdan halda öz ətraflarında fırlansınlar - bəzən buraya atəş açsınlar, bəzən o tərəfə, bəzən yuxarı, bəzən də özlərinə. Görürsünüz, düşüncə olmayanda insan bu hala düşür. Bəzi adamlar qışqırıq, şüar, rəng və yalançı bəzəklərin hay-küyü içində tələbə mühitini bu vəziyyətə sürükləmək istəyirlər. Bu, tələbə hərəkatı üçün təhlükədir. Düşünmək lazımdır. Düşüncə ilə seçim - doğru seçim olacaq. Əgər insan seçimdə səhv də etsə, düşüncə sahibi olduğu halda onunla danışmaq daha asandır. Düşüncəsiz adam isə hansı seçimi edirsə etsin, onda azacıq xəta olsa belə, onunla danışmaq, məntiqli söhbət etmək mümkün deyil; öz təəssübkeşliyinin, bilməməzliyinin və nadanlığının əsiridir. Amma insan düşüncəli və diqqətli olanda, xəta baş versə belə, bir xeyirxah adam ona deyə bilər ki, bu iş filan səbəbə görə yanlışdır. Səthi olmaq olmaz. Hər şüara, hər isti sözə, hər gur danışığa, hər rəvayətə etibar etmək olmaz; düşünmək lazımdır. Bütün işlərin əsası düşüncədir. Ağıllı və fərasətli insanlardan əsas gözlənti budur. Şəhid İmam Ayətullah Seyyid Əli Xamenei / Düşmənşenasi 📗 https://t.me/fadayaneislam

  • 12 авг.343из fadayaneislam

    Şəhid Rəhbərin (r.ə) Azərbaycan üçün bəyanatları /VII hissə Müsəlmanlar bu nümunədən (İslam Respublikasından) təcrübə əldə etməlidirlər. Bu gün öz ölkələrində İslami hərəkatı həyata keçirmək istəyən xalqlar İran xalqından daha əhatəli işlər görə və bunu reallığa çevirə bilərlər; əgər Allah yardım etsə və onlar da səy göstərsələr. Müsəlmanların İslama qayıtmaqdan başqa yolu yoxdur; İslam hakimiyyətini qurmaqdan, İslamın həyata keçirilməsini və gerçəkləşməsini təmin etməkdən başqa yolları yoxdur. Bunlar müsəlmandırlar. Niyə bir xalqa hörmətsizlik edirsiniz və deyirsiniz ki, "İran İslamı bunların ağzına salıb"!? Müsəlman xalqlar kiminsə İslamı onların ağzına salmasını gözləmirlər. Bunun bir nümunəsi elə bizim şimalımızdakı, keçmiş Sovet İttifaqına bağlı olmuş ölkələrdir. Onilliklər boyu son dərəcə sərt şəkildə dinə qarşı mübarizə aparıldıqdan sonra gördünüz ki, insanlar heç kim onlara demədən, heç kim onlara dərs vermədən özləri ayağa qalxdılar, yüksək səslə İslamdan danışmağa başladılar. Hər yerdə vəziyyət belədir. Xalqlar İslamı istəyirlər, xalqlar İslamı tanıyıblar. Şəhid Ayətullah Seyyid Əli Xamenei /02/02/1992 https://t.me/fadayaneislam

  • Hörmətli abunəçilər. Biri-birindən möhtəşəm 𝐃𝐢𝐧𝐢📕 Elmi və Xəbər 🌍 kanallarını sizlərə təqdim edirik.Seçdiyiviz linkə vurub kanallara abunə olun, faydalanın. Vaxt məhduddur. Kanallar 𝐚𝐤𝐭𝐢𝐯𝐝𝐢𝐫, daima yeni  və vaxtında 👈 𝐱ə𝐛ə𝐫𝐥ə𝐫, maraqlı məlumatlar   paylaşılır. @ya_beqiyyetellah

  • 12 авг.242из fadayaneislam

    Düşməni tanımağın çətin olmaması Bu gün sözün həqiqi mənasında dünyada düşənlərimiz var. Görəsən, düşməni düşmənçilikdən çəkindirə bilərikmi? Bu, bir sualdır. Görəsən, düşmənlə qarşı-qarşıya gələ bilərikmi? Bu da başqa bir sualdır. Bu suallara cavab vermək lazımdır. Dünya siyasətində baş verənlərdən xəbərdar olan hər bir insan çox da çətin olmayan bir düşünmə ilə bu sualların cavabını tapa bilər. Mənim söhbətim bundan getmir ki, indi gəlib düşməni konkret şəkildə əlamətləri və xüsusiyyətləri ilə tanıdaq. Xeyr. Düşməni tanımaq çətin deyil. Şübhəsiz olan budur ki, dünyada hegemonluq sistemi mövcuddur və bu gün onun başında ABŞ rejimi dayanır. Keçmişdə başqaları olub, gələcəkdə də başqa güclər meydana çıxa bilər. Bu gün Amerika dünyadakı öz maraqlarını müəyyənləşdirib və bu, heç də gizli deyil. Onlar məqalələrində yazıb, siyasi təhlillərində öz maraqlarını açıq şəkildə ifadə ediblər. Onların maraqları birqütblü dünya yaratmaqdan ibarətdir. Yəni dünya dövlətləri toplusunun başında Amerika adlı bir dövlət dayanır, digər dövlətlər isə aşağıda müxtəlif qruplara bölünür. Bəziləri elmi qüdrətə, elmi tərəqqiyə və hərbi gücə malikdirlər; onlarla müəyyən şəkildə anlaşmaq və onlarla qarşıdurmada onların maraqlarını öz maraqlarından üstün tutmaq lazımdır – Amerikanın yanaşması belədir. Elə dövlətlər də var ki, hərbi və ya iqtisadi qüdrətə malik deyillər. Onlara müxtəlif adlar verilir: inkişaf etməkdə olan ölkələr və ya əvvəlki terminlə “üçüncü dünya” ölkələri. Bu ölkələrin ABŞ-ın gücünü artırmaq üçün istifadə edilə biləcək bütün imkanlarından yararlanmaq lazımdır. Əgər onların enerjisinə – neftinə, qazına – ehtiyacımız varsa, hər hansı yolla olursa-olsun, onların neft və qazına çıxış əldə etmək üçün yol açılmalıdır. Əgər onların istehlak bazarına ehtiyacımız varsa, mümkün olan hər bir vasitə ilə həmin bazara çıxış təmin edilməlidir. Əgər onların arasında siyasi və iqtisadi iştirakımıza ehtiyac varsa, bunun üçün də yol açılmalıdır. Əgər həmin ölkələrdə ABŞ üçün maneə yaradan hökumətlər hakimiyyətdədirsə, o hökumətlər kənarlaşdırılmalıdır. Əgər həmin ölkələrdə ABŞ üçün maneə yaradan ideyalar mövcuddursa, bu ideyalar cəmiyyətin düşüncə mühitindən silinməlidir. Əgər həmin ölkələrdə satın alına biləcək şəxslər varsa, onlar satın alınmalıdır. Əgər həmin ölkələrdə bu siyasətlə razılaşmayan hökumətlərə qarşı təzyiq vasitəsi kimi istifadə edilə biləcək qüvvələr varsa, onlara vəsait ayrılmalı və onlardan istifadə edilməlidir. Bu, hegemonluq siyasətidir. Bu gün Amerika məhz belə bir siyasət yürüdür. Ayətullah Seyyid Əli Xamenei / Düşmənşenasi 📗 https://t.me/fadayaneislam

  • 11 авг.324из fadayaneislam

    Əzizlər haqlı olaraq sual edirlər ki, bu fitnənin qarşısını necə almaq olar? Əzizlər, bunun bir yolu var. Oda danışmaqdır, çatdırmaqdır, təbyin etməkdir. Qələmlərinizi və zehninizi işə salın. Düşmənin bu hiyləsini insanlara çatdırın və xalqı maarifləndirin. "2030 planı" məsələsini dərindən öyrənin. Paylaşımlarınızda "2030 planına" diqqət çəkin. https://t.me/fadayaneislam

  • 11 авг.351из fadayaneislam

    Dostlar bunu dəqiq deyirəm, iddia deyil, dəqiq məlumatdır. Kisəçi hambal cuhudun nəvəsi İlham Əliyev şiəliyi qadağan olunan firqə elan etməyi planlayır. Bununla bağlı lazım olan dövlət orqanlarında iş gedir. Dəqiq olan budur ki, hardan necə başlayacaqları…

  • 10 авг.413из fadayaneislam

    Kisəçi hambal cuhudun nəvəsi İlham Əliyev şiəliyi qadağan olunan firqə elan etməyi planlayır. Bununla bağlı lazım olan dövlət orqanlarında iş gedir. Dəqiq olan budur ki, hardan necə başlayacaqları üçün fikir ayrılıqları var. Mən deyim necə edəcəklər? Böyük bir həngamə düzəldəcəklər, atacaqlar şiələrin boynuna, mümkündür ki, bir neçə nəfəri qətlə yetirsinlər, əvvəlcədən təlim görmüş muzdurları meydana daxil olub hay-küy salacaqlar ki, şiəliyi ölkədə qadağan edin. Beləliklə məscidləri bağlayacaqlar, şiəyəm deyənə hücum edəcəklər, sorğu suallar edəcəklər. Bir sözlə elə edəcəklər ki, kimsə şiəyəm deməyə cürət etməyəcək. Qeyd - Yazı "Sərt Tənqid" kanalından götürülüb.

  • 9 авг.515из fadayaneislam

    Şəhid Rəhbərin (r.ə) Azərbaycan üçün bəyanatları / VI hissə İslam düşmənləri əvvəlcə açıq şəkildə İslama qarşı olduqlarını söyləməkdən çəkinirdilər. Deyirdilər: "Biz İslamla razıyıq, amma İslami radikallığa qarşıyıq." Sonra İslam ötən onillikdə irəliləyiş əldə etdikdə və onun nümunələri Afrikada, Əlcəzairdə, Sudanda, Şimali Afrika ölkələrində, Asiyada, Mərkəzi Asiyada və Sovet İttifaqından ayrılmış respublikalarda müşahidə edildikdə, xülasə olaraq İslamın yenidən dirçəliş əldə etdiyi məlum oldu. İslam düşmənləri gördülər ki, artıq mövqelərini açıq şəkildə bildirməkdən başqa çarələri yoxdur. Gördülər ki, artıq əvvəlki kimi İslama düşmənçilik etdiklərini gizlədə bilməzlər. Buna görə də bu gün açıq şəkildə İslama qarşı olduqlarını deyirlər. Hazırda keçmiş Sovet respublikalarından olan Mərkəzi Asiya respublikalarında xalqın inanc və İslami əməlləri şəklində üzə çıxan yalnız İslamdır və amerikalılar çaşqın vəziyyətə düşüblər. Bu respublikalarda bizim üsulumuzla İslam Respublikası sisteminin yaranması üçün hər hansı hərəkat və ya qiyam da yox idi. Sadəcə olaraq, həmin ölkələrdə İslam yenidən dirçəlmişdi. Amerikalılar təşvişə düşdülər, öz qüvvələrini və vasitələrini səfərbər etdilər, özlərinə yaxın hökumətləri də məcbur etdilər ki, "İranın bu ölkələrdə irəliləməsinə imkan verməyin!" Bu İslam bu gün müsəlman ölkə və xalqları arasında yenidən dirçəlmişdir. İslamın dayağı olan İslam Respublikasında düşmən bacardığı qədər təxribat törədəcək. Bu ölkəni və bu xalqı İslami məqsədlərdən uzaqlaşdırmaq üçün bacardığı bütün səyləri göstərəcək ki, digər xalqlar İslam yolunu seçməyə təşviq olunmasınlar. Bu gün İslam Avropada, Afrikada, Asiyada və bütün dünyada xüsusi şəkildə özünü göstərir. Müsəlmanlar yenidən həyat hissi keçirirlər və bu, istibdadı, xüsusilə də ABŞ rejimini ciddi şəkildə qorxudur. Buna görə də onlar İslamla mübarizə aparmaq istəyirlər. Şəhid Ayətullah Seyyid Əli Xamenei /30/03/1992 https://t.me/fadayaneislam

  • 9 авг.434из fadayaneislam

    Düşməni tanımaq Mən çıxışlarımda dəfələrlə düşməndən söz açmış və düşmən haqqında danışmışam. Bəziləri bu yanaşmaya həssaslıq göstərərək demiş və ya dolayısı ilə anlatmışlar ki, siz niyə daim düşməndən danışırsınız? Mən onlara həmişə belə cavab vermişəm və indi də deyirəm: Tutaq ki, insanın qarşısında getdiyi hər hansı yolda bir düşmən var. Belə bir vəziyyətdə düşməni görməmək və onun mövcudluğunu yox saymaq heç də ağıllı davranış deyil. Fərz edək ki, düşmən bizim pusquda deyil. Lakin bu, heç də onun həqiqətən pusquda olmadığı mənasına gəlmir. Əgər düşmənin mövcudluğu ehtimalı varsa, onu tanımaq və ondan ehtiyat etmək lazımdır. Ölkəmizin böyük siyasi məsələsi – yəni yeni, misilsiz, yeni bir mesajı və sözü olan bir sistemin, İslam Respublikasının meydana gəlməsi məsələsi – baxımından biz ilk gündən bu günə qədər düşmənlərlə qarşılaşmışıq. Əgər biz gözümüzü bu düşmənlərin üzərinə bağlasaq, onlar yox olmayacaqlar. Özümüzə təlqin etsək ki, o, bizim düşmənimiz deyil, bu, onun düşmənçilikdən əl çəkməsinə səbəb olmayacaq. Düşməni tanımaq lazımdır. Hegemonluq sistemi təhlükəli bir xərçəng kimi dünyanı bürüyüb. Ölkəmiz dünyanın sağlam qalmış məntəqələrindən biridir. Demirik ki, dünyanın bütün yerləri sağlam deyil. Ola bilər ki, dünyada az sayda sağlam qalmış məntəqələr olsun. Millətlərin və ölkələrin bütün varlığına öz torlarını hörən bu təhlükəli hörümçəyin torundan və hegemonluq sisteminin kəməndindən salamat və uzaq qalmış ölkə və hökumət İslam Respublikasıdır. Təbii olaraq, sizə qarşı ayıq-sayıq olacaqlar, düşünəcəklər və əllərindən gələn hər cür cəhdi göstərəcəklər. Siz də ayıq olmalısınız. Tələbə, ruhani tələbəsi və məktəb şagirdi ayıq olmalıdır. Orta məktəbdə oxuyan qızlar və oğlanlar ayıq-sayıq və diqqətli olmalıdırlar. Bu gün hamınızdan gözlənti budur. Siz bu ölkənin seçilmiş nəslisiniz. Düşmən tanınmalıdır. Bu, ilk addımdır. Ayətullah Seyyid Əli Xamenei / Düşmənşenasi 📗 https://t.me/fadayaneislam

  • 8 авг.3841из bir_sehidin_hekayesi

    Səndən gələn günahın yalnız səninlə məhdudlaşdığını düşünmə. Hətta şəxsi günahlar da son nəticədə ümmətə qarşı haqsızlıqla nəticələnir. Niyə? Çünki ümmətin qayğısına qalmaq və məzlumları qorumaqla hidayət olunan şəxsin ruhu pak olmalıdır. Özünüzü günahlarla murdar etsəniz, hərəkətsizliyə daha çox meylli olarsınız, ruhunuz alçaldılır. Əgər hərəkət etməsəniz, hərəkətsizliyinizlə başqalarına da zərər vermiş olursunuz, çünki hərəkətsizliyiniz yalanın yayılmasına və başqalarının zülmünə səbəb olur. Şəhid Hüseyn Bədrəddin əl-Husi

  • 8 авг.473из fadayaneislam

    Şəhid Rəhbərin (r.ə) Azərbaycan üçün bəyanatları / V hissə Bu inqilabın yaratdığı İslami kimlik və dirçəliş hissinin bərəkəti ilə bu gün dünyanın bir çox ölkələrində İslami qruplar mövcuddur, güclüdürlər və özləri üçün gələcəyə sahibdirlər. Əgər onlara imkan versələr, ehtimal ki, hətta dövlət də qura bilərlər. Bu qruplar İslamın müxaliflərini və düşmənlərini təhdid edirlər; Çünki onlar Amerikanı və İslam düşmənlərini özlərinə düşmən sayırlar. Bu məsələ ən çox qlobal istibdadı (hegemonluğu) qəzəbləndirən amildir. Şəhid Ayətullah Seyyid Əli Xamenei /09/02/1996 https://t.me/fadayaneislam

  • 8 авг.473из fadayaneislam

    Düşməni tanımaq; mübarizənin ilk addımı Ən mühüm məsələ düşməni tanımaqdır. Düşmən özünü dost kimi göstərməyə və xalqların şüarlarını dəyişdirməyə çalışır. Necə ki, bəzi ərəb dövlət xadimləri arasında sionizmə qarşı mübarizə şüarını təhrif olunmuş bir şüara çevirdilər! Onların gördüyü işlərdən biri də şüarları dəyişdirməkdir. Düşməni düzgün tanımayan və ya fəsad və bədbəxtliyə düçar olan xalq və dövlət təslim olur. Lakin düşmən tanınarsa — mən bunu xüsusilə gənclərə tövsiyə edirəm — o zaman şüarlar aydın və şüurlu olacaq və düşmənin istədiyi şey, Allahın lütfü ilə, İran xalqı arasında həyata keçməyəcək. Ümid edirik ki, Uca Allah sizi qorusun, ey gənclər, Öz hidayət nuru ilə bütün qəlbləri doğru yola yönəltsin, İran xalqının addımlarını möhkəmləndirsin və İran xalqının düşmənlərini məğlub etsin. İnşallah, siz gənclər Vəliyyi-Əsr həzrətinin (ərvahuna fədah) diqqət və inayəti ilə bu ölkədə parlaq və işıqlı gələcəkləri görəcək və onları öz əllərinizlə quracaqsınız. Ayətullah Seyyid Əli Xamenei / Düşmənşenasi 📗 https://t.me/fadayaneislam

  • 7 авг.483из fadayaneislam

    Şəhid Rəhbərin (r.ə) Azərbaycan üçün bəyanatları / IV hissə Əgər siz keçmiş Sovet İttifaqının müsəlman ölkələrinə nəzər salsanız, görərsiniz ki, bu ölkələrdə səksən il ərzində daim dinə qarşı mübarizə aparılıb, amma onlar Sovet kommunist hakimiyyətinin əsarətindən çıxdıqda təbii olaraq hamısı İslama yönəldilər. Əlbəttə, bundan sonra İslamı təbliğ edənlərin və çağırışçıların fəaliyyət göstərə bilməsi, göstərə bilməməsi, necə fəaliyyət göstərməsi və ya hansı dərinlikdə işləməsi isə başqa bir məsələdir. Şəhid Ayətullah Seyyid Əli Xamenei /15/02/2001 https://t.me/fadayaneislam

  • 6 авг.594из fadayaneislam

    Dostlar, sizdən bir xahişim var. Zəhmət olmasa, Azərbaycanda İslamın düzgün şəkildə tanıdılması və yayılması üçün əlinizdən gələni əsirgəməyin. Xalqın böyük bir hissəsi hələ də Muhərrəmlik və Səfər ayının ehtiramının qorunmasının əhəmiyyətini tam dərk etmir. Demirəm ki, bunun qarşısını tamamilə almaq mümkündür. Amma bizim vəzifəmiz haqqı demək, həqiqəti çatdırmaq və insanları maarifləndirməkdir. Bu gün cəmiyyətimizdə geniş yayılan fikirlərdən biri də budur: "Muhərrəmliyi öz evində keçirt." Məsələn, guya insan istədiyi musiqiyə qulaq asa, səsini küçəyə yaya, xoşagəlməz əməllər edə bilər və bununla heç kimin işi olmamalıdır. Bu fikri müdafiə edənlərə sadəcə bir sual verin: Əgər hər şey şəxsi məsələdirsə, bəs niyə musiqinin səsini küçəyə verirsən? Niyə etdiyin əməl hamının gözü qarşısında nümayiş olunur? Şəxsi olan şey yalnız başqasına təsir etmədiyi müddətdə şəxsi qalır. Cəmiyyətə yayıldığı, başqalarının hüququna, hisslərinə və ictimai mühitə təsir etdiyi andan etibarən isə artıq ictimai məsələdir. Əgər din yalnız fərdin şəxsi işi olsaydı, İslamda əmr be məruf və nəhy əz münkər prinsipi olmazdı. Cəmiyyətə açıq şəkildə təsir edən əməllər artıq təkcə fərdin özünə aid hesab edilmir. İnsan öz evində etdiyi bir işi küçəyə, məhəlləyə, başqalarının eşidəcəyi və görəcəyi şəkildə çıxarırsa, həmin əməl artıq ictimai xarakter daşıyır və cəmiyyətin də buna münasibət bildirmək haqqı yaranır.  Zəhmət olmasa bu əməlin icraçılarını harada gördünüz sakit və mülayim tərzdə başa salın. Muhərrəmlik və Aşura bizim dini və tarixi köklü ana dəyərlərimizdir. Heç kimin buna müdaxilə və hörmətsizlik etməyə haqqı yoxdur! Telman Cəfəri https://t.me/fadayaneislam

  • 6 авг.495из fadayaneislam

    Salam, əzizlər! Bu əzizlər zəhmət çəkərək Şəhid İbrahim Rəisi (r.ə.) haqqında bir kitab hazırlayıblar. Zəhmət və əziyyətləri yerdə qalmasın deyə, köməyinizi onlardan əsirgəməyin 🙏🏻 https://t.me/fadayaneislam

  • 5 авг.654из fadayaneislam

    Şəhid Rəhbərin (r.ə) Azərbaycan üçün bəyanatları / III hissə Bilsinlər ki, bu gün dünya İslama doğru hərəkət edir; bu, sadəcə bir şüar deyil, həqiqətdir. Bu gün görürsünüz ki, məhz Sovet İttifaqına bağlı olmuş Azərbaycan bölgəsindəki qardaşlarımız necə böyük İslami maraq və bağlılıq nümayiş etdirirlər. Əgər kimsə düşünsə və ya iddia etsə ki, bu hərəkatların motivasiyası milli və etnik hisslərdir, çox böyük səhvə yol verər. Bu hisslər İslami hisslərdir. Sovet İttifaqının rəhbərləri də reallığı dərk edərək bu məsələyə diqqət yetirməlidirlər ki, bu hisslər İslami hisslərdir və buna görə də bir milyard müsəlman üçün cazibədardır. Məbada, bu hisslərə yanlış və səriştəsiz yanaşılsın. Sovet rəhbərliyi köhnə üsullara yenidən baxmaqla təqdirəlayiq şücaət göstərdi və xalqlar bu gün öz əqidələrini, inanclarını, daxili ruhani, qəlbi və iman dünyalarını ifadə edə bilirlər. Yetmiş ildən artıq İslamdan uzaq saxlanılmış bu müsəlman qardaşlarımız yenidən İslama yönəlib, öz İslami hisslərini nümayiş etdirirlər. Biz də bu İslami hisslərin qədrini bilir və ona hörmət edirik. Məbada, Sovet rəhbərləri yanlış təhlillə bu İslami hisslərə qarşı sərt və səhv münasibət göstərməsinlər. Bu, İslamdır. İslam sönüb aradan qalxan bir şey deyil. İslam təcavüzkar və zalım da deyil. İslam ədalət və insafı əmr edir və dünyanın hər yerində İslam cəmiyyəti ədalət və insafa aşiqdir. Dünyanın hər yerində müsəlmanlarla münasibət qurmağın yolu ədalət və insafdır. Bu, İslamın böyük hədəfidir. Şəhid Ayətullah Seyyid Əli Xamenei /16/01/1989 https://t.me/fadayaneislam

  • 5 авг.464из fadayaneislam

    Düşməni tanımağın və düşmən tərəfindən aldadılmamağın zərurəti Bunun bir ünsürü düşməni tanımaq və düşmən tərəfindən aldadılmamaqdır. Düşmənin ilk işi isə budur ki, heç bir düşmənin olmadığını təbliğ edir! Məgər İslam sisteminin düşməni yoxdur?! Dünyanı talayan qüvvələri uzun illər ərzində qarət etdikləri bu süfrədən məhrum edib; onların düşmən olması təbiidir. Görürük ki, düşmənçilik edirlər - təbliğatda, iqtisadi mühasirədə; sistemi zəiflətmək və düşməni gücləndirmək üçün əllərindən gələn hər şeyi edirlər. Bunu açıq şəkildə də söyləyirlər! Ayətullah Seyyid Əli Xamenei / Düşmənşenasi 📗 https://t.me/fadayaneislam

  • 3 авг.615из fadayaneislam

    Düşməni tanımağın əhəmiyyəti Bütün gördüyümüz işlər bir növ mübarizədir. Həyat mübarizə meydanıdır. Siz öz evinizdə otursanız belə, nəfəs ala bilmək və həyatınızı davam etdirə bilmək üçün qarşınıza müəyyən çətinliklər qoymağa və onlarla mübarizə aparmağa məcbursunuz. Mübarizələr bir-birindən fərqlənir; kiçiyi və böyüyü fərqlidir, şəxsi və ümumi olanı fərqlidir, insan yönümlü və insanlıq əleyhinə olan istiqamətləri fərqlidir. Amma hər kəs bir növ mübarizə aparır. "Həqiqətən, həyat əqidə və cihaddır" deyilməsi bir həqiqətdir. İnsan bir yol seçir və həmin yolda qarşılaşdığı çətinliklər və maneələrlə mübarizəyə başlayır. Həyat bundan ibarətdir. Bəs bu mübarizə kimə qarşıdır? Bu mübarizənin oxunu kimə tərəf yönəltmək lazımdır və onun istiqaməti necə müəyyən edilməlidir? Yəni bu mübarizədə düşmənin kim olduğunu müəyyənləşdirmək mühüm məsələdir. Bu ölkə üzərində hökmranlıq edən və müxtəlif hiylə, fırıldaq, təzyiq və digər vasitələrlə, zalım tağut rejiminin hökmranlığını davam etdirməklə öz məqsədlərinə nail ola bilməyən və hər şeyi əllərindən çıxmış olan hakim qüvvələrin qarşısında artıq yalnız bir yol qalmışdı və o da hərbi çevriliş idi. Onlar hərbi çevriliş üçün zəminin hazırlanmasını araşdırmaq məqsədilə amerikalı bir generalı İrana göndərdilər. Əgər bu hərbi çevriliş həyata keçirilsəydi, onu kimlər həyata keçirəcəkdi? Həmin dövrün silahlı qüvvələrində mövqe tutmuş, özlərini satmış və xain rəhbərlər vasitəsilə. Beləliklə, əslində bu xalqın, bu dinin, bu inqilabın və bu böyük hərəkatın düşməni kim ola bilərdi? İndi ki, özümüzü vəzifə qarşısında məsul hiss etmişik və bir iş görmək istəyirik, deməli, hansı işin daha düzgün və üstün olduğunu, hansını həyata keçirməli olduğumuzu bilmək üçün mövcud vəziyyəti, şəraiti, zəmini və imkanları tanımalıyıq. Bu ən düzgün və üstün mübarizə kimə qarşı aparılmalıdır? Bizim düşmənimiz kimdir? Dünyanın əksər media vasitələri həmin talançıların əlindədir. Radio və televiziyalar, mətbuat və informasiya agentlikləri onların mülkiyyətindədir. Dünyanın əksər bölgələrində İslam Respublikasına qarşı böyük bir mədəni və siyasi müharibəyə başlayıblar. Bu mədəni müharibənin ardınca siyasi müharibə, iqtisadi təxribatlar və müxtəlif təzyiqlər də həyata keçirilir. Əgər kimsə bu qədər açıq-aşkar görünən düşməni görmürsə, məgər o, bədxah deyilsə, ən azı qəflət içində deyilmi?! Ayətullah Seyyid Əli Xamenei / Düşmənşenasi 📗 https://t.me/fadayaneislam