tgindex
🏴Əhli-Beyt Eşqinin Əhli.🏴

🏴Əhli-Beyt Eşqinin Əhli.🏴

Статистика

səɴ ʏᴀʟɴıᴢ ᴀʟʟᴀʜᴀ ɪʙᴀᴅəᴛ ᴇᴛ ᴠə şᴜ̈ᴋᴜ̈ʀ ᴇᴅəɴʟəʀᴅəɴ ᴏʟ!” 𝟹𝟿:𝟼𝟼

Последний пост
14 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
17
Всего постов
36
Тип
открытый
Язык
und
Категория
Религия (по похожим)
В каталоге с
13 авг.
Подписчики
1 190
−2 за 2 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
54
35 постов
Вовлечённость
4,5%
к подписчикам
Постов в день
2,4
всего 36
Упоминаний
1
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
49
1/48двое суток
56
1/72трое суток
60

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 📜 İmam Əli (əleyhissəlam) buyurur: “Biz Əhli-beyt nübüvvət ağacı, risalət məkanı, mələklərin gediş-gəliş yeri, rəhmət evi və elm mədənüyük.” 📚 əl-Kafi, cild 1, Kitabül-Hüccə, bab 31, hədis 2 https://t.me/islam_ashegee

  • WhatsApp-da 𝐃İ𝐍_𝐗𝐀𝐃İ𝐌İ ❤️‍🩹 kanalını izləyin: https://whatsapp.com/channel/0029VbDcHMaL7UVPibD4RZ39 🌹 𝐃İ𝐍_𝐗𝐀𝐃İ𝐌İ ❤️‍🩹 𝐊𝐀𝐍𝐀𝐋𝐈 📖 Qurani-Kərim • Ayə • Surə 📜 Hədis • Rəvayət • Mənbə ❓ Dini sual-cavab • ⚖️ Fətva 🤲 Dua • 📿 Zikr • 🕌 Dini məlumatlar 🌹 Əhli-beyt (ə) paylaşımları 🖤 Şəhadət və dini günlər

  • 🌺"Taxdiğın hicab kimliyin olur ,buna görə də davranışlarına diqqət et" https://t.me/islam_ashegee

  • 13 авг.20удалён 14 авг.

    ‎يَا اللّٰهُ يَا عَلِيُّ🖤🕋 adlı şəxsdən foto

  • https://t.me/islam_ashegee

  • https://t.me/islam_ashegee

  • 📒İMAM RZA ع Həyatı haqqında məlumat ⤵️ 🔹Ləqəbləri: Riza, Siracüllah, Nurul-huda, Qürrəti əynil-möminin, Məkidətül-mülhidin, Küfvül-mülk, Kafil-xəlq, Fazil, Sabir, Vəfiyy, Siddiq, Zəkiyy. 🔹Künyəsi: Əbül-Həsən. 🔹Atası: Musayi Kazim (əleyhissalam). 🔹Anası: Nəcmə (künyələri: Ümmül-Bənin, Xizran, Şədra, Ərvah, Səkinə). 🔹Doğulduğu gün:11 Zilqədə. 🔹Doğulduğu yer: Mədineyi-Münəvvərə. 🔹Doğulduğu il:148-ci hicri ili. ◾Şəhid olduğu gün: 28 Səfər. ◾Şəhid olduğu il: 203-cü hicri ili. ▪️Ömrü: 55 il. ▪️Şəhadət səbəbi: O Həzrəti Abbasi xəlifələrindən olan Məmun zəhərləmişdir. ▪️Dəfn olunduğu yer: Müqəddəs Məşhəd şəhəri. 🔹Övladlarının sayı: 6 (5 oğlan, 1 qız) 🔹Oğlanları: 1. Məhəmməd. 2. Qane. 3. Həsən. 4. Cəfər. 5. Hüseyn. 🔹Qızı: Ayişə. İMAM RZA (Ə) — RƏHMƏT VƏ HİDAYƏT İMAMI İmam Əli ibn Musa ər-Rza (ə) Əhli-beytin (ə) səkkizinci imamıdır. O Həzrət elmi, səbrı, gözəl əxlaqı, təvazökarlığı və insanlara olan mərhəməti ilə tanınırdı. İmam Rza (ə) buyururdu ki, insanın dəyəri onun gözəl əxlaqı, təqvası və insanlara etdiyi yaxşılıqlarla ölçülür. O Həzrətin həyatı bizə Allah yolunda səbirli olmağı, çətinliklər qarşısında Allaha sığınmağı və insanlara yaxşılıq etməyi öyrədir. 🥀 İmam Rza (ə) Mədinədən Xorasana aparıldıqdan sonra da öz ilahi missiyasından dönmədi. O Həzrət haqqı və həqiqəti müdafiə etdi və nəhayət, şəhadətə qovuşdu. 🤲 Allahım! Bizi İmam Rzanın (ə) yolundan ayırma. Qəlbimizi Əhli-beyt (ə) məhəbbəti ilə nurlandır, bizə onların şəfaətini nəsib et. Ya Rza (ə), bizə də nəzər sal… 🥀 اللهم صل على محمد وآل محمد وعجل فرجهم https://t.me/islam_ashegee

  • İmam Rza (ə) şəhadəti münasibətilə başda Zəmanə İmamımız İmam Məhdi (ə.f) olmaqla, bütün Əhli-beyt (ə) aşiqlərinə başsağlığı veririk. https://t.me/islam_ashegee

  • Ey Cənnət Cavanlarının Ağası🥀 https://t.me/islam_ashegee

  • https://t.me/islam_ashegee

  • •28 Səfər• 🥀 Vilayət günəşi Muhəmməd Peyğəmbər (s)-in vəfat günü Muhəmməd Peyğəmbər (s)-in həyatına qısa baxış Peyğəmbər (s) hələ dünyaya gəlməmiş atası Abdullah 25 yaşında ikən Mədinədə dünyasını dəyişir. Anası Amənə Xanım o həzrəti (s) dünyaya gətirdikdən bir müddət sonra ona süd vermək üçün övladını Bəni-Səd qəbiləsindən olan Həlimə Sədiyyə adlı bir qadına həvalə edir. Peyğəmbər (s) beş il süd anasının yanında qaldıqdan sonra öz doğma anasına qovuşur. Lakin Amənə Xanım bir müddət sonra xəstələnir və 30 yaşında ikən vəfat edir. Peyğəmbər (s) altı yaşından etibarən babası Əbdül-Müttəlibin himayəsi altında böyümüşdür. Babasının ölümündən sonra isə əmisi Əbu Talibin himayəsinə keçmişdir. Peyğəmbərliyə yetişdiyi zaman *40 yaşında idi. Ona iman gətirən ilk şəxs əmisi oğlu İmam Əli (ə) oldu. Qadınlar arasında isə həyat yoldaşı Həzrət Xədicə (s.ə) oldu. O həzrət İslam dinini təbliğ etdiyi üçün 13 il Məkkədə dözülməz müsibətlərə məruz qalaraq, Qürеyş kafirlərinin dinin inkişafının qarşısını aldıqları zaman, Mədinəyə hicrət еtmişdir. Orada İslami hökümət quraraq, İslam dinini kamil sürətdə bəşəriyyətə çatdırmışdır. Vəfatından əvvəl, "Vida həcci"zamanı, "Qədir-Xum" vadisində *100 min müsəlmanın qarşısında tezliklə vəfat edəcəyini və ən mühüm vəsiyyətini xatırlaradaraq belə buyurmuşdur: “Sizə iki əmanəti miras qoyuram: Quran və mənim Əhli-beytim”. Rəsulullah (s) son nəfəsində ikən ümməti üçün yazılı vəsiyyət qoyaraq Qədir-Xumdakı vəsiyyətini möhkəmlətmək istədikdə, ikinci xəlifə Ömər ibn Xəttab buna mane olaraq buyurdu: "O, xəstədir, sayıqlayır." Səs-küy qalxdı və Peyğəmbər (s) oradakıların çıxmasını istədi. Rəsulullah (s) başını Həzrət Əli (ə)-ın sinəsinə qoyaraq can vermişdir. Onun qüslunu verən və cənazə namazını qılan şəxs də Əli (ə) olmuşdur. Peyğəmbər (s)-in vəfatından sonra Səqifə hadisəsindən tutmuş, sonuncu İmam Məhdi (ə.f)-un qeybə çəkilməsinin bütün səbəbləri nadan insanların Əhli-beyt (ə)-ı öz haqqından kənarlaşdırılması oldu. Ümmət daxilində baş verən məzhəb ixtilaflarından tutmuş, müsəlmanların bir-birinin qanını axıtmaları Peyğəmbər (s)-in vəsiyyətinə əməl etməmələrinin nəticəsidir. https://t.me/islam_ashegee

  • Peyğəmbəri-Əkrəm Həzrət Məhəmmədin (s) Rəhləti və İmam Həsən Müctəbanın (ə) Şəhadəti Bu ağır və hüznlü münasibətlə başda Zəmanə İmamımız İmam Məhdi (ə.f) olmaqla bütün Əhli-beyt (ə) sevənlərinə başsağlığı veririk. Allah bizi onların şəfaətindən məhrum etməsin. https://t.me/islam_ashegee

  • # Daşı niyə öpürsən? Hacı Şahin Həsənli https://t.me/islam_ashegee

  • https://t.me/islam_ashegee

  • 14 Məsum haqqında🌹 İMAM HƏSƏN ƏSGƏRİ (Ə) — SƏBRİN, TƏQVA VƏ MƏRİFƏTİN İŞIĞI 🕊️ ❤️ Əhli-beytin (ə) səssiz, lakin əzəmətli nuru... https://t.me/islam_ashegee

  • Bəzi xəyallar çox bahadır… Onlara çatmaq üçün çox dua, çox səbir və uzun gözləyiş lazımdır. Bəlkə aylarla, bəlkə illərlə… Amma vaz keçmə. Allah üçün gecikən heç nə gec deyil. 🤲🏻 Səbr et, dua et, gözlə… vaxtı gələndə “yaxşı ki, vaz keçməmişəm” deyəcəksən. https://t.me/islam_ashegee

  • Ya Əli(ə.s)🖤 https://t.me/islam_ashegee

  • Ürəyini İmam Hüseynə(ə.s) qurban verdi. Şəhadətin mübarək🥀 https://t.me/islam_ashegee

  • AXİRƏZZAMAN NƏ DEMƏKDİR? Axirəzzaman ərəb mənşəli sözdür və “zamanın sonu”, “son dövr”, “dünyanın sonuna yaxın olan zaman” mənasını daşıyır. Dini termin olaraq isə insanlığın Qiyamətə yaxın yaşayacağı son dövrü ifadə edir. İslam inancında dünya həyatı əbədi deyil. Allahın müəyyən etdiyi vaxt gəldikdə bu dünya həyatı sona çatacaq və Qiyamət qopacaq. Axirəzzaman isə həmin son dövrə yaxın zamanları ifadə edən anlayışdır. ☝️ Axirəzzaman dövründə nə baş verəcək? Dini mənbələrdə Qiyamətə yaxın dövrdə müxtəlif hadisələrin baş verəcəyindən, insanların imtahanlarının ağırlaşacağından, haqq ilə batilin mübarizəsinin daha da aydın görünəcəyindən bəhs edilir. Şiə etiqadına görə, bu dövrün ən mühüm hadisələrindən biri İmam Məhdi (ə.f.)-nin zühurudur. İmam Məhdi (ə.f.) Allahın izni ilə zühur etdikdə dünyada haqqın, ədalətin və ilahi dəyərlərin bərqərar olacağına inanılır. 🌹 Bəs Axirəzzaman yalnız qorxulu hadisələr deməkdirmi? Xeyr. Axirəzzaman anlayışı yalnız fitnə, çətinlik və Qiyamət hadisələri ilə əlaqələndirilməməlidir. Mömin üçün bu dövr həm də səbir, iman, dua, təqva və haqq yolunda sabit qalmaq imtahanıdır. İnsan zamanın çətinliyindən qorxub ümidsizliyə düşməməlidir. Əksinə, Allahla əlaqəsini möhkəmləndirməli, günahlardan uzaq durmalı, haqqı tanımalı və zülmə qarşı dayanmalıdır. 🤲 Axirəzzamanın ən böyük dərslərindən biri budur: Zaman nə qədər çətinləşsə də, haqq yolunu tərk etməmək. İmam Məhdi (ə.f.)-nin zühurunu gözləmək yalnız “gələcək” deməklə deyil, özümüzü onun yoluna layiq bir insan kimi hazırlamaqla olmalıdır. İlahi! Bizi Axirəzzamanın fitnələrindən qoru. Qəlbimizi imanla möhkəmləndir. Haqqı haqq kimi tanıyıb ona tabe olmağı, batili batil bilib ondan uzaq durmağı bizə nəsib et. İmamımız Həzrət Məhdi (ə.f.)-nin həqiqi və layiqli ardıcıllarından olmağı bizə qismət et. Amin.🤲🌹 Hazırladı:XanımZəhraKənizi. https://t.me/islam_ashegee

  • 14 məsum haqqında🌹 İmamətin 10 cu günəşi İmam Əliyyən Nəqi(ə.s) https://t.me/islam_ashegee