tgindex
Ariflərdən zikirlər.

Ariflərdən zikirlər.

Статистика

Müşküllərin həlli üçün gözəl dua kanali T.me/haqqinsesi

Последний пост
15 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
10
Всего постов
25
Тип
открытый
Язык
az
Категория
Религия (по похожим)
В каталоге с
13 авг.
Подписчики
5 484
−1 за 2 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
931
25 постов
Вовлечённость
17,0%
к подписчикам
Постов в день
1,4
всего 25
Упоминаний
2
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
660
1/48двое суток
756
1/72трое суток
815

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • без подписи

  • 15 авг.4152219

    🌿 Ruzi-bərəkət və qazancın artması üçün göstəriş 🌥 Sübh namazından sonra, iki namaz arasındakı vaxtda (beynət-tül-tüleyn), 10 dəqiqə otursunlar: 💎 Birinci: Həzrət Zəhranın (s.ə.) təsbihatını söyləsinlər. Daha sonra 10 dəfə “Qədr” surəsini oxusunlar. 💎 İkinci: Əllərini sinələrinin üzərinə qoyub 70 dəfə bu zikri desinlər: “Ya Fəttah” — Ey qapıları açan, çətinlikləri aradan qaldıran Allah! 💎 Üçüncü: Həzrət İmam Rzadan (ə) borcun ödənilməsi və varlanmaq üçün bu duanın 110 dəfə deyilməsi nəql olunmuşdur: اللهم اغنني بحلالك عن حرامك و بفضلك عمن سواك “Allahummə əğninī bihəlālikə ən həramikə və bifəzlikə əmmən sivāk.” Mənası: “İlahi! Öz halalınla məni haramından ehtiyacsız et və öz fəzlinlə məni Səndən qeyrisinə möhtac olmaqdan ehtiyacsız et.” 💎 Dördüncü: 12 dəfə “Nadi Əli” zikrini oxusunlar: نادِ عَلِیّاً مَظهَرَ العَجائِب تَجِدهُ عَوناً لَکَ فِی النَّوائِب کُلُّ هَمٍّ وَ غَمٍّ سَیَنجَلِی بِوِلایَتِکَ یا عَلِیُّ یا عَلِیُّ یا عَلِیُّ. Nadi Əliyyən məzhərəl-əcaib, təcidhu əvnən ləkə fin-nəvaib. Kullu həmmin və ğəmmin sə-yəncəli, bi-vilayətikə ya Əliyyu, ya Əliyyu, ya Əliyy.🌷🌷🌷🌷🌷🌷 Mənası təxminən belədir: “Əli ilə çağır; o, möcüzələrin təzahürüdür. Çətinliklərdə onu özünə yardımçı görərsən. Hər bir qəm və kədər Əlinin vilayəti ilə aradan qalxacaq. Ey Əli, ey Əli, ey Əli!” Həmçinin Zariyat surəsinin 58-ci ayəsini 27 dəfə oxumaq daha yaxşı hesab edilir: إِنَّ اللَّهَ هُوَ الرَّزَّاقُ ذُو الْقُوَّةِ الْمَتِينُ İnnəllahə huvər-Rəzzaqu zul-quvvətil-mətin. Mənası: “Həqiqətən, ruzi verən yalnız Allahdır. O, böyük qüvvət sahibidir, qüdrətlidir.” (Zariyat, 51:58) ✨ Əgər insan bir müddət bu qaydada davam edərsə, işləri yoluna düşər və qarşısındakı maneələr aradan qalxar. t.me/haqqinsesi

  • Hacı Məhəmməd İsmayıl Dülabi buyurur: “Ölüləriniz üçün istiğfar edin (Allahdan bağışlanma diləyin). Öz nəslinizi və keçmişdə dünyadan köçmüş yaxınlarınızı xatırlayın və onlar üçün bağışlanma istəyin ki, işləriniz yoluna düşsün. Peyğəmbərə, imamlara və bütün peyğəmbər və elçilərə (əleyhimussəlam) salavat göndərin ki, bütün göylər və yer sizə işlərinizdə yoldaş və yardımçı olsun.” t.me/haqqinsesi 📚 Misbahul-Hüda, səh. 268

  • 🔴 Ayətullah Seyid Əbdülkərim Kəşmiri (r.ə.) buyururdu: Dünya və axirət hacətinin, yəni arzu və ehtiyacının həyata keçməsi üçün üç şeyi tövsiyə edirdi: 1️⃣ İstiğfar zikri – Allahdan bağışlanma diləmək. 2️⃣ Salavat zikri – Məhəmməd (s) və Ali-Məhəmmədə (ə) salavat göndərmək. 3️⃣ Sədəqə vermək. 📚 “Şəfa bəxş edən nüsxələr”, səh. 98 t.me/haqqinsesi

  • 13 авг.7283314

    ❓ Sual: Qəbiristanlıq əhlini ziyarət etməyin hansı ədəb və qaydaları qeyd olunmuşdur? 🌍 Mömin kişi və qadınların qəbirlərini ziyarət etmək müstəhəbdir. ✅ Qəbir əhlini ziyarət edərkən bəzi ədəb və əməllər tövsiyə edilmişdir. O cümlədən: 1⃣ İnsan üzü qibləyə dayanaraq əlini qəbrin üzərinə qoysun və 7 dəfə “Qədr” (“İnnə ənzəlnahu”) surəsini oxusun; 2⃣ 1 dəfə Fatihə və 11 dəfə “İxlas” surəsini oxusun; 3⃣ “Ayətül-kürsi”, “Yasin” və ya “Mülk” surələrini oxusun; 4⃣ Allah-Taaladan dünyasını dəyişənlər üçün rəhmət və bağışlanma diləsin; 5⃣ Öz ata və anasının qəbri yanında Allah-Taaladan hacət və istəklərini diləsin. 🔰 Qeyd etmək lazımdır ki, hədislərdə qəbir əhlini bazar ertəsi və cümə axşamı, xüsusilə cümə axşamı gününün ikinci yarısında, həmçinin şənbə günü səhər ziyarət etmək daha çox tövsiyə edilmişdir. t.me/haqqinsesi

  • 12 авг.7712325

    🌹 Ruzi bolluğu üçün dua ❤️ Deyilir ki, bu duanı gündə 20 dəfə oxuyan şəxsin ruzisi bol və geniş olar. Ərəbcə dua: لَا إِلَهَ إِلَّا اللَّهُ وَاللَّهُ أَكْبَرُ وَسُبْحَانَ اللَّهِ وَالْحَمْدُ لِلَّهِ كَثِيرًا، اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ فَضْلِكَ وَرَحْمَتِكَ، فَإِنَّهُ لَا يَمْلِكُهُمَا أَحَدٌ غَيْرُكَ. 🌷Lə iləhə illəllah, vəllahu Əkbər, və subhanəllahi vəl-həmdu lillahi kəsirən. Allahummə inni əsəlukə min fəzlikə və rəhmətikə, fə innəhu lə yəmlikuhumə əhədun ğəyruk.🌷 t.me/haqqinsesi Azərbaycan dilində mənası: “Allahdan başqa məbud yoxdur. Allah ən böyükdür. Allah pak və müqəddəsdir. Allaha çoxlu həmd olsun. İlahi! Səndən Öz fəzlindən və mərhəmətindən istəyirəm. Çünki Səndən başqa heç kəs onların sahibinə və ixtiyar sahibinə malik deyil.” 📚 Mənbə: Cənnətül-Əman (əl-Misbah), cild 1, səh. 170.

  • 📖 Qurani-Kərim ayələri üzərində təfəkkür t.me/haqqinsesi İnsan surəsi, 9–11-ci ayələr إِنَّما نُطْعِمُكُمْ لِوَجْهِ اللَّهِ لا نُرِيدُ مِنْكُمْ جَزاءً وَ لا شُكُوراً ﴿٩﴾ “Biz sizi yalnız Allahın razılığı üçün yedirdirik. Sizdən nə bir əvəz, nə də təşəkkür istəyirik.” إِنَّا نَخافُ مِنْ رَبِّنا يَوْماً عَبُوساً قَمْطَرِيراً ﴿١٠﴾ “Biz Rəbbimizdən çox sərt və dəhşətli bir gündən qorxuruq.” فَوَقاهُمُ اللَّهُ شَرَّ ذلِكَ الْيَوْمِ وَ لَقَّاهُمْ نَضْرَةً وَ سُرُوراً ﴿١١﴾ “Buna görə də Allah onları həmin günün şərindən qorudu, onlara təravət və sevinc bəxş etdi.” 🌿 Ayələrdən götürülən dərslər «نَخافُ مِنْ رَبِّنا يَوْماً عَبُوساً» “Biz Rəbbimizdən çox sərt və dəhşətli bir gündən qorxuruq.” Həmin qorxunc gündən xilas olmaq üçün bu gün miskin, yetim və əsir qarşısında üzünüzü turşutmayın, onlara qarşı mehriban və xoş davranın. --- «فَوَقاهُمُ اللَّهُ شَرَّ ذلِكَ الْيَوْمِ» “Allah onları həmin günün şərindən qorudu.” Cəza və mükafat insanın etdiyi əməllə uyğun olmalıdır. Məzlumların və ehtiyac içində olanların qorunmasına səbəb olmaq, insanın Qiyamət günü qorunmasına və nicat tapmasına səbəb olar. Yəni bu dünyada Allahın bəndələrinə sahib çıxan insan Qiyamət günü Allahın himayəsinə nail olar. --- «لا نُرِيدُ مِنْكُمْ جَزاءً وَ لا شُكُوراً» “Sizdən nə əvəz, nə də təşəkkür istəyirik.” Yalnız gördüyün yaxşılığın qarşılığını istəməmək ixlasın yeganə əlaməti deyil. Həqiqi ixlas üçün insan etdiyi yaxşılığa görə təriflənmək və təşəkkür edilmək istəyindən də keçməlidir. Yəni belə demək lazımdır: > “Mən bunu sənin üçün yox, Allah üçün etdim. Məndən təşəkkür etməyinə də ehtiyac yoxdur. Allah görür və bilir.” 🌹 Qısa nəticə Bu ayələr bizə ixlası, ehtiyacı olanlara yardım etməyi və yaxşılıq qarşılığında heç nə gözləməməyi öyrədir. İnsan yaxşılıq edərkən üç şeydən uzaq durmalıdır: 1. Əvəz gözləməkdən 2. Təşəkkür gözləməkdən 3. Təriflənmək və hörmət qazanmaq istəyindən Çünki əsl ixlas budur: “Mən bunu yalnız Allahın razılığı üçün edirəm.” “Təfsiri-Nur”, Höccətül-islam Möhsün Qəraəti

  • https://youtu.be/SLAfKKjRtMk?si=9LIHgrr97A9IfAay

  • https://youtu.be/SLAfKKjRtMk?si=9LIHgrr97A9IfAay

  • Əmirəl-möminin İmam Əli (əleyhissəlam) buyurur: > «Hər kəs yaxşılığa əmr etsə, möminlərin arxası və dayağı olar. Hər kəs pislikdən çəkindirsə, münafiqlərin burnunu torpağa sürtər.» t.me/haqqinsesi Yaxşılığa dəvət etmək və pislikdən çəkindirmək zaman keçdikcə günahkarın günah etməyə olan cəsarətini aradan qaldırır. Amma hamının günah qarşısında susması, günahkarı hər gün daha da cəsarətli və həyasız edir. 🌿 Yəni insan cəmiyyətdə gördüyü yanlışlığa tamamilə susarsa, həmin yanlış davranış getdikcə adi hala çevrilə bilər. Əmr be məruf və nəhy əz münkər isə cəmiyyətin sağlamlığını qoruyan mühüm vasitələrdəndir.

  • 9 авг.1 1493332

    🌷Qəti_uğur 🌸✨ Evlənmək, səfərə çıxmaq, ticarət etmək və ya başqa bir iş üçün işə başlamazdan əvvəl Qurandan istədiyin yerdən 100 ayə oxu. Sonra isə bu zikri 7 dəfə de. ✨ اللَّهُمَّ اكْشِفْ عَنِّي الْبَلَاءَ Oxunuşu: **Allahummə ikşif ʿənnīl-bəlāə. Mənası**: “İlahi! Məndən bəlanı, müsibəti və sıxıntını uzaqlaşdır.” 📚 Məkarimül-əxlaq, cild 2, səh. 211 t.me/haqqinsesi

  • 9 авг.1 315364

    Mərhum Ayətullah Hairi Şirazi buyurur: > İnsanın Allahı xatırlamasını mütləq zehninə və xəyalına gətirməsi lazım deyil. Allahı xatırlamaq sadəcə zehni bir xatırlama deyil, xəyali də deyil. Allahı xatırlamaq bir növ “diqqət”dir; o da qəlbi diqqət. Məsələn, bir kişi bir qadına aşiq olur. Bəzən görmüsünüz ki, həmin kişi çox narahat və həyəcanlı vəziyyətdə olur. Bu o demək deyil ki, daim onun adını çəkir və haqqında düşünür. Amma qəlbi ona yönəlmiş olur. Yemək yeyir, paltar geyinir, yol gedir, gündəlik işlərini görür, lakin qəlbi ona bağlı və yönəlmişdir. Bax, bu, “xatırlamaq”dır və bunun üçün mütləq xəyal etmək lazım deyil. Bir çox insanlar qəlbi xatırlamağı zehni və xəyali xatırlamaqla səhv salırlar. Daim Allahı yadına gətirməyə çalışırlar. Halbuki bu, əsl zikr deyil. Zikr — Allahla ünsiyyət və Ona bağlılıqdır. Zikr — Allahı sevməkdir. t.me/haqqinsesi Yəni insanın qəlbi Allahla bağlı olarsa, gündəlik işləri ilə məşğul olsa belə, daxilən Allahdan qafil olmaz.

  • 8 авг.1 233172

    https://youtu.be/Axc6MjvlpvE?si=v0t26t_NOHhiAjhY

  • 8 авг.1 28271

    https://youtu.be/Axc6MjvlpvE?si=v0t26t_NOHhiAjhY

  • 8 авг.1 2474426

    ✨ Bütün çətinliklərin aradan qalxmasına səbəb olan zikr İmam Musa ibn Cəfər (ə) öz möhtərəm ata-babalarından rəvayət edir ki, Allahın Rəsulu (s) İmam Əliyə (ə) buyurdu: “ Ya Əli ! Nə zaman sənə çətinlik və sıxıntı üz versə , belə de : «اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِحَقِّ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَأَنْ تُنَجِّيَنِي مِنْ هَذَا الْغَمِّ» Allahummə inni əsəlukə bihəqqi Muhəmmədin və ali-Muhəmməd , ən tusəlliyə əla Muhəmmədin və ali-Muhəmməd , və ən tunəcciyəni min həzəl-ğəmmi . Mənası: “İlahi! Məhəmməd və Ali-Məhəmmədin haqqına Səndən istəyirəm ki, Məhəmməd və Ali-Məhəmmədə salavat göndərəsən və məni bu qəm-qüssədən, sıxıntıdan xilas edəsən.” 📚 Mənbə: Səhifeyi-Kazimiyyə, səh. 289. t.me/haqqinsesi

  • 8 авг.1 1473118

    🌿 İşdə olan çətinliklərin aradan qalxması üçün Sübh namazından sonra, duanın sonunda 10 dəfə bu zikri deyin: «سُبحانَ اللهِ العَظیمِ وَ بِحَمدِهِ، أَستَغفِرُ اللهَ وَ أَتُوبُ إِلَیهِ وَ أَسأَلُهُ مِن فَضلِهِ» Subhanəllahil-əzim və bihəmdihi , əstəğfirullahə və ətubu ileyhi və əsəluhu min fəzlihi . Mənası: “Böyük olan Allah pak və müqəddəsdir və Ona həmd edirəm. Allahdan bağışlanma diləyir və Ona tövbə edirəm. Ondan Öz lütf və fəzlindən istəyirəm.” 📚 Mənbə: Səhifeyi-Kazimiyyə, səh. 411. t.me/haqqinsesi

  • 8 авг.1 2843820

    Bəd_dil 💐 Dili kobud və pis olan həyat yoldaşı üçün 👈 Bu duanı yazın, suyun içində həll edin və həyat yoldaşınıza içirdin. 💜💜💜بسم الله الرحمن الرحیم💚💚💚 بسا انی مه علیها صم بکم عمی فهم لا یبصرون یا حی یا قیوم ولاحول ولا قوه الا بالله العلی العظیم❤️ 💜💜💜 Bismillahir-Rahmənir-Rahim 💚💚💚 «Bəssə ənni mənhə ələyhə, summun, bukmun, umyun, fəhum lə yubsirun. Ya Həyyu, ya Qəyyum! Və lə həvlə və lə quvvətə illə billəhil-Əliyyil-Əzim.» ❤️❤️❤️ ❗️❗️❗️ Duanın qəbul olunması üçün dəstəmazlı və pak olmaq, həmçinin gündəlik vacib namazları qılmaq şərtdir. ❗️❗️❗️ Qeyd:Duani yaza bilməyən yeməyə oxuyub üfürüb yoldaşına yedizdirə bilər. t.me/haqqinsesi

  • 7 авг.1 1733431

    💕 Böyük hafizə və yaddaş gücü 💕 💝 Bəzi qədim nüsxələrdə belə qeyd olunmuşdur: Kim səhər vaxtı 7 ədəd mövüzün (qurudulmuş qara üzümün) üzərinə aşağıdakı duanı oxuyub onları yeyərsə, Uca Allah ona böyük hafizə və yaddaş qüvvəsi bəxş edər. Bu əməl sınaqdan keçirilmiş əməl kimi qeyd olunur. 🌸✨ Dua: اللَّهُمَ‏ نَوِّرْ بِکِتَابِکَ قَلبی، وَ اشْرَحْ لی مِن صَدْرِی، وَ أَطْلِقْ بِهِ لِسَانِی بِحَوْلِکَ‏ وَ لَا قُوَّةَ إِلَّا بِاللَّهِ‏ الْعَلِیِ‏ الْعَظِیم. Bizim hərflərlə oxunuşu : Allahummə nəvvir bi-kitəbikə qəlbi , vəşrah li min sədri, və ətliq bihi lisani bihəvlikə , və lə quvvətə illə billahil-Əliyyil-Əzim. Mənası: “İlahi! Öz Kitabınla qəlbimi nurlandır, onun vasitəsilə sinəmi (qəlbimi) genişləndir və onunla dilimi aç. Bunların hamısı Sənin qüdrətinlədir. Uca və Əzəmətli Allahdan başqa heç bir qüdrət və güc yoxdur.” t.me/haqqinsesi

  • 7 авг.1 1523024

    🌸✨ Evlənmək üçün İmam Cavadın (ə) vasitəçiliyi ilə əməl ✨🌸 🌸✨ 9 gecə boyunca, hər gecə 9 dəfə “Təvəssül duası” İmam Cavadın (ə) niyyətinə oxunsun. Daha sonra nəzir edilsin ki, əgər İmamların (ə) imamlarından birinin mövludundan növbəti İmamın mövluduna qədər olan müddətdə evlənsəm, imkanım daxilində bir nəzir yerinə yetirəcəyəm. Məsələn, bir neçə gün oruc tutmaq və s. t.me/haqqinsesi 🌸✨ Bu əməl çox sınaqdan keçirilmiş hesab olunur və onu yerinə yetirən bir çox insanın nəticə əldə etdiyi bildirilir. ✨🌸

  • 6 авг.1 0714110

    🍃🌸 #Qəbul_olunan_dua Peyğəmbəri-Əkrəm (s) buyurur: Hacətin qəbul olunması və arzu-məqsədlərə çatmaq üçün Ayətül-Kürsini oxuyun. Hər kim belə etsə, Allahın izni ilə hacəti qəbul olar və istəyinə çatar . 🌹 t.me/haqqinsesi