✨İntizar_əhli_✨
Статистикаİmam Sadiq (ə) buyurub: 📝"Zülm edən, ona yardım edən (dəstəkləyən) və ona razı olan şəxsin hər üçü şərikdir!!!" (əl-Kafi, cild 2, səh 332, hədis 16.) Hədis səhifəsi 📚Hədislər və 📝məqalələr
- Последний пост
- 14 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 25
- Всего постов
- 27
- Тип
- открытый
- Язык
- az
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 19
- 1/48двое суток
- 21
- 1/72трое суток
- 23
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
İmam Əli (ə): «Ağıl kamilləşdikdə, danışıq azalar.» 📚Nəhcül Bəlağə, hikmət71
Allahın Peyğəmbəri (s): «Elm axtaran elm öyrənən vaxt ölüm haqlayarsa, o, şəhid olmuşdur.» 📚ət-Tərğib vət-Tərhib, c.1, səh.97, hədis16
Bismilləh. Dini və maarifləndirici kanallar toplusu. 1.https://t.me/muntazirrun 2.https://t.me/intizarehli 3.https://t.me/munteziri_qaim 4.https://t.me/esqyoluu/184 / Hədislər. 5.https://t.me/hicabdunya
Cümənin xeyir,bərəkəti üzərinizə olsun. İmam Zaman ağanın(ə.f)dualarında olasız inşəƏllah🤲 İltimasi dua. Videonu sona qədər izləyərsiz inşəƏllah. https://t.me/intizarehli
Hər fəslin, hər diyarın öz gözəlliyi var ☺️ Amma bu gözəllik sizi dünyaya bağlamasın💫 https://t.me/intizarehli
🔰GÜNAHLARIN DAHA BİR QİSMİ İmam Əli (ələyhissəlam) buyurur: 📜Günahlar üç qrupdur: 1. Bağışlanan günahlar. 2. Bağışlanmyan günahlar. 3. Elə günahlar da vardır ki, onların bağışlanıb-bağışlanmayacağı mə’lum deyil. (O həzrət sonra sözünün davamında buyurur): Bağışlanan günahlar elə günahlardır ki, Allah tərəfindən bu dünyada onlar üçün cəza tədbirləri müəyyən olunub. Daha belə olan surətdə bədənin ikinci dəfə qiyamətdə də cəzalandırılması, Allahın həkimlik məqamından uzaqdır. Bağışlanmayan günahlar isə insanların bir-birlərinə qarşı etdiyi günahlardır. (Misal üçün, əgər insan mö’min bir şəxsin malını onun icazəsi olmadan mənimsəyibsə, bu halda ancaq və ancaq gərək malın sahibindən halallıq alsın). Üçüncü növ günahlar isə insanların gizlində etdiyi günahlardır ki, bir özü, bir də Allahı bilir. Bu halda Allah-təala insan üçün tövbə qapısını açıq qoyub. Hər bir zaman tövbə edib Allahın dərgahına üz gətirə bilər. Tövbə etdikdən sonra belə bir şəxs bir tərəfdən Allahın rəhmətinə ümidli, digər tərəfdən isə etdiyi günahların nəticəsindən nigarandır. Biz də belə bir bəndə haqqında həm ümidvar, həm də nigaranıq. 📚Birahül-ənvar, 6-cı cild, səh. 30. https://t.me/intizarehli
BÖYÜK GÜNAHLAR 🔰 Böyük günahlar bunlardır: 📜1. Qur’anda və yaxud hədislərdə onun haqqında cəhənnəm odu və’dəsi verilsin. 2. Müqəddəs İslam şəriəti tərəfindən şiddətli surətdə qadağan olunsun. 3. Bir günahın başqa günahlardan böyük olmasına dəlilimiz olsun. 4. İnsanda olan sağlam ağıl, bir günahın böyük günah olmasını təsdiqləsin. 5. İlahi qayda və qanunlara əməl edən müsəlmanların zehnində belə fikir olsa ki, filan günah böyük günahdır. 6. Peyğəmbərimiz və yaxud İmamlarımız tərəfindən çatan hədislərdə bir günah böyük günah sayılsın. Müəllif sözünün davamında belə yazır: Böyük günahlar çoxdur. Onlardan bə’zisi isə bunlardır: 1. Allahın rəhmətindən məyus olmaq; 2. Allahın əzabından həmişəlik özünü amanda güman etmək; 3. Allahın, Onun Peyğəmbərinin (s) və yaxud İmamlarımızın adından yalan demək; 4. Nahaqdan bir adamı öldürmək; 5. Ata və ananın üzünə ağ olmaq; 6. Zülm etməklə bir yetimin malını mənimsəmək; 7 İsmətli bir qadına zina ittihamını vurmaq; 8. Düşmənlə mübarizə (cihad) meydanından qaçmaq; 9. Yaxın qohum-əqrəbalarla rabitəni kəsmək; 10. Sehr və cadu etmək; 11. 11. Zina; (qadınla kəbinsiz cinsi əlaqədə olmaq); 12. Həmcinsbazlıq (kişinin kişi, qadının qadın ilə əlaqədə olması); 13. Oğurluq; 14. Yalandan and içmək; 15. Şəhadət verməyin vacib olduğu yerlərdə, boyun qaçırmaq; 16. Yalandan məhkəmədə şəhadət vermək; 17. Əhdə vəfa qılmamaq; 18. Ölünün vəsiyyətinə əməl etməmək; 19. Şərab içmək; 20. Faiz yemək (sələmçilik); 21. Haram mal yemək; 22. Qumarbazlıq; 23. Qan və yaxud meytə (özü ölən heyvan) ətini yemək; 24. Donuz əti yemək; 25. Şəriət qayda və qanunları ilə kəsilməmiş heyvan ətini yemək; (Lakin çarəsizlik üzündən yemək istisna olunur). 26 Az satmaq (Müştərini tərəzidə aldatmaq); 27. Dinini qorumaqda təhlükə ilə üzləşəcəyi bir yerə köçmək; 28. Zalıma kömək etmək; 29. Zalım bir şəxsə arxalanmaq; 30. Başqalarının haqqını bilərəkdən və üzrlü səbəb olmadan özündə saxlamaq; 31. Yalan danışmaq; 32. Özünü başqalarından böyük saymaq; 33. İsraf etmək; 34. Xəyanət etmək; 35. Başqalarının qeybətini etmək; 36. Söz gəzdirmək (ara vurmaq məqsədilə); 37. Faydasız işlərlə məşğul olmaq; 38. «Həcc» fərizəsini yüngül saymaq; 39. Namazı tərk etmək; 40. Zəkat verməmək; 41. Kiçik günahı təkrarlamaq. Böyük günahların arasında Allaha şərik qoşmaq, Allah-təalanın buyurduğu qayda və qanunları inkar etmək və Peyğəmbərimiz (s) və İmamlarımızla düşmənçilik ən böyük günahlar sayılırlar. Sadaladığımız günahlar böyük günahların bir qismi idi. Həmçinin Qur’ana, Peyğəmbərə (s), İmamlarımıza və müqəddəs Kə’bə evinə nalayiq sözlər demək də böyük günahlardan sayılır. 📚Təhrirül-vəsilə, 1-ci cild, səh.274-275 https://t.me/intizarehli
72 örtük İmam Əli (ə) buyurur: “Peyğəmbər (s) buyurdu: “Möminin yetmiş iki örtüyü var. Hər dəfə günah etdikdə bir örtüyü yırtılır. Tövbə etdikdə isə Allah həmin örtüyü ona geri qaytarır və əlavə olaraq yeddi örtük də verir. Əgər tövbədən boyun qaçırsa, addım-addım günahlara qədəm qoyar və örtükləri getdikcə yırtılar. Ancaq tövbə etsə, Allah bütün örtüklərini və onların hər biri ilə bərabər yeddi örtüyü də ona qaytarar. Amma (sonadək) boyun qaçırsa, addım-addım itaətsizliyə qədəm qoyar, örtükləri yırtılar və örtüksüz qalar. Uca Allah mələklərinə vəhy edərək buyurar: “ Bəndəmi qanadlarınızla örtün! Həqiqətən, Adəm övladları tənə vurur, lakin onu (halını) dəyişmirlər. Mən isə onu (halını) dəyişir, ancaq tənə vurmuram”. Əgər yenə də boyun qaçırsa, addım-addım asiliyə qədəm qoyar. Mələklər bu zaman qanadlarını onun üzərindən qaldırıb Rəblərinə şikayət edər və deyərlər: “Ey Rəbb, Sənin bu bəndənin aşkar və gizli günahlara düçar olmasından narahatlıq keçiririk”. Uca Allah onlara buyurar: “ Qanadlarınızı onun üzərindən qaldırın”. O, hətta gecənin qaranlığında, yaxud gündüzün nurunda, səhrada və ya dənizin dibində belə bir günah etsə, Allah onu camaatın dilinə salar. Allaha dualar edib örtüyünüzü yırtmamasını diləyin”. 📚ƏN-NƏVADİR,Fəzlullah Ravəndi,səh,24,25
İmam Əli (ə) buyurur: “Peyğəmbər (s) buyurdu: “Hər biriniz Qiyamət günü aranızda tərcüməçi olmadan Rəbbinizlə danışacaqsınız. İnsan qarşısına baxdıqda yalnız özü üçün hazırladıqlarını görəcək. Sonra sağa baxacaq, orada da özü üçün (dünyadan) göndərdiklərini tapacaq. Sola baxdıqda isə özünü odda görəcək. Yarım xurma sədəqə verməklə olsa belə, cəhənnəm odundan qorunun. Əgər bir kəs bunu da tapmasa, barı (sədəqə olaraq) xoş söz söyləsin”. 📚ƏN-NƏVADİR,Fəzlullah Ravəndi,səh.14
Sübhün nuru ilə oyan, namazla qəlbinə hüzur doldur💫
Məhəmməd Peyğəmbər(s)ın ömrünün son anlarında İmam Əli(ə)a vəziyyətlərindən: Sonra üzünü İmam Əliyə (ə) tutub buyurdu: "Ey Əli! Bu camaatın çoxu kafir olub dindən üz döndərəcəklər. Onlar bir-birilərinə qılınc çəkəcəklər. Mən dünyadan köçdükdən sonra dediklərimi görəcəksən. Ey Əli! Mənim həyat yoldaşlarımdan və səhabələrimdən kim səninlə müxalifətçilik və müharibə edərsə, mənə üsyan etmişdir. Mənə üsyan edən şəxs isə Allaha üsyan etmişdir. Mən onlara nifrət edirəm, sən də onlara nifrət et”. İmam Əli (ə) dedi: "Ey Allahın rəsulu, mən də onlara nifrət etdim! Mənbə: 📚Əllamə Məclisi, Cəlaul-Uyun, səh.58
Bismilləhir Rahmənir Rahim Özündən Başlanan Dəyişiklik 📜Cəmiyyətdə mənəvi tənəzzül, əxlaqi aşınma və haqsızlıq baş alıb gedərkən buna biganə qalmaq Əhli-beyt təlimində qəbuledilməz sayılır. Bu düşüncə sisteminə görə, insan yalnız öz fərdi ibadətləri ilə kifayətlənə bilməz, o, çevrəsində baş verən proseslərə cavabdeh olan islahatçı bir fərddir. Bu məsuliyyətin təməlində “Əmr bil-mə'ruf və nəhy ənil-münkar” (Yaxşılığa dəvət və pislikdən çəkindirmə) prinsipi dayanır. Mənfi hallar adiləşdikdə insandan üç əsas mərhələdə rəftar gözlənilir: 🔰1.Şəxsi nümunə və özünüislah Mühiti dəyişməyin birinci şərti insanın özündən başlamasıdır. İmam Əli (ə) "Nəhcül-Bəlağə"də buyurur: "Özünü başqalarına rəhbər və ya tərbiyəçi edən şəxs, başqalarını öyrətməzdən əvvəl özünü tərbiyə etməyə başlamalıdır." Mənfiliyə qarşı ən kəsərli etiraz, həmin xətaya düşməməkdir. Yalan adiləşibsə, ən güclü mövqe doğrucul qalmaqdır. 🔰2. Əməli təbliğ (Səssiz dəvət) Yanlış vərdişləri aradan qaldırmağın yolu sərt tənqid və ya mühakimə deyil. İmam Cəfər Sadiq (ə) buyurmuşdur: "İnsanları dilinizdən başqa şeylərlə (yəni gözəl əməlləriniz, əxlaqınız və rəftarınızla) xeyrə dəvət edin." 🔰 İslahi rəftar— təmkinli, humanist və əxlaqi duruşla başqalarına örnək olmaqdan keçir. 🔰3.Mərhələli və hikmətli mübarizə Peyğəmbər (s) təlimində cəmiyyətdəki pisliklərə qarşı duruş üç addımdan ibarətdir: 🔰 Qəlbən narazılıq-Mənfiliyi adiləşdirməmək və ona daxilən uyğunlaşmamaq. 🔰 Dil ilə mübarizə -Xoş sözlə, hikmətlə və yol göstərərək xəbərdarlıq etmək. 🔰 Əməl ilə mübarizə -Haqsızlığın qarşısını qanuni və əxlaqi çərçivədə almaq. İmam Hüseynin (ə) Aşura qiyamının da təməl fəlsəfəsi pozuntulara qarşı susmamaq idi. O, buyururdu: _"Mən cəddimin ümmətində islah etmək, yaxşılığa dəvət edib pislikdən çəkindirmək üçün qiyam etdim."_ Mənfi hallar nə qədər çoxalsa da, ümidsizliyə qapılıb kənara çəkilmək doğru deyil. Əsas vəzifə mənəvi dürüstlüyü qorumaq, insanlara hikmətlə yanaşmaq və mühitin işıqlı, əxlaqlı tərəfini təmsil etməkdir. https://t.me/intizarehli
Əmirəl-möminin İmam Əli (əleyhissəlam) buyurur: > «Hər kəs yaxşılığa əmr etsə, möminlərin arxası və dayağı olar. Hər kəs pislikdən çəkindirsə, münafiqlərin burnunu torpağa sürtər.» t.me/haqqinsesi Yaxşılığa dəvət etmək və pislikdən çəkindirmək zaman keçdikcə günahkarın günah etməyə olan cəsarətini aradan qaldırır. Amma hamının günah qarşısında susması, günahkarı hər gün daha da cəsarətli və həyasız edir. 🌿 Yəni insan cəmiyyətdə gördüyü yanlışlığa tamamilə susarsa, həmin yanlış davranış getdikcə adi hala çevrilə bilər. Əmr be məruf və nəhy əz münkər isə cəmiyyətin sağlamlığını qoruyan mühüm vasitələrdəndir.
İmam Sadiq (ə): «Bu dünyada məstedici içkilər içən kəslər təşnə ölərlər, təşnə halında qəbrdən qalxar və təşnə halda da Cəhənnəmə gedərlər.» 📚 Səvabul-Əmal, səh.290 , hədis5
*Mömin iki qorxu arasında yaşayır* İmam Sadiq (ə): «Mömin iki qorxu arasında yaşayır: Keçmişdə etdiyi günaha görə qorxur və Allahın həmin günahları bağışlayıb bağışlamadığını bilmir. Eləcə də, qalan ömrünə görə qorxur və bilmir ki, bu müddətdə ölümə səbəb olan hansı gunahları edəcək. Beləliklə, mömin daim qorxu içindədir və qorxudan başqa heç nə onu islah etməz.» 📚əl-Kafi, c.2, səh.71, hədis 12
Allahın Peyğəmbəri (s): «Üç şey insana nicat verər: …və gizlində Allahdan sanki Onu görürmüş kimi qorxmaq. Çünki sən Onu görməsən də, O səni görür.» 📚 Biharul-Ənvar, c.70, səh.7 , hədis5
İmam Kazim (ə): «Allah-taala şərabı onun adına görə deyil, nəticələrinə görə haram etmişdir. Buna əsasən, şərabın nəticələrinə malik olan hər bir şey də şərabdır (hökmündədir).» 📚əl-Kafi, c.6, səh.412 , hədis2
Allahın Peyğəmbəri (s): «Əgər şərabxor söz desə, onu təsdiq etməyin, elçiliyə gəlsə ona qız verməyin, xəstələnsə ona baş çəkməyin, ölsə dəfnində iştirak etməyin və ona əmanət tapşırmayın.» 📚Biharul-Ənvar, c.79, səh.127
İmam Əli (ə): «Sərxoş, Allahın görüşünə bütpərəst kimi gələcək.» 📚əl-Xisal, səh.632
İmam Rza (ə): «Allah-taala şərabı haram etdi. Ona görə ki, şərab pozğunluq gətirər, şərab onu içənlərin əqlini dəyişdirir, onları Allahı inkar etməyə, Allaha və Onun peyğəmbərinə töhmət vurmağa, böhtan atmağa vadar edir. Eləcə də, şərab içənlər fəsad və qətl kimi (cinayət) əməllər törədirlər.» 📚İyune Əxbare Rza (ə), c.2, səh.98 , hədis2