tgindex
منتظر القائم

منتظر القائم

Статистика
Последний пост
14 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
16
Всего постов
20
Тип
открытый
Язык
az
В каталоге с
14 авг.
Подписчики
18
мало замеров
Замеров пока мало
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
5
20 постов
Вовлечённость
27,8%
к подписчикам
Постов в день
2,3
всего 20
Упоминаний
5
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
4
1/48двое суток
4
1/72трое суток
4

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • Bismilləh. Dini və maarifləndirici kanallar toplusu. 1.https://t.me/muntazirrun 2.https://t.me/intizarehli 3.https://t.me/munteziri_qaim 4.https://t.me/esqyoluu/184 / Hədislər. 5.https://t.me/hicabdunya

  • без подписи

  • 12 авг.6из seyfulmaktum

    "İlk Nur: Əzəmətli Elçi" Müəllif: Ayətullah əl-uzma Şeyx Vəhid Xorasani (Allah kölgəsini daim etsin) Tərcümə: Muqatil Həsəni Redaktə: Muharib Muhəmmədi Dizayn və korrektə: Muqatil Həsəni

  • 12 авг.3из intizarehli

    *Mömin iki qorxu arasında yaşayır* İmam Sadiq (ə): «Mömin iki qorxu arasında yaşayır: Keçmişdə etdiyi günaha görə qorxur və Allahın həmin günahları bağışlayıb bağışlamadığını bilmir. Eləcə də, qalan ömrünə görə qorxur və bilmir ki, bu müddətdə ölümə səbəb olan hansı gunahları edəcək. Beləliklə, mömin daim qorxu içindədir və qorxudan başqa heç nə onu islah etməz.» 📚əl-Kafi, c.2, səh.71, hədis 12

  • без подписи

  • 12 авг.5из imamrza_xadimi

    без подписи

  • 12 авг.4из imamrza_xadimi

    فقام إليه علي بن أبي طالب عليه السلام وهو يبكي، فقال: بأبي أنت وأمي يا نبي الله، أتقتل؟ قال: (نعم، أهلك شهيدا بالسم، وتقتل أنت بالسيف وتخضب لحيتك من دم رأسك، ويقتل ابني الحسن بالسم، ويقتل ابني الحسين بالسيف، يقتله طاغي بن طاغي، دعي بن دعي، منافق بن منافق İmam Əli ibn Əbu Talib (ə) ağlayaraq ayağa qalxdı və dedi: “Atam və anam sənə fəda olsun, ya Peyğəmbər! Səni öldürəcəklər?” Peyğəmbər (s) buyurdu: “Bəli. Mən zəhərlənib şəhid olaraq öləcəyəm. Sən qılıncla öldürüləcəksən və saqqalın başının qanına boyanacaq. Oğlum Həsən (ə) zəhər ilə öldürüləcək. Oğlum Huseyn (ə) isə qılıncla öldürüləcək. Onu zalım oğlu zalım, zinazadə oğlu zinazadə və münafiq oğlu münafiq öldürəcək”. 📚“Kitəbu Suləym ibni Qeys Əl-Hilali”, səhifə 363.

  • 12 авг.6из almufazaall

    без подписи

  • 12 авг.5из seyfulmaktum

    Əhli-beyt (ə.s) sevgisi haqqında bir şeir 🌹 Tərcümə: Muqatil ər-Rafizi

  • 12 авг.4из seyfulmaktum

    Nəfəsil-Huseyn, Əbu Rişteyn ❤️ Tərcümə: Muqatil ər-Rafizi

  • 12 авг.4из seyfulmaktum

    Balaca İmam Hüseyn (ə.s) aşiqi 😍 Tərcümə: Muqatil ər-Rafizi

  • 12 авг.5из seyfulmaktum

    Əssələmu əleykə, ya Seyyiduşşuhəda! Tərcümə: Muqatil ər-Rafizi

  • 12 авг.3из intizarehli

    Səfər ayının bu ağır günlərində — İki Cahan Günəşi Həzrət Məhəmməd Peyğəmbərimiz (s.ə.s), İmam Həsən Müctəba (ə)nın şəhadəti münasibəti ilə bütün Əhli Beyt(ə) sevənlərə başsağlığı diləyirəm. Uca Allah matəminizi qəbul etsin.

  • İmam Sadiq (ə): "Müsəlman odur ki, insanlar onun əlindən və dilindən arxayın olsunlar. Mömin odur ki, insanlar öz mallarında və canlarında onu əmin bilsinlər." (Məanil-Əxbar, səh. 239, hədis 1)

  • İmam Baqir ya İmam Sadiq (ə): "Bir gecəni xəstəlikdən və ya ağrıdan yatmamağın əcri bir ilin ibadətindən daha üstündür." (əl-Kafi, c.3, səh.113, hədis 6)

  • Həzrət Peyğəmbər (s): "Xoş o üzün halına ki, etdiyi və heç kəsin xəbəri olmayan günahına görə Allah qorxusundan ağlayan halda Allah ona baxır." (Biharul-Ənvar, c.93, səh. 331, hədis 15)

  • İmam Əli (ə): "Məclisin başında yalnız üç xislətə malik olan şəxs -sual soruşulanda cavab verən, başqaları danışa bilməyəndə danışa bilən və məclisdəkilərin xeyrinə olan fikir söyləyən oturmalıdır. Bu xislətlərə malik olmayan və məclisin başında oturan şəxs axmaqdır." (Biharul-Ənvar, c.78, səh. 304, hədis 1)

  • 2-Təğabun surəsi, ayə-7: "Kafirlər (belə) güman edirlər ki, (öldükdən sonra) bir daha dirilməyəcəklər..." 3-Mu'minun surəsi, ayə-16: "Və (bütün bunlardan sonra) siz Qiyamət günü diriləcəksiniz." 4-Nəql olunmuş rəvayətə əsasən Ubəyy ibni Xələf çürümüş bir sümüyü Həzrət Peyğəmbərin (s) yanına gətirib onu havaya savuraraq dedi: "Bu çürümüş sümükləri bir daha kim dirildə bilər?" Allah-təala bu ayəni nazil etməklə ona belə cavab verdi: "O öz xilqətini unudan halda bizə misal çəkərək, "bu çürümüş sümükləri bir daha kim dirildə bilər?"- dedi. (Ey peyğəmbər!) Ona de ki, onları ilk dəfə yaradan Allah (çürümüş sümüyü) bir daha dirildəcək və o Allah hər şeyi xəlq etməyə (qadir və ) bilicidir."("Əl-mizan təfsiri", 7-ci cild;"Yasin" surəsi, ayə.78-79) 5-Həzrət Əmirəl Mö'minin Əli əleyhissalam buyurur: "Qiyamət günü mö'minlər, kafirlər və münafiqlər dəstə-dəstə gələrək öz əməllərinin (mükafat və cəzasını) görəcəklər..."(Əl-mizan təfsiri", 20-ci cild; "zəlzələ" surəsi) Beləliklə qeyd olunmuş bir sıra əqli dəlillər, həmçinin ayə və rəvayətlərə əsasən bu dünyadan sonra Axirət aləminin varlığı zəruri və bəlli olur.

  • Digər dini əsaslar kimi Axirət aləmi də iki yolla isbat olunur ki, onlardan biri ağıl və digəri isə ayə və rəvayətlərdən ibarətdir. 1️⃣. Ağıl və düşüncə; Ağıl və düşüncə yolu ilə Axirət aləmini bir neçə dəlillə isbat etmək olar: *Hikmət dəlili* Bildiyiniz kimi hər bir insan ruh və cisimdən ibarətdir ki, onun əbədi həyatının əsas amili də ruhla bağlıdır. İnsan bu dünyada zəhmət çəkib bir sıra ləzzətlərdən bəhrələnmək və nəhayət bu dünya ilə vidalaşıb torpaq altında çürüyərək aradan getmək üçün xəlq olunmamışdır. Çünkü ölməklə bütün var dövlət, çəkdiyi zəhmətlər və s.. heçə çıxır və beləliklə də hər bir insanın həyat tərzi mə'nasız və puç sayılır. İlahi sifətlərdən biri də Allahın hikmətli olmasıdır. Belə bir həyat tərzi isə Allahın hikmətindən çox-çox uzaqdır. Digər tərəfdən də qeyd olunmalıdır ki, insan əbədilik və həmişə yaşamağı, ixtiyarında olan imkanların həmişəlik əlində qalmağını sevən və tələb edən bir mövcuddur ki, 70-80 ildən sonra dünyadan köçüb qəbr evində çürümək qorxusu bu istəyi aradan apararaq onu nakam qoyur. Bu isə heç bir sağlam ağılla uyğun gəlmir. Elə bütün bunlara görə də bu dünyadan sonra ayrı bir aləmin olması, ilahi hikmətin zəruriyyətlərindəndir. *Ədalət dəlili* Bildiyiniz kimi insanlar öz əməllərində ixtiyar sahibi olub, istədikləri pis və yaxşı əməlləri əncam verə bilərlər. Bə'zi insanlar ömürlərinin sonunadək Allaha bəndəçilik edib saleh əməllər görür, bə'ziləri isə ömürlərinin sonunadək günah işlərlə məşğul olur və hətta günah etdikləri halda dünyalarını dəyişirlər. Digər tərəfdən də bir çox insanlar dünyada öz imkanları, qüdrətləri və s.. şeylərdən istifadə etməklə zəif və imkansızlara istədikləri zülmləri edirlər ki, adətən bu cür zülmkarlar dünyada zəngin və firavan həyat sürür və heç də öz çirkin əməllərinin cəzasına çatmırlar. Allahın sifətlərindən biri də onun ədalətli olmasıdır. Belə bir həyat tərzi (salehlər və günahkarların cavabsız qalması) heç də ilahi ədalətələ uyğun gəlmir və heç bir sağlam ağıl belə bir işi qəbul edə bilmir. Beləliklə saleh bəndələr və günahkarları bir-birindən ayırd edib, salehləri mükafatlandırmaq, zülmkarları isə cəzalandırmaq üçün bu dünyadan başqa bir aləmin (axirət aləminin) olması ilahi ədalətin zəruriyyətlərindən sayılır və əks təqdirdə, bu həyat tərzinin Allah ədalətindən kənar olması kimi düşüncə və fikir meydana çıxa bilər. *Qüdrət dəlili* Ağıl və düşüncə yolu ilə Axirət aləmini isbat edən dəlillərdən biri də ilahi qüdrətdən ibarətdir. Axirət aləminin varlığı, çürüyüb aradan getmiş bir sıra varlıqların bir daha xəlq olunması bu işin qeyri-mümkünlüyü ilə inkar olunsa, ilahi qüdrətə əsasən bu fikirin yanlış olduğunu isbat edə bilərik. Məsələn, insanları müxtəlif bitki, meyvə və s.. şeylərdən ataların belində nütfə kimi, anaların bətnində körpə uşaq şəklində vücuda gətirən və hər bir körpəni boya-başa çatdıran, həmçinin varlıqları yoxdan xəlq edən Allah heç də çürümüş insanı bir daha dirildib Axirət aləmində hazır etməkdən aciz deyildir. Allah-taala nəhayətsiz qüdrət sahibi olduğu halda bu kimi işləri həyata keçirməkdən aciz qalmaz. Məsələn, əgər bir mühəndis tikdiyi binanı dağıtdıqdan sonra onu yenidən inşa edəcəyini iddia etsə, hamı ona inanar. Çünkü o, artıq bir dəfə bu işə qadir olduğunu sübuta yetirmişdir. Onun yenidən bu işi bacaracağına isə kimsə şübhə etməz. Elə bütün bunlara əsasən axirət aləminin varlığı zəruri və olasıdır. 2️⃣. *Ayə və rəvayətlər* Axirət aləminin isbatı üçün çoxlu ayə və rəvayətlər mövcuddur ki, burada onların bə'zisini qeyd edirik: 1-Zəlzələ surəsi: "Bağışlayan və mehriban Allahın adı ilə! Yer möhkəm zəlzələ ilə titrədikdə və öz ağır yüklərini xaric etdikdə, insan (Heyrətlə) deyər: Görəsən yerə nə olmuşdur? O vaxt yer, camaatı (böyük) xəbərlərdən agah edər. Çünkü sənin Rəbbin ona belə ilham etmişdir. O gün xalq öz əməllərinin (cəza və mükafatını) görmək üçün qəbrlərdən pərakəndə halda xaric olarlar. Beləliklə zərrə qədər xeyir əməl sahibi öz mükafatını görəcək və zərrə qədər şər əməl sahibi (də) öz əməlinin cəzasına çatacaqdır."

  • *Axirət aləmi aşağıdakı xüsusiyyətlərə malik olacaq* : 1️⃣. Axirət aləmi əbədi və həmişəlik olacaq. Qur’ani-kərimə nəzər saldıqda Axirət aləminin əbədi olmasına dair bir çox ayələr görürük. Məsələn: "Behiştin qapıçıları Behişt əhlinə salam verərək deyər: Xoş olsun sizə; əbədi olaraq Behiştə daxil olun." (Zümər surəsi, ayə 73) həmçinin Cəhənnəm əhli barədə buyurulur: "Allah-təala münafiq (iki üzlü) kişilər, qadınlar və kafirlər üçün əbədi olan cəhənnəm odunu və’də vermişdir." (Tövbə surəsi,ayə 68) 2️⃣. Axirət aləminin ne’mət və səadəti hər növ çətinlik və əzab-əziyyətdən uzaq olacaq. Axirət aləmində olan ne’mət və səadət üçün heç bir əziyyət, narahatçılıq və hüzn olmayacaq. Çünki bu cür xüsusiyyətlər müvəqqəti olan dünya həyatının ne’mətləri və rifahını əldə etdikdə ola bilər. Axirət aləmində isə bu cür xüsusiyyətlərin olması qeyri-mümkündür. Qur’ani-kərimdə oxuyuruq: "(Onlara xitab meyl olunar:) Behiştə daxil olun! Sizin üçün Heç bir qorxu və hüzn olmayacaqdır." (Əraf surəsi,ayə 49) 3️⃣. Axirət aləmi iki hissədən təşkil olunmuşdur: Belə ki, saleh əməllər sahibi üçün rəhmət və günahkarlar üçün əzaba malik olacaq. Qur’ani-kərimin bir çox ayələri bu söz üçün canlı sübutdur. Məsələn: "Zərrə qədər yaxşı əməl sahibi (Axirət aləmində) öz işinin savabını görəcəkdir. Və zərrə qədər pis əməl sahibi (də) öz əməlinin cəzasına çatacaqdır." (Zəlzələ surəsi,ayə 7-8) Beləliklə heç bir insan ilahi rəhmət və cəzadan boyun qaçıra bilməz və hamı ilahi məhkəmədə hazır olmalıdır. 4️⃣. Axirət aləmi əməl yeri deyil, cəza və mükafat yeri olacaq. Çünki əməl qapısı ölüm yetişdikdə bağlanar və bir daha açılmaz. Qur’ani-kərim bu haqda buyurur: «Sizlərdən birinizin ölümü yetişməmiş sizə verdiyimiz ruzilərdən Allah yolunda infaq edin, (ki, əcəli çatmış hər bir şəxs) belə deyər: İlahi, bir daha əcəlimi tə’xirə salsan, Sənin yolunda sədəqə verib salehlərdən olaram."( Munafiqun surəsi ,ayə 10). Bu ayədən aydın olur ki, insanın ölümü çatdıqdan sonra heç bir əməli yerinə yetirə bilməz və ona savab yazılmaz. https://t.me/munteziri_qaim