tgindex
Əfqan Əhmədzadə

Əfqan Əhmədzadə

Статистика

Əbu Bəkr Məscidinin rəsmi saytı www.abu-bakr.com Tərcümələri Osman Sələfinin tələbəsi Əfqan Əhmədzadə edir

Последний пост
14 авг.
Последнее чтение
13 авг.
Постов за неделю
1
Всего постов
22
Тип
открытый
Язык
az
В каталоге с
13 авг.
Подписчики
725
0 за 2 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
136
21 постов
Вовлечённость
18,8%
к подписчикам
Постов в день
0,1
всего 22
Упоминаний
2
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1/48двое суток
1/72трое суток

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • без подписи

  • İbn Cəuzi (Allah ona rəhmət etsin) buyurub: Əgər Allah bir quluna xeyir istəyərsə onun dilinə Muhammədə (sallallahu aleyhi və səlləmə) salavatı asanlaşdırar. بستان الواعظين 300/1 🖋️ Əfqan Əhmədzadə https://t.me/Haqqa_Devet

  • Allahım, Əgər xeyirlərə qovuşmağıma, dualarımın qəbul olunmasına və mənə bəxş edəcəyin nemətlərə hansısa günahım mane olursa, həmin günahlarıma görə Sənə tövbə edirəm. Mən bilmirəm hansı günahdır, amma Sən bilirsən. Mən unutmuşam, lakin Sən heç nəyi unutmursan. Ey Rəbbim! Həmin günahlarıma görə Səndən bağışlanma diləyirəm. Məni əfv et, məni bağışla və Öz rəhmətinlə məni xeyirlərə qovuşdur. Allahım, məni bağışla. Amin. 🖋️ Əfqan Əhmədzadə https://t.me/Haqqa_Devet

  • 2 авг.50из Padsbotrobot

    İmam Malik -رحمه الله- belə deyir: "Şübhəsiz ki, bu elm sənin ətindir, qanındır (canındır) Və bu elmdəndə qiyamət günü soruşulacaqsan. Onun üçün onu kimdən götürdüyünə diqqət et" Osman abu Harun

  • Bəldçi: Əfqan Əhmədzadə

  • Yəhya ibn Muaz (Allah ona rəhmət etsin) demişdir: "Tövbə edən şəxs üçün elə bir fəxr (şərəf/qürur) vardır ki, heç bir fəxr onunla müqayisə oluna bilməz. O da Allahın onun tövbə etməsinə sevinməsidir!" 📚 صفة الصفوة - 3/342 ✍ Əfqan Əhmədzadə https://t.me/Haqqa_Devet

  • İbn Cövzi (Allah ona rəhmət etsin) buyurub: "Bilin ki, elə bir müsəlman qul yoxdur ki, Muhəmmədə ﷺ çoxlu salavat gətirsin və Allah da onun qəlbini nurlandırmasın, günahlarını bağışlamasın, köksünü genişləndirməsin və işlərini asanlaşdırmasın. Elə isə salavatı çoxaldın. Ola bilsin ki, Allah sizi onun millətindən (onun dininə mənsub olanlardan) etsin, sünnəsi ilə əməl etməyə müvəffəq etsin və Cənnətdə onu ﷺ bizə yoldaş etsin. Bizlərə öz rəhməti ilə lütf edən Odur." 📚 بستان الواعظين - ص 297 ✍ Əfqan Əhmədzadə https://t.me/Haqqa_Devet

  • Şeyx Muhəmməd ibn Saleh əl-Useymin (Allah ona rəhmət etsin) buyurur: "İbadət tövhid üzərində bina olunmuşdur. İçində tövhid olmayan heç bir ibadət, ibadət deyildir." 📚 القول المفيد - 1/4 ✍ Əfqan Əhmədzadə https://t.me/Haqqa_Devet

  • Öyrəndiyinə əməl etməsən | Əfqan Əhmədzadə https://youtube.com/watch?v=exGOCQavvNo&si=-QJGOnIFDqs9Xl38

  • Əli ibn Əbi Talib (Allah ondan razı olsun) demişdir: "(Bir insanı) həddindən artıq çox danlamayın. Çünki danlamaq kin və nifrət doğurur. Həmçinin həddindən çox danlamağın özü pis əxlaqın əlamətidir. 📚 Ravdatu'l-ʿUqalā, səh. 182 📚 روضة العقلاء (١٨٢/١ 🖋️ Əfqan Əhmədzadə https://t.me/Haqqa_Devet

  • BİDƏTÇİNİ TANI VƏ ONDAN ÇƏKİN! Şeyx Saleh əl-Fovzan (Allah onu qorusun) buyurur: "İnsanlar arasında fikirlərində, həyatında və ya mənhəcində azması ilə tanınan şəxslərin adlarını çəkmək (kimliyini bildirmək) və insanları onların mənhəcindən çəkindirməkdə heç bir eyb yoxdur." 📖 [الأجوبة المفيدة 172] 🎙 Tərcüməçi: Əfqan Əhmədzadə https://t.me/Haqqa_Devet

  • 2️⃣-ci hissə: Uhud günü geri çəkilməsi. “Osmanın Uhud günü geri çəkilməsinə gəlincə, mən şahidlik edirəm ki, Allah onu əfv edib və bağışlayıb.” Allahın əfvi Quranda gəlmişdir: (Uhudda) iki qoşun qarşılaşdığı gün içərinizdən üz döndərənləri şeytan, qazandıqları bəzi günahlar üzündən səhv etməyə vadar etdi. Allah artıq onları bağışladı. Həqiqətən, Allah Bağışlayandır, Həlimdir. (Ali-İmran, 155) Bu, əfvdir. Allah bir insanı əfv etdikdən sonra, həmin insan buna görə məzəmmət edilərmi? Allah onu əfv edib. Mən şahidlik edirəm ki, Allah onu əfv edib. Bu əfv Qurandadır. Buna görə də eyni mövzuda, yəni əfv məsələsində Adəm ilə Musa arasında olan söhbətə baxın. Musa (əleyhis salam) və Adəm (əleyhis salam) arasında olan qarşılaşma: Sən bizi və nəslini Cənnətdən çıxartdın? Adəm dedi: Allahın mənim haqqımda yazdığı bir şeyə görəmi məni qınayırsan? Burada diqqət edin: Musa Adəmi günaha görə qınamamışdı. O, yalnız Cənnətdən çıxmaq məsələsinə görə demişdi: “Sən bizi çıxartdın.” Çünki Adəm həmin günahdan tövbə etmişdi. İnsan bir günahdan tövbə etdikdə və Allah da onun tövbəsini qəbul etdikdə, artıq o günaha görə qınanmaz. Allah Adəmin tövbəsini qəbul etmişdi. Günahdan tövbə edən və Allahın tövbəsini qəbul etdiyi insan günahı olmayan kimidir. Buna görə burada heç bir qınama yoxdur. İbn Ömər buna cavab olaraq dedi: Mən şahidlik edirəm ki, Allah onu əfv edib və bağışlayıb. Birinci məsələ bitdi. Osman ibn Affan (Allah ondan razı olsun) üçün burada heç bir qınama yoxdur. Onun başına gələn şey başqa bir neçə səhabənin də başına gəlmişdi və Allah onların hamısını əfv etmişdi. Ardı var.....

  • 1️⃣1-ci hissə Xəvaricin şübhələri və İbn Ömərin (Allah ondan və atasından razı olsun) cavabı. Misirdən gələn və xəvricilərdən olan bir kişi vardı. Misir əhlindən olan bu kişi Kəbəni həcc etdi və daha sonra bir dəstə insanın oturduğunu görüb soruşdu: Bunlar kimdir? Dedilər: Bunlar Qureyşdəndir. Dedi: Onların şeyxi (böyükləri) kimdir? Dedilər: Abdullah ibn Ömərdir (Allah onlardan razı olsun). Dedi: Ey İbn Ömər! Mən səndən bir şey haqda soruşacam, mənə onun haqqında xəbər ver. Osman Uhud günü geri çəkilmişdimi (döyüşdən yayınmışdımı)? İbn Ömər dedi: Bəli. Xəvaric dedi: Onun Bədr döyüşündə iştirak etmədiyini və orada olmadığını bilirsənmi? İbn Ömər dedi: Bəli. Xəvaric dedi: Onun Ridvan beyətində iştirak etmədiyini və orada olmadığını bilirsənmi? İbn Ömər dedi: Bəli. Xəvaric Dedi: "Allahu Əkbər" Şeyx xəvaric haqda: Bu təkbir nə idi? Bu necə təkbir idi? “Allahu Əkbər!” Məclisdə sevinərək təkbir gətirdi. Çünki zənn etdi ki, məsələ aydın oldu, Osmanın işi ortaya çıxdı və məlum oldu ki, o bu məqamda deyil, O,olduğu xilafətə layiq deyil.Əslində xəvaricilərin Osman (Allah ondan razı olsun) haqqında etiqad etdikləri digər şeylər də belədir (yalnış zənndir). Bu cavabları Abdullah ibn Ömərdən (Allah ondan razı olsun) əldə etdiyini (ibn Ömərində təstiqlədiyini) zənn etdiyi üçün sevinərək təkbir gətirdi və dedi: “Allahu Əkbər!” Bu təkbir sevinc təkbiri idi. Çünki o zənn edirdi ki, məsələ açıldı və bu böyük səhabənin (ibn Ömərin) şahidliyi ilə aydın oldu. Guya bunlar Osman üçün eyblər və nöqsanlardır. Onun zənninə görə, Osman xilafətə layiq deyildir və onda məzəmmət ediləcək bu cür sifətlər vardır. Buna görə də dedi: “Allahu Əkbər!” İbn Ömər dedi: Gəl, sənə açıqlayım. Məsələ bu işlərlə bitmir. “Gəl, sənə açıqlayım.” Bu sözdə diqqət edilməli böyük bir fiqh (açıqlama) vardır: “Gəl, sənə açıqlayım.” İnsan bu sözün üzərində dayanmalıdır. İnsan bəzi məsələlərdə həqiqəti araşdırmadan, sadəcə zahirinə baxaraq götürməməlidir. Həqiqəti aydınlaşdırmaq, dəqiqləşdirmək və araşdırmaq lazımdır. Necə ki, Uca Allah buyurur: فَتَبَيَّنُوا “Araşdırın.” Başqa qiraətdə isə: فَتَثَبَّتُوا «“Dəqiqləşdirin.”» Məsələlərin həqiqətini bilmək, onları düzgün yerlərinə qoymaq üçün araşdırmaq və dəqiqləşdirmək vacibdir. Neçə-neçə insanlar haqqında məzəmmət məqsədi ilə bəzi hadisələr nəql edilir. Halbuki onların açıq və bəlli üzrləri vardır. Lakin həmin hadisələri nəql edən şəxs onların üzrlərini araşdırmır, onları açıqlamağa və ya dəqiqləşdirməyə çalışmır. Bu isə xətadır. Buna görə bu böyük fiqhə baxın. Abdullah ibn Ömər (Allah ondan razı olsun) ona dedi: Gəl, sənə açıqlayım. Məsələ təkcə bu həddə çatıb, təkbir gətirib getməklə bitmir. “Gəl, sənə açıqlayım.” Ardı var.....

  • Şeyxulislam İbn Teymiyyə (Allah ona rəhmət etsin) buyurmuşdur: “Müşriklər çətinliyə düşdükləri zaman Allaha dua edirdilər (Allahı çağırırdılar) və Allah da onların dualarını qəbul edirdi. Bəs möminlərin (Allaha dua etdikdə) halı necə olar?” 📖 (جامع المسائل 1/71) Tərcüməçi: Əfqan Əhmədzadə https://t.me/Haqqa_Devet

  • İmam Qurtubi (Allah ona rəhmət etsin) buyurmuşdur: «Kimin günahları çox olarsa, su verməyə (sədəqə etməyə) çalışsın. Çünki Allah bir itə su verənin günahlarını bağışlamışdırsa, düşün ki, bəs bir möminə su verənin necə?!» 📖 Təfsir əl-Qurtubi (7/192) 🖋️ Əfqan Əhmədzadə https://t.me/Haqqa_Devet

  • Əfqan Əhmədzadə pinned a photo

  • Uşaqlar yumşaqlıqla danlanar, (tərbiyələnər) döyülməz. İmam Əhməd (Allah ona rəhmət etsin) buyurmuşdur: «Əgər hələ kiçik yaşdadırsa və başa düşmürsə, o uşaq döyülməz.» 📖 الآداب الشرعية لابن مفلح (1/477) 🖋️ Əfqan Əhmədzadə https://t.me/Haqqa_Devet

  • Səid ibn Cubeyr (Allah ondan razı olsun) demişdir: Cənnət əhlinin ən aşağı mərtəbədə olanının bir sarayı olacaq ki, orada yetmiş min xidmətçi olacaq və hər bir xidmətçinin əlində də digər xidmətçilərin əlindəkindən fərqli bir qab vardır. O, (sarayın çölündən) istədiyi bir şeyi əldə etmək üçün qapını açmağa gərək duymaz. Əgər dünya əhli onun sarayında bir araya gəlsəydi, onların hamısı (onun sarayına) yerləşərdi. Və bunların içində ən üstün məqamda olanları isə, səhər və axşam Allahın camalına tamaşa edənlərdir. 📚 الإبانة الكبرى ٥٠/٧ ✍️ Əfqan Əhmədzadə DUHANI DA UNUTMA https://t.me/Haqqa_Devet

  • https://youtube.com/shorts/Gc3N3472aMY?si=iDATW2oeqv7y8u9p

  • Əgər sıxıntıların artır və ruzin azalırsa, demək ki, hansısa günahda israrlısan. O günahı tərk etmirsən, amma fərqində deyilsən. 🖋️ Əfqan Əhmədzadə https://t.me/Haqqa_Devet