- Последний пост
- 26 июл.
- Последнее чтение
- 13 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- az
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 41
- 1/48двое суток
- 46
- 1/72трое суток
- 50
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
NİYƏ DÜNYAYA BU QƏDƏR BAĞLANMISAN?
Başını yarma, başını işlət! Hüseyn (Allah ondan razı olsun!) Cənnətə girəndə, bu əməllərin səni cəhənnəmə apara bilər!
﷽ Əssələmu aleykum va Rahmətullahi va Bərakətuh. Elanı paylaşaraq sizdə bu işdə bizimlə ola bilərsiniz Allahın izni ilə🤍
🌷RAMAZAN AYINDA CƏM OLAN İKİ CİHAD Hafiz ibn Rəcəb (Allah ona rəhmət etsin) belə buyurmuşdur: Bil ki, mömin üçün Ramazan ayında nəfsi ilə apardığı iki cihad cəm olmuşdur. 🍃Mömin gündüzü oruc tutmaqla, 🍃Gecəni isə namaza durmaqla cihad edir. Kim bu iki cihadı özündə cəm edər, hər ikisinin haqlarını ödəyər və bunları səbirlə yerinə yetirərsə, bunun müqabilində onun mükafatı hesabsız olaraq bol-bol verilər. لطائف المعارف (ص١٧١) ©Əfqan Əhmədzadə Yoxladı: Şeyx Osman Sələfi -Allah onları qorusun. 🌸🖇https://t.me/SehihFaydalar
RAMAZAN AYINDA QURANİ-KƏRİMİ XƏTM ETMƏYİN YOLU✨🌙 ©Arif Allahyarov. (Allah onu qorusun) https://t.me/QuranVeSunnedeQadin
🌷RAMAZAN AYINI NECƏ QARŞILAYAQ? 💌Ən birincisi: Günahlardan ötrü Allahdan bağışlanma istəyib, Ona səmimi qəlbdən tövbə etməklə. 💌İkincisi: Dua etməklə. Bu fəzilətli ayı ibadətlə keçirmək üçün Allaha dua edib Ondan kömək istəməklə. 💌Üçüncüsü: Elm öyrənməklə. Yaxşı olar ki, müsəlman Ramazan ayına daxil olmamışdan qabaq bu ayın fəzilətini, məqamını, xüsusiyyətlərini və üstünlüklərini öyrənsin. 💌Dördüncüsü: Qəlbi islah etməklə. İnsan Ramazan ayına qəlbini günahlardan islah edərək, qəlbini kin-küdurətdən, həsəddən, qəzəbdən nifrətdən təmizləyərək daxil olmalıdır. Şeyx Allamə AbdulRazzaq əl-Bədrin -Allah onu qorusun- dərsindən götürülüb. ©Arif Allahyarov - Allah onu qorusun. 🌸🖇https://t.me/SehihFaydalar
💌Ramazan ayından faydalı və səmərəli istifadə etmək üçün, onu ən doğru yolla istismar etmək üçün on faydalı nəsihət: 🌷RAMAZAN AYI BAŞQA AYLAR KİMİ DEYİL. 💌Birinci – Allaha dua et ki, səni bu mübarək aya sağ-salamat çatdırsın, Allaha ibadət etməkdə nə yorulasan, nə də tənbəllik edəsən. Ənəs bin Malikdən rəvayət olunduguna görə deyir ki, Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) Rəcəb ayı girən kimi belə deyərdi: “Allahım, Rəcəb və Şaban ayını bizə bərəkətli et və bizi Ramazana çatdır” (Əhməd və Təbərani rəvayət etmişdir) 💌İkinci – Ramazan ayı daxil olarkən, bu nemətə görə Allaha çoxlu həmd-səna və şükürlər et. Çünki, Allahın ən böyük nemətlərindən biri də, qulunu ibadət etməyə müvəffəq etməsidir. Ramazan ayı daxil olar olmaz, müsəlman özünü sağ-salamat hiss edirsə, bu böyük bir nemətdir. 💌Üçüncü – Bu mübarək mövsümün gəlişi münasibəti ilə sevin və fərəhlən. Əbu Hüreyrə (Allah ondan razı olsun) Peyğəmbərimizdən (Allahın ona salavat və salamı olsun belə rəvayət edir ki; “Ramazan ayı gələrkən O (Allahın ona salavat və salamı olsun) öz səhabələrini müjdələyərək belə deyərdi: “Üzünüzə Ramazan ayı gəldi, Ramazan ayı mübarək aydır, Allah sizə oruc tutmağı əmr edib. Bu ayda cənnətin qapıları açılır, cəhənnəmin qapıları bağlanır. Şeytanlar bu ayda bağlanır. Bu ayda bir gün var ki, o min aydan daha xeyirlidir. Kim onun xeyrindən məhrum olarsa artıq məhrum olmuşdur!” (Imam Əhməd rəvayət (7148) etmişdir). 💌Dördüncü – Ramazan ayından düzgün istifadə etmək üçün dəqiq və düzgün plan qur. Heyiflər olsun ki, çoxlarımız, hətta möminlər belə, dünya əməllərinə dəqiq plan qururuq, amma axirətimiz üçün dəqiq plan qura bilmirik. Bu da möminin bu həyatda olan məqsədini dəqiq dərk etməməsindən irəli gəlir. 💌Beşinci – Doğru və sidq ürəklə ibadətə başla, ixlasla davam et. Nə qədər ki, insan səmimi qəlbdən, sidq ürəkdən Allaha yönələrsə, Allah da onu ibadətlərində müvəffəq edər. Allahu Təala Muhəmməd surəsinin 21-ci ayəsində buyurur: “…onlar Allahla sadiq olsaydılar (doğru və düzgün olsaydılar), bu onlar üçün xeyirli olardı” 💌Altıncı– Ramazan ayının hökmləri və qaydalarını düzgün formada öyrən və bil. Çünki mömin bəndə, Allahu Təalaya elmli surətdə ibadət etməlidir, əsas qaydalara riayət edərək itaətini həyata keçirməlidir. Orucla bağlı bütün şərtləri və hökmləri öyrənməlidir. Belə ki, Allahu Təala Qur’ani Kərimdə buyurur: “…Bilmədiyiniz şeyləri elm əhlindən soruşun” (Əl-Ənbiya surəsi 7-ci ayə) 💌Yeddinci – Ürəkdən və sidq qəlbdən günahları tərk etməyə qərar verməlisən. Bu ayda günahlarından tövbə edib, Allahdan əfv olunmanı diləməlisən. Bu mübarək ayda da Allaha tövbə etməsən, nə vaxt tövbə edəcəksən? Allahu Təala buyurur: “Hamınız Allaha tövbə edin ey möminlər, bəlkə nicat yolu tapasınız” (Nur surəsi 31-ci ayə) 💌Səkkizinci – Ruhi və mənəvi qidanı əldən verməmək üçün, iradəni daim güclü saxlamaq üçün, dini elmlərdən və kitablardan oxu, Qur’ani Kərimi oxu, dini dərslərə və mühazirələrə qulaq as. 💌Doqquzuncu – Bu ayda başqalarını da unutma, onları da bu ayda savab əməllər etməyə çağır. Tanıdıqlarını, qohumlarını bu ayda ibadət etməyə çağır. Yaxınlarını miskin və kimsəsiz insanlara yardım əllərini uzatmağa dəvət et. 💌Onuncu – Bu mübarək ayı təmiz və yeni olaraq başla. Bütün günahlarından tövbə et, Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) yolu ilə davam et, Allahın buyurduqlarını et, halala riayət et, haramdan uzaq ol. ©Səid İsrafilov müəllim -Allah onu qorusun. 🌸🖇https://t.me/SehihFaydalar
https://youtu.be/dx3cdMP2EPk?si=iB-Q2GaT1uWpsWlY
https://www.youtube.com/live/_KgJr6edkWY?si=h3SSy-dNzPv2X5hz
без подписи
Tural qardaşımız xeyir üzərində vəfat edib. 🎙Elçin Rufullayev https://t.me/rufullayevelcin
Çağırılmayan məclisə getmək olarmı? 🎙Elçin Rufullayev https://t.me/rufullayevelcin https://youtube.com/shorts/zP5le5owczs?si=q_C97zIv-q9wRH2j
Qardaşımız Həcc ibadətindən sonra vəfat etdi! 🎙Elçin Rufullayev https://t.me/rufullayevelcin
без подписи
Zilhiccə ayı nə vaxt daxil olur? 🎙Elçin Rufullayev https://t.me/rufullayevelcin
https://youtu.be/7fY5TfO0muQ?si=_hbLm_FB6LRy0p-h
Elşad Mirinin Quran ayələrini inkar etməsi! 🎙Elçin Rufullayev https://t.me/rufullayevelcin
https://youtu.be/lv3L-ArjP08?si=884EQSL-a59PzvL5
Quran inkarçısına cavab! 🎙Elçin Rufullayev https://t.me/rufullayevelcin
🤝Əs-Sələmu aleykum və rahmətullah. Qardaşlar 2-ci günü (29.04.25) məğrib namazından sonra çay süfrəsinə dəvətlisiniz Allahın izni ilə. Allah sizə bərəkət versin. 🎙️Qonaq: Elçin Rufullayev (Allah onu qorusun) 📍Məkan: Şeyx Restoran