MƏRKƏZ MUQARRAB
СтатистикаQadınlar və uşaqlar üçün tədris mərkəzi: Şeyx Qamət Süleymanovun icazəsi ilə. Təklif, irad və suallarınızı şərhlərə yaza bilərsiniz. Sizə ən yaxın zaman geri dönüş ediləcəkdir Allahın izni ilə!
- Последний пост
- 4 июл.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- az
- Категория
- Религия (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
بِسْــــــــــــــــــمِ ﷲِ الرَّحْمَنِ الرَّحِيم 📢 Uşaqlar üçün Əyani və ödənişsiz Qurani-Kərim və dini biliklərin öyrənilməsi kursu başlayır, Allahın izni ilə! ◻️ Müəllim: Arif Allahyarov (Mədinə İslam Universitetinin məzunu) ◻️ Dərs günləri: Şənbə və Bazar ◻️ 1-ci dərs: 15:00–16:00 ◻️ 2-ci dərs: 16:00–17:00 ◻️ Tədris forması: Əyani ◻️ Ödəniş: Tamamilə ödənişsiz ◻️ Yaş həddi: Oğlan uşaqları 7–14 yaş, Qız uşaqları 12 yaşdan aşağı. ◻️ Ünvan: Sumqayıt şəhəri 📚 Dərs proqramına daxildir: • Quran oxumağa giriş • Təcvid • Əzbər • Dini biliklər ✅ Qeydiyyatdan keçmək üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz: 📱 070 355 39 43 (Şərəf bacı) 🤲 Allah Təala bizləri və sizləri Özünün sevdiyi və razı qaldığı işləri yerinə yetirməyə müvəffəq etsin. Təşkilatçı: https://t.me/balamuselman ©Mərkəz Muqarrab
без подписи
Tənbəllik - məyusluğun və müvəffəqiyyətsizliyin əsasıdır. Tənbəl insan xeyirdən bixəbər olur və onun şərəfinə nail ola bilmir. Həmin kəs nə dindən, nə də dünyadan bir şey əldə etməz. ( Abdurrahman əs-Sə'di (RahiməhuLlah) ,Bəhcətu-Qulubil-Əbrar", səh.34) ©Yaşar Qurbanov
Əssələmu aleykum və rahmətullahi və bərakətuh. Hörmətli tələbələr, xüsusi bir məqamı nəzərinizə çatdırmaq istəyirik. Mərkəz Muqarrab fəaliyyətə başladığı ilk gündən etibarən paylaşdığı bütün qrupları və dərsləri qadınlar və uşaqlar üçün təşkil edir. Buna görə də, hər hansı bir elanda ayrıca “Qadınlar üçündür” qeydi qeyd edilməsə belə, həmin qrupun yalnız qadınlara aid olduğu nəzərdə tutulur. İstisna olaraq, gələcəkdə kişilər üçün hər hansı qrup təşkil edilərsə, bu, elanda “Kişilər üçün” ifadəsi ilə təkidlə qeyd olunacaqdır. Həmçinin bildiririk ki, kanala həm qadınlar, həm də kişilər qoşula bilər. Lakin tədris və müzakirə qruplarına yalnız qadınların qoşulması nəzərdə tutulmuşdur. Uca Allahın izni ilə gələcəkdə mərkəzimizdə kişilər üçün də ayrıca dərslərin təşkili planlaşdırılır.
بِسْــــــــــــــــــمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيمِ 🌿 Yalnız qadınlar üçün Qurani-Kərimin oxunuşu və təcvid qaydaları üzrə sual-cavab qrupu Bu qrupda Qurani-Kərimin düzgün oxunuşu və təcvid qaydalarına dair test tipli suallar paylaşılır və hərkəs həmin sualların cavablandırılmasında iştirak edə bilər. Bundan əlavə, qrup Qurani-Kərimin oxunuşu və təcvid qaydaları ilə bağlı yaranan sualların müzakirəsi və cavablandırılması üzrə də fəaliyyət göstərir. Allah Subhənəhu və Təalə faydalı etsin. ❌Qrupa aid olmayan sual və yazışmaların yazılması icazəli deyil. İdarəçi: Hicran Ərəstunqızı Kanalın linki: https://chat.whatsapp.com/HJAo6DBbZpJBL4xWHKPIUN ©️ Mərkəz Muqarrab və ElmiNur Mədrəsəsi
بِسْــــــــــــــــــمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيمِ Hörmətli tələbələr! Bu gün (7 iyun) saat 21:00-da “Övlad Tərbiyəsi” kanalında Cüz Əmmə üzrə test keçiriləcəkdir. 🔹 Testin mövzusu: Ən-Nəs surəsindən Əş-Şəms surəsinə qədər olan surələr. 🔹 Testin formatı: Təqdim olunan ayələrin hansı surəyə aid olduğunu müəyyən etməyə yönəlmiş suallar. 📚 Kanalın linki: https://t.me/Ovlad_terbiyyesi Uca Allahdan diləyirik ki, bizləri Quranı öyrənən, onunla əməl edən və onu başqalarına öyrədən sadiq qullarından etsin. ©️Mərkəz Muqarrab
Əssələmu aleykum va Rahmətullahi va Bərakətuh. Dəstəkləriniz sayəsində bu Qurban bayramında da 250-dən çox uşağa hədiyyə, 300-dən çox qadına isə gül təqdim edildi🌹 Bu təşəbbüslə məqsədimiz Azərbaycanda Ramazan və Qurban bayramlarının sevincini, İslamın gözəl dəyərlərini və bayram ab-havasıbı yaşatmaqdır. Sizin dəstəyi və Uca Allahın müvəffəqiyyəti ilə bu hədəfə hər il daha da yaxınlaşırıq. Bu yolda bizə dəstək olan hər kəsə təşəkkür edirik. Uca Allah hər birinizdən razı olsun🤍 ©️ Mərkəz Muqarrab
без подписи
без подписи
Hədiyyələr hazırlanmağa davam edir💌
Əlhamdulilləh, ianə kampaniyamız uğurla tamamlandı. Sizin dəstəyinizlə 970.88₼ vəsait toplandı və hədiyyələr bayram namazından sonra İlahiyyat məscidində paylanılacaq in şəə Allah. Bu təşəbbüsün əsas məqsədi dinimizdə olan iki bayramın ab-havasını Azərbaycanda canlandırmaqdır. Uca Allahın izni və sizin dəstəyinizlə bu məqsədə birlikdə bir addım daha yaxınlaşdıq. Bu işdə zərrə qədər də olsa payı olan hər kəsdən Uca Allah razı olsun. Ramazanda yenidən görüşmək ümidi ilə… 🌙 © Mərkəz Muqarrab
بسم الله الرحمن الرحيم... 📝 İLDƏ BİR DƏFƏ OLAN ƏRAFA GÜNÜ ÜÇÜN GÖZƏL CƏDVƏL: ▪ 1. Ərafa gecəsi erkən yat ki, Allaha itaət etməyə gücün olsun. ▪ 2. Sübh namazından əvvəl oyan və bu günü oruc tutmaq niyyəti ilə sahur et. ▪ 3. Sonra ən azı iki və ya dörd rükət namaz qıl, səcdədə olarkən Rəbbindən dünya və axirət xeyirlərini istə və Ona həmd et ki, səni rəhmətlərin və bağışlanmanın endiyi Ərafa gününə çatdırdı. ▪ 4. Sübhə qədər vaxtını istiğfarla keçir ki, Allah qatında səhər vaxtı istiğfar edənlərdən yazılasan. ▪ 5. Sübh azanından beş dəqiqə əvvəl namaza hazırlaş və dəstəmaz alarkən günahlarının son damla ilə birlikdə töküldüyünü hiss et. ▪ 6. Sonra dəstəmaz duasını oxu. ▪ 7. Sübh namazını qıl və günəş çıxdıqdan 15 dəqiqə sonraya qədər namazgahında (namaz qıldığın yerdə) otur. ▪ 8. Salamdan dərhal sonra təkbir gətirməyə başla. ▪ 9. İndi günəş çıxana qədər namaz yerində oturaraq Quran oxu, təsbih et, təhlil et, Allaha həmd et və səhər zikrlərini unutma. ▪ 10. Günəş çıxdıqdan təxminən 20 dəqiqə sonra duha namazının iki rükətini qıl. Onu əsla əldən vermə. ▪ 11. İndi seçim sənindir: əgər bacarsan, bu günü tamamilə oyaq keçir və bir saniyəni belə zikr və dua etmədən zay etmə. Yoxsa bir saat yat və bu yuxunu Allaha itaətdə güclənmək niyyəti ilə et. ▪ 12. Sonra oyandıqda dəstəmaz al və duha namazını qılmayanlardansansa ən azı dörd rükət duha namazı qıl. İbadətləri müxtəlif et ki, yorulmayasan. ▪ 13. Təkbir, zikr, Quran tilavəti et və xüsusilə bunu çox de: "Ləə iləəhə illəllahu vəhdəhu ləə şəriikə ləh, ləhul-mulku və ləhul-həmd və huvə aləə kulli şəy'in Qadiir." Çünki bu, Ərafa gününün ən fəzilətli zikridir. ▪ 14. Əsr namazını qıl, təkbir gətir, Quran oxu və axşam zikrlərini et. ▪ 15. Məğribə təxminən bir saat qalmışa qədər Quran oxu, sonra isə xuşu ilə dua etməyə başla. Allahın qarşısında dayanacağını xatırla və dünyanın hər yerindəki müsəlman qardaşların üçün dua etməyi unutma. ▪ 16. Allahdan dilə ki, Ərafa gününün günəşi batmamış səni Cəhənnəmdən azad etdiyi qullarından etsin. ▪ 17. Allahdan dünya və axirət xeyirlərini istə. Övladların, həyat yoldaşın, valideynlərin, qohumların, sənə elm öyrədənlər, qonşuların, dostların, üzərində haqqı olanlar, səndən dua istəyənlər, xəstələr, vəfat edənlər, müsibət və fəlakət içində olanlar üçün dua et. ▪ 18. Məğrib azanı veriləndə iftara başla və unutma ki, oruclunun rədd olunmayan bir duası vardır. 🔹Bunu ailənə və sevdiklərinə də xatırlat. 🔹Allah məni də, sizi də Cəhənnəmdən azad olunanlardan və əməlləri qəbul edilənlərdən etsin. 💎Allah bunu ailəsinə və qardaşlarına xatırladan hər kəsi xeyirlə mükafatlandırsın. Mənbə: Qadınlar - Sual-Cavab qrupu. ©Mərkəz Muqarrab
💡 | Mövzu: Allah bizi nə üçün yaradıb? ▫️Təşkilatçı: @Ovlad_terbiyyesi 🎙️Səsləndirənlər: “Mərkəz Muqarrabın” Pöhrələn qrupu tələbəsi (Uca Allah onları qorusun və bərəkət versin) ©️Mərkəz Muqarrab
💡| Miladi təqvim ▫️Təşkilatçı: @ovlad_terbiyyesi 🎙️Səsləndirənlər: “Mərkəz Muqarrabın” əzbər qrupu tələbələri (Uca Allah onları qorusun və bərəkət versin) ©️Mərkəz Muqarrab
Əssələmu aleykum və rahmətullahi və bərakətuh. 🎉 Sizə müjdəli bir xəbərimizi çatdırmaq istəyirik. Çox yaxın zamanda “Elm tələbəsinin mətnləri” kitabçalarının əzbərlənməsi üçün xüsusi hazırlanmış proqram əsasında təşkil olunmuş kurs təqdim ediləcək. Uca Allahdan bu işimizi asanlaşdırmasını və bərəkətli etməsini diləyirik.
🪁 | “Qurana giriş” qrupunun tələbələri Uca Allah sizlərə bərəkət versin! Uca Allah Quranı köksünüzün nuru, qəlbinizin baharı etsin. Rəbbim valideyinlərinizi Qiyamət günü başına nurdan tac qoyulan, bənzəri olmayan libaslar geyinən valideyinlərdən etsin. Uca Allah sizləri ümmətin ən xeyirli hafizlərindən etsin. Qrup müəlliməsi: Bintu Ayaz ©️Mərkəz Muqarrab
✨ Allaha həmd olsun ki, Azərbaycanda bayram gününün sevincini və mənəvi gözəlliyini qadınlara və uşaqlara hiss etdirmək məqsədilə başladığımız bu təşəbbüsü bu il də həyata keçirmək nəsib oldu. Bayramın sevincini paylaşmaq, onun mənəvi ab-havasını yaşatmaq, bu gözəl günün istiliyini və İslamın gözəlliyini könüllərə çatdırmaq bizim üçün xüsusi əhəmiyyət daşıyır. 🌹Xüsusi olaraq qeyd edək ki, güllərin bir qismi yolüstü rastlaşdığımız əməkçi qadınlara bayram təbriki olaraq təqdim edilmişdir. 🌙 Bu təşəbbüsün həyata keçirilməsində maddi və mənəvi dəstəyi ilə iştirak edən, əməyi keçən hər kəsə dərin minnətdarlığımızı bildiririk. Allah hər birinizdən razı olsun. ©️Mərkəz Muqarrab
Uca Allah sizdən də, bizdən də qəbul etsin!✨
без подписи
Sabah İlahiyyat və AbuBəkr məscidlərində paylanılacaq hədiyyələrin paketlənməsi davam edir🎁 Əlhəmdulilləh!