tgindex

Bütöv Azərbaycan Tarixi🇦🇿𒀭

описание

• Bütöv Azərbaycan tarixinə dair önəmli bilgilər, sənəd və qaynaqlar • Reklam və Təkliflər üçün 👇 📨Contact: @kzmv_227

5 921
подписчиков
Охват к подписчикам
1,0%
ERR
Реакции к просмотрам
3,83%
88 на 29 постов
Пересылки к просмотрам
0,26%
6
Постов в день
0,7
всего 30

Где отзываются чаще

доля реакций к просмотрам
  • 14 авг.без подписи16,67%
  • 14 авг.Səltuqnamə «Səltuqnamə» oğuz türklərinin — Türkiyə və Azərbaycan türklərinin — ortaq dini-qəhrəmanlıq dastanlarından biri və xalq ədəbiyyatının qiymətli nümunəsidir. Bu əsər XIII əsrdə Anadoluda, Rumelidə və digər bölgələrdə İslam dininin yayılması uğrunda mübarizə aparmış alp ərən Sarı Saltuqla bağlı əfsanə və rəvayətlərin toplanması nəticəsində meydana gəlmiş və türk xalqlarının kollektiv yaddaşında özünəməxsus yer tutmuşdur. XV əsrdə Osmanlı sultanı II Mehmed Fatehin oğlu Cəm Sultanın göstərişi ilə Əbülxeyr adlı müəllif müxtəlif bölgələrdə Sarı Saltuq haqqında dolaşan rəvayətləri toplayaraq üç cildlik «Səltuqnamə» əsərini tərtib etmişdir. Əsərdə qəhrəmanın doğumundan şəhidliyinə qədər olan həyatının mühüm məqamları, eləcə də İslam dininin yayılması uğrunda apardığı mübarizələr işıqlandırılır. Sarı Saltuq Anadolu, Rumeli, Fransa, Misir, Türküstan və digər ölkələri fəth edir, saysız-hesabsız qəhrəmanlıq nümunələri göstərir və getdiyi hər yerdə İslam bayrağını uca tutur. Bu dastanda real tarixi məkan və şəxsiyyətlərlə yanaşı, əfsanəvi məkanlar və obrazlarla da qarşılaşırıq. Əsərin dili xalq danışıq dilinə yaxın olmaqla yanaşı, bəzi məqamlarda «Dədə Qorqud kitabı»nın dilini də xatırladır. 🇦🇿Bizi izləyin: t.me/MutluTurkum15,00%
  • 13 авг.📌 Xan Balıq — Xəzər xaqanlığının şəhərlərindən biri Xan Balıq Xəzər xaqanlığının şəhərlərindən biri olmuşdur. Bir çox alim hesab edir ki, bu şəhər Xəzər xaqanlığının paytaxtı İtil şəhərinin şərq hissəsi idi. Çünki Volqa çayının Xəzər dənizinə töküldüyü yerdə yerləşən İtil şəhəri üç fərqli hissədən ibarət olmuşdu. Onlardan birində hakim təbəqə və xaqan yaşayırdı. Xan Balıq isə türkcədə "xanın şəhəri" və ya "xaqanın şəhəri" mənasını verir. Bununla belə, bəzi tədqiqatçılar onu İtil şəhərindən ayrı bir şəhər hesab etmişlər. Müsəlman tədqiqatçıların mənbələrində, o cümlədən IX əsrdə yaşamış İbn Xordadbeh və İbn Rüstənin əsərlərində ərəb dilinin qaydalarına uyğun olaraq bu şəhərin adı Xamlic və ya Həmlıc formasında qeyd edilmişdir. Şəhər Xəzər xaqanlığının ən mühüm dəniz və çay limanlarından, eləcə də ölkənin əsas ticarət mərkəzlərindən biri olmuşdur. İsfahanlı böyük coğrafiyaşünas İbn Rüstənin mənbəsində Xamlic (Xan Balıq), Xəzər xaqanlığının digər şəhərlərindən biri olan və Xan Balığın yaxınlığında yerləşən Sarışın (Sarı şəhər) ilə birlikdə qeyd edilir. Qərdizi isə bu iki şəhərin adını Sarşən və Xənbəl formasında vermişdir. İkinci ad Xamlic sözünün həqiqi tələffüzünə daha yaxın hesab olunur. İbn Xordadbehin məlumatına görə, Xamlic şəhəri Xəzər dənizinə tökülən bir çayın deltasında yerləşirdi və şimal ölkələrindən Cürcana gedən ticarət yolunun son məntəqəsi idi. Şimal ölkələrinin, o cümlədən rus tacirləri burada Xəzər hökmdarına mallarının 10 faizi miqdarında vergi ödəyirdilər. İbn Xordadbehə görə, Xamlic Xəzər xaqanlığının əsas şəhəri idi. Öz dövründə dünyanın ən böyük tacirləri hesab olunan yəhudi Rədanilərin Çinə gedən ticarət yolu da buradan keçirdi. Bir neçə dil bilən Rədanilər cənubdakı müsəlman ölkələri ilə şimaldakı Avropa və şərqdəki Çin arasında daim hərəkətdə idilər. Onların ticarəti yalnız mallarla məhdudlaşmır, insan alverini, o cümlədən qul ticarətini də əhatə edirdi. İbn Xordadbeh həmçinin bildirir ki, rus tacirləri də yəhudi Rədanilər kimi öz mallarını Xamlic limanına gətirirdilər. Buradan Xəzər dənizi vasitəsilə cənub bölgələri ilə ticarət əlaqələri qururdular və mallarına görə burada 10 faiz vergi ödəyirdilər. Xan Balıq və ya ərəb mənbələrindəki adı ilə Xamlic, Suriyanın Münbiç şəhərindən olan ərəb şairi Əbu Übadə əl-Buhturinin şeirlərində Abbasi xilafətinin türk sərkərdəsi, Xəzər türkü İshaq ibn Kündacik ibn Urxur əl-Xəzərinin doğulduğu yer kimi də qeyd olunur. O, əsir götürüldükdən sonra Abbasilərin xidmətinə daxil olmuşdu. Peter Benjamin Golden kimi bəzi tarixçilər isə Xan Balığı Volqa deltasında yerləşən ayrıca bir şəhər hesab edirlər; onların fikrincə, Xan Balıq İtil şəhərinin bir hissəsi deyildi. Bu fikir əsasən onunla əlaqələndirilir ki, İbn Xordadbehin əsərində Xamlic paytaxt kimi göstərilmir. Bundan əlavə, əl-Müqəddəsi, «Hüdud əl-Aləm» və digər bəzi mənbələrdə Xamlic İtil şəhəri ilə eyni vaxtda ayrıca şəhər kimi qeyd edilir. Halbuki Xamlic İtilin bir hissəsi olsaydı, onun ayrıca qeyd edilməsinə ehtiyac olmayacağı düşünülür. Əl-Müqəddəsi yazır: > «Xəzər xaqanlığının paytaxtı İtildir. Onun mühüm şəhərləri isə Bulqar, Səməndər, Suvar, Beyqənd (Bey-Kənd?), Kəşvə, Xamlic (Xan Balıq), Bələncər və Bay-Dav (Bay Dağ? Bəy Dağ?)dır.» Bununla belə, Xamlicin (Xan Balığın) İtil şəhərinin bir hissəsi olması ehtimalı da mümkündür. 🇦🇿Bizi izləyin: t.me/MutluTurkum10,26%
  • 27 июл.без подписи8,47%
  • 8 авг.📌 Bu gün axşam Bakı vaxtı ilə saat 22:00- da güneyli tarixçi, Azərbaycanın qədim dövrünün araşdırmaçısı, şumerşünas Dr. Rahim Ağbayrağın online 6⃣0⃣-cı görüşü baş tutacaqdır. Görüş clubhouse programı üzərindən olmaqla 2 saat davam edir. Hətta mövzu ilə…8,45%
  • 12 авг.Qara göl və ya «Qaragöl» türklər arasında yer adlarının ən geniş yayılmış nümunələrindən biridir və demək olar ki, bütün şəhərlərdə bu adda bir yerə rast gəlmək mümkündür. Sarıgöl, Şorgöl və Göygöl də göl və bataqlıqlar üçün geniş yayılmış adlardır. Lakin bunların heç biri Qaragöl adı qədər çox təkrarlanmır. Ən məşhur Qaragöllərdən biri Özbəkistanda yerləşir və "Qaragöl qoyun cinsi" də öz adını həmin ərazidən götürür. Qaragöl qoyununun dərisindən hazırlanan papaq bir zamanlar Qacar şahları və şahzadələrinin istifadə etdiyi, onların mülkiyyətində olan qiymətli geyim əşyalarından biri idi. Bu gözəl və bahalı papağı almaq hər kəsə nəsib olmurdu. Çünki papaqlar qıvrım, parlaq, məxmər kimi yumşaq və özünəməxsus dalğalara malik, xırda və incə tüklərdən ibarət xüsusi qoyun dərisindən hazırlanırdı. Bu papaq hakimiyyət və qüdrət rəmzlərindən biri hesab olunurdu. Hətta xaqan da، tac taxmağa ehtiyac olmadığı vaxtlarda Qaragöl papağından istifadə edirdi. Müasir dövrün liderləri arasında Sovet İttifaqının rəhbəri Leonid Brejnev bu papağı öz hakimiyyətinin və nüfuzunun simvolu hesab edirdi. Bizim dövrdə isə Əfqanıstan prezidenti Həmid Kərzai Qaragöl papağından istifadə edirdi. İbrahimsavalan 🇦🇿Bizi izləyin: t.me/MutluTurkum8,00%
  • 12 авг.без подписи6,98%
  • 3 авг.Əfşarlar Oğuz xaqanın üçüncü oğlu Ulduz xanın nəslinə mənsub olan ən mühüm və ən böyük oğuz ellərindən biridir. Onlar Türküstanın, Əfqanıstanın, İranın, Azərbaycanın, Türkiyənin, hətta İraq və Suriyanın müxtəlif bölgələrində yayılmış və enişli-yoxuşlu bir tarix yaşamışlar. Bu böyük el çoxsaylı tayfalardan ibarət olmuş və onların hər birinin taleyi tarixin özünəməxsus bir səhifəsində yer almışdır. Əfşar elinin tayfaları zaman keçdikcə adı çəkilən geniş və bir-biri ilə bağlı coğrafiyaya səpələnmiş, hətta onlardan bəziləri başqa xalqlar arasında assimilyasiyaya uğramış və ya uğramaqdadırlar. Əsas eldən ayrılıb özgələşməyə məruz qalan ən mühüm Əfşar tayfalarından biri Gündüzlü tayfasının bir hissəsi, digəri isə Qutlu tayfası olmuşdur. Əsas eldən ayrılmış Gündüzlülər Ərəbistan düzündə (Xuzistan), Qutlular isə Kirmanda məskunlaşmış, bugünkü ifadə ilə desək, zamanla özgələşmiş və öz kimlikləri itirməklə üz üzədirlər. Əfşarların Azərbaycandakı ən mühüm məskunlaşma və toplanma mərkəzləri Xəmsə bölgəsi* (Zəncan) və Qərbi Azərbaycan əyaləti olmuşdur. Son 300 ildə bu iki bölgənin bütün siyasi və ictimai dəyişiklikləri tamamilə Əfşar eli, onun tayfaları və böyük nəsillərinin təsiri altında baş vermişdir. Zəngan bölgəsində Pəhləvi dövrünə qədər hakim olan iki əsas nəsil Əfşar Cahanşahlı və Əfşar Zülfüqari ailələri idi. Cahanşah xan Əfşarın hakimiyyət sahəsi əsasən Zənganın cənubu, Zənganla Həmədan arasındakı Qeydar bölgəsi idi. Onun hakimiyyət mərkəzi Kərəs kəndi olmuşdur. Zülfüqari ailəsi isə Zəncan şəhərinin və ona bağlı geniş ərazilərin əsas sahibləri və hakimləri idi. Onlar Zəncan ( doğru yazılış Zəngan ) şəhərində yaşayırdılar və Zülfüqari küçəsinin hər iki tərəfində yerləşən evlər, imarətlər və möhtəşəm bağlar bu ailəyə məxsus idi. Həmin küçə Ərk qapısından Səbzə Meydanına qədər uzanır və hər iki tərəfində Zülfüqari ailəsinə aid geniş və ağaclı bağlar yerləşirdi. Təəssüf ki, bu tikililərdən bu gün yalnız iki-üç nümunə qalmışdır. Onlardan biri də Mahmud xan Zülfüqariyə məxsus imarətdir ki, hazırda muzey kimi fəaliyyət göstərir. ( 📍Şəkil 2 və 3 ) Güney Azərbaycanın qərbi, yəni indiki inzibati bölgüyə görə Urmu ( Urmiya ) mərkəzli Qərbi Azərbaycan vilayəti də Əfşar elinin tayfalarının tarixi məskəni və hakimiyyət sahəsi olmuşdur. Hazırda Qərbi Azərbaycanın əhalisi olan böyük sayda türklər Əfşar mənşəlidirlər. Bu tarixi mövcudluq o qədər güclü olmuşdur ki, bölgənin üç əsas tarixi şəhərinin – Urmiyə, Sayınqala (Şahin Dejh- Pəhləvi zamanı farsca olan adı) və Tikantəpə (Pəhləvi zamanı farscaya dəyişdirilən adı Təkab) adlarında da «Əfşar» əlavəsi işlədilmişdir. Belə ki, bir çox tarixi mənbələrdə onların adları «Urmiyə Əfşar», «Sayınqala Əfşar» və «Təkab Əfşar» kimi qeyd olunmuşdur. Bu bölgənin hakim ailəsi Əfşar elinin Gündüzlü tayfasından idi və olduqca enişli-yoxuşlu bir tarixə malikdir. 🇦🇿Bizi izləyin: t.me/MutluTurkum Müzakirə qrupumuz: https://t.me/Tarixiimiz 1.6,78%
  • 5 авг.Əldən verməyə heç bir şeyimiz yox amma ələ gətirməli bir vətənimiz var !!!! 🇦🇿Bizi izləyin: t.me/MutluTurkum6,67%
  • 8 июл.без подписи6,67%
  • 8 авг.📌 Bu gün axşam Bakı vaxtı ilə saat 22:00- da güneyli tarixçi, Azərbaycanın qədim dövrünün araşdırmaçısı, şumerşünas Dr. Rahim Ağbayrağın online 5⃣9⃣-cu görüşü baş tutacaqdır. Görüş clubhouse programı üzərindən olmaqla 2 saat davam edir. Hətta mövzu ilə…6,06%
  • 10 авг.Türk memarlığı, Azərbaycanın güneyi, TƏBRİZ🇦🇿 🇦🇿Bizi izləyin: t.me/MutluTurkum5,88%