QURAN VE SUNNE
Статистика✍️ Admin: Mədinə İslam Universitetinin tələbəsi Abdulaziz Qulammirzəyevdir. Quran və Sünnə işığında səhih faydalar
- Последний пост
- 13 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 1
- Всего постов
- 22
- Тип
- открытый
- Язык
- az
- Категория
- Религия
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 121
- 1/48двое суток
- 138
- 1/72трое суток
- 149
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
İbn Useymin (rahiməhullah) demişdir: «Müsəlmanları ayıblamaqdan və onların başına gələnlərə sevinməkdən çəkin! Ola bilsin ki, Allah onların bu halını onlardan qaldırsın və səni onunla imtahan etsin»⚠️ Şərhu Riyadıs Salihin
İbn Qeyyim (Allah ona rəhmət etsin) demişdir: Kim yer üzündə Allahla ədəbli davranmazsa, Allah onu yerin altında ədəbləndirər. (“Mədaricus-Səlikin”, 2/67) Paylaşaraq elmin yayılmasına vəsilə ol: t.me/Quranvesunne
NAMAZDA BİRİNCİ SƏFDƏ DAYANMAĞIN FƏZİLƏTİ Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: Həqiqətən də Allah və Onun mələkləri namazda birinci səfdə duranlar üçün salavat deyirlər. Qeyd: Uca Allahın salavatı qulu öz mələkləri yanında tərifləməsi, mələklərin salavatı isə qul üçün Allahdan bağışlanma diləmələridir. ("Sahihul-Cəmi", 1840) Paylaşaraq elmin yayılmasına vəsilə ol: t.me/Quranvesunne
İmam Malik (Allah ona rəhmət etsin) demişdir: Bil ki, insanın eşitdiyi hər şeyi danışması böyük bir fəsaddır. (“Siyər Ə‘ləmin-Nubələ”, 8/66) Paylaşaraq elmin yayılmasına vəsilə ol: t.me/Quranvesunne
İbnul-Qeyyim (Allah ona rəhmət etsin) demişdir: Allahın nemətləri insandan yalnız Allah qorxusunun tərk etməsi və insanlara qarşı pislik etməsi səbəbilə çəkilib yox olur. (“Əhkəmu Əhliz-Zimmə”, 1/88) Paylaşaraq elmin yayılmasına vəsilə ol: t.me/Quranvesunne
İbnul-Qeyyim (Allah ona rəhmət etsin) demişdir: Əgər qəlb fəsada uğrayarsa, göz də, qulaq da, dil də fəsada uğrayar. (“Dərd və Dəva”, 1/495) Paylaşaraq elmin yayılmasına vəsilə ol: t.me/Quranvesunne
Şeyx AbdurRazzəq əl-Bədr (Allah onu qorusun) demişdir: Vaxtı qorumağın ən böyük səbəblərindən biri də insanın özü üçün gündəlik proqram qurmasıdır. (Peyğəmbər məscidi: "Elmin fəziləti və onun səmərələri") https://t.me/Elmtelebiyolunda
Şeyxulislam İbn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir: Qiraət etmədən, zikr etmədən, dua etmədən mücərrəd olaraq sükut etmək ibadət deyil, çünki insan bununla əmr olunmamışdır. Əksinə, bu cür etmək vəsvəsə qapısını açır. Buna görə də Allahı zikr etməklə məşğul olmaq sükut etməkdən daha xeyirlidir. (“Əl-Fətəva Əl-Kubra”, 2/298) Paylaşaraq elmin yayılmasına vəsilə ol: t.me/Quranvesunne
İbn Kəsir (Allah ona rəhmət etsin) demişdir: Nəmmamın (söz gəzdirənin) və yalançının bir saatda törətdiyi fəsadı sehirbaz bir ildə etmir. (“Bəhcətul-Məcəlis”, 87) Paylaşaraq elmin yayılmasına vəsilə ol: t.me/Quranvesunne
İbnul-Qeyyim (Allah ona rəhmət etsin) demişdir: Namaz dünya və axirət xeyirlərinin əldə olunması, həmçinin dünya və axirət şərlərinin dəf olunması üçün ən böyük yardımçıdır. O, günahlardan qoruyur və qəlbdəki xəstəlikləri dəf edir. (“Zədul-Məad”, 4/192) Paylaşaraq elmin yayılmasına vəsilə ol: t.me/Quranvesunne
İmam İbnul-Covzi (Allah ona rəhmət etsin)in əli ilə 20.000 yəhudi və xrisrtian İslama gəldi. 100.000 insan onun vasitəsilə tövbə etdi. O, 2.000-dən artıq əsərin müəllifidir. O, tələbələrinə belə deyərdi: Qiyamət günü Cənnətə girdiyiniz zaman məni aranızda tapmasanız, mənim haqqımda soruşun və deyin: «Ey Rəbbimiz! Sənin filan qulun bizə Səni xatırladırdı.» Sonra ağladı. Allah ona rəhmət etsin. (“Tabaqatul-Hənəbilə”, İbn Rəcəb) Paylaşaraq elmin yayılmasına vəsilə ol: t.me/Quranvesunne
İbnul Qeyyim (Allah ona rəhmət etsin) demişdir: İmam Əhməd, Səhabələrin cümhuru və tabeinlər icabət saatının (cümə günü duaların qəbul olan vaxtın) əsr namazından sonra axırıncı saatda olduğunu demişlər. ("Zədul-Məad" 1/377) Paylaşaraq elmin yayılmasına…
AİLƏNƏ QARŞI XEYİRLİ BİRİ OL‼️ İbn Abdul-Bərr (Allah ona rəhmət etsin) demişdir: Kimin ailəsinə qarşı xeyiri azalarsa, onun xeyirli olmasına ümid etməyin. ("Bəhcətul-Məcəlis", 3/189) Paylaşaraq elmin yayılmasına vəsilə ol: t.me/Quranvesunne
İbn Qeyyim (Allah ona rəhmət etsin) demişdir: Əgər Uca Allah qulu üçün xeyir istəyərsə, onun qəlbini öz etmiş olduğu saleh əməlləri görməkdən, dilini isə bu barədə (öz xeyirli əməllərini başqalarına) danışmaqdan qoruyar və elə edər ki, qul ancaq öz günahlarını görər. ("Tariqul-Hicrateyn", 310) Paylaşaraq elmin yayılmasına vəsilə ol: t.me/Quranvesunne
Şeyx Həsən Əl-Buxari (Allah onu qorusun) belə buyurur: Vallahi, mən (insanları) çağırıram. Hər hansı bir müsəlman gəlsin, Quranı açıb beş dəqiqə otursun — ondan çox demirəm — əvvəlindən axırına qədər bir səhifə oxusun. Ondan tələb edirəm ki, o oxuduğu səhifədən qazanacağı savabları saysın. Zənn etmirəm ki, o, o savabları saya bilsin. Əgər onları saymaq üçün hər hansı bir hesablayıcıdan istifadə etsə, sonra həmin sayları ona vursa (çünki hər hərfə görə on savab vardır), zənn edirəm, elə bir rəqəm çıxacaq ki, o, bunu oxuya bilməyəcək. Bu, Allahın kitabından qazanacağın beş dəqiqəlik savabdır. Bilirsənmi Allahın kitabını oxumaq üçün oturub bir hizb, bir cüz, cüzlər və ya onu kamil şəkildə oxuyub bitirənin Allah qatındakı savabını? Ey kişi! Uca Allah Quran əhlinə ikram olaraq onun savablarını Öz yanında yazmışdır. Hətta biləsən ki, Quran oxumaq üçün oturan sanki savablardan ibarət bir dənizin kənarında oturub ki, onun da Uca Allahın qatında heç bir sahili yoxdur. Bu, Quranın bərəkəti və onun savablarıdır. (“Şeyxin səsli dərsindən alıntı”) Paylaşaraq elmin yayılmasına vəsilə ol: t.me/Quranvesunne
Şeyx AbdurRəzzaq əl-Bədr (Allah onu qorusun) belə buyurur: Nə vaxta qədər, ey nəfs! Nə vaxta qədər, ey nəfs! Ölüm sənə qəfildən gələnə qədər bu halın üzərində qalacaq, Allaha asi olmaqda və günah işləməkdə davam edəcək, axirət üçün əməl etməkdən qafil qalacaqsan? Bu, insanların çoxunun halıdır. Onlar dünyada boş və faydasız işlərlə məşğul olurlar. Sonra isə ölüm gəlir və onlar elə bu hal üzərində qəbirə qoyulurlar. (“Şeyxin səsli dərsindən alıntı”) Paylaşaraq elmin yayılmasına vəsilə ol: t.me/Quranvesunne
İbn Qeyyim (Allah ona rəhmət etsin) demişdir: Dünyada olan ən şiddətli cəza uca Allahın sənin dilini Onu zikr etməkdən tutub saxlamasıdır. ("Əl-Vəbilus-Sayyib", 42) Paylaşaraq elmin yayılmasına vəsilə ol: t.me/Quranvesunne
Uca Allah belə buyurur: Qəlbini Bizi anmaqdan xəbərsiz etdiyimiz, nəfsinin istəklərinə uyan və işləri səmərəsiz olan bir kimsəyə itaət etmə! (Kəhf surəsi 28) Şeyx İbn Useymin (Allah ona rəhmət etsin) bu ayənin təfsirində demişdir: Uca Allah «dilini zikrimizdən qafil etdiyimiz» demədi. Çünki həqiqi qəflət qəlbin qəflətidir. Buna görə də vacibdir ki, Allahın zikri insanın qəlbinin dərinliklərində qərar tutsun və qəlbdən qaynaqlansın. Elə yox ki, dilinlə Allahı zikr edirsən, lakin qəlbin Allahın zikrindən qafildir. (“Səhih Buxarinin Şərhi”, 10) Paylaşaraq elmin yayılmasına vəsilə ol: t.me/Quranvesunne
Şeyx ibn Useymin (Allah ona rəhmət etsin) demişdir: Hər "Allaha şükür olsun" və ya "Əlhəmdulilləh" deyən şəxs həqiqi mənada Allaha şükür etmiş sayılmaz. Çünki həqiqi şükür saleh əməllər etməkdir. Buna görə də bəzi fəqihlər belə demişlər: Şükür — nemət Verənə itaət etməkdir, yəni ibadət etməkdir. (“Şərh ərbəin ən-Nəvəviyyə”, 148) Paylaşaraq elmin yayılmasına vəsilə ol: t.me/Quranvesunne
İbn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir: Qəlblərin islahı yalnız tək və heç bir şəriki olmayan Allaha ibadət etməklə olur. (“Məcmu’ul-Fətəva”, 1/55) Paylaşaraq elmin yayılmasına vəsilə ol: t.me/Quranvesunne