tgindex
ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

Статистика

📗 Kim ölümündən sonra əməlinin kəsilməməsini istəyirsə qoy elmi yaysın. [ət-Tazkira/55]

Последний пост
13 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
2
Всего постов
24
Тип
открытый
Язык
az
Категория
Религия (по похожим)
В каталоге с
13 авг.
Подписчики
3 158
−4 за 5 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
631
22 постов
Вовлечённость
20,0%
к подписчикам
Постов в день
0,3
всего 24
Упоминаний
2
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
222
1/48двое суток
254
1/72трое суток
274

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 13 авг.248182из sebirvesukur

    إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَ إِذَا ذُكِرَ اللَّهُ وَجِلَتْ قُلُوبُهُمْ وَإِذَا تُلِيَتْ عَلَيْهِمْ آيَاتُهُ زَادَتْهُمْ إِيمَانًا وَعَلَىٰ رَبِّهِمْ يَتَوَكَّلُونَ Möminlər yalnız o kəslərdir ki, Allah anıldığı zaman qəlbləri qorxudan titrəyər, Onun ayələri oxunduğu zaman imanları artar və yalnız öz Rəbbinə təvəkkül edərlər. Ənfal surəsi, 2-ci ayə. https://t.me/sebirvesukur

  • 🌹 t.me/sebirvesukur

  • 8 авг.631283

    🌙Uca Allah buyurur: "Əgər şükür etsəniz, sizə daha da çox verərəm..." 📖İbrahim surəsi 7-ci ayə ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam

  • 8 авг.564162из elmehlindensorush

    Zikrin faydaları - ibn qeyyim (Əl-Vaabilusseyib) #RəşadHümmətov 📣 t.me/elmehlindensorush

  • 8 авг.549221из islamdaterbiye

    📜 İbn əl-Covzi رحمه الله oğluna nəsihət edərək demişdir: Ey oğlum, özünə fikir ver və keçmişdə yol verdiyin səhlənkarlıqlara görə peşman ol. Suyun yetdiyi qədər əkilmiş ağacı suladığın kimi, vaxtın, imkanın çatdığı qədər də kamil insanlarla bərabər olmağa, onlarla oturub-qalxmağa çalış. Zay olmuş saatlarını xatırla, bu sənə nəsihət olaraq kifayətdir. Həmin saatların içindəki tənbəlliyin şirinliyi keçib getmiş, fəth olunası zirvənin mərtəbələri əldən verilmişdir. Halbuki saleh sələflərimiz müxtəlif növ fəzilətlərin hamısını cəm edib toplamağı sevər, itirdiyi halda isə, itirdiyi o fəzilətlərdən hər birinə görə ağlayardılar. Ey oğul, bil ki, günlər sənin saatlarını, saatlar isə sənin nəfəslərini sərgiləməkdədir. Bil ki, hər nəfəs xəzinədir, bir nəfəsi boş bir şeyə sərf etməyindən və Qiyamət günü bir xəzinəni (nəfəsini) içi boş görməyindən qorx. ✍️ (İbn əl-Covzi / Övladıma məktub

  • 🥀 🥀 Bu gün cümə günüdür. Salavat deməyi çoxaldın.

  • без подписи

  • 5 авг.699332

    Allahı Zikrdən Qafil Qalma! ❤️Qiyamət günü pərdə qaldırılıb insanlar əməllərinin savablarını gördükləri zaman, etdikləri əməllər arasında zikirdən daha fəzilətli bir əməl tapmayacaqlar. O gün bəzi insanlar böyük bir həsrətlə belə deyəcəklər: “Bizim üçün zikirdən daha asan əməl yox imiş.” ❤️əl-Vabilus-Səyib/187 🔤🔤🔤🔤 — insanın dilini və qəlbini Allahla bağlı saxlayan ən asan ibadətlərdəndir. Namaz, oruc və sədəqə kimi ibadətlər müəyyən vaxt və imkan tələb etdiyi halda, zikr hər yerdə və hər an edilə bilər hətta dəstamaz olmasa belə: ❤️Gəzərkən, ❤️Ev işləri görərkən, ❤️Sükan arxasında, ❤️Yatmazdan əvvəl, ❤️Hətta xəstə olarkən belə. Bu hədis bizə göstərir ki, Qiyamət günü insanlar geriyə baxıb ən çox zi­kr etmədiklərinə peşman olacaqlar, çünki zikr həm asan, həm də çox savablıdır. ❤️ Zikr qəlbi yumşaldır ❤️ Qorxuları, narahatlığı azaldır ❤️ Qəlbi şeytandan qoruyur ❤️ Qəlbi imanla doldurur ❤️ Qulluğun gözəlliyini artırır ❤️ t.me/tekdinimizislam ❤️

  • 5 авг.710203из elmehlindensorush

    ▫️Vaxtının qədrini bil▫️ #AbuZeyd 🎙 t.me/elmehlindensorush

  • 5 авг.720281

    Dünya – möminin zindanı, kafirin isə cənnətidir 🕯 Peyğəmbər ﷺ buyurmuşdur: "Dünya möminin zindanı, kafirin isə cənnətidir." (Səhih Muslim, 2956) ✅ Bu hədis dünyanın mahiyyətini çox gözəl şəkildə izah edir. Mömin bilir ki, onun əsl vətəni və əbədi nemət yurdu Cənnətdir. Buna görə də o, Allahın qoyduğu halal və haram sərhədlərinə riayət edir, nəfsinin hər istədiyini etmir, günahlardan çəkinməyə çalışır. Bu baxımdan dünya onun üçün sanki bir zindan kimidir. Kafir isə axirətə iman etmədiyi və ya onu inkar etdiyi üçün bütün ümidini bu dünyaya bağlayır. Onun ən böyük məqsədi dünya ləzzətləri və keçici zövqlər olur. Axirətdə onu heç bir nemət gözləmədiyi üçün dünya onun cənnəti sayılır. Mömin bu hədisi oxuyarkən dünyanın çətinliklərinə görə ümidsiz olmamalıdır. Hər bir sıxıntının, səbrin və itaətin qarşılığı Allahın izni ilə Cənnətdə qat-qat artıq veriləcəkdir. Əsl rahatlıq və əbədi sevinc bu dünyada deyil, Allahın mömin qulları üçün hazırladığı axirət yurdundadır. Allahım! Dünyanı ən böyük qayğımız etmə. Qəlbimizi dünyaya bağlama. Dünyanı əlimizdə et, qəlbimizdə etmə. Bizə Sənin razılığını və Firdovs Cənnətini nəsib et. Bizi Sənə itaət edən qullarından et. Allahım! Çətinliklərimizi asanlaşdır, qəmimizi sevincə çevir və bizə gözləmədiyimiz yerdən ruzi ver. Qəlblərimizə səbir, ruhumuza rahatlıq, həyatımızı bərəkətli et. Əmin ✨ ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam

  • Gözəl həyatın sirri 🌷Şeyx İbn Useymin (Allah ona rəhmət etsin) bu kəlamında həqiqi xoşbəxtliyin və rahatlığın mənbəyini bəyan edir. İnsan çoxlu mal-dövlətə, vəzifəyə və ya dünyəvi nemətlərə sahib olsa belə, əgər qəlbi imandan məhrumdursa, həqiqi rahatlığı tapa bilməz. 🌺Allahu-Təala qəlbləri imanla dirildir, saleh əməllərlə isə onları bərəkətli edir. Namaz, zikr, Qurani-Kərimlə ünsiyyət, valideynə yaxşılıq, insanlara faydalı olmaq və bütün saleh əməllər qəlbə nur, ruha isə rahatlıq bəxş edir. Buna görə də hər bir mömin gözəl həyat axtararkən ilk növbədə imanını möhkəmləndirməyə və saleh əməllərini artırmağa çalışmalıdır. Çünki həqiqi səadət yalnız Allahın razılığına aparan yolda əldə olunur. 💕 Allahu-Təala bizi imanımızı qoruyan, saleh əməllərdə davamlı olan qullarından etsin. Amin. ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam

  • 3 авг.648302

    Şeytanın vəsvəsəsinə qarşı səbir 🌸 Şeytan insanı xeyirdən uzaqlaşdırmağa ən çox, onun itaətə yönəldiyi anda çalışır. Qur'an oxumağa, namaza, zikrə və ya başqa bir saleh əmələ başladıqda müxtəlif vəsvəsələr, yorğunluq, tənbəllik və diqqət dağınıqlığı ilə onu bu ibadətdən ayırmaq istəyir. Məhz buna görə mömin bu hallarda səbirli olmalı, Allaha sığınmalı və başladığı xeyir əməli yarımçıq qoymamalıdır. Kim Allah üçün səbir edib ibadətinə davam edərsə, Allah onu şeytanın hiyləsindən qoruyar və əməlini bərəkətli edər. 🌿 İbn Qayyim (rahiməhullah) buyurur: Şeytanın insana qarşı ən çox həris olduğu vaxt, onun xeyir bir əməli etməyə həvəsləndiyi və ya (o əmələ) daxil olduğu vaxtdır. Bu vaxt şeytan insana qarşı çox şiddətlənir ki, onu o ibadətdən ayırsın. 📎 İğasətul Ləhfən, 1/160 ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam

  • 1 авг.784301из sunnexezinesi

    без подписи

  • 1 авг.781291

    Şeyx AbdurRəzzaq əl-Bədr (Allah onu qorusun) belə buyurur: Nə vaxta qədər, ey nəfs! Nə vaxta qədər, ey nəfs! Ölüm sənə qəfildən gələnə qədər bu halın üzərində qalacaq, Allaha asi olmaqda və günah işləməkdə davam edəcək, axirət üçün əməl etməkdən qafil qalacaqsan? Bu, insanların çoxunun halıdır. Onlar dünyada boş və faydasız işlərlə məşğul olurlar. Sonra isə ölüm gəlir və onlar elə bu hal üzərində qəbirə qoyulurlar. Şeyxin səsli dərsindən alıntı t.me/Quranvesunne - kanalından. ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam

  • 1 авг.688302

    🌷Qəlbini Quranla çiçəkləndir. İnsan qəlbi də torpaq kimidir. Ona nə əkilərsə, onu da yetişdirər. Əgər qəlb Allahın kəlamı ilə qidalanarsa, onda iman, hüzur və gözəl əxlaq cücərər. Quran yalnız oxunmaq üçün nazil edilməyib; o, həyatımıza rəhbərlik etmək, bizi doğru yola yönəltmək və qəlblərimizə şəfa vermək üçün nazil edilmişdir. Hər gün Qurandan bir neçə ayə oxumağı vərdiş et. Az da olsa davamlı oxunan Quran, Allahın izni ilə qəlbi nurlandırar və insana mənəvi rahatlıq bəxş edər. Şübhəsiz ki, bu Quran möminlər üçün bir hidayət və şəfadır. İsra/82 🌸 ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam

  • 🫀Qəlb sıxıntısı Hər insanın həyatında bəzən səbəbi bəlli olmayan bir sıxıntı, bir daralma, bir "boğulma" hissi baş qaldırar. Elə bil içimizdəki dünya yıxılmış, amma xaricimizdə hər şey qaydasındadır. Bu hal, Quranda da keçən bir mənəvi vəziyyətdir: "Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı daralar..." (Taha, 124) Qəlb sıxıntısı təkcə psixoloji bir hal deyil, eyni zamanda ruhun "qida"ya, yəni Allahın zikrinə, təqvaya və tövbəyə ehtiyac duyduğunun bir xəbəridir. Qəlbin sıxıldığı zaman nə etməli? 1️⃣ Allah’a sığınmaq: Qəlbin hüzuru yalnız Onunladır. Sıxıldığında ilk müraciət yeri Allah olmalıdır: “Qəlblər ancaq Allahın zikri ilə rahatlıq tapar.” (Rəd, 28) 2️⃣ Namaz və dua: Namaz – qəlbin sığınacağı, dua isə onun təmizləyicisidir. Peyğəmbərimiz ﷺ sıxıntıya düşəndə namaza sarılardı. 3️⃣ Səbirlə gözləmək: Qəlb sıxıntısı da, sevinc kimi imtahandır. Allah buyurur: “Biz sizi bir az qorxu, aclıq, mallardan, canlardan və məhsullardan azalma ilə imtahan edəcəyik. Səbir edənləri müjdələ!” (Bəqərə, 155) 4️⃣ Söhbət və dəstək: Dərdini anlayan birinə danışmaq, içini boşaltmaq bəzən ruha şəfa verir. Peyğəmbərimiz ﷺ səhabələrin dərdlərini dinləyər, onlara dua və təsəlli verərdi. ➡️ Unutma: Sıxıntının arxasında bir hikmət var Qəlb sıxılırsa, bu onu göstərir ki, ruh artıq dünya ilə deyil, Allahla qidalanmaq istəyir. Sıxıntı bir çağırışdır. Sənin Yaradanın səni yenidən özünə çağırır. O, buyurur: "Həqiqətən, çətinliklə birlikdə asanlıq vardır." (İnşirah, 6) 🌿Sonda bir dua: "Allahım, qəlblərimizə sakitlik ver. Bizi Öz zikrinlə rahatlaşdır. Hər sıxıntımızı bir savaba, hər göz yaşımızı bir şəfaya çevir. Bizə səbr edən, ümid edən və dua edən bir qəlb bəxş et. Əmin." ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam Paylaşın xeyirə vəsilə olun

  • 🌷 Xatırlatma • İbnul Qeyyim (rahiməhullah) demişdir: İmam Əhməd, Səhabələrin cümhuru və tabiinlər icabət saatının (cümə günü duaların qəbul olan vaxtın) əsr namazından sonra axırıncı saatda olduğunu demişlər. 🌺 Zədul Məad 1/377 🌹🌹🌹🌹🌹 ▪️ Axşam zikirləri üçün link https://t.me/tekdinimizislam/4634

  • 31 июл.70025из al_badr_fawaid0101

    Düşünməyə dəyər.. Şeyx Abdur-Razzəq əl-Bədr həfizahullah..

  • 🥀 🥀 Bu gün cümə günüdür. Salavat deməyi çoxaldın.

  • 30 июл.68030из isdinbat

    без подписи