- Последний пост
- 7 авг.
- Последнее чтение
- 14 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- und
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 45
- 1/48двое суток
- 51
- 1/72трое суток
- 55
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
без подписи
без подписи
без подписи
без подписи
без подписи
SubhanAllah😢 Uqbə ibn Amir (Allah ondan razı olsun) demişdir:"Bir kişi Allah Elçisinin (salləllahu aleyhi və səlləm) yanına gəlib dedi: "Birimiz günah etikdə (nə baş verir)?" O buyurdu: "Ona günah yazılır". Kişi dedi: "Sonra o günahdan bağışlanma diləyib tövbə etdikdə (nə baş verir)?" O buyurdu: "Günahı bağışlanır və tövbəsi qəbul olunur". Kişi dedi: "Həmin günaha qayıtdıqda, (nə baş verir)?" O buyurdu: "Ona günah yazılır". Kişi dedi: "Sonra o günahdan bağışlanma diləyib tövbə etdikdə (nə baş verir)?" O buyurdu: "Günahı bağışlanır və tövbəsi qəbul olunur. Siz usanmadıqca, Allah usanmaz". (əl-Buxari "Savm", 3/38, 39, 43; Muslim: "Salətul-Musəfirin": 215, 220, "Siyam": 177, 785; ət-Tirmizi: "Qiblə", 13; İbn Məcəh: "Zuhd", 28). https://t.me/hadistvislam
без подписи
без подписи
без подписи
без подписи
https://t.me/boost/hadistvislam
❤️
Bu gün günah edirsən və heç kim səndən hesab soruşmur. Amma bir gün Allaha dönəcəksən və O, etdiyin hər günahın hesabını soruşacaq. @hadis.tv.islam
📢 Bayram qabağı bilinməsi zəruri olan məlumatlar: 1. Bayram namazından əvvəl çimmək və gözəl paltar geyinmək. İbn Ömər (radiyallahu anhuma) belə edərdi. 2. Bayram namazına evdən çıxmadan əvvəl tək sayda xurma yemək sünnətdir. Üç, beş və daha çox tək sayda xurma yemək olar. Ənəs (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu əleyhi və səlləm) Fitrə bayramı günü tək sayda xurma yeməmiş çölə çıxmazmış. 3. Bayram günü sünnətdir ki, evdən bayram namazı qılınan musallaya (və ya məscidə) gedərkən və imam namazı qıldırmağa gələnə kimi təkbir gətirmək. İbn Ömər (radiyallahu anhuma) Peyğəmbərin (sallallahu əleyhi və səlləm) belə etdiyini rəvayət edir. Kişilər ucadan, qadınlar isə sakit təkbir gətirir. ”Allahu Əkbər, Allah Əkbər, Lə iləhə illəllah, Vallahu Əkbər, Allahu Əkbər, Və lilləhil həmd.” Və ya ”Allahu Əkbər, Allahu Əkbər, Allahu Əkbər, Lə iləhə illəllah, Allahu Əkbər, Allahu Əkbər, Və lilləhil həmd.” ❗️ Birlikdə xor şəkilində təkbir gətirmək bidətdir. Nə Peyğəmbər (sallallahu əleyhi və səlləm) bunu edib, nə də ki, onun səhabələri. Hər kəs təklikdə özü üçün təkbir etsin. 4. Ayaqla gəzərək bayram namazına getmək sünnətdir. Əli (radiyallahu anhu) deyib ki, bayram namazına ayaqla getmək sünnətdir. 5. Bayram namazına gedərkən bir yolla, evə qayıdarkən isə başqa yola getmək sünnətdir. Cabir (radiyallahu anhu) Peyğəmbərin (sallallahu əleyhi və səlləm) belə etdiyini rəvayət edib. 6. Bayram namazından əvvəl və sonra heç bir sünnət namazı yoxdur. Namaz qılınan yerə gəlinir və heç bir sünnət namazı qılmadan imam gələnə kimi oturulur. İmam gəldikdən sonra imamla bayram namazı qılınır. Bayram namazı günəş çıxdıqdan sonra azansız və iqaməsiz qılınır. Bayram namazı iki rükətdən ibarətdir. Birinci rükət 7 təkbirdən, ikinci isə 5 təkbirdən ibarətdir. Bayram namazında Əla və Ğaşiyə və ya Qaf və Qamər surələrini oxumaq sünnətdir. Xütbə bayram namazından sonra verilir. 7. Qadınların bayram namazında iştirak etməsi təkid edilmiş sünnətdir. Heyzli qadınlar da bayram namazında iştirak edə bilərlər, amma namaz qılınan yerdən (məsicddən və ya musalladan) qıraqda durmalıdırlar. Onlar zikrləri eşidər və xütbədən faydalanarlar. 8. Əgər Fitrə bayramı cümə gününə düşərsə, bayram namazı qılana cümə namazı qılmaq vacib deyil. 9. Bayram günü insanlar bir- birilərini ''Allah bizdən və sizdən qəbul etsin'' deyərək təbrik edə bilərlər. Təbrik edərkən əllə görüşmək və qucaqlaşmaq icazəlidir. Və həmçinin bayram münasibəti ilə hədiyyə vermək və almaq da icazəlidir. 10. Fitrə bayramı cəmi bir gündür, Qurban bayramı isə üç gün. 12. Bayram günü oruc tutmaq qadağandır. 13. Bayram günü dəf çalmaq yalnız qadınlara icazəlidir. 14. Məhz bayram günlərini xüsusiləşdirərək qəbirstanlığa ölüləri ziyarət etməyə getmək bidətdir. 📝 Məqalə əsasən Şeyx Fovzanın (hafizahullah) aşağıdakı linkdəki dərsinə əsasən tərtib edilib. https://t.me/DIN_NESIHETDIR
ƏRAFA GÜNÜ BARƏSİNDƏ SALEHLƏRİN SÖZLƏRİ - Möminlərin anası Aişə (radiyallahu anhə) belə demişdir : İl ərzində oruc tutduğum elə bir gün yoxdur ki, mənə Arafa günü oruc tutmağımdan daha sevimli olsun. 📕 İbn Cad "Musnəd", 512 .. səhihdir. ■●■●■●■●■ Əta əl-Xurasəni (rahiməhullah) belə demişdir: -Əgər Ərafa günü öz nəfsinlə baş-başa qalmağa imkanın varsa, o zaman bunu et! 📙(İmam Əhməd "əz-Zuhd", 2211) ●■■●■●■●■ İbn Mubərak(rahiməhullah) belə demişdir: Ərafa gecəsi Sufyan Sovrinin(rahiməhullah)yanına gəldim. O, diziüstə çökmüş vəziyyətdə idi və gözləri yaşarmışdı. Mənə tərəf çevrildi və mən ona dedim: Buradakı (Ərafadakı) toplum içərisində hal olaraq ən pis olan kimdir?! O dedi: "Allahın onu bağışlamayacağını zənn edən kimsə".. 📕Lətaiful Məarif, səh. 287 ●■■●■●■● Hafiz İbn Rəcəb (rahiməhullah) demişdir: *«Arafa günü cəhənnəmdən azad olma günüdür. Allah o günü, arafada duranları (həciləri) da, dünyanın müxtəlif yerlərində yaşayan və arafada olmayan müsəlmanları da cəhənnəmdən azad edir. Arafada olanlar da, olmayanlar da, hamısı arafa günü cəhənnəm atəşindən xilas olub günahları bağışlanmaqda ortaq olduqları üçün, arafa günündən sonrakı gün yer üzündə olan bütün müsəlmanların bayram günü olur».* 📚 Lətaif Məarif, 276. ■●■●●■●■ *BU GÜNÜN ARAFA ADLANMASINDAKİ SƏBƏB NƏDİR?* İbnul Covzi (rahiməhullah) demişdir: Birincisi, *Cəbrayıl(əleyhissələm) İbrahimə (əleyhissələm) həcc və qurbanlıq əhkamlarının yerinə yetirildiyi yeri göstərən zaman İbrahim aleyhissələm buyurur: Araftu (yəni bildim, tanıdım.) İkincisi isə budur ki, Adəm və Həvva həmin yerdə bir-birlərini tanımışlar.* ("Kəşful-Muşkil", 2/156.)📚 ●■■●■●■● *Nə üçün Aşura gününün orucu bir illik günahlara, Ərafa gününün orucu isə iki illik günahlara kəffarə olur?!* İmam İbn Qeyyim rahiməhullah belə demişdir: Birinci: *Ərafa günü haram aydadır, Aşura günündən fərqli olaraq özündən öncəki və sonrakı ay da haram aydır.* İkinci: *Ərafa gününün orucu Aşura gününün orucundan fərqli olaraq bizim şəriətə xas olan bir şeydir. Bu da Muhəmmədin ﷺ bərəkətinin daha çox olması ilə əlaqəlidir.* 📒Bədəiul Fəvaid, 4/211 ■■■■■■■■■ Şeyx İbn Bəzz (rəhiməhullah) buyurur: *"Ərafa gününün orucu müstəqil bir orucdur, onun çox əzəmətli fəziləti vardır. Allah o orucla bir il əvvəlki və bir il sonrakı günahları bağışlayır."* 📚("Məcmu'ul Fətəva", 15/405) ■●■●■●■● *Arafa günün duası...* İmam Əvzai (rahiməhullah) demişdir: *«Mən özümdən əvvəlki insanları gördüm ki, onlar ehtiyaclarını arafa gününə saxlayardılar ki, o günü Allaha dua edib ehtiyaclarını Allahdan istəsinlər».* İbn Abdul Bərr (rahiməhullah) demişdir: *«Arafa günü edilən duaların demək olar ki hamısı qəbuldur»* Qeyd: Bu həcdə olana da, olmayana da aiddir. ■●■●■●■ *"Sufyan bin Uyeynə (Allah ona rəhmət etsin) yetmiş dəfə həcc etmişdir.* *Hər həccində Arafa günündə belə dua edərdi: Allahım, bunu Sənə etdiyim son səfər etmə!* *Sonuncu həccində deyir ki, axırda Allaha belə dua etməyə utandım.* *Həmin il Həccdən dönür və vəfat edir"* 📚 Zəhəbinin "İslam tarixi" kitabı, 13/119 🌙✨Faydalanmaq üçün bizi izləyin 💎https://t.me/islamlayasha 💎https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j 💎 https://www.instagram.com/islamla.yasha?utm_source=qr 💎https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
без подписи
без подписи
Allah yardım edən hərkəsdən razı olsun❤️
без подписи
без подписи