tgindex
oxuveucal

Nəfsini xeyirlə məşğul etməzsən o səni şərlə məşğul edər...🕊️ 💎 https://t.me/attanziil

Последний пост
14 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
3
Всего постов
25
Тип
открытый
Язык
az
Категория
Религия (по похожим)
В каталоге с
13 авг.
Подписчики
1 042
−3 за 4 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
604
25 постов
Вовлечённость
58,0%
к подписчикам
Постов в день
0,4
всего 25
Упоминаний
2
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
67
1/48двое суток
76
1/72трое суток
82

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 14 авг.3711из oxucal

    As salamu aleykumm https://whatsapp.com/channel/0029VbDAS1RIt5s4j2qeO611 "Həqiqətlər limanı" Whatsapp kanalımız artıq fəaliyyətdədir!🫐 بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ Allahın adi ilə başlayan hər bir iş bərəkətli olar. Allahdan diləyim, mənim lehimə hüccət, sizə isə faydali olsun. 💋 السَّلاَمُ عَلَيْكُمْ وَرَحْمَةُ اللهِ وَبَرَكَاتُهُ

  • без подписи

  • İnsanın bədəni yemək və içməklə ayaqda qaldığı kimi, qəlbi və ruhu da Qurandan məhrum olduqda rahatlıq tapa bilməz, qidalanmaz. Uca Allah Quranı "Ruh" adlandıraraq bizə Öz Kitabında buyurur: "Beləliklə, Biz sənə Öz əmrimizdən olan bir ruh (Quran) vəhy etdik..." — (Şura surəsi, 52) Ruh bu qidadan məhrum qaldıqda aclıq və susuzluq çəkən bədən kimi zəifləyir, xəstələnir və sonda mənəvi ölümə məhkum olur. Həmçinin Allah insanı yaradılış etibarilə bir qaranlıq içində xəlq etmiş və ona Öz nurundan vermişdir. Quran qəlbimizin, ruhumuzun yolunu işıqlandıran əsas nurdur: "Sizə Allahdan bir nur və aydın bir Kitab (Quran) gəldi." — (Maidə surəsi, 15) Quran nuru ilə işıqlanan qəlb, dünyada insanlar arasında korlar içində görən bir kəs kimi gəzər: "De: Korla görən eyni ola bilərmi? Yoxsa qaranlıqlarla nur eynidir?" — (Rəd surəsi, 16) Qəlbdə olan hüzn, qəm-kədər və daxili narahatlıqlar əslində bir növ xəstəlikdir. Quran bu xəstəliklərin yeganə şəfasıdır: "Biz Qurandan möminlər üçün şəfa və rəhmət olan şeylər nazil edirik..." — (İsra surəsi, 82) Bunun kimi bir çox dəlillərə elə həmin Qurani-Kərimdə rast gəlmək olar... "Məgər onlar Quran haqqında düşünmürlərmi (tədəbbür etmirlərmi)?" — (Məhəmməd surəsi, 24) Uca Rəbbimizin buyurduğu kimi — sadəcə bunun haqqında düşünməli və tam tədəbbür edərək həyatımızda tətbiq etməliyik. Bütün bunlara müvəffəq olmaq, qaranlıqda qalmamaq üçün ilk olaraq Öz nurunu bizə göndərən Rəbbimizdən yardım diləməliyik. Bizim üçün dinimizi qüsursuz tamamlayan Rəbbimizə sonsuz həmd olsun..🌱 🕊️ telegram.me/oxucal

  • • Elmli qadın, elmli həyat yoldaşı, elmli ana...🌷 Aləmlərin Rəbbi olan Uca Allahın tamamladığı İslam elmini öyrənmək hər bir müsəlman üçün fərzdir. Çünki insan həyatdakı həqiqi qayəsini bilmədiyi halda həyatını düzgün yaşaya bilməz. İslamın ona öyrətdiklərini, vacibləri dərindən dərk etməyən bir insan nə öz həyatında mənəvi tarazlıq qura bilər, nə də ailəsinə qarşı öz öhdəsinə düşənləri layiqincə yerinə yetirə bilər. Eyni ilə Ailə dinamikası da, övlad tərbiyəsi də məhz bu elmin üzərində bərqərar olur. Elmli qadın — Rəbbinin onun üçün kamil etdiyi dinini öyrənən və İslamla yaşayıb ömrünü tamamlayan salehə qadınları özünə rəhbər tutandır. O, hər addımında Allahın rizasını və axirətini düşünür. Evlilik çağına gəldikdə isə onun üçün ilkin meyar: özünü Allaha yaxınlaşdıran və bu yolda ona dəstək olacaq bir həyat yoldaşı arzusunda olmaq, dininin yarısını tamamlamaq və bunun üçün dua etməkdir. Elmli həyat yoldaşı — öz məsuliyyətini və dininin ona verdiyi dəyəri bilərək evdə anlayış, sükunət və səbiri hakim edəndir. Salehə qadın öz yuvasında gözəl qoxulu bir gül, sədəfin içərisində olan bir inci kimidir. O, razılığı Rəbbindən umar və bunun üçün həyat yoldaşına gözəl əxlaqla müamilə edər, yoldaşının gözlərinin sevinci olar. Elmli ana — övladına yalnız şəfqət və qayğı göstərən deyil, onun əxlaqını İslam əxlaqı ilə formalaşdırandır. Duasının övladı üçün nə qədər faydalı olduğunu bildiyi üçün Rəbbindən daim övladı üçün xeyir diləyəndir. Uca Allah Qurani-Kərimdə buyurur: 🌱...De: 'Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi?!' Yalnız ağıl sahibləri öyüd-nəsihət qəbul edərlər🌿 (Zümər surəsi, 9) Bu nizam aləmləri yaradan, sənə şah damarından da yaxın olan Uca Allah tərəfindən qurulub. İslam elmində hər bir şey titizliklə qeyd olunub; bu yazılanlar isə xülasənin xülasəsidir. ✨İndi bir düşün... Hər bir müsəlman İslam neməti ilə şərəfləndirilib. Bu nemətdən uzaq qalmaq, bixəbər olmaq ya da buna başqa ideologiyaları tərcih etmək sənə nə bu dünyada nədə axirətdə fayda verər. Qadının , Kişinin həqiqi rolunun, haqqlarının, ailə nizamı və səadətin açarı İslamdadır, İslamdır. Bundan uzaq qalaraq həmin səadəti axtarmaq əlbəttə ki, ziddiyyət təşkil edər. •م 🌿 telegram.me/oxucal

  • Nəyin təbliğatını aparırsan? Son zamanlar məni ən çox narahat edən məsələlərdən biri haqqında öz fikirlərimi bölüşmək istəyirəm. Ailə tarazlığı, qadın hüquqları, ədalət... Bütün bu çağırışların arxasındakı əsl məqsəd nədir? Bunlar İslamdan qopmuş yeni bir ideologiyadır, yoxsa İslamda zatən var olan, amma bizə çatdırılmadığını zənn etdiyiniz bir "aydınlanma"? Əfsuslar olsun ki, günümüzün bəzi "İslamı təbliğ edən" kütlə rəhbərləri İslama yad olan ideoloji terminlərlə ailə tarazlığından danışmağa başlayıblar. Bəs insanları Allahın qurduğu nizama deyil, niyə öz yarımçıq ideologiyana çağırırsan? Məsələ ondadır ki, biz öz zəngin mənbələrimizdən xəbərsiz qalanda, başqalarının uydurduğu terminlərlə, dəbdə olan modern psixoloji və sosioloji şüarlarla öz dinimizi izah etməyə çalışırıq. Halbuki Yaradanın nizamı kənardan gələn heç bir "fəlsəfi yamama"ya möhtac deyil. Müasir dünyanın təklif etdiyi "mütərəqqi" dəyərlər İslamın min il öncə qoyduğu ədalət nizamının sadəcə zəif və kövrək bir surətidir. Əgər məqsəd həqiqətən qadınları və ailə dəyərlərini qorumaqdırsa, kökü olan nizamı buraxıb dəbə uyğun ideologiyaların arxasınca qaçmaq niyə? #heqiqetlerlimanim •م

  • As salamu aleykumm https://whatsapp.com/channel/0029VbDAS1RIt5s4j2qeO611 "Həqiqətlər limanı" Whatsapp kanalımız artıq fəaliyyətdədir!🫐 بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ Allahın adi ilə başlayan hər bir iş bərəkətli olar. Allahdan diləyim, mənim lehimə hüccət, sizə isə faydali olsun. 💋 السَّلاَمُ عَلَيْكُمْ وَرَحْمَةُ اللهِ وَبَرَكَاتُهُ

  • Əs sələmu aleykum, əziz "Oxu və ucal" izləyiciləri! Uzun zamandır üzərində işlədiyim yeni bir layihəni nəhayət ki, sizinlə bölüşmək istəyirəm. Son zamanlar kanalımızdakı passivlik hər birinizə məlumdur. Bunun bir neçə səbəbi olsa da, əsas səbəb kanalın konseptini tamamilə yeniləmək və sizə yeni və günümüzdə ən çox ehtiyac duyulan bir məzmun təqdim etmək planım idi. İnanıram ki, keçəcəyimiz bu yeni mərhələ — "Həqiqətlər limanı" layihəsi hər biriniz üçün faydalı, davamlı və qəlblərə toxunan bir liman olacaq, inshAllah. Bizi izləməkdə qalın, tezliklə başlayırıq! ✨

  • 3 июл.527112из attanziil

    📔Əgər Quranı tərk etmisənsə, ❤️​Namaza laqeyd yanaşırsansa, 🪟Gecə namazını (qiyamı) tərk etmisənsə, 🎁​ Sədəqə verməyə ərincəklik edirsənsə (ağır gəlirsə), 🌙Oruc tutmaqda zəiflik göstərirsənsə, 🕯​Və dilini Allahı zikr etməkdən saxlamısansa... ❗️​Rəbbinə and olsun, mənə de görüm: ➡️​Sən hansı qapıdan fərəc (bəladan qurtuluş, çıxış yolu, fərahlıq) gözləyirsən? t.me/attanziil

  • اسلام عليكم ورحمه الله وبركاته🌷

  • Bəziləri deyərdi: "əlli ildir ki, Arafa günü dua edirəm, bir il belə keçmir ki, onu (dua edərək istədiyimi) sübh çağı kimi görürəm..!" SübhanAllah!

  • 21 апр.1 002132

    #fayda📎 Cənnətə daxil olan heç kəs, hətta bütün dünyanın nemətləri ona verilsə belə, cənnətdən çıxıb bir daha bu dünyaya qayıtmaq istəməz. Yalnız şəhid Allahdan o qədər mükafat görər ki, (bunların əvəzini vermək üçün) 10 dəfə dünyaya qayıdıb öldürülməyi arzu edər.. QOŞUL 🌸 t.me/oxucal

  • 🕯️...Həmçinin unutma ki, yer üzündə səhvsiz insan yoxdur. Sən yaxşı şeylərə diqqətini yönləndirib şükrünü artırdıqca, nemətlər çoxalacaq və səni incidən amillər yavaş-yavaş aradan qalxmağa başlayacaqdır. 🌿Uca Allah buyurur: 💌 Rəbbiniz (belə) bildirmişdi: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir”.🌱 🔑(İbrahim, 7) 🟤 telegram.me/oxucal

  • 21 апр.59753из oxucal

    Buna görədə insan qəlbini islah edəcək səbəbləri bilməli və dərhal bu səbəblərdən tutunmalıdır. Səbəblərdən birincisi insanın xalis olaraq Rəbbindən tutunmasıdır, ona dönməsidir və onun qəlbi Rəbbindən başqa heç bir şeyə bağlı olmamalıdır.. Kim ki qəlbini , hər hansısa bir məxluqa bağlayarsa , nə olur olsun onunla əzab görər. Rəbbi , bağlandığı qəlb ilə ona əzab verər. Çünki , Allah subhənəhu və təalə qəlbi elə yaratmışdır ki o qəlb yalnız öz yaradanına bağlı olduğu zaman islah olar.☘

  • 16 апр.61531из attanziil

    📚SÜNNƏNİ ÖYRƏNƏN KƏSİN ƏXLAQI NECƏ OLMALIDIR? Xətib əl-Bəğdadi (rahiməhullah) Peyğəmbərin ( sallallahu aleyhi va səlləm) yolunu gedən möminlərin əxlaqı barədə danışarkən demişdir: ✒️“Peyğəmbərin (sallallahu aleyhi va səlləm) hədislərini öyrənən kimsələrə vacibdir ki, insanların ən ədəblisi, ən təvazökarı, ən düzdanışanı və ən dindarı olsunlar,habelə, yüngüllük etməsinlər və hər şeyə görə qəzəblənməsinlər. Həmçinin,onlar Rəsulullahın (sallallahu aleyhi va səlləm) gözəl əxlaqını və ədəbini özündə cəm edən rəvayətləri,onun əhli-beytindən və səhabələrindən olmuş əməlisaleh sələflərin həyat yolunu özündə əks etdirən,habelə, mühəddislərin həyat tərzindən danışan xəbərləri, üstəlik, keçmiş nəslin əvəzsiz xidmətlərini davamlı araşdırıb öyrənməlidirlər ki, ən gözəl və ən yaxşı əxlaqa əməl etsinlər, ən rəzil və ən pis əxlaqdan uzaq olsunlar.” əl-Cami Liəxlaqir-Ravi və Ədabis-Sami, 1/6 t.me/attanziil

  • 20 мар.1 00310

    آمييين يا ربي...🌸

  • без подписи

  • 🌿Uşaqlarınıza deyin ki, bu xalçanın üzərində bütün üzüntülər dinir...

  • без подписи

  • Qəlbin Nuru Son Möhlət... “Ramazan bitdi... Fürsətlər tükəndi, oruclar və təravihlər geridə qaldı. Udan uddu, uduzan isə öz itkisi ilə baş-başa qaldı...” Bu kəlmələr qulağa necə də ağır, necə də sarsıdıcı gəlir, elə deyilmi? Sanki bir uçurumun kənarında dayanıb…

  • 15 мар.647104из mefatihul_khayr

    Qəlbin Nuru Son Möhlət... “Ramazan bitdi... Fürsətlər tükəndi, oruclar və təravihlər geridə qaldı. Udan uddu, uduzan isə öz itkisi ilə baş-başa qaldı...” Bu kəlmələr qulağa necə də ağır, necə də sarsıdıcı gəlir, elə deyilmi? Sanki bir uçurumun kənarında dayanıb, barmaqlarımızın arasından süzülüb gedən misilsiz bir xəzinənin ardınca çarəsizcə baxırıq. İçimizdə boğucu bir sızıltı, “kaş ki”lərin qəlbi daraltdığı o ağır xüsran hissi... Lakin hələ son pərdə enməyib... Bəlkə bu günə qədər özünü gecikmiş, yorulmuş, hətta uduzmuş hiss edirsən. Bəlkə “mən bu ayı layiqincə yaşaya bilmədim” deyə qəlbin sıxılır. Amma ola bilsin ki, bu son bir neçə gecənin qaranlığında elə bir an, elə bir nur gizlənib ki, o, min aya — bəlkə də bir ömrə bərabərdir. Bəzən bir ayın ibadətini son gecədə səmimi bir peşmançılıqla tökülən bir damla göz yaşı və titrəyən dillə edilən tövbə əvəz edə bilər. Ramazanı elə bir hüznlə yola sal ki, sənin bu son cəhdin bütün əskiklərini tamamlasın. Düşün: bəlkə də bu, sənin ömür təqvimindəki sonuncu Ramazanındır. Səfər bitmək üzrədir, amma qapı hələ tam bağlanmayıb. O qapıdan içəri girmək üçün cəmi bir neçə addımın qalıb. İndi, elə bu an... Ayağa qalx. “Mən uduzdum” deyib kənara çəkilmə. Artıq sayılı günlərin deyil, saniyələrin belə qədrini bil. Elə dua et ki, göylər titrəsin; elə sığın ki, uduzanlardan yox, qazananlardan olasan. Fürsət hələ əlindədir. Hələ də sənindir. Ondan faydalan. https://t.me/mefatihul_khayr