𝐒𝐢𝐫𝐚𝐭𝐚𝐥 𝐌𝐮𝐬𝐭𝐚𝐪𝐢𝐦
Статистика✍️ Admin: Mədinə İslam Universitetinin məzunu Emin Məmmədzadə
- Последний пост
- 14 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 4
- Всего постов
- 22
- Тип
- открытый
- Язык
- az
- Категория
- Религия
- В каталоге с
- 12 авг.
- 1/24сутки в ленте
- 396
- 1/48двое суток
- 453
- 1/72трое суток
- 489
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
📌Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (ﷺ) belə buyurur: "Hər kim mənə itaət edərsə, artıq Allaha itaət etmiştir. Hər kim də mənə asi olsa, artıq Allaha asi olmuşdur". 📚[ Muslim, 1835] https://t.me/siratal_mustagim
https://youtube.com/shorts/ToFoTpeK9qQ?si=jErpr3O5pbeaM8sB
📌 Ömər ibn AbdulAziz (Allah ona rəhmət etsin) demişdir: "Mən sələflər gördüm ki, onlar ibadəti nə orucda, nə də namazda görmürdülər. Lakin, insanların irzləri barəsində dillərini qorumaqda görürdülər. Gecələri namaz qılan, gündüzləri oruc tutan belə olsa, əgər dilini qorumazsa, qiyamət günü müflis olar". 📚[ət-Təmhid,17/443] https://t.me/siratal_mustagim
https://youtube.com/shorts/luCo2Ki_ID0?si=igeCeKeqH1G-CRtK
https://youtube.com/shorts/eORFGKuUNQ8?si=0dQEWUofCz7DoiaM
📌 İbn Qeyyim (Allah ona rəhmət etsin) demişdir: Şeytan qula üç qapıdan yaxınlaşır: Birincisi: Qəflət İkincisi: Şəhvət Üçüncüsü: Qəzəb 📚[Vabilus Sayyib, 37] https://t.me/siratal_mustagim
https://youtube.com/shorts/ioH833fCuYU?si=4RTEkhriD6bCD5ze
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Alllah Elçisi (ﷺ) belə deyərdi: اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ عِلْمٍ لا يَنْفَعُ ، وَمِنْ قَلْبٍ لا يَخْشَعُ ، وَمِنْ نَفْسٍ لا تَشْبَعُ ، وَمِنْ دُعَاءٍ لا يُسْمَعُ. Allahummə inni əuzu bikə min ilmin lə yənfə'a, va min qalbin lə yəxşə'a, va min nəfsin lə taşbə'a, va min dua'in lə yusmə'a. Allahım faydasız elmdən, qorxmayan qəlbdən, doymayan nəfsdən və qəbul olmayan duadan Sənə sığınıram. 📚[Tirmizi, 3482] https://t.me/siratal_mustagim
https://youtube.com/shorts/VWD7ogWftMk?si=AVRcj4MDfcKyOK8J
📌İbn Qeyyim (Allah ona rəhmət etsin) demişdir: "Elmdə comərd (əliaçıq) olmaq və onu xərcləmək comərdliyin ən yüksək mərtəbələrindəndir. Elmlə comərdlik etmək mal ilə comərdlik etməkdən daha üstündür. Çünki, elm maldan (puldan) daha şərəflidir". 📚[Mədəricus-Səlikin, 2/281] https://t.me/siratal_mustagim
📌İbn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir: "Sadiqlik bütün xeyirlərin açarıdır. Necə ki, yalan bütün şərlərin açarı olduğu kimi". 📜 [Əl-istiqamə 1/467] https://t.me/siratal_mustagim
📌İbn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir: Xoşbəxt olan kəs ayıblarına görə bağışlanma diləyən və başına gələn müsibətlərə səbr edəndir. Necə ki, Uca Allah buyurur: { فَٱصۡبِرۡ إِنَّ وَعۡدَ ٱللَّهِ حَقّٞ وَٱسۡتَغۡفِرۡ لِذَنۢبِكَ...} Səbir et! Həqiqətən, Allahın vədi haqdır. Günahının bağışlanmasını dilə... [Ğafir, 55] 📚 [Fətava, 8/454] https://t.me/siratal_mustagim
📌Həsən əl-Basri ( Allah ona rəhmət etsin) demişdir: Uca Allah buyurur: وَمِنۡهُم مَّن یَقُولُ رَبَّنَاۤ ءَاتِنَا فِی ٱلدُّنۡیَا حَسَنَةࣰ وَفِی ٱلۡـَٔاخِرَةِ حَسَنَةࣰ وَقِنَا عَذَابَ ٱلنَّارِ Onlardan: Ey Rəbbimiz! Bizə həm bu dünyada, həm də axirətdə gözəl nemətlər ver. [Bəqərə, 201] Bu dünyada gözəl nemətlər: Elm və ibadətdir. Axirətdə gözəl nemətlər: Cənnətdir 📓[Cəmiu Beyənil-İlm,1/112] https://t.me/siratal_mustagim
Möminlərin anası Aişə (Allah ondan razı olsun) buyurur: "Allah Rəsulu (ﷺ) rukusunda və səcdəsində belə deyərdi: Allahım Sən pak və müqəddəssən. Ey Rəbbimiz Sənə həmd olsun. Allahım, məni bağışla". 📚[Buxari, 794] 📌 Duanın ərəbcəsi: سبحانك اللهم ربنا و بحمدك اللهم اغفرلي https://t.me/siratal_mustagim
Ənəs bin Məlik (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (ﷺ) belə buyurdu: "Cümə günü və Cümə gecəsi mənə salavat deməyi çoxaldın. Kim mənə bir dəfə salavat deyərsə, Allah ona on salavat deyər." 📚 [Silsilə sahiha, 1407] https://t.me/siratal_mustagim
📌İbn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir: "Günahlar imanı naqisləşdirir; qul tövbə etdiyi zaman Allah onu sevir və onun dərəcəsini etdiyi tövbəsi ilə qaldırır". 📚 [Məcmu Fətava,10/45] https://t.me/siratal_mustagim
Əbu Məsud əl-Bədri (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (ﷺ) belə buyurdu: "Əgər kişi savabını (yalnız Allahdan) umaraq varından ailəsinə xərcləsə, bu onun üçün sədəqə olar". 📚[Buxari,55] https://t.me/siratal_mustagim
Səhl ibn Səad (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (ﷺ) belə buyurdu: "Kiçik günahlardan çəkinin! Həqiqətən, kiçik günahların misalı bir vadiyə enmiş bir topluluğa bənzər ki, biri bir çöp başqa biri bir çöp gətirir və nəhayət çör-çöp toplayıb yeməklərini bişirirlər. Həqiqətən, kiçik günahlar da üst-üstə toplanıb sahibini belə həlak edir." 📚 [Əhməd, 22808] https://t.me/siratal_mustagim
без подписи
Əbu Dərda (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (ﷺ) belə buyurdu: "Kim qardaşının irzini qoruyarsa, Allah da Qiyamət günü onun üzünü oddan qoruyar". 📚 [Tirmizi, 1931] https://t.me/siratal_mustagim