- Последний пост
- 19 июл.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- und
- Категория
- Религия (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 1 016
- 1/48двое суток
- 1 164
- 1/72трое суток
- 1 255
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
🌷✨O sənin Həyat yoldaşındır xidmətçin yox! İbn Useymin (rahiməhullah) demişdir: “Bəzi kişilər həyat yoldaşlarına xidmətçi kimi yanaşırlar. Onlar üçün qadın yalnız ünsiyyət qurmaq və müxtəlif xidmətləri yerinə yetirmək üçündür. Onunla kobud şəkildə danışır, ona yuxarıdan aşağı baxırlar. Sonra isə bütün bunlardan sonra istəyirlər ki, qadın da onlarla gözəl davransın.” 📚 əl-Liqa əş-Şəhri, 40. İslam ailə həyatını qarşılıqlı məhəbbət, mərhəmət və gözəl rəftar üzərində qurmuşdur. Ər həyat yoldaşına hörmət və nəvaziş göstərməli, onun hisslərini nəzərə almalı, onunla xoş sözlə danışmalıdır. Çünki insan başqasından necə davranış gözləyirsə, əvvəlcə özü həmin davranışı göstərməlidir. Gözəl rəftar ailədə sevgi və etimadı möhkəmləndirir, kobudluq və təkəbbür isə ailə səadətini zəiflədir. Mömin, Allahın ona əmanət etdiyi həyat yoldaşına qarşı Peyğəmbər ﷺ-in gözəl əxlaqını nümunə götürməyə çalışmalıdır. Paylaşaraq dəstək ola bilərsiniz 🌸 T.me/IslamdaEvlilik 💎
Şeyx ibn Baz (rahiməhullah) demişdir: Qadının evdən kənarda (işlərlə) məşğul olması kişinin işsiz qalmasına, ümmətin ziyana uğramasına, ailə içində uyğunluğun pozulmasına və ailə quruluşunun dağılmasına səbəb olur. Həmçinin övladların əxlaqının pozulmasına gətirib çıxarır və Allahın Öz Kitabında bildirdiyi — kişinin qadın üzərində rəhbərliyi (qəvvamlığı) barədə hökmə zidd davranışlara yol açır. əl-Fətava (1/424) http://T.me/IslamdaEvlilik🌷
https://youtu.be/nPbXee75-zc
✨Şeyx İbn Useymin (Allah ona rəhmət eləsin) buyurmuşdur: "Əgər bir qadın namaz qılmırsa, müsəlman bir kişinin onunla evlənməsi halal deyildir." "Riyadus-Salihin"in şərhi, 3/419 http://T.me/IslamdaEvlilik🌷
🌊✨BÖYÜK İSLAM ALİMİ İMAM SÜFYAN ƏS-SƏVRİ - ALLAH ONA RƏHMƏT ETSİN - DEMİŞDİR: «KİM EVLƏNƏRSƏ, O, ARTIQ GƏMİYƏ MİNİB DƏNİZDƏ SƏFƏRƏ ÇIXMIŞDIR.» 📚 تذكرة السامع، ٣٦. 📋 İZAH: SUFYAN ƏS-SƏVRİ EVLİLİYİ GƏMİYƏ MİNİB DƏNİZDƏ SƏFƏRƏ ÇIXMAĞA BƏNZƏDİB. ONA GÖRƏ Kİ, DƏNİZ (HƏMİŞƏ) EYNİ HALDA QALMIR (GAH SAKİT OLUR, GAH DA FIRTINALI). BUNA GÖRƏ DƏ İNSAN BÜTÜN BU (ÇƏTİNLİKLƏRƏ) SƏBİRLİ OLUB DÖZMƏLİDİR.🪻 http://T.me/IslamdaEvlilik🌷
https://t.me/kitabsatiwi
💎İmam İbn əl-Cövzi demişdir: “Əgər saleh ər öz zövcəsini qınamağa (məzəmmət etməyə) başlayarsa, ağıllı qadın onun razılığını qazanmaq üçün səy göstərməli və ona əziyyət verən şeylərdən uzaq durmalıdır. Çünki əgər qadın ərinə əziyyət verərsə və ya onun xoşlamadığı şeyləri edərsə, bu, kişinin qəlbində narahatlıq yaradar və elə ola bilər ki, ilk fürsətdəcə onu tərk edər və ya başqası ilə əvəzləyər.” (Bax: “Əhkam ən-Nisa”, 69). http://T.me/IslamdaEvlilik🌷
🍂ABIR-HƏYANIN GETMƏSİNİN SƏBƏBLƏRİ. 🥀 📖 BÖYÜK ALİM ŞEYX MUHƏMMƏD İBN SALEH ƏL-USEYMİN - Allah ona rəhmət etsin - DEMİŞDİR: «ƏGƏR QADINDAN ABIR-HƏYA GEDƏRSƏ, ARTIQ İŞ BİTMİŞDİR. O, SANKİ KİŞİ KİMİ VƏ YA KİŞİNİN BƏNZƏRİ KİMİ OLAR. QADINDAN ABIR-HƏYANIN GETMƏSİNİN SƏBƏBLƏRİ VARDIR: 1. BUNLARDAN BİRİ QADINLARININ KİŞİLƏRLƏ QAYNAYIB QARIŞMALARI. 2. BİRİ DƏ QADININ UŞAQLIQ YAŞLARINDAN ETİBARƏN GENİŞLİKDƏN VƏ ABIR-HƏYADAN UZAQ PALTARLAR GEYİNMƏSİDİR. BU DA SƏBƏB OLUR KİŞİLƏR İLƏ UYĞUNLUQ VƏ BƏNZƏRLİYİN YARANMASINA.» 📚 "Şeyxin səsli dərsindən." http://T.me/IslamdaEvlilik🪻
Seçdiyiniz qadınlarda sizə xoş gəlməyən cəhətlər varsa, onları günahlandırmaqdan çəkinin. Çünki qadın təbiəti ətrafındakı şəraiti əks etdirir; gördüyünüz xüsusiyyətlərin çoxu isə sizin davranışlarınızın və münasibətinizin əksidir. 🦋 T.me/IslamdaEvlilik ✨
💎Sevgi sözlə deyil, davranışla sübut olunmalıdır – bir baxış, bir səbir, bir təşəkkür kifayətdir.” T.me/IslamdaEvlilik 🌷
🌙✨Əziz Müsəlmanlar RAMAZAN BAYRAMINIZ MÜBARƏK.. 🌙✨ . تقبل الله منا و منكم صالح الأعمال🌸 Allah Subhənəhu və Təalə Saleh əməlləri sizdən də bizdən də qəbul etsin 🎁🎈🎉
Həsən əl-Bəsri (rahiməhullah) buyurmuşdur: «Əgər bir kişinin (imkanı olduğu halda) ailəsinə qarşı xəsislik etdiyini, dolanışıqlarını daraltdığını görsən, bil ki, onun Allahla öz arasındakı (gizli) əməli bundan daha pis və daha iyrəncdir». 📚 Hilyətul-Əuvliya (6/178) http://T.me/IslamdaEvlilik✨
https://youtu.be/HLWQJIIu-6g?si=2TuuHYyDNsWmDnM6
https://youtu.be/kqzFOR-pHiY
KİŞİNİN QADINA EDƏCƏYİ 10 GÜZƏŞT “Ey oğul! Ailəndə səadətə nail olmaq istəyirsənsə, bu on xüsusiyyətə riayət et: 1. Qadınlar naz etməyi sevirlər və sevginin dilə gətirilməsini xoşlayırlar. Odur ki, bu məsələdə həyat yoldaşına qarşı paxıl olma. 2. Əgər paxıl olsan, özünlə xanımın arasına quruluq və (sevgidə) nöqsan pərdəsi qoymuş olacaqsan. 3. Qadınlar, çox sərt kişini də sevməz, çox yumşaq kişini isə istifadə edərlər. Elə isə, hər bir keyfiyyəti öz yerində etməyə çalış. Çünki bu cür etmək, sevgi və rahatlıq üçün daha faydalıdır. 4. Kişilərin qadınlarda görməyi sevdikləri kimi, qadınlar da kişilərdə – gözəl söz, gözəl görünüş, təmiz geyim və gözəl ətri xoşlayırlar. Buna da diqqət et.. 5. Ev – qadının səltənətidir. Qadın burada özünü taxt-taca çıxmış və çox xoşbəxt hiss edir. Qadının yaşadığı bu səltənəti nə dağıtma, kənarlaşdırma, məhrum etmə.. 6. Qadın, əri ilə münasibətlərini sevdiyi kimi, öz ailəsini də itirməyi istəməz. Özünü, “ya mən, ya da ailən” deyərək, qadının ailəsi (ana-atası) ilə bir tərəziyə qoyma. 7. Qadın qabırğanın əyri hissəsindən yaradılıb. Bu, bir eyb deyildir, əksinə, qadının gözəlliyinin və onun cazibəsinin sirri də bundadır. Odur ki, qadın xəta etdikdə, rəhmsiz şəkildə bu əyriliyi düzəltməyə cəhd etmə.. Əks halda onu sındırarsan.. Sınması isə, artıq boşanması deməkdir.. Bununla yanaşı, qadın xəta etdikdə onun xətasına tam olaraq göz yumma. Əks halda bu əyrilik daha da artar, sənə qarşı yumşalmaz və səni dinləməz. Buna görə də həmişə onunla münasibətlərində tarazlığı saxla, orta yolu tut. 8. Qadınların təbiəti, yoldaşına qarşı naşükürlük və yaxşılığı inkar etmək üzərində qurulub. Peyğəmbərimizin ﷺ buyurduğu kimi “..ömür boyu yaxşılıq etsən, sonra bir dəfə pislik etsən belə deyər: “Səndən əsla bir xeyir görmədim!” Bu cür davranış, ondan nifrət etməyinə səbəb olmasın. Bir xüsusiyyəti sevməsən, başqa bir yaxşı xüsusiyyətini xatırla.. 9. Qadınların fiziki zəiflik və psixoloji yorğunluq halları çox olur. Hətta Uca Allah, onları bu hallarda, bir çox ibadətləri etməkdən azad etmişdir. Bu hallarda (heyz və nifas) onlar namaz və oruc kimi ibadətlərdən azad ediliblər. Qadının səhhəti və əhval-ruhiyyəsi düzələnə qədər bu hal davam edir. Elə isə bu hallarda həyat yoldaşınla Rəbbani (gözəl şəkildə) davran. Uca Allah, qadının üzərinə düşən vacib ibadətləri yüngülləşdirmişdir ki, siz də onlara olan tələb və əmrlərinizi yüngülləşdirəsiniz. 10. Bil ki, qadın sənin yanında bir əsir kimidir. Ona qarşı rəhmli ol və onun zəifliyinə görə güzəştə get ki, həyat yoldaşın sənin üçün ən xeyirli nemət və ən xeyirli ortaq olsun..” Bu sözləri, böyük İslam alimi Əhməd b. Hənbəl, öz oğluna evlilik öncəsi nəsihət olaraq demişdir. http://T.me/IslamdaEvlilik✨
🎀 Bu dünyada tərəfsiz sevən, səndən çox sənə üzülən, özü olmasa yeri görünən, qəlbdən bir parçadır ana. ❤️🩹 http://T.me/IslamdaEvlilik✨
Yaxşı bir münasibət kişinin əlindədir. Çünki qadın, başladan deyil yansıdandır. Nə görürsə onu böyüdür.🌷 http://T.me/IslamdaEvlilik✨
без подписи
🌱Ananın tərbiyəsi kişinin tərbiyəsinin əsasını qoyur: • İmam Buxari, İmam Malik, İmam Əhməd ibn Hənbəl və İmam Şafii – hamısı ananın tərbiyəsi ilə böyümüşdür. • Böyük alim İbn Həcər əl-Əsqəlanini anası tərbiyə etmişdir. • İbn Teymiyyənin anasının adı Teymiyyə idi. O, ağıllı, nəsihət verən bir qadın idi. Buna görə də İbn Teymiyyə anasının adı ilə tanınmış və məşhur olmuşdur. Qadınlar – kişiləri yetişdirən əsas məktəbdir.🌷 http://T.me/IslamdaEvlilik✨
ـ❁ـ❁ـ❁ـ❁ـ❁ـ❁ـ.ـ❁ـ❁ـ❁ـ❁ـ❁ـ❁ـ #للمتزوجين إلى كل من يسعى إلى السعادة الزوجية ، وإلى كل من يعاني من بعض المشاكل الأسرية ، إلى الزوجين الذَيْن يعيشا في البيت الزوجي وفي العش السكني ، عليكما أن تعرفا جيدا أن سر السعادة الزوجية هو قيام بيتكما على محبة الله وطاعته ومحبة رسوله صلى الله عليه وسلم الذي بيده سبحانه أن يوفق ويبارك ويجمع بين قلبيكما. 🎀Evli olanlar üçün: Ailə səadətini axtaran hər kəsə, ailə daxilində bəzi problemlər yaşayan hər kəsə, evlilik ocağında, ailə yuvasında birgə yaşayan ər-arvada: Bilin ki, ailə səadətinin sirri evinizin Allah sevgisi və Ona itaət, Peyğəmbərinə (sallallahu aleyhi və səlləm) sevgi üzərində qurulmasıdır. Çünki qəlblərinizi birləşdirən, uyğunlaşdıran, bərəkət verən yalnız Uca Allahdır. http://T.me/IslamdaEvlilik✨