Escape From The Dunya
Статистика- Последний пост
- 10 авг.
- Последнее чтение
- 14 авг.
- Постов за неделю
- 2
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- английский
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 3
- 1/48двое суток
- 3
- 1/72трое суток
- 3
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
📎✉ 67. əl-Mulk surəsi: 20. Ya da Mərhəmətli (Allahdan) başqa sizə kömək edə biləcək qoşununuzmu var? Kafirlər ancaq aldanmaqdadırlar! 21. Ya da O Öz ruzisini kəssə, sizə kim ruzi verə bilər? Xeyr, onlar təkəbbür göstərməkdə və (haqdan) qaçmaqda davam edirlər. 22. Elə isə üzü üstə sürünərək gedən daha doğru yoldadır, yoxsa düz yolda özü şax gedən?
📎✉ 67. əl-Mulk surəsi: 10. Onlar deyəcəklər: “Əgər biz dinləsəydik və ya anlasaydıq alov (şölələri saçan) od sakinlərinin içində olmazdıq!" 11. Onlar öz günahlarını etiraf edəcəklər. Rədd olsun alovlu od sakinləri! 12. Həqiqətən, öz Rəbbindən (Onu) görmədikləri halda qorxanlar üçün bağışlanma və böyük bir mükafat vardır.
Şeyxul İslam İbn Teymiyyə (rahiməhullah) buyurur: "Qəlbdə Allahdan başqasına qarşı sevgi olduqca, bir o qədər də orada Allahdan başqasına qarşı qulluq olacaqdır." ("Məcmu`ul Fətəva", 10/213) _ t.me/attanziil
🕯️İbn Qayyim ◽️ demişdir: Heç bir şey ruzinin qazanılmasına günahları tərk etmək qədər səbəb olmamışdır. 🥀 Əd-Dəu vəd-Dəva s. 63 🔵 t.me/iibnnqayyim
Şeyx Saleh əl-Fovzan (həfizahullah) buyurur: ▫️ Əgər balaca uşaq asqırarsa, ona “yərhəmukallah” deyilmir. Onun üçün bərəkət istənilir. Belə deyilir: Bərakallahu fik. Çünki, Peyğəmbərin ﷺ yanında uşaq asqırır, o belə deyir: “Bərakallahu fik” (Allah sənə bərəkət versin). 🔹 Şərh mənzumə əl-ədəbiş-şəriyyə, 280. 📓 Qeyd: Əgər uşaq danışa bilirsə, asqırdıqda ona öyrədilməlidir ki, “əlhəmdulilləh” desin, eşidənlər də ona “yərhəmukallah” desinlər. Yox, əgər körpədirsə, danışa bilmirsə, onda ona sadəcə bərəkət duası (BarakAllahu fik) edilir.
📎✉ "Özünüz üçün əvvəlcədən göndərdiyiniz hər bir xeyri Allah yanında tapacaqsınız." (əl-Bəqərə, 2:110)
🥀Unudacaqlar səni... Yeganə Vəfalı Dost Rəbbindir. Bu dünyada Onunla gözəl dostluğun olubsa, ölümdən sonrakı həyatda O Dost səni tərk etməz, yaxşılıqlarını zay etməz. Hamı sənin ölümün səbəbilə ağlayanda, ixlaslı əməllərin üzünü güldürəcək.
📍Əgər Uca Allah eyibləri örtməsəydi, hamı bir-birindən ikrah duyar və qaçardı...
Ey Rəbbim, Səndən başqa kimim var?🫀
📚 Səhabələrin Həyatı kitabı: Ömər əl-Faruqun 🤩 xidmətləri və fəziləti bölməsi: 🌼 Peyğəmbər 🤎 bir dəfə demişdir: “Yuxuda mənə bir qədəh süd verdilər. O qədər içdim ki, gördüm dırnaqlarımın altından süd çıxır. Sonra artıq qalan südü Ömər bin əl-Xəttaba verdim”. Demişlər: “Ya Allahın elçisi, yuxuda gördüyün nə imiş?” Demişdir: “Elm”. (əl-Buxari və Müslim). 🌼 Peyğəmbər 🤎 demişdir: “Yatmış idim, yuxuda köynək geyinmiş adamlar gördüm. Bəzilərinin köynəkləri döşlərinə çatır, bəziləri ondan da qısa idi. Onların arasında Ömər bin əl-Xəttabı gördüm, əynində köynək vardı, yerlə sürünürdü. Dedilər: “Ey Allahın elçisi, yuxuda gördüyün nə imiş?” dedi: “Din”. (əl-Buxari və Müslim). 🪶 Kitabın müəllifi: D-r Abdurrahman Rafat əl-Başa
🕋 Bəlkə Kəbəyə yaxın deyilsən, amma Kəbənin Rəbbi sənə şah damarından da yaxındır. Səni hər an görür, edişir və deyir ki: "Qullarım səndən Mənim barəmdə soruşsalar, sözsüz ki, *Mən (onlara) Yaxınam, Mənə dua edənin duasını qəbul edərəm.* Gərək onlar da, Mənim çağırışımı qəbul etsinlər və Mənə iman gətirsinlər ki, bəlkə (bununla) doğru yola yönəlsinlər. Bəqərə surəsi, 186 ✍🏻 @RADsuresi28
📚 Səhabələrin Həyatı kitabı: Ömər əl-Faruqun 🤩 xidmətləri və fəziləti bölməsi: 🌼 Suheyb bin Sinan ər-Rumidən 🤩 belə rəvayət olunur: “Ömər müsəlman olan kimi, İslam dini gizlindən aşkara çıxdı, onun açıq təbliğatı başlandı. Biz dövrə vurub Kəbənin ətrafında əyləşdik, onun başına dolandıq, bizə qarşı kobudluq edənlərdən ədalətli olmağı tələb etməyə başladıq və yeri gələndə onlara kobud cavablar verdik” (Abulfərəc bin əl-Cövzinin “Tarix-Umər bin əl-Xəttab” əsəri, 3). 🌼 Abdullah bin Məsud demişdir: “Ömər müsəlman olandan biz həmişə olmuşuq. Onun İslamı qəbul etməsi müsəlmanların qələbəsi, hicrət etməsi – onların arxalı olması, əmirliyi isə müsəlmanlara Allahın mərhəməti idi. Ömər İslamı qəbul edənədək biz Kəbədə namaz qıla bilmirdik” (əl-Buxarinin “Səhih” toplusu, “Ömər bin əl-Xəttabın İslamı qəbul etməsi”, fəsli, 1/545). 🌼 Əl-Faruq – Ömərə İslamı qəbul etdiyi gündən haqla nahaqqı, gizli ilə aşkarı, qorxu ilə şücaəti, qələbə ilə təqibi bir-birindən fərqləndirdiyi üçün verilmiş addır. 🪶 Kitabın müəllifi: D-r Abdurrahman Rafat əl-Başa
Allahım, namaza dəvət etdiyin zaman, dəvətinə icabət etməyi mənə asanlaşdır. Mənə Sənə tərəf qaçaraq gəlib səcdələrdə hüzur tapmağı nəsib et. Sürətlə ötüb keçən ömrümün hər anını Sənin razılığınla yaşamağı mənə nəsib et. Dünya işlərinin yorğun saldığı qəlbimi Öz məhəbbətinlə rahatlandır. Qəlbimdən sıxıntıları götür, hüznümə şəfa bəxş et.
без подписи
без подписи
🫀🌷
без подписи
⬇️ Bu isə hədisin izah olunduğu dərsdən çıxarılmış qısa qeydlərin bir hissəsidir. Bəzən oxuyub keçirik və kiçik bir əməlin nə qədər böyük bir əcrə səbəb ola biləcəyini təsəvvür edə bilmirik. Qeydləri paylaşmaqda səbəb isə hədis üzərində dayanıb daha dərindən düşünməyimiz üçündür.🪷
Çox ehtiyac duyduğumuz bir hədisdir və hər bir müsəlmanın həm özünə, həm də ətrafındakılara xatırlatması üçün onu əzbərləməsində böyük fayda vardır. Buna görə də hədis hissələr şəklində paylaşılacaq ki, bir anda uzun görünməsin və hər hissə üzərində düşünmək mümkün olsun. Rəbbim əzbərləyən hər bir kəsə ondan faydalanmağı və faydalandırmağı nəsib etsin, əmin🌷
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (ﷺ) belə buyurdu: "İman gətirmədikcə Cənnətə girə bilməzsiniz. Bir-birinizi sevmədikcə də iman gətirmiş olmazsınız. Sizə elə bir şey öyrədimmi ki, onu etsəniz bir-birinizi sevəcəksiniz? Aranızda salamı yayın". 📚 [Muslim, 54] https://t.me/siratal_mustagim