Okur anne
Статистикаالأمُّ الطَّالبُ📚 📨📬 Bu Kanal biraz dünyəvi və çoxca uxrəvi paylaşımları əhatə edir
- Последний пост
- 13 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 3
- Всего постов
- 25
- Тип
- открытый
- Язык
- und
- Категория
- Религия (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 175
- 1/48двое суток
- 200
- 1/72трое суток
- 216
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
🌸Elan Mədinə 2 dərsliyi üçün qrup yığılır. Tələbə sayı : 10 nəfər Günlər: həftədə 2 dəfə Saat: qrupla qərarlaşdırılacaq Qiymət: 30 manat Əlaqə : wp: 0558903624 Tg: @si_ova Elanı paylaşaraq da dəstək ola bilərsiz ❤️
💌
Əvvəl hər kəs ilə dil tapa bilmədiyim üçün özümü daim günahlandırırdım. İndi isə məsələlərə mənimlə eyni prizmadan baxan insanların az olduğunu bilir və bu özəlliyimə görə Rəbbimə şükür edirəm 🍃⛰ t.me/okurranne
Ərəb dili sıfırdan öyrənmək istəyənlər üçün yeni qrup var. Qrupda 2-3 nəfərlik boş yer var. Aylıq 20 manat. İstəyən @si_ova hesabına yazsın
Şeyx əl-‘Usaymin رَحِمَهُ الله dedi: «bilik sərvətdən qat-qat üstündür! Hətta insan böyük miqdarda sərvət (pul) xeyriyyə olaraq versə belə, bilik və onun yayılması bundan daha üstündür!» العثيمين العلم أفضل بكثير من المال حتى لو تصدق الإنسان بأموال عظيمة طائلة فالعلم ونشر العلم أفضل
Dəyərli, ELM yolu izləyiciləri! 🌟🌟 Bu gün sizə elm öyrənmək işimizi, xüsusilə də hər hansı bir araşdırma apardıqda bu prosesi inanılmaz dərəcədə bizə asanlaşdıran çox faydalı bir proqram - NotebookLM barədə ən sadə dillə məlumat vermək istəyirəm. NotebookLM nədir❓ Təsəvvür edin ki, yanınızda çox ağıllı və çox tez işləyən bir köməkçiniz var. Siz ona bir neçə və ya yüzlərlə qalın kitab verirsiniz və o, həmin kitabları saniyələr içində "oxuyub əzbərləyir". Sonra siz ona həmin kitablarla bağlı istədiyiniz sualı verirsiniz, o isə dərhal o kitabların içindən ən dəqiq cavabı tapıb sizə sadə dillə izah edir. Bu proqramın hansı gözəl xüsusiyyətləri var və bizə necə kömək edə bilər? 🟡İstifadəsi çox asandır: Proqramlardan çətinliklə istifadə edənlər üçün belə çox rahatdır. Heç bir mürəkkəb funksiyası yoxdur, sadəcə dostunuza mesaj yazırmış kimi sualınızı yazırsınız. 🟡Tam dəqiqdir: İnternetdəki hər cür qarışıq və ya yalan məlumatı yox, yalnız sizin ona verdiyiniz etibarlı mənbələrdəki (yüzlərlə kitablar, dərslər, xütbələr və s.) məlumatları verir. 🟡Dəqiq mənbəni göstərir: Proqramın möhtəşəm üstünlüyü odur ki, NotebookLM hər hansı bir sualınıza cavab verərkən həmişə mənbəni göstərir. Yəni, o sizə sadəcə quru cavab vermir, eyni zamanda həmin məlumatı hansı kitabdan və ya hansı dərsin mətnindən götürdüyünü xüsusi linklərlə qeyd edir. Siz o linklərin üzərinə basaraq birbaşa alimin kitabındakı həmin yerə gedə və oxuduğunuz məlumatın doğruluğunu öz gözünüzlə görə bilərsiniz. 🟡Vaxta qənaət: Minlərlə səhifəlik elmi əsərlərin içindən axtardığınız konkret bir mövzunu saniyələr ərzində tapmağa kömək edir. Ən gözəl xəbər isə budur:↩️ Artıq içərisində böyük İslam alimlərinin möhtəşəm əsərləri toplanmış hazır qovluqlar (bloknotlar) mövcuddur.📚 👍 Bunu bir az da sadə dillə izah edək: Hər bir link (yəni bloknot) xüsusi bir mövzuya və ya alimə (alimlərə) həsr olunub. Proqram isə suallarınıza yalnız və yalnız o bloknotun içindəki kitablara, dərslərə əsaslanaraq cavab verir. İnternetdəki ixtiyari, bəzən etibarsız olan məlumatları yox, məhz o bloknotdaki etibarlı elmi sizə təqdim edir, özündən heç nə uydurmur. ➡️ Məsələn, siz "Ərəb dili qrammatikası" kitabları toplanmış bloknota daxil olub sual versəniz, proqram sizə başqa mövzulardan yox, konkret olaraq oradakı qrammatika kitablarına əsaslanaraq ən düzgün cavabı tapıb verəcək. Və ya İbnul-Qayyimin kitabları toplanmış bloknota daxil olsanız, proqram sizin sualınızı yalnız onun kitablardakı məlumatlara əsaslanaraq cavablandıracaq. Artıq istifadə edə biləcəyiniz bir neçə hazır bloknotumuz var.🩵 📌NotebookLM tətbiqini yüklədikdən sonra sadəcə bloknotlara aid keçidlərin üzərinə basaraq bu hazır bloknotları avtomatik olaraq öz NotebookLM hesabınıza əlavə etmiş olacaqsınız. Tətbiqi yükləmək üçün:↩️ https://play.google.com/store/apps/details?id=com.google.android.apps.labs.language.tailwind Bloknotların keçidlərini və mütəmadi olaraq əlavə ediləcək yeni mənbələri bu Telegram kanalda tapa bilərsiniz:⬇️ https://t.me/notebookislam 📗 Kanalda mövcud olan bloknotlar: ⏺Böyük alimlərin (İbn Baz, Əl-Albani, İbn Useymin, Əs-Səədi, Saleh əl-Fovzan, Saleh Ali Əş-Şeyx) dərslərinin, fətvalarının və xütbələrinin yazılı mətnləri olan bloknot. ⏺ Dörd böyük alimin (İbn Baz, Əl-Albani, İbn Useymin və Saleh əl-Fovzan) kitab, fətva, şərh və dərslərinin yazılı mətnlərindən ibarət böyük bazaya malik bloknot. ⏺ Şeyx Abdurrazzaq ibn Abdulmuhsin əl-Bədrin YouTube dərslərinin, mühazirələrinin və xütbələrinin yazılı mətnləri olan bloknot. ⏺ Ərəb dili üzrə böyük kitabxanası olan bloknot: Qrammatika, morfologiya, i'rab, bəlağət, lüğət və ərəb dili alimlərinin klassik əsərləri... Və digər bloknotlar.. 📝 Allah faydalı etsin. Amin🌺
Nəml Surəsi, 18-ci Ayə "Nəhayət, onlar qarışqa vadisinə gəlib çatdıqda bir qarışqa dedi: 'Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və qoşunu özləri də bilmədən sizi tapdayıb əzməsinlər!'"
🌸 Əziz izləyicilər hər birinizi təbrik edirik🌸 Rəbbim bizdən də sizdən də qəbul etsin 🍃
“Ərafə günü gələn ilin günahlarını necə kəffarə edir?” İmam əl-Mənəvi رحمه الله dedi: 1- Allah onu gələn ildə günaha düşməkdən qoruyar. 2- Yaxud ona elə savab verər ki, həmin ilin günahlarına kəffarə olar. 3- Yaxud həqiqi mənada o günahları bağışlayar, hətta sonradan günah baş versə belə. Beləcə kəffarə günahdan əvvəl olmuş olar. 🖋 Feydul-Qadir (4/230)
Assalamu aleykum✉️ 🪟Sabah əzəmətli bir gündür. O gündə qazananlar var, bir də böyük xeyirlərdən məhrum olanlar. 💌Çalış ki, qazanlardan olasan, itirənlərdən olmayasan. 🏷️Xüsusən dua məsələsində. Sabah il içərisində dua üçün ən əlverişli zamandır, ələxsus də Əsr-Məğrib arası. Dilə nə diləyəcəksənsə. 🪟✨Nə dərdin nə sıxıntın, nə həll edə bilmədiyin məsələn, nə çözə bilmədiyin düyünlərin, nə ödəyə bilmədiyin borcların, nə qurtula bilmədiyin günahların, nə çata bilmədiyin hədəflərin, nə xilas ola bilmədiyin pis vərdiş və xasiyyətlərin varsa, sabah hamısı ilə Allaha yönəl. Sabah yönəlməsən nə zaman yönələcəksən? 💌 🪑Əgər O qəbul etməsə kim qəbul edəcək?! 🩵 Əgər Ona ümüd etməsən kimə/nəyə ümid edəcəksən?! Hansı aciz məxluq sənə istədiyini verə bilər ki❔❕ 🌱Bu qədər sıxıntın var. Elə bilirsən günahlarının təsiri yoxdur?! Vallahi ki, var. Sabah onlara görə Allahdan bağışlanma dilə. Sabahki qədər Allah heç vaxt oddan qul azad etmir. Ən çox sabah azad edir. Yalvar, göz yaşı axıt ki, sən də onların sırasına daxil olasan. ✉️Bil ki, O səni əfv etsə - dünya və axirət xeyirləri sənə doğru axın-axın gələcəkdir. Çünki bu gün gəlməyən hər bir xeyirin yolunu günahların bağlayıb. 🍂Neçə insanlar olub ki, ömürlərindən keçən Arafa günlərindəki duaları sayəsində qurtulublar. 🔖Bunu unutma. 📎www.senxatirlat.com
Sıfırdan Əlifba üçün qrup yığılır. Tələbə sayı: 10 Yaş: 13+ qızlar və qadınlar Ödəniş: aylıq 20 manat Proqram: telegram Qeyd: öyrənib unudanlar da qoşula bilər. #paylaşın⚘️ Əlaqə: @si_ova
الله أكبر الله أكبر لا إله إلا الله، الله أكبر الله أكبر ولله الحمد
видео или голосовое, без подписи
"Dəfələrlə olub ki, insan ən sevdiyi ilə sınanıb. 'O etməz' dediyi kəsdən zərbə görüb, qayğı və diqqət gözlədiyindən laqeydlik və məsafə görüb. Bu da Rəhmanın qullarına olan tərbiyəsidir: Yalnız Ona ümid bağla, yalnız Ondan istə. Güc və qüdrət sahibi yalnız Odur. Amma insan nisyandır, yəni unudandır. Nə qədər ki insan unutmağa davam edəcək, bir o qədər də sınanacaq." ✨ tm.e/okurranne
"İnsanlar arasında kamil (qüsursuz) birini tapa bilməzsən. Sən elə birini axtar ki, onun qüsuru (əskikliyi) sənə əzab verməsin." Fitrəti yaxşı olan insanların qüsurlarını görməzdən gəlmək olur .. yetər ki sən bağışlamağı seç və daim xoş zənndə ol🕊
"Günahdan əl çəkmədən istiğfar etmək yalançıların tövbəsidir." ©Fudeyl ibn İyad (rahiməhullah)
🌸🕊Bəlkə çabaların boşa getmir? Alınmırsa üzülmə... Allahın Öz bəndəsini din baxımından qorumasının növlərindən biri də budur ki, bəndə dünya işlərindən biri üçün - istər vəzifə, istər ticarət, istərsə də başqa bir şey üçün - çalışar, amma Allah ona daha xeyirli olduğunu bildiyi üçün onu istədiyi həmin şeydən uzaqlaşdırar. Bəndə isə bunu anlamaz və bəlkə də bundan narazı olar. İbn Məsud demişdir: “Bəndə ticarətə və ya rəhbərliyə (vəzifəyə) dair bir iş görmək istəyər, Allah da ona bu işi asanlaşdırar. Sonra Allah ona baxar və mələklərə belə deyər: “Onu bu işdən uzaqlaşdırın! Çünki əgər bu işi onun üçün asanlaşdırsam, onu Cəhənnəmə ataram”. Beləliklə, Allah onu bu işdən uzaqlaşdırar. Bəndə isə bədbinliyə qapılar və deyər: “Filankəs mənə mane oldu və ya filankəs mənə zərər verdi”. Halbuki bu, sadəcə Uca Allahın ona olan bir lütfü idi. Bundan da təəccüblüsü odur ki, bəzən bəndə ibadət və itaət qapılarından birini arzulayır, amma o iş onun üçün xeyirli olmur. Allah da onu qorumaq məqsədi ilə bu ibadətə gedən yolu onun üçün bağlayır, bəndə isə bunun fərqinə varmır. 📚Peyğəmbərin sallallahu aleyhi və ibn Abbasa vəsiyyəti kitabından alıntı
✨Bişr demişdir : “Heç bir şərəfli insan Allaha qarşı günah etməkdə israr etməz. Heç bir hikmət sahibi də Axirətdən üstün tutaraq dünyanı seçməz".🌊 t.me/okurranne ✨
Peyğəmbər ◽️belə buyurub: 💬"Soldakı mələk günah işləyən müsəlman quldan altı saat qələmi qaldırar. Əgər qul peşman olarsa və o günahına görə Allahdan bağışlanma diləyərsə, mələk onu yazmağı tərk edər. Əks halda ona bir günah yazılar.🥀 ➡️Şeyx Albani, Sahihul-Cəmi 2097. (həsən). 🟨 t.me/okurranne
📌ZİNAYA APARAN YOLLAR • Naməhrəmlərə baxmaq • Naməhrəmlərlə əl ilə görüşmək -Aişə رضي الله عنها demişdir: "Allaha and olsun ki, Peyğəmbərinﷺ əli (naməhrəm) qadın əlinə toxunmamışdır". [Buxari] Peyğəmbərﷺ demişdir: "Sizlərdən birinin başına dəmir iynənin batırılması, onun üçün naməhrəm qadına toxunmaqdan daha xeyirlidir". [Ət-Təbərani] • Naməhrəmlərlə xəlvətdə olmaq- Peyğəmbərﷺ demişdir: "Xəlvətə çəkilmiş elə bir kişi ilə qadın yoxdur ki, şeytan orada üçüncü olmasın". [Əhməd] • Naməhrəm qadının səsindən həzz almaq • Kişilərlə qadınların bir məclisdə olması • Yad bir yerə izinsiz daxil olmaq • Qadınların açıq-saçıq geyinməsi • Qadınların ətirlənib kişilər arasına çıxması • Qadınların təkbaşına səfərə çıxması • Əxlaqsız şəkillərin yayılması • Əxlaqsızlığa yol açan serialların yayılması və zinanı təbliğ edən bayramlar 🛑ZİNANIN FƏSADLARI Namusu ləkələyir, zinakar insanlar arasında rüsvay olur, ailədə fəsad törəyir, ərlə arvad arasını korlayır, uşaqların tərbiyəsini pozur, qəlbi qaraldır, əsil-nəcabətin itib batmasına səbəb olur, dünyaya gələn uşağın atasının kim olduğu bilinmir, zina edən kəs daima bir qorxu və narahatlıq içərisində olur. Zinanın yayılması cəmiyyətin xarab olmasına gətirib çıxarır, təhlükəli və yoluxucu xəstəliklərin yayılmasına səbəb olur, bir nəfərin zina etməsi onun bütün xalqının adına xələl gətirir, özü də tez-tez yalan danışmaq məcburiyyətində olur. ZİNADAN XİLAS OLMAĞIN YOLLARI • Namaz qılmaq. Uca Allah buyurur: "Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir". Əl-Ənkəbut, 45 • Oruc tutmaq. Həqiqətən o şəhvəti söndürür. • Bu iyrənc əmələ gətirib çıxaran hər bir səbəbdən qaçmaq • Sözdə və əməldə ixlaslı olmaq • Çoxlu zikr etmək. Peyğəmbərﷺ demişdir: "Bəndənin qəlbi düzəlməyincə imanı düzəlməz. Dili düzəlməyincə də qəlbi düzəlməz". • Zinakarların başına gələnlər barədə düşünmək • Ölümü xatırlamaq • Yaxşı adamlarla dostluq etmək. • Allahın gördüyünü xatırlamaq. Uca Allah buyurur: "Məgər o bilmir ki, Allah görür?!" Əl-Ələq, 14 [Allah] gözlərin xaincəsinə baxışını və kökslərin [nələr] gizlətdiyini bilir". Ğafir, 19 📌Kim dörd şeydən, - (xain) baxışlardan, (pis) fikirlərdən, (boş) söhbətlərdən, (harama aparan) addımlardan, özünü qorusa, dinini qorumuş olar. "Baxmaq insanın başına bəlalar gətirən bütün işlərin başlanğıcıdır. Çünki baxmaq xatırlamağa gətirib çıxarır, xatırlamaq fikirləşməyə vadar edir, fikirləşmək şəhvəti oyadır, şəhvət istək əmələ gətirir, sonra isə bu, artıq qəti qərara çevrilir və əlbət ki, zina baş verir..." Yaxşı-yaxşı fikirləşin! Məgər vaxtını səmərəli keçirən adamla veyl-veyl gəzib ömrünü başa çatdıran eyni ola bilərmi?! Yaxşı deyiblər ki: "Vaxt qılıncdır. Sən onu kəsməsən, o səni kəsəcək...". • T.me/arabiazeri •