Mawaddah | المودة ♥️
Статистика"𝑪𝒆𝒏𝒏𝒆𝒕𝒅𝒆 𝒃𝒊𝒓 𝒔𝒆𝒗𝒈𝒊 𝒗𝒂𝒓, 𝒂𝒚𝒓𝒊𝒍𝒊𝒈𝒉𝒊 𝒐𝒍𝒎𝒂𝒚𝒂𝒏.." ♥️ ➺❀ 𝑆𝑖𝑛𝑐𝑒: 𝟷𝟽.𝟶𝟷.𝟸𝟶𝟸𝟹 ♡
- Последний пост
- 14 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 9
- Всего постов
- 34
- Тип
- открытый
- Язык
- und
- Категория
- Религия (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 264
- 1/48двое суток
- 302
- 1/72трое суток
- 326
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
♥️: ‘ Həqiqət o qədər sadədir ki, heç bir izaha ehtiyac duymur; kişi bir şeyi istərsə — ona uyğun da hərəkət edər. Sevəndə isə — qoruyar (sahib çıxar). Çünki əsl hisslər, mürəkkəb bəhanələrə ehtiyac duymur. ’ الحقيقة بسيطة إلى حدٍّ لا يحتاج إلى تفسير: حين يريد الرجل، يتصرّف. وحين يحبّ، يصون. فالمشاعر الصادقة لا تحتاج إلى أعذارٍ معقّدة. @mawaddah_az
без подписи
‘ Həqiqətən də kim Mənə bir dəfə salavat deyərsə, Allah ona 10 dəfə salavat deyər (onu tərifləyər). ’ 🤍 SallAllahu aleyhi və səlləm 🌻
без подписи
без подписи
‘ Sonra oturub anlayırsan ki, sonda həmişə yanında qalan yalnız — Uca Allah olur… ’ 🤍 Hər bir insan həyatının hansısa dönüş nöqtəsində Allaha olan bağlılığını dərk etməyə başlayır. Allahdan başqa heç kimin ona kömək ola bilməyəcəyini hər dəfə anladıqda, bu, onun öz acizliyini və zəifliyini dərk etməsinə səbəb olur. Qəlbin oyanışı isə dilin də zikrə və duaya yönəlməsinə səbəb olur. Beləcə insan Uca, Pak, Rəhmli, Bağışlayan və Mərhəmətli Allaha üz tutur. Çünki bütün qüsurların, günahların və asiliklərinlə birlikdə səni qəbul edəcək yalnız Odur. Heç kimin bağışlamadığı zaman belə, O səni bağışlayar. Bu mənada belə deyilib: “Səni Allaha tərəf döndərən müsibət, sənə Allahı xatırlamağı unutduran nemətdən daha xeyirlidir.” — İbn Teymiyyə (rahimahullah) 💎 ───────────────────── ©️ t.me/mawaddah_az
без подписи
без подписи
‘ Allaha and olsun ki, istərdim mənimlə insanlar arasında dəmir bir qapı olsun. Nə kimsə mənimlə danışa bilsin, nə də mən kiminləsə danışım — ta ki, Uca və Pak olan Allahın hüzurunda qovuşana qədər. ’ — Sə'd b. Abu Vaqqas (radiyallahu anhu)💎 🗞 «العزلة والانفراد لابن أبي الدنيا». ───────────────────── ©️ t.me/mawaddah_az
— Bəzən yol - gəzmək üçün deyil, düşünmək üçün lazım olur (insana).🌻 في بعض الأحيان هناك حاجة إلى الطريق ليس للمشي , ولكن للتفكير. ───────────────────── ©️ t.me/mawaddah_az
— Əgər bir insanı həqiqətən də, Allah üçün sevdiyini düşünürsənsə, onun sənə etdiyi hədiyyə və ya hər hansısa bir yaxşılıq sevginin artmasına, eləcə də, sənə qarşı hansısa səhvi və ya diqqətsizliyi sevginin azalmasına səbəb olmamalıdır. Çünki Allah rizası üçün olan sevgi şəxsi mənfəət üzərində deyil, ixlas üzərində qurulmalıdır.💓
"Uyğun zaman" deyə bir şey yoxdur. Sadəcə zaman var və onu necə dəyərləndirəcəyini özün seçirsən.⏳️🌿 لا يوجد «وقت مناسب»، هناك فقط الوقت وما تختار أن تفعله به. Həyatımızın dəyişməsi üçün hansısa "mükəmməl anı" gözləməyə ehtiyac yoxdur. Çox vaxt "Vaxtı gələndə edərəm", "Şərait düzələndə başlayaram" deyə düşünürük. Halbuki, sahib olduğumuz yeganə şey indiki andır. Zaman hamıya eyni verilir, fərqi yaradan isə onunla etdiyimiz seçimlərdir. ───────────────────── ©️ t.me/mawaddah_az
без подписи
«Kim (din) qardaşının ehtiyacını yerinə yetirməsinə kömək etmək üçün, onunla birlikdə gedərsə — atdığı hər addım üçün sədəqə savabı yazılar». — İbn Abbas (radıyallahu anhu) 💎 🗞 «Camiʿul-ʿUlum vəl-Hikəm» səh/ 470. ───────────────────── ©️ t.me/mawaddah_az
💞 «Qadının gözəlliyi — kişi onu sevdiyi müddətcə, kişinin sevgisi isə — qadın ona hörmət etdiyi müddətcə davam edər». يدوم جمال المرأة .. مادام الرجل " يحبها " ويدوم حب الرجل .. ما دامت المرأة " تحترمه " 🌱 Bu sözlərdə məna var. Kişinin ən çox dəyər verdiyi şeylərdən biri ona göstərilən hörmətdir. Qadının sevgisi və qayğısı belə, hörmətin yerini tuta bilməz. Bir çox qadın hörmətin nə olduğunu və onun necə təzahür etdiyini tam anlamır. Halbuki başqasına hörmət etməyin əsası — ilk öncə özünə olan hörmətdən başlar. 🌱 Bəs insanın özünə olan hörməti nəyə əsaslanır? Bu, öz yaradılış məqsədini dərk etməkdən və Allahın əmrlərinə tabe olmaqdan qaynaqlanır. Belə qadın nöqsan axtarmaz, xırda məsələlərə görə mübahisə etməz, niyyəti saf, zənni gözəl olar. O bilir ki, ailənin məqsədi bir-birinin həyatını çətinləşdirmək deyil, asanlaşdırmaqdır. 🌱 Qarşılıqlı hörmət ailənin ən möhkəm təməllərindən biridir. ───────────────────── ©️ t.me/mawaddah_az
без подписи
İnsanın özünə olan hörmət və dəyər hissi artdıqca, həyatından bunlar tədricən yox olmağa başlayır: • Qeybət (kiminsə arxasınca böhtan atmaq); • Başqalarına lağ etmək; • Paxıllıq və həsəd; • Mənfi müqayisələr; • İnsanları mühakimə etmək və qınamaq. Özünə hörmət edən insan, özünü dəyərli hiss etmək üçün başqalarını alçaltmağa ehtiyac duymaz. ───────────────────── ©️ t.me/mawaddah_az
«Bağladığın hər bir ümidin ardınca mütləq bir kədər gələr: ya o ümid səndən uzaqlaşar, ya da sən ondan uzaqlaşarsan. Bu iki haldan biri qaçınılmazdır. Allaha üçün olunan əməllər isə istisnadır. Onların aqibəti hər bir halda sevinclidir — həm bu dünyada, həm də axirətdə. Bu dünyadakı bəhrəsi odur ki, insanı sıxan və yoran düşüncələrdən azad edər, dost da, düşmən də ona hörmət bəsləyər. Axirətdəki bəhrəsi isə Cənnətdir». — İbn Həzm (rahimahullah)💎 ⚡️Yəni: İnsan bu dünyada bir şeyə çox ümid bağladıqda — pula, insana, vəzifəyə, hər hansı münasibətə, xəyala və s. — sonda adətən kədər yaşayır. Çünki ya o şey əlindən çıxar, ya da insan özü ondan uzaqlaşar. Yəni dünyadakı heç nə əbədi deyil. Amma Allah üçün edilən əməllər isə belə deyil. Onların nəticəsi itmir. ───────────────────── ©️ t.me/mawaddah_az
🎧🤍 İstəkləriniz böyük olsun, çünki həqiqətən Allah Ucadır, Əzəmətlidir. عظموا الطلب فإن الله عظيم Dua edərkən ölçü bizim gücümüzə görə deyil, Allahın qüdrətinə görə olmalıdır. Allahın xəzinəsi sonsuzdur. Onun üçün böyük və ya kiçik istək arasında heç bir fərq yoxdur. #jumma #duaet #salavatde #quranoxu
без подписи