tgindex
İslamla yaşa

İslamla yaşa

Статистика

Muradov Murad nəzarət edir. ✨«Məndən bir ayə olsa belə təbliğ edin (çatdırın).» (Buxari) ✨ https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j

Последний пост
14 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
10
Всего постов
25
Тип
открытый
Язык
az
Категория
Религия (по похожим)
В каталоге с
13 авг.
Подписчики
1 918
+6 за 4 дн.
Сутки
+6
+0,31%
Неделя
 
Месяц
 
Просмотров на пост
276
25 постов
Вовлечённость
14,4%
к подписчикам
Постов в день
1,4
всего 25
Упоминаний
2
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
211
1/48двое суток
241
1/72трое суток
260

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • Rəvayət edilir ki, Aişə (radıyallahu anhə) demişdir: “Allah Rəsulu (sallallahu aleyhi və səlləm) bal və (digər) şirniyyat­ları xoş­layardı. Buxari 5431 İmam Nəvəvi (rahiməhullah) demişdir: “Alimlər demişlər ki, burada şirniyyatda məqsəd şirin olan hər bir şeydir.” شرح النووي على مسلم,10/77. İbn Battal (rahiməhullah) demişdir: “Şirniyyat — şirin olan hər bir şeydir.” شرح البخاري لابن بطال 6/70. 💎🌙✨Faydalanmaq üçün bizi izləyin 💎https://t.me/islamlayasha 💎https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j 💎 https://www.instagram.com/islamla.yasha?utm_source=qr 💎https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

  • Dəniz sahillərində günahların olduğu yerlərə getməyin hökmü Elmi araşdırmalar və fətvalar mərkəzinin alimlərindən soruşuldu: “Qadınların istirahət mərkəzlərinə (dəniz kənarına) getməsi necədir? Əri və ya atası onunla birlikdə olduğu halda, onlar dənizə girmirlər, lakin qarşılarında çılpaq kişi və qadınları görürlər. Belə halda kişi dəyyus sayılırmı?” Cavab: “Əgər istirahət yerlərinin vəziyyəti qeyd edildiyi kimidirsə, müsəlmanın oraya getməsi icazəli deyildir. İstər kişi olsun, istər qadın; istər qadınların yanında məhrəmi olsun, istər olmasın; istər dənizə girsinlər, istər girməsinlər. Çünki belə yerlər fitnə məkanlarıdır və orada münkərlər geniş yayılmışdır. Ora gedən insanın Allahın şəriətinə zidd olan şeyləri görməsi böyük ehtimalla baş verir: örtülməsi vacib olan yerlərin açıq olması, qadınların özlərinə məhrəm olmayan kişilərlə qarışması və insanın utanacağı, xəcalət çəkəcəyi digər biabırçı hallar. Bu cür istirahət yerlərinə davamlı getmək insanın qəlbindəki qeyrət hissini öldürür və onu münkər əməlləri törətməyə sövq edir. Belə yerlərdən uzaq durmaq isə salamatlıq, iffətin və ləyaqətin qorunmasıdır.” فتاوى اللجنة الدائمة, 26/296. 💎🌙✨Faydalanmaq üçün bizi izləyin 💎https://t.me/islamlayasha 💎https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j 💎 https://www.instagram.com/islamla.yasha?utm_source=qr 💎https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

  • без подписи

  • Əbu Bəkr (radiyallahu anhu) demişdir: “Allaha and olsun ki, Allah Rəsulunun qohumlarına yaxşılıq edib onlarla əlaqəni qorumaq mənim üçün öz qohumlarıma yaxşılıq edib onlarla əlaqəni qorumaqdan daha sevimlidir. Buxari 4035,4036 💎🌙✨Faydalanmaq üçün bizi izləyin 💎https://t.me/islamlayasha 💎https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j 💎 https://www.instagram.com/islamla.yasha?utm_source=qr 💎https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

  • Niyyətə görə savab Abdullah ibn Sabit (radiyallahu anhu) Bədr döyüşündən az əvvəl xəstələndi və vəfat etdi. Buna görə də Bədr döyüşündə iştirak edə bilmədi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) onun qızının yanına daxil oldu. Qızı ağlayaraq dedi: “Vallahi, biz ümid edirdik ki, onun ölümü Allah yolunda şəhidlik olacaq. Çünki o, (döyüş üçün) hazırlığını tamamlamışdı.” Peyğəmbər (sallallahu aleyhi və səlləm) ona dedi: “Həqiqətən, Uca Allah onun savabını niyyətinin ölçüsünə görə vermişdir.” (Sahihul Cami, 1791) 💎🌙✨Faydalanmaq üçün bizi izləyin 💎https://t.me/islamlayasha 💎https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j 💎 https://www.instagram.com/islamla.yasha?utm_source=qr 💎https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

  • Uca Allah buyurur: İzzət yalnız Allaha, Onun Rəsuluna və möminlərə məxsusdur, lakin münafiqlər (bunu) bilmirlər. (əl-Münafiqun surəsi ayə, 8) İbn Teymiyyə (rahiməhullah) demişdir: “İnsanlar izzəti hökmdarların qapılarında axtarırlar. Halbuki onu yalnız Allaha itaətdə tapa bilərlər.” Həsən əl-Bəsri (rahiməhullah) belə deyərdi: “Onların altında sürətli və gözəl atlar yerisə, qatırlar ayaqlarını şaqqıldatsa belə, günahın zilləti onların boyunlarındadır. Allah isə Ona asi olan kimsəni zəlil etməkdən başqa bir şeyə razı olmaz.” (مجموع الفتاوى, 6/312) Şeyx Əli ət-Tantavi (rahiməhullah) demişdir: “Möminin izzətinin atəşi nə qədər sönük görünsə də, onun közərtisi qalır. İman küləyi ona əsdikdə isə yenidən alovlanır və alovunun şöləsi yüksəlir.” (ذكريات علي الطنطاوي, 1/99) 💎🌙✨Faydalanmaq üçün bizi izləyin 💎https://t.me/islamlayasha 💎https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j 💎 https://www.instagram.com/islamla.yasha?utm_source=qr 💎https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

  • без подписи

  • Ömər ibn Xəttab (radiyallahu anhu) demişdir: “Sənə zərər verən şeylərdən uzaq dur. Sənə saleh dostu tövsiyyə edirəm. Lakin belə bir dostu çox az taparsan. İşlərin barədə Allahdan qorxan insanlarla məsləhətləş.” التمهيد لابن عبد البر 💎🌙✨Faydalanmaq üçün bizi izləyin 💎https://t.me/islamlayasha 💎https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j 💎 https://www.instagram.com/islamla.yasha?utm_source=qr 💎https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

  • İbn Abbas (radiyallahu anhumə) belə rəvayət edir ki, "Peyğəmbər (sallallahu aleyhi və səlləm) bir kişinin əlində qızıldan bir üzük gördü və onu çıxardaraq atdı. Sonra isə belə buyurdu: "Sizlərdən biriniz atəşdən bir köz alıb onu əlində tutur." Peyğəmbər (sallallahu aleyhi və səlləm) getdikdən sonra kişiyə: "Üzüyünü götür onunla faydalan." deyə söylədilər. Kişi belə buyurdu: "Xeyr! Allaha and olsun ki Peyğəmbər (sallallahu aleyhi və səlləm) onu atdıqdan sonra mən onu götürmərəm." (Muslim 2090) 💎🌙✨Faydalanmaq üçün bizi izləyin 💎https://t.me/islamlayasha 💎https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j 💎 https://www.instagram.com/islamla.yasha?utm_source=qr 💎https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

  • Uca Allah buyurur: Qullarıma de ki, (bir-birləri ilə danışdıqda) ən gözəl sözləri söyləsinlər. Çünki şeytan onların arasına ədavət salar. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir. (İsra surəsi ayə, 53) İbn Kəsir (rahiməhullah) demişdir: “Uca Allah Öz Rəsuluna əmr edir ki, mömin qullarına müraciətlərində və söhbətlərində ən gözəl sözləri, xoş kəlmələri söyləməyi əmr etsin. Çünki onlar belə etməsələr, şeytan onların arasına ədavət salar, söhbəti əməllərə çevirər və nəticədə şər, mübahisə və hətta qarşıdurma meydana gələr.” تفسير ابن كثير 5/87 💎🌙✨Faydalanmaq üçün bizi izləyin 💎https://t.me/islamlayasha 💎https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j 💎 https://www.instagram.com/islamla.yasha?utm_source=qr 💎https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

  • https://youtu.be/cbIc2hMOsRU?si=3AXOnImldVOGKUSJ

  • Uca Allah buyurur: "Onlar taxtlar üstündə (əyləşib Allahın nemətlərinə) baxacaqlar." (əl-Mutəffifin surəsi ayə, 23) Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir: “Cənnət əhli Cənnətə daxil olduqda Uca Allah buyurar: Sizə verəcəyim başqa bir şey istəyirsinizmi? Onlar deyərlər: Məgər üzlərimizi ağartmadınmı? Məgər bizi Cənnətə daxil etmədinmi və oddan xilas etmədinmi? Sonra Allah pərdəni qaldırar. Onlara Rəbbinə baxmaqdan daha sevimli bir şey verilməmişdir. Bu, həmin (ayədəki) “artıqdır. Sonra Allah Rəsulu (sallallahu aleyhi və səlləm) bu ayəni oxudu: "Yaxşı iş görənlər üçün ən yaxşısı (Cənnət) və bundan da artığı (Allahı görmək) vardır." (Yunus surəsi ayə, 26) (Muslim 181) 💎🌙✨Faydalanmaq üçün bizi izləyin 💎https://t.me/islamlayasha 💎https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j 💎 https://www.instagram.com/islamla.yasha?utm_source=qr 💎https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

  • Uca Allah buyurur: O, (kafirləri) alçaldacaq, (möminləri) ucaldacaq. (Vaqiə surəsi ayə, 3) İbn Useymin (rahiməhullah) demişdir: “Dünyada nə qədər insan vardır ki, yüksək məqam və nüfuza sahibdir, insanlar yanında hörmətli və uca tutulur. Lakin Qiyamət günü Allahın qullarının ən alçaqlarından biri olacaq.” تفسير الواقعة 368 💎🌙✨Faydalanmaq üçün bizi izləyin 💎https://t.me/islamlayasha 💎https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j 💎 https://www.instagram.com/islamla.yasha?utm_source=qr 💎https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

  • Uca Allah buyurur: "Ey iman gətirənlər! Nicat tapasınız deyənə hamınız Allaha tövbə edin.” (Nur surəsi, ayə 31) İbn Cüzey (rahiməhullah) demişdir: “Tövbəyə sövq edən səbəblər yeddidir: Cəzadan qorxmaq; Savaba ümid etmək; Hesabdan utanmaq; Həbibi (Allahı) sevmək; Yaxın olan Raqibin (Allahın) nəzarətini göz önündə saxlamaq; Allahın məqamını və əzəmətini uca tutmaq; Allahın verdiyi nemətlərə şükür etmək.” تفسير ابن جزي- التسهيل لعلوم التنزيل 68/2 💎🌙✨Faydalanmaq üçün bizi izləyin 💎https://t.me/islamlayasha 💎https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j 💎 https://www.instagram.com/islamla.yasha?utm_source=qr 💎https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

  • 9 авг.340152

    İbn Rəcəb (rahiməhullah) demişdir: Uca Allah buyurur: “Kim tövbə etməzsə, məhz onlar zalımlardır.” (Hucurat surəsi ayə, 11) “Gənclik çağında tövbəni təxirə salmaq çirkinlikdir. Qocalıq çağında isə daha da çirkin və daha da pisdir. Allahım, bizə doğru yolu ilham et. لطائف المعارف 344 💎🌙✨Faydalanmaq üçün bizi izləyin 💎https://t.me/islamlayasha 💎https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j 💎 https://www.instagram.com/islamla.yasha?utm_source=qr 💎https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

  • 8 авг.342191

    Ömər ibn əl-Xəttab (radiyallahu anhu) demişdir: “Ehtiyacının yerinə yetirilməsində yalnız onun sənin üçün uğurla nəticələnməsini istəyən şəxsdən kömək istə. Yalnız Allahdan qorxanlarla məsləhətləş. Günahkarla yoldaşlıq etmə ki, onun günahkarlığından öyrənəsən. Qəbirlərin yanında isə təvazökarlıq və xüşu içində ol." Əbu Davud, əz-Zuhd, (89) Beyhəqi, Şuəbul-İman, (7992) 💎🌙✨Faydalanmaq üçün bizi izləyin 💎https://t.me/islamlayasha 💎https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j 💎 https://www.instagram.com/islamla.yasha?utm_source=qr 💎https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

  • Mama-ginekoloqun doğuş şöbəsində qan dəymiş paltarının hökmü Elmi araşdırmalar və fətvalar mərkəzinin alimlərinə belə sual verilmişdir: Həkimin və ya qadın həkimin paltarına doğuş suyu və ya qan bulaşarsa, həmin paltarla namaz qılması icazəlidirmi? İş şəraitinə görə hər namaz vaxtında paltarı dəyişdirmək çətin olduğu halda hökm necədir? Mərkəz belə cavab vermişdir: “Həmd yalnız Allaha məxsusdur. Allahın Elçisinə, onun ailəsinə və səhabələrinə salavat və salam olsun. Bundan sonra: O, yanında təmiz paltar hazırlamalıdır ki, nəcis olan paltarın əvəzinə həmin paltarda namaz qılsın. Bunu etməkdə heç bir məşəqqət (çətinlik) yoxdur.” فتاوىاللجنةالدائمة, № 8863, 5/384. 💎🌙✨Faydalanmaq üçün bizi izləyin 💎https://t.me/islamlayasha 💎https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j 💎 https://www.instagram.com/islamla.yasha?utm_source=qr 💎https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

  • 7 авг.329161

    Sufyan ibn Uyeynə (rahiməhullah) demişdir: "Uca Allahın bəndələrinə bəxş etdiyi nemətlər içərisində, onlara 'Lə iləhə illəllah' kəlməsini tanıtmasından daha üstün bir nemət yoxdur. Həqiqətən, 'Lə iləhə illəllah' axirətdə onlar üçün, suyun dünyada insanlar üçün olduğu kimidir." شكر لابن أبي الدنيا ص 34. 💎🌙✨Faydalanmaq üçün bizi izləyin 💎https://t.me/islamlayasha 💎https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j 💎 https://www.instagram.com/islamla.yasha?utm_source=qr 💎https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

  • 7 авг.367151

    Bir şey eşidib (onu başa düşmə­yən), sonra da öyrən­mək məq­sədilə təkrar sual verən kimsə Aişə (radıyallahu anhə) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm): “Kim haqq-hesaba çəkilərsə, əzaba dü­çar olar”– deyə buyurdu. Mən dedim: “Məgər Uca Allah: “Onunla yüngül haqq-he­sab çəkiləcək” (əl-İnşiqaq” surəsi, ayə 8) – deyə buyurmayırmı?” Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Sən dediyin ərz et­məkdir. (Əməlləri) müzakirə olunacaq kimsə isə həlak olacaq.” (Buxari 103) Qeyd: Ərz - yəni hər kəsin etdiyi əməllər özünə ərz olunacaqdır. 💎🌙✨Faydalanmaq üçün bizi izləyin 💎https://t.me/islamlayasha 💎https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j 💎 https://www.instagram.com/islamla.yasha?utm_source=qr 💎https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

  • 7 авг.393161

    "Fatimə (radiyallahu anhə) cümə günü olanda bir xidmətçisini günəşə baxmağa göndərərdi. Xidmətçisi ona günəşin batmağa yaxınlaşdığını xəbər verdikdə, o da günəş tam batana qədər dua etməyə başlayardı." فتح الباري لابن حجر (2/421) 💎🌙✨Faydalanmaq üçün bizi izləyin 💎https://t.me/islamlayasha 💎https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j 💎 https://www.instagram.com/islamla.yasha?utm_source=qr 💎https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24