- Последний пост
- 2 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 21
- Тип
- открытый
- Язык
- und
- Категория
- Религия (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 115
- 1/48двое суток
- 131
- 1/72трое суток
- 142
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
Sahib Əsədovun yazdığı və tərcümə etdiyi kitabları buraya daxil olmaqla oxuya bilərsiniz! Oxumaq istədiyiniz kitabın üzlük hissəsinə toxunmaqla onun elektron (pdf) versiyasını açmaq mümkündür.
🗓️ AŞURA ORUCU TUTAN KƏS BU 4️⃣ ŞEYİ ETMİŞ OLUR: 1️⃣. Orucun savabını qazanmış olur. Qüdsi Hədisdə Uca Allah buyurur: "Adəm oğlunun hər bir əməli onun özü üçündür yalnız orucdan başqa, o Mənim üçündür və onun mükafatını Mən verəcəyəm." (Buxari, 2/226) 2️⃣. Bu orucla biz Allah Rəsulu Musanın (aleyhissələm) Firon üzərində qələbə çalmasına görə Allaha şükr əlaməti olaraq oruc tuturuq. 3️⃣. Muhəmməd Peyğəmbərin salləllahu aleyhi va səlləm'in sünnəsinə tabe olmuş oluruq. 4️⃣. Bir il keçmiş kiçik günahların bağışlanmasına səbəbdir. "Aşura gününün orucu barəsində isə Allahdan umuram ki, o keçən bir ilin günahlarına kəffarədir." (Muslim, 1162) 🔖❤️Təsəvvür et, keçən il Məhərrəm ayının 11'dən bu il Məhərrəm ayının 9'a kimi etdiyimiz kiçik günahların kəffarəsi....🌸 🎧(Şeyx Suleyman ər-Ruheyli'dən mənaca və ixtisarla nəql olundu. Peyğəmbər məscidində dərsindən əvvəl zikr etdiyi faydadan alıntı, tarix: 18.09.18) 🍃www.senxatirlat.com
Əssələmu aleykum və rahmətullahi və bərakətuh. 24 İyun məhərrəm ayının 9 günüdür (təəsua). 25 İyun isə məhərrəm ayının 10 günüdür (aşura). Bu günlərdə oruc tutmaq sünnədir!
Son gündə baş verən hadisə, məşhur hüquq adamının övladının vəfat etməsində cəmiyyətə çox mühüm mesajlar var. Mən onun tənqidi və ya səhvləri haqqında yazmaq istəmirəm. Əksinə, onun bu hadisədən çıxardığı bir böyük dərs üzərində bir az dayanmaq istəyirəm; fikir versəniz, adam ilk gündən status yazdı ki, övladlarınıza fikir verin, qayğı göstərin və başqa sözlər də yazdı. O bir valideyn olaraq başa düşdü ki, əslində övlada mütləq azadlıq vermək doğru deyil və əslində qoruyucu nəzarət, bəzən ciddi tərbiyə metodları əsl sevgi imiş. Biz də deyirik ki "övlad nə istəyir etsin və onun azad hərəkətlərinə mane olmaq doğru deyil" düşüncəsi kapitalistlərin, liberalların və s. övladlarımızı bizim tərbiyəmizdən qoparıb özlərinin saxta tərbiyəsini vermək və İblisin sevdiyi gəncləri yetişdirmək üçün bir oyundur. Sonda valideynləri dinləməyən, ərkəsöyün gənclər yetişdikdə artıq onların qarşısında durmaq hardasa mümkün olmur. Təəssüf ki, yeni dünya düzəni belə gənclər yetişdirir və dəyərləri aşağılamağı mütərəqqilik, mühafizəkarlığı isə geriçilik kimi göstərir. Bu valideynin ağrısı əslində böyük bir mesajdır. Müasir düzənin dəyərlərinin nə qədər uçurumlu olduğunu bu valideyn yaşadı, övladlara vaxtında düzgün tərbiyə verməyin gərəkdiyi mesajını iç yanğısı ilə verdi. Ölkəmizdə neçə gənclərin faciəsi "mütləq azadlıq", tərbiyədə valideyn müdaxiləsinin olmaması, nəzarətli tərbiyə prossesinə, mühafizəkarlığa geriçilik kimi baxmaqdan irəli gəlir. Zaman-zaman bu və buna bənzər faciələr xalqa mühüm bir mesaj ötürsə də, bu mesajı görməyib başqa məqamlara daha çox köklənə bilirik. Halbuki əsas alacağımız dərs bu məsələdir! Neçə-neçə dahi şəxsiyyətlər bu gün valideynlərinin vaxtında etdiyi bir qulaqburmasına, tərbiyədə qətiyyətinə və mühafizəkarlığına görə indi də təşəkkürlərini bildirir, minnətdarlıq hissi keçirirlər. Avropadan gələn azadlıq şüarlarını ciddi şəkildə sorğulamalıyıq, bizə yad dəyərlər bəzən bizim məhvimizə xidmət edir, amma təəssüf ki, axına düşüb gedirik! Başımız daşdan-daşa dəyəndə ayılırıq! Allah xalqımızı hidayət etsin! 📝 Yazdı: Sahib Əsədov t.me/selefinexlaqi
Peyğəmbər ﷺ demişdir: Zulhiccənin hilalını gördünüzsə, və sizdən biriniz qurban kəsmək istəyirsə, saçından və dırnaqlarından götürməsin. Muslim 1977. Əbu Davud 2791. Tirmizi 1523. Nəsai 4363 • MUVATTA • ♻️ Paylaşaraq xeyrin yayılmasına səbəb olun! 🚩Telegram kanalımız: https://t.me/muvatta 🚩Facebook səhifəmiz: https://www.facebook.com/Muvatta/ 🚩İnstagram səhifəmiz: https://www.instagram.com/muvatta/
без подписи
əssələmu aleykum və rahmətullahi və bərakətuhu əziz müsəlmanlar TəqabbəlAllahu minnəə va minkum salihə-l-ə'məəl Allah bizdən və sizdən saleh əməllərimizi qəbul etsin. Ramazan Bayramınız mübarək !
Ramazan bayramının ədəbləri: Öyrənin, övladlarınıza öyrədin! 1. Qüsl almaq. Bayram namazına getməmişdən əvvəl müsəlman qüsl almalıdır. AbduLLah ibn Ömər (Allah ondan da, atasından da razı olsun) Fitrə (Ramazan) Bayramı üçün namaza getməmişdən əvvəl qüsl alardı. İmam Malik, Muvatta. Ən-Nəvəvi (Allah ona rəhmət etsin) bayram günü qüsl almağın müstəhəb (bəyənilən) əməl olduğunu qeyd etmişdir. 2. Evdən çıxmazdan əvvəl nəsə yemək. Ənəs ibn Malik (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Rəsulu (səllallahu aleyhi və səlləm) Fitrə Namazına getməzdən əvvəl tək sayda xurma yeyərək evdən çıxardı. Buxari. İbn Həcər (Allah ona rəhmət etsin) hədisin şərhində bildirmişdir ki, bu, müstəhəb bir əməldir, səbəbi isə Bayram Gününün artıq oruc tutulmayacağını təkidlə qəsd etməkdir. (Fəth ül-Bari) Həmçinin bu sünnə xüsusiyyət Fitrə (Ramazan) bayramını Qurban bayramından fərqləndirir. Belə ki, qurban kəsən şəxs bu ibadəti yerinə yetirənədək heç nə yeməməlidirsə, Ramazan bayramında bunun əksini etmək gərəkdir. 3. Bayram günü təkbir demək. Bu həmin günün ən böyük sünnələrindən biridir. AbduLLah ibn Ömər (Allah ondan razı olsun) namaz qılınan yerə çatanadək təkbir deyər və daha sonra imam gələnədək buna davam edərdi. Daraktuni Təkbir Bayram Namazından əvvəlki gün Məğrib namazı girdikdən sonra deyilməyə başlayır. İbn Məsuddan (Allah ondan razı olsun) səhih olaraq, rəvayət edilməsinə əsasən təkbir bu formada deyilə bilər:”Allahu Əkbər, Allahu Əkbər, Lə iləhə illAllah. Va Allahu Əkbər, Allahu Əkbər va liLLahil-həmd”. İbn Əbi Şeybə, Müsənnaf. 4. Bayram münasibətilə təbrik etmək. Namazdan sonra müsəlmanların bir-birini ən gözəl sözlərlə təbrik etməsi də sünnədir. Cübeyr ibn Nufeyr bildirir ki, Allah Rəsulunun (səllallahu aleyhi və səlləm) vaxtında insanlar Bayram Günü bir-birilə görüşərkən “təqəbbəlAllahu minnaa və minkə” (“Allah sizdən də bizdən də qəbul etsin”) deyərdilər. İbn Həcər “Fəth ülBari”. 5. Bayram günü gözəl geyinmək. Cabir (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Rəsulu (səllallahu aleyhi və səlləm) Bayram və Cümə günlərində cübbəsini geyərdi. Səhih ibn Xuzeymə AbduLLah ibn Ömər (Allah ondan da, atasından da razı olsun) Bayram günlərində özünün ən gözəl paltarını geyərdi. Beyhəqi Qadınlara gəldikdə isə onlara məhrəm olmayan yad kişilərin yanında bəzəkli hicablarla gəzməkdən maksimal dərəcədə çəkinməlidirlər. 6. Namazdan geri qayıdarkən başqa yolla gəlmək. Cabir ibn AbduLLah (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Rəsulu (səllallahu aleyhi və səlləm) Bayram namazından geri qayıdarkən başqa yolla gələrdi. Buxari Bu sünnədəki hikmət, müsəlmanların daha çox bir-birləri ilə qarşılaşıb bayramlaşmaları, həmçinin insanların İslamın əlamətlərini, müsəlmanları hər təfərdə görərək bu günün Bayram olduğunu unutmamaları üçündür. Ummu Abdul-Aziz _____________________ *MUVATTA* ♻️ Paylaşaraq xeyrin yayılmasına səbəb olun! 🚩Telegram kanalımız: https://t.me/muvatta 🚩Facebook səhifəmiz: https://www.facebook.com/Muvatta/ 🚩İnstagram səhifəmiz: https://www.instagram.com/muvatta/
без подписи
без подписи
без подписи
без подписи
без подписи
без подписи
без подписи
без подписи
без подписи
без подписи
без подписи
без подписи