Favaidulquran
СтатистикаBu Quran Allahdandır, başqası tərəfindən uydurulmamışdır. Yunus 37
- Последний пост
- 14 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 4
- Всего постов
- 24
- Тип
- открытый
- Язык
- az
- Категория
- Религия (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 39
- 1/48двое суток
- 44
- 1/72трое суток
- 48
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
یَسۡتَخۡفُونَ مِنَ ٱلنَّاسِ وَلَا یَسۡتَخۡفُونَ مِنَ ٱللَّهِ... https://t.me/favaidulquran
без подписи
📚 “Elm tələbəsinin mətnləri” ilə yanaşı faydalana biləcəyiniz çoxsaylı kitabların yer aldığı tətbiq: (Android üçün) https://play.google.com/store/apps/details?id=mutoon.talib.alilm.pdf Allah ﷻ hər birimiz üçün faydalı etsin!🌸
🌟🌟🌟 Yalnız qadınlar! 🌟 🌟İslam elmlərinin əsasını təşkil edən “Elm tələbəsinin mətinləri”nin sistemli əzbəri: Özünüzə uyğun olan saatı seçərək qrupda iştirak edə bilərsiniz. (Əzbər miqdarı: istəyə uyğun - min. bir hədis)🌟
🫥Sirac Academy-də Mutun Əzbəri Kursuna Qəbul Başladı "Kim elm yoluna qədəm qoyarsa, Allah onun Cənnətə gedən yolunu asanlaşdırar." 🕌 🔔Sirac Academy sizi İslam elmlərinin əsasını təşkil edən mutunların sistemli əzbəri proqramına dəvət edir. Elm əzbərlə başlayır, əzbər isə möhkəm təməllə. https://t.me/kitabxanasirac/313?single 📌Kursun üstünlükləri: • Seçilmiş mutunların mərhələli əzbərlənməsi; • Düzgün qiraət və səhvlərin düzəldilməsi; • Gündəlik təkrar və dinləmə sistemi; • Davamlı nəzarət və motivasiya; • Möhkəm elmi təməl formalaşdıran proqram. ◾️ Kurs qadınlar üçün nəzərdə tutulmuşdur. ◾️ Dərslər onlayn formatda keçirilir. ▪️ Yerlər məhduddur. ◾️ Qeydiyyat və ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın.🔔 @SamaShiriii 🐦Sirac Academy — Elm yolunuza çıraq olsun!
İnsanlar evlilikdən danışmağa başlayanda onların ağlına ilk gələn şey pul olur.İmam Əhmədin isə ilk danışdığı məsələ dinin qorunması idi. Bu gün fitnə insanı hər tərəfdən əhatə edir: küçədə,telefonda,sosial şəbəkələrdə,reklamlarda. Ehtiyatsız bir baxış günaha səbəb ola bilər,sonra isə ardınca başqa günahlar gətirə bilər.Məhz buna görə İmam Əhməd belə demişdi: «Belə bir zamanda kişinin evlənməsi münasibdir.» Nə qədər insan illərlə evliliyi təxirə salır, o “ideal zamanı” gözləyir. Lakin o zaman heç cür gəlib çatmır.Bu müddət ərzində isə bəzi kişilər iffətlərini itirir,masturbasiyaya və iyrənc məzmunlara baxmağa qurşanır,haram baxışlara və münasibətlərə alışır,qəlbləri məhv edən şeylərə düşürlər. Elə isə hər kəs özünə bu sualı versin: Məni evlilikdən saxlayan nədir — maddi imkanın olmaması,yoxsa Allaha olan təvəkkülümün zəifliyi?
İbn Teymiyyə (Allah ona rəhmət eləsin) dedi: “Əgər bir insan məhəbbətə düşərsə, iffətini qoruyub səbir edərsə, Allah qorxusuna görə ona savab verilər.” (Məcmu əl-Fətava, 10/133) https://t.me/favaidulquran
🌷İbn Abdur-Rahmən rəvayət edir ki; “Mən Quranın erabını (qrammatik təhlilini) qırx və ya qırx beş ilə öyrəndim.” “Tarix əl-Kəbir”, 3/82 🌷Həmədan ibn Hani demişdir: “Mən qrammatikadan başa düşmədiyim bir fəsli başa düşmək üçün səkkiz min dirhəm xərclədim.” ✅ T.me/medine_erebdili
Şeyx Abdurrazzəq Əl Bədr (Allah onu qorusun) Bir dəfə elm əhlinin birindən bu sözü eşitdim :" Sanki şeyx günümüzün İbn Qeyyimidir..." Həqiqətən də belədir, Allah Subhənəhu və Təalə onun danışığına elə bir bərəkət verib ki, kim onun dərsini dinləyirsə təsirlənir. Qardaşlardan birisi deyir ki :"Mən nə vaxt özümdə hər hansı bir məsələdə zəiflik hiss etsəm şeyxin bu barədə olan dərslərini izləyirəm və Allahın izni ilə zəifliyi aradan qaldırıram..."
👆 Dərs deyən şeyxlər: 1. Şeyx Doktor Emin Hacıyev 2. Şeyx Doktor Fərman İsayev ( doktorantura risaləsini bitirib. Hal hazırda müdafiəni gözləyir) 3. Şeyx Doktor Sahib Əsədov (Doktorantura mərhələsindədir) 4. Şeyx Doktor Fərhad Adayev (Doktorantura mərhələsindədir) ♦️ Əziz həmvətənlərim! Dini elmlərə sahiblənmək bir içim su qədər bizə yaxındır. Çalışın bu fürsəti əldən verməyin.
📚 MƏDİNƏ TƏDRİS AKADEMİYASI TƏLƏBƏ QƏBULU ELAN EDİR Fərman İsayevin nəzarəti altında Mədinə Tədris Akademiyası ərəb dilinin ibtidai mərhələsini bitirmiş və İslam elmlərini sistemli şəkildə öyrənmək istəyən ciddi tələbələrin qəbulunu elan edir. Tədris proqramı 📖 Qurani-Kərim və onun elmləri 📚 Hədis və onun elmləri 🕌 Əqidə və onun elmləri ⚖️ Fiqh və onun elmləri 📝 Ərəb dili (lüğət) və onun elmləri Təhsil haqqında - Təhsil forması: Onlayn - Təhsil müddəti: 2 il (4 semestr) - Təhsil haqqı: Ödənişsiz - Dərslər: Həftədə 4 gün, hər dərs fəndən asılı olaraq 3–4 saat davam edəcək. Qəbul şərtləri - Ərəb dilinin ibtidai mərhələsini bitirmiş olmaq. - Elm öyrənməyə ciddi yanaşmaq. - Dərslərdə müntəzəm və məsuliyyətli iştirak etmək. Tələb olunan sənədlər - Tanınmış elm tələbələri və ya dəvətçilər tərəfindən verilmiş 2 ədəd xasiyyətnamə (tövsiyə məktubu). 📝 Qeydiyyat üçün https://forms.gle/ZMNfpm8cVRE2zYsa8 Qeyd: Sənədlərin təqdim edilməsi akademiyaya qəbul olunmaq demək deyil. Sənədlər nəzərdən keçirildikdən sonra qəbul prosesi şifahi müsahibə yolu ilə tamamlanacaq.
عشر قواعد في الاستقامة .pdf
عشر قواعد في الاستقامة .pdf
Əs Sələmu Aleykum əziz dəyərli kanalımızın izləyicilər! Son zamanlar kanalda müəyyən üzürlü və bəzən də üzürsüz səbəblərdən dolayı video və yaxud tərcümələr və s ata bilmirəm. Allah hər birimizi xeyirlərə müvəffəq eləsin. Allahın izni ilə yenidən aktivliyi qaldırmaq üçün çalışacağıq. بارك الله فيكم
Yazdı : ✍️ Mədinə İslam Universitetinin doktorantura tələbəsi Sahib Əsədov
https://youtu.be/KUdh_EDq06E?si=9kfijAQj8Axls8Iq Ey qardaşı üçün islah istəyən! Bax sələfilər qardaşlarına belə nəsihət ediblər. Günaha mübtəla olmuş qardaşına yazığın gəlsin! Onlar zatən günaha düşməklə yıxılıblar, sənin üzərinə düşən qardaşının əlindən tutub onu qaldırmaqdır. Allah Rəsulunun və onun səhabələrinin etdiyi kimi... Bu qissədə içkiyə mübtəla olan kəsə Ömər ibn Xəttabın (Allah ondan razı olsun) nəsihətini Şeyx Abdurrazzəq əl-Bədr (Allah onu qorusun) ağlayaraq dərsdə zikr edir. Mütləq şəkildə bu videoya baxın. (ərəb dili bilməyənlər süni intellekt ilə rahatlıqla baxa bilər)
📌 Elmi Allah üçün öyrənməməyin və elmə əməl etməməyin təhlükəsi Abdullah dedi: Vəhb ibn Münebbihdən eşitdim, deyirdi: Uca Allah Bəni-İsrailin alimlərini qınadığı (vəhy etdiyi) zaman belə buyurdu: "Siz dini başqaları üçün öyrənir, lakin özünüz üçün öyrənmirsiniz; əməli başqaları üçün öyrənir, lakin özünüz üçün əməl etmirsiniz; dünyanı axirət əməli ilə satırsınız (dünya mənfəəti üçün dindən istifadə edirsiniz); qoyun dərisi geyinirsiniz (zühd və təqva maskası taxırsınız), lakin içinizdə canavarlar kimidirsiniz; içkinizdən (və ya yeməyinizdən) çöpü (tükü) təmizləyirsiniz, lakin haramdan dağlar boyda günahları udursunuz; insanlara dini dağlar boyda ağır yükləyirsiniz (amma özünüz əməl etmirsiniz); namazı uzadırsınız, paltarlarınızı ağardırsınız (zahiri təmizliyə və görünüşə çox əhəmiyyət verirsiniz), lakin yetim və dul qadınların malını yeyirsiniz. İzzətimə and olsun ki, sizə elə bir fitnə göndərəcəyəm ki, o fitnə içində ağıl sahiblərinin də ağılı çaşacaq və hikmət sahibləri də səhvə yol verəcəklər." 1) Bunu Abdullah ibn əl-Mübarək özünün "əz-Zuhd və ər-Rəqa'iq" (1/405) kitabında rəvayət etmişdir. Həmçinin Əbu Davud da özünün "Kitab əz-Zuhd" (20) əsərində onun yolu ilə (həmin isnadla) rəvayət etmişdir. https://t.me/favaidulquran
Çoxdandır bir məsələyə diqqət çəkmək istəyirəm. Bu mövzuya emosiyalarla deyil, elmi baxışla yanaşsaq, doğru ilə yanlışı ayırd etmək çətin olmayacaq. Bəzən Afrika, Somali və oxşar ölkələrdə Quran tələbələrinin ayələri taxta lövhələr üzərinə yazıb sonra sildiklərini göstərərək belə deyirlər: "Onların Quranı yoxdur, gəlin mushaf hədiyyə edək." Bu cür təqdimatlar insanların duyğularına təsir etsə də, həmişə həqiqəti əks etdirmir. Əslində onlar bunu mushaf tapa bilmədikləri üçün deyil, daha çox tarixi təlim üsulunu davam etdirmək məqsədilə edirlər. Səhabələrin kağızın geniş yayılmadığı dövrdə taxta, sümük, dəri və digər vasitələrdən istifadə etməsini nümunə götürür, həmçinin yazaraq əzbərləməyin hafizəni gücləndirdiyinə inanırlar. Digər tərəfdən, Türkiyənin Diyanət Vəqfi və bir çox xeyriyyəçilər həmin bölgələrə kifayət qədər mushaf göndəriblər. Bu səbəbdən məsələni yalnız "Quranları yoxdur" kimi təqdim etmək düzgün deyil. Niyyətlər isə ən doğrusunu bilən Allahdır. Lakin burada diqqət çəkilməsi vacib olan başqa bir məqam da var. Bu üsulla yetişən tələbələrin bir qismi Türkiyə və ya Səudiyyə nəşri olan mushafları rahatlıqla oxuya bilmir. Çünki onlar ayələri tam mushaf sistemi ilə deyil, yalnız əzbərləyəcəkləri hissə qədər yazırlar. Nəticədə Rəsmül-Mushaf, dabt, əddül-ay, vəqf və ibtidə kimi Quran elmləri ilə kifayət qədər tanış olmurlar. İslam elmləri əsrlər boyu böyük inkişaf yolu keçib. Bu gün məqsəd keçmişdə istifadə olunan vasitələri təkrarlamaq deyil, onların qoyduğu elmi mirası daha da inkişaf etdirmək olmalıdır. Keçmişə hörmət etmək ayrıdır, elmi inkişafı dayandırmaq isə tamam başqa məsələdir. Nəticə: Tədris üsullarını romantikləşdirmək əvəzinə onların elmi nəticələrini qiymətləndirməliyik. Quranın hifzi ilə yanaşı, onun rəsmi, yazısı, qiraəti və digər elmləri də birlikdə öyrədildikdə daha sağlam və daha kamil bir təhsil ortaya çıxar. -Yunus Alihuseynli
Allahın yardımı necə gələcək_ _ Nəsr surəsindən faydalar _ Süleyman Süle... https://youtube.com/watch?v=f6x-mIjmaPg&si=CSPpEE8qH_59N0hL
Siqaret çəkməyin hökmü barədə fətva