MU'MİNUN🖋️
СтатистикаMu'minun surəsi, 1: ❞ قَدْ أَفْلَحَ ٱلْمُؤْمِنُونَ ❝ Möminlər, həqiqətən də, nicat tapmışlar; ❤️🩹
- Последний пост
- 14 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 6
- Всего постов
- 26
- Тип
- открытый
- Язык
- az
- Категория
- Религия (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 90
- 1/48двое суток
- 103
- 1/72трое суток
- 111
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
видео или голосовое, без подписи
📚 “Elm tələbəsinin mətnləri” ilə yanaşı faydalana biləcəyiniz çoxsaylı kitabların yer aldığı tətbiq: (Android üçün) https://play.google.com/store/apps/details?id=mutoon.talib.alilm.pdf Allah ﷻ hər birimiz üçün faydalı etsin!🌸
🫥Sirac Academy-də Mutun Əzbəri Kursuna Qəbul Başladı "Kim elm yoluna qədəm qoyarsa, Allah onun Cənnətə gedən yolunu asanlaşdırar." 🕌 🔔Sirac Academy sizi İslam elmlərinin əsasını təşkil edən mutunların sistemli əzbəri proqramına dəvət edir. Elm əzbərlə başlayır…
🫥Sirac Academy-də Mutun Əzbəri Kursuna Qəbul Başladı "Kim elm yoluna qədəm qoyarsa, Allah onun Cənnətə gedən yolunu asanlaşdırar." 🕌 🔔Sirac Academy sizi İslam elmlərinin əsasını təşkil edən mutunların sistemli əzbəri proqramına dəvət edir. Elm əzbərlə başlayır, əzbər isə möhkəm təməllə. https://t.me/kitabxanasirac/313?single 📌Kursun üstünlükləri: • Seçilmiş mutunların mərhələli əzbərlənməsi; • Düzgün qiraət və səhvlərin düzəldilməsi; • Gündəlik təkrar və dinləmə sistemi; • Davamlı nəzarət və motivasiya; • Möhkəm elmi təməl formalaşdıran proqram. ◾️ Kurs qadınlar üçün nəzərdə tutulmuşdur. ◾️ Dərslər onlayn formatda keçirilir. ▪️ Yerlər məhduddur. ◾️ Qeydiyyat və ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın.🔔 @SamaShiriii 🐦Sirac Academy — Elm yolunuza çıraq olsun!
Şeyx Süleyman ər-Ruheyli: “Sən günahı tərk etməyə qadirsən, Allaha and olsun! Günah nə qədər bəzəkli olsa da, və günaha nə qədər alışmış olsan da, sən buna qadirsən. Səninlə günahı tərk etmək arasında səmimi bir əzmdən başqa heç nə yoxdur.”🫀
PEYĞƏMBƏRİN 🔘 BU NƏSİHƏTLƏRİNİ HƏR BİR MÖMİN DƏFƏLƏRLƏ OXUMALIDIR Qurani-Kərimi oxumağın,Uca Allahı çox zikr etməyin,xeyir istisna olmaqla susmağın,həmçinin yoxsulları sevməyin və onların yanında olmağın fəziləti haqqında. 💬İmam Əbu əl-Qasim ət-Təbərani ◽️ rəvayət etmişdir: Əhməd ibn Ənəs ibn Məlik əd-Diməşqi bizə İbrahim ibn Hişəm ibn Yəhyə əl-Qəssanidən,o da atasından,o da babasından,o da Əbu İdris əl-Xəvlənidən,o da möhtərəm səhabə Əbu Zərrdən ◽️ rəvayət etdi ki,belə demişdir: Mən dedim: «Ey Allahın Elçisi,mənə nəsihət et!» O buyurdu: «Sənə Allahdan qorxmağı (təqvanı) vəsiyyət edirəm.Həqiqətən,bu,bütün əməllərinin əsasıdır.» Dedim: «Ey Allahın Elçisi,mənə biraz da artır!» Buyurdu: «Daim Quranı oxu və Allahı zikr et.Həqiqətən,bu,sənin üçün göylərdə və yerdə nur olacaq.» Dedim: «Ey Allahın Elçisi,daha da artır!» Buyurdu: «Allah yolunda səy göstərməkdə davam et.Həqiqətən,bu,mənim ümmətimin rahibliyidir.» Dedim: «Ey Allahın Elçisi,daha da artır!» Buyurdu: «Çox gülməkdən çəkin.Həqiqətən,çox gülmək qəlbi öldürür və üzü nurdan məhrum edir.» Dedim: «Ey Allahın Elçisi,daha da artır!» Buyurdu: «Xeyir istisna olmaqla dilini susdur.Həqiqətən,bu,şeytanı səndən uzaqlaşdırar və dinin işlərində sənə kömək edər.» Dedim: «Ey Allahın Elçisi,daha da artır!» Buyurdu: «Səndən aşağı vəziyyətdə olana bax,səndən üstün olana baxma.Bu,Allahın sənə bəxş etdiyi nemətləri kiçik görməməyin üçün daha münasibdir.» Dedim: «Ey Allahın Elçisi,daha da artır!» Buyurdu: «Yoxsulları sev və onların yanında ol.» Dedim: «Ey Allahın Elçisi,daha da artır!» Buyurdu: «Həqiqəti söylə,hətta acı olsa belə.» Dedim: «Ey Allahın Elçisi,daha da artır!» Buyurdu: «Qohumluq əlaqələrini qoru,hətta qohumların səninlə əlaqəni kəssələr belə.» Dedim: «Ey Allahın Elçisi,daha da artır!» Buyurdu: «Allah yolunda heç bir məzəmmət edənin məzəmmətindən qorxma.» Dedim: «Ey Allahın Elçisi,daha da artır!» Buyurdu: «Özün üçün istədiyin şeyi insanlar üçün də istə.» Sonra o 🔘 əli ilə mənim sinəmə vurub buyurdu: «Ey Əbu Zərr! Ehtiyatlı olmaq kimi ağıl yoxdur; haram və şübhəli şeylərdən çəkinmək kimi təqva yoxdur; gözəl əxlaq kimi də heç bir şərəf yoxdur.» 🆗 [كتاب مكارم الأخلاق للطبراني ، ٣١٢]
Lütfü və Mərhəməti geniş olan Rəbbimizə həmd olsun!🩵
“Kim bir möminin dünya sıxıntılarından bir sıxıntısını aradan qaldırarsa, Allah da onun Qiyamət günü sıxıntılarından bir sıxıntısını aradan qaldırar.” 🌟 رواه مسلم: ٢٦٩٩
📚 MƏDİNƏ TƏDRİS AKADEMİYASI TƏLƏBƏ QƏBULU ELAN EDİR Fərman İsayevin nəzarəti altında Mədinə Tədris Akademiyası ərəb dilinin ibtidai mərhələsini bitirmiş və İslam elmlərini sistemli şəkildə öyrənmək istəyən ciddi tələbələrin qəbulunu elan edir. Tədris proqramı 📖 Qurani-Kərim və onun elmləri 📚 Hədis və onun elmləri 🕌 Əqidə və onun elmləri ⚖️ Fiqh və onun elmləri 📝 Ərəb dili (lüğət) və onun elmləri Təhsil haqqında - Təhsil forması: Onlayn - Təhsil müddəti: 2 il (4 semestr) - Təhsil haqqı: Ödənişsiz - Dərslər: Həftədə 4 gün, hər dərs fəndən asılı olaraq 3–4 saat davam edəcək. Qəbul şərtləri - Ərəb dilinin ibtidai mərhələsini bitirmiş olmaq. - Elm öyrənməyə ciddi yanaşmaq. - Dərslərdə müntəzəm və məsuliyyətli iştirak etmək. Tələb olunan sənədlər - Tanınmış elm tələbələri və ya dəvətçilər tərəfindən verilmiş 2 ədəd xasiyyətnamə (tövsiyə məktubu). 📝 Qeydiyyat üçün https://forms.gle/ZMNfpm8cVRE2zYsa8 Qeyd: Sənədlərin təqdim edilməsi akademiyaya qəbul olunmaq demək deyil. Sənədlər nəzərdən keçirildikdən sonra qəbul prosesi şifahi müsahibə yolu ilə tamamlanacaq.
Allah Subhənəhu və Təalə hər birimizi faydalı elmlə ruziləndirsin! 📚🌸
Şeyx Saleh əl-Fovzan (həfizahullah) buyurur: ▫️ Əgər balaca uşaq asqırarsa, ona “yərhəmukallah” deyilmir. Onun üçün bərəkət istənilir. Belə deyilir: Bərakallahu fik. Çünki, Peyğəmbərin ﷺ yanında uşaq asqırır, o belə deyir: “Bərakallahu fik” (Allah sənə bərəkət…
Şeyx Saleh əl-Fovzan (həfizahullah) buyurur: ▫️ Əgər balaca uşaq asqırarsa, ona “yərhəmukallah” deyilmir. Onun üçün bərəkət istənilir. Belə deyilir: Bərakallahu fik. Çünki, Peyğəmbərin ﷺ yanında uşaq asqırır, o belə deyir: “Bərakallahu fik” (Allah sənə bərəkət versin). 🔹 Şərh mənzumə əl-ədəbiş-şəriyyə, 280. 📓 Qeyd: Əgər uşaq danışa bilirsə, asqırdıqda ona öyrədilməlidir ki, “əlhəmdulilləh” desin, eşidənlər də ona “yərhəmukallah” desinlər. Yox, əgər körpədirsə, danışa bilmirsə, onda ona sadəcə bərəkət duası (BarakAllahu fik) edilir.
видео или голосовое, без подписи
видео или голосовое, без подписи
Qullarıma mənim bu sözümü de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!” [٣٩:٥٣] 📖 SubhənAllah! Rəbbimizin məğfirəti, rəhməti və mərhəməti necə də genişdir... Qul onu Yaradan, onu hidayət edən, ona saysız-hesabsız nemətlər bəxş edən Rəbbinə qarşı nankorluq edərək asi olur və günah işlədir. Rəbbi isə ona: “Ey Mənim qulum!” — deyə xitab edir. ☁️ Diqqət edin! “Ey insanlar”, “Ey möminlər” və ya “Ey qullar” deyə xitab etmir. Necə ki, bizlərdən biri, övladı özünü yaxşı aparmadığı zaman ona: “Ey mənim özünü yaxşı aparmayan balam...” — deyə müraciət edir. ❤️🩹 Halbuki Allah Rəsulu ﷺ bizə xəbər verir ki, Allahın öz qullarına olan mərhəməti bir qadının öz körpəsinə olan mərhəmətindən qat-qat üstündür. [Buxari 5999]
📖 Surə: əd-Duhə, 3-5 🎙️ Qari: Muhammad Siddiq al-Minshawi
Əssəlamu əleykum və rahmətullahi və bərakətuhu bacılar , Ahlul-Quran müəllimələrindən bir bacımızın atası ağır infarkt keçirib. Bakıda Özəl xəstəxanada müalicə olunur, müalicəyə cavab versə ürək əməliyyatı keçirəcək, gəlin bacıya dəstək olaq Allah hər birinizin malına, ruzinizə bərəkət versin, əmin! 4169 7388 57930071
Şeyx İbn əl-Useymin 🤎 dedi: “Özünü daima nikbin et. Allahın istədiyi olacaqdır. Şən və sevincli ol. Çünki qarşındakı dünya genişdir və yol açıqdır. Daim nikbin və geniş qəlbli ol. Çünki xeyir bundadır.🦋 🌿Amma bədbinlik, qəlbin daralması və insanın hər bir şeyi beyninə salıb onunla məşğul olması isə — o zaman dünya ona dar gələr.” 📚Şərh Riyad əs-Salihin (4/87)
https://youtu.be/NEwUf1KfdDs?si=NWVSmnLExZvRR_wv
﴿ وَٱبۡتَغِ فِیمَاۤ ءَاتَىٰكَ ٱللَّهُ ٱلدَّارَ ٱلۡـَٔاخِرَةَۖ ﴾ – Allahın sənə verdiyi ilə Axirət yurduna can at. 🌱Yəni Allahın sənə bəxş etdiyi mal-dövlət kimi Axirətə aparan vasitələrlə Allahın dərgahındakı savabı qazanmağa çalış. O mallardan sədəqə ver, onları yalnız nəfsani istəklərini və dünya ləzzətlərini əldə etmək üçün istifadə etmə. ﴿ وَلَا تَنسَ نَصِیبَكَ مِنَ ٱلدُّنۡیَاۖ ﴾ – Dünyadakı nəsibini də unutma. 🪧Yəni sənə bütün malını sədəqə verməyi və özünü ehtiyac içində qoymağı əmr etmirik. Əksinə, Axirətin üçün xərclə, eyni zamanda dünyadan da dininə xələl gətirməyəcək, Axirətinə zərər verməyəcək şəkildə halal nemətlərdən faydalan. ﴿ وَأَحۡسِن كَمَاۤ أَحۡسَنَ ٱللَّهُ إِلَیۡكَۖ ﴾ – Allah sənə yaxşılıq etdiyi kimi, sən də başqalarına yaxşılıq et. 🧺Yəni Allahın sənə bu malları və nemətləri verməsi kimi, sən də Onun qullarına yaxşılıq et. تفسير السعدي 📚