tgindex
لباس التقوى - Təqva libası

لباس التقوى - Təqva libası

Статистика

~وَلِبَاسُ ٱلتَّقْوَىٰ ذَ‌ٰلِكَ خَيْرٌ ~Təqva libası isə daha xeyirlidir.🌷 (Əraf Surəsi, 26)

Последний пост
14 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
6
Всего постов
24
Тип
открытый
Язык
az
В каталоге с
13 авг.
Подписчики
156
0 за 2 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
141
24 постов
Вовлечённость
90,4%
к подписчикам
Постов в день
0,9
всего 24
Упоминаний
3
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
18
1/48двое суток
20
1/72трое суток
22

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • İbnul Qeyyim (رحمه الله) belə demişdir: Əgər Allah qulu üçün örtüyü qaldıraraq, quluna onun işlərini necə idarə etdiyini və Allahın onun özündən də çox onun mənfəətinə necə maraq göstərdiyini bildirsəydi, həmin qulun qəlbi Allaha qarşı sevgidən əriyər və Allaha şükr etməsindən dolayı parça-parça olardı.. 📚"Əl-Fəvaid"

  • 📌Peyğəmbərə ﷺ salavat gətirməklə əldə olunan 40 fayda Özünüz bir fayda əldə etdikdə, ətrafınızdakıları da faydalandırmağı unutmayın. İxlasla edilmiş bir dəvətin haralara çatacağını, neçə qəlbə toxunacağını təsəvvür edə bilmirik.. Paylaşdığınız bir kəlmə, söylədiyiniz bir nəsihət sizin üçün kiçik görünsə də, Allah qatında böyük bir xeyrə vəsilə ola bilər. Xeyrə vəsilə olmaqdan geri qalmayın🪷

  • 13 авг.23из muminuntelegram

    🫥Sirac Academy-də Mutun Əzbəri Kursuna Qəbul Başladı "Kim elm yoluna qədəm qoyarsa, Allah onun Cənnətə gedən yolunu asanlaşdırar." 🕌 🔔Sirac Academy sizi İslam elmlərinin əsasını təşkil edən mutunların sistemli əzbəri proqramına dəvət edir. Elm əzbərlə başlayır…

  • 🫥Sirac Academy-də Mutun Əzbəri Kursuna Qəbul Başladı "Kim elm yoluna qədəm qoyarsa, Allah onun Cənnətə gedən yolunu asanlaşdırar." 🕌 🔔Sirac Academy sizi İslam elmlərinin əsasını təşkil edən mutunların sistemli əzbəri proqramına dəvət edir. Elm əzbərlə başlayır, əzbər isə möhkəm təməllə. https://t.me/kitabxanasirac/313?single 📌Kursun üstünlükləri: • Seçilmiş mutunların mərhələli əzbərlənməsi; • Düzgün qiraət və səhvlərin düzəldilməsi; • Gündəlik təkrar və dinləmə sistemi;   • Davamlı nəzarət və motivasiya; • Möhkəm elmi təməl formalaşdıran proqram. ◾️ Kurs qadınlar üçün nəzərdə tutulmuşdur. ◾️ Dərslər onlayn formatda keçirilir. ▪️ Yerlər məhduddur. ◾️ Qeydiyyat və ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın.🔔 @SamaShiriii 🐦Sirac Academy — Elm yolunuza çıraq olsun!

  • Əbu Dərdə (رضي الله عنه) demişdir: "Kişi insanların etdiyi günahlara görə onlara yalnız Allah naminə nifrət etməyincə, sonra özünə qayıtdıqda özündəki nöqsanları görüb bundan daha çox özünə nifrət etməyincə tam dərrakə sahibi sayılmaz." 📚ət-Tabəri, 846.

  • 11 авг.34из towardsakhirah

    PEYĞƏMBƏRİN 🔘 BU NƏSİHƏTLƏRİNİ HƏR BİR MÖMİN DƏFƏLƏRLƏ OXUMALIDIR Qurani-Kərimi oxumağın,Uca Allahı çox zikr etməyin,xeyir istisna olmaqla susmağın,həmçinin yoxsulları sevməyin və onların yanında olmağın fəziləti haqqında. 💬İmam Əbu əl-Qasim ət-Təbərani ◽️ rəvayət etmişdir: Əhməd ibn Ənəs ibn Məlik əd-Diməşqi bizə İbrahim ibn Hişəm ibn Yəhyə əl-Qəssanidən,o da atasından,o da babasından,o da Əbu İdris əl-Xəvlənidən,o da möhtərəm səhabə Əbu Zərrdən ◽️ rəvayət etdi ki,belə demişdir: Mən dedim: «Ey Allahın Elçisi,mənə nəsihət et!» O buyurdu: «Sənə Allahdan qorxmağı (təqvanı) vəsiyyət edirəm.Həqiqətən,bu,bütün əməllərinin əsasıdır.» Dedim: «Ey Allahın Elçisi,mənə biraz da artır!» Buyurdu: «Daim Quranı oxu və Allahı zikr et.Həqiqətən,bu,sənin üçün göylərdə və yerdə nur olacaq.» Dedim: «Ey Allahın Elçisi,daha da artır!» Buyurdu: «Allah yolunda səy göstərməkdə davam et.Həqiqətən,bu,mənim ümmətimin rahibliyidir.» Dedim: «Ey Allahın Elçisi,daha da artır!» Buyurdu: «Çox gülməkdən çəkin.Həqiqətən,çox gülmək qəlbi öldürür və üzü nurdan məhrum edir.» Dedim: «Ey Allahın Elçisi,daha da artır!» Buyurdu: «Xeyir istisna olmaqla dilini susdur.Həqiqətən,bu,şeytanı səndən uzaqlaşdırar və dinin işlərində sənə kömək edər.» Dedim: «Ey Allahın Elçisi,daha da artır!» Buyurdu: «Səndən aşağı vəziyyətdə olana bax,səndən üstün olana baxma.Bu,Allahın sənə bəxş etdiyi nemətləri kiçik görməməyin üçün daha münasibdir.» Dedim: «Ey Allahın Elçisi,daha da artır!» Buyurdu: «Yoxsulları sev və onların yanında ol.» Dedim: «Ey Allahın Elçisi,daha da artır!» Buyurdu: «Həqiqəti söylə,hətta acı olsa belə.» Dedim: «Ey Allahın Elçisi,daha da artır!» Buyurdu: «Qohumluq əlaqələrini qoru,hətta qohumların səninlə əlaqəni kəssələr belə.» Dedim: «Ey Allahın Elçisi,daha da artır!» Buyurdu: «Allah yolunda heç bir məzəmmət edənin məzəmmətindən qorxma.» Dedim: «Ey Allahın Elçisi,daha da artır!» Buyurdu: «Özün üçün istədiyin şeyi insanlar üçün də istə.» Sonra o 🔘 əli ilə mənim sinəmə vurub buyurdu: «Ey Əbu Zərr! Ehtiyatlı olmaq kimi ağıl yoxdur; haram və şübhəli şeylərdən çəkinmək kimi təqva yoxdur; gözəl əxlaq kimi də heç bir şərəf yoxdur.» 🆗 [كتاب مكارم الأخلاق للطبراني ، ٣١٢]

  • 5 авг.746из darulukht

    əl-Fudayl ibn İyad (رحمه الله) buyurmuşdur: «Təvazökarlıq odur ki, haqq qarşısında boyun əyəsən və ona tabe olasan. Hətta onu bir uşaqdan eşitsən belə, qəbul edəsən. Hətta onu insanların ən cahilindən eşitsən belə, yenə də ondan qəbul edəsən.» — ət-Təvāḍuʿ vəl-Xumūl, səh. 118

  • 2 авг.10722из faydailim

    BİLDİYİN VƏ BİLMƏDİYİN GÜNAHLARIN ÜÇÜN BAĞIŞLANMA DİLƏ 1️⃣ اللَّهُمَّ اغْفِرْ لِي ذَنْبِي كُلَّهُ، دِقَّهُ وَجِلَّهُ، وَأَوَّلَهُ وَآخِرَهُ، وَعَلَانِيَتَهُ وَسِرَّهُ “Allahım! Günahlarımın hamısını— kiçiyini və böyüyünü, birincisini və sonuncusunu, aşkarını və gizlisini bağışla.” (Peyğəmbər ﷺ bu duanı səcdədə edərdi). 2️⃣ اللَّهُمَّ اغْفِرْ لِي مَا قَدَّمْتُ وَمَا أَخَّرْتُ، وَمَا أَعْلَنْتُ وَمَا أَسْرَرْتُ، وَمَا أَنْتَ أَعْلَمُ بِهِ مِنِّي، أَنْتَ الْمُقَدِّمُ وَأَنْتَ الْمُؤَخِّرُ، لَا إِلَهَ إِلَّا أَنْتَ «Allahım! Əvvəl etdiyim və sonra edəcəyim, gizlin saxladığım və üzə çıxardığım, xəta etdiyim və məndən daha yaxşı bildiyin (pis) əməllərimi bağışla! Əvvələ çəkən də Sənsən, təxirə salan da Sənsən. Səndən başqa məbud yoxdur». (Peyğəmbər ﷺ bu duanı namazın sonunda, salamdan əvvəl təşəhhüddə edərdi). 3️⃣ اللَّهُمَّ اغْفِرْ لِي خَطَايَايَ وَجَهْلِي، وَإِسْرَافِي فِي أَمْرِي، وَمَا أَنْتَ أَعْلَمُ بِهِ مِنِّي، اللَّهُمَّ اغْفِرْ لِي جِدِّي وَهَزْلِي، وَخَطَئِي وَعَمْدِي، وَكُلُّ ذَلِكَ عِنْدِي “Allahım! Xətalarımı, cahilliyimi, işimdə həddi aşmağımı və Sənin məndən daha yaxşı bildiyin şeyləri bağışla. Allahım! Ciddi və zarafatla etdiklərimi, səhvən və qəsdən etdiklərimi bağışla. Bunların hamısı məndə vardır.” 📌 Bu duaları səcdə və təşəhhüddən başqa vaxtlarda da etmək olar. Bu dualar çox əhatəli dualardır, insanın ağlına belə gəlməyəcək, nə vaxtsa edib və yaxud deyib unutduğu günahları da əhatə edir. Bu dualar böyük günahları əhatə etmir; böyük günahlar üçün tövbə etmək lazımdır. Ən doğrusunu Uca Allah bilir. #faydailim_dua t.me/faydailim

  • 26 июл.12361из al_badr_fawaid0101

    Kim sıxıntılarını insanlardan gizlədib yalnız Allaha təvəkkül edərsə, Allah onun bütün qayğılarında ona kifayət edər və onu razı salar.. https://t.me/al_badr_fawaid0101

  • 20 июл.16681из muminuntelegram

    ❤️ Bil ki, sevgi bir ruzidir. Necə ki, Peyğəmbərimiz 🤍 Xədicə anamız haqqında belə buyurmuşdur: “Mənə onun sevgisi ruzi olaraq verildi.” 🌱 Bil ki, sənin ruzin səndən yan keçməz. Peyğəmbərimiz 🤍 buyurmuşdur: “Sənə üz verən (səni tapan) bir şey səndən yan keçməzdi, səndən yan keçən isə sənə yetişməzdi.” Həmçinin buyurmuşdur: “Ruzinin gəlməyini gecikmiş saymayın. Çünki heç bir bəndə ona ayrılan sonuncu ruzisinə çatmamış ölməz...” Deməli, sənə yazılmış bir sevgi varsa, o səni tapacaq. Əgər yazılmayıbsa, sənə yetişməyəcək. 💌 📖 Bil ki, dünya həyatının sevgisi, sevinci və şadlığı içində yaşamaq ən mühüm şey deyil. Əsas olan bu ayəyə uyğun yaşamaqdır: “Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar.” [٥٨:٢٢] Əgər sən Rəbbinin sevgisini və razılığını tapsan, ondan sonra hər şeyi tapmış olarsan. Artıq bundan sonra qalan şeylər sənin üçün mühüm olmaz. 🤎

  • Dərsdən çıxarılan qeydləri və sözbəsöz tərcüməni aşağıya daxil olaraq oxuya bilərsiniz🌺

  • Dua, məhəbbətin ən güclü əlamətlərindəndir. ~Sələflərdən biri dostuna demişdir: Məni xatırladıqda mənim üçün dua et, mən də səni xatırladıqda sənin üçün dua edim. Beləcə, görüşməsək belə, sanki görüşmüş kimi olarıq. 📚Zəhəbi "Siyər", 15/396

  • Saat 22:00-da "Kitab və Sünnə işığında asanlaşdırılmış fiqh" kitabının sədəqəsi üçün bot paylaşılacaq. 📌 Kitab haqqında məlumatı olan və həqiqətən bu kitabı, onun dərinliklərini öyrənmək istəyən şəxslərin yazmağını xahiş edirik. Məqsədimiz, Allahın izni ilə, kitabları onları həqiqətən istəyən və faydalanmağa çalışacaq kəslərə çatdırmaqdır. "Kitabdır, götürüb bir gün oxuyaram" düşüncəsi ilə götürülüb şkafda qalmasına halallıq verilmir. Kitabı götürən şəxslər onu sona qədər oxuyub bitirməyi öhdələrinə götürməlidirlər.🌷

  • Qeydlər və sözbəsöz tərcüməni aşağıya daxil olaraq oxuya bilərsiniz🌺

  • без подписи

  • الدال على الخير كفاعله.. Elmi yaymaqla insan peyğəmbərlərin dərəcəsinə yaxınlaşar. Bu, hər birimizin üzərində olan bir məsuliyyətdir. Bunun üçün mütləq böyük bir kütləyə xitab etmək və ya dərs keçmək şərt deyil. Bəzən şəriətdən kiçik bir məsələni öyrətmək kifayətdir. Məsələn, yeməyi sağ əllə yeməyi öyrət. Bunu qonşuna, qohumuna və ya dostuna çatdır. Əgər bu zəncirvari şəkildə yayılsa, sən onun səbəbkarı olduğun üçün böyük xeyirə nail olarsan. Düşün ki, sən dünyadan köçmüsən, amma illər əvvəl öyrətdiyin bir sünnə hələ də insanlar arasında yaşamaqda və yayılmaqdadır. İnsan bəzən elə ixlaslı olur ki, öyrətdiyi xeyir qiyamətə qədər yayılır və onun əcri də ona gəlməkdə davam edir. Alimlərdən biri buyurur ki, insan qiyamət günü elə savablar görəcək ki, onları tanımayacaq və təəccüblə: “Bunlar mənim əməllərimdirmi?” – deyəcək. Sonra ona aydın olacaq ki, bunlar onun səbəb olduğu xeyirli əməllərin savabıdır. Çünki xeyrə yönəldən onu etmiş kimidir..

  • без подписи

  • ⬇️ Bu isə hədisin izah olunduğu dərsdən çıxarılmış qısa qeydlərin bir hissəsidir. Bəzən oxuyub keçirik və kiçik bir əməlin nə qədər böyük bir əcrə səbəb ola biləcəyini təsəvvür edə bilmirik. Qeydləri paylaşmaqda səbəb isə hədis üzərində dayanıb daha dərindən düşünməyimiz üçündür.🪷

  • Çox ehtiyac duyduğumuz bir hədisdir və hər bir müsəlmanın həm özünə, həm də ətrafındakılara xatırlatması üçün onu əzbərləməsində böyük fayda vardır. Buna görə də hədis hissələr şəklində paylaşılacaq ki, bir anda uzun görünməsin və hər hissə üzərində düşünmək mümkün olsun. Rəbbim əzbərləyən hər bir kəsə ondan faydalanmağı və faydalandırmağı nəsib etsin, əmin🌷

  • "Sən hər salavat dediyində Rəbbin səni 10 dəfə tərifləyir. Düşün ki, dilin daim salavat desə, Rəbbin səni daim tərifləsə və bu hal üzərində Rəbbinə qovuşsan, heç təriflədiyi bir quluna Allah əzab verərmi? Bəlkə, Allahın rəhməti ixlasla dediyin salavatda gizlənib. Və düşün ki, sənin salavatın, adın sevimli peyğəmbərimiz Muhəmməd sallallahu aleyhi və səlləmə çatdırılır. Qiyamət günü ona yaxın olanlardansan.. Həmçinin iman itaətlə artır, asiliklə isə azalır. Beləliklə, sən salavat deməklə Allaha itaət etmiş olursan. Sərf etdiyin o dəqiqələrin ibadətdə keçir. Dil nemətinin də şükrünü vermiş olursan onu Allaha itaətdə istifadə etməklə. Bu qapı hələ acıqkən fürsətdən istifadə et ki, peşman olanlardan olmayasan.."