SƏTƏM 👷
СтатистикаÖlkənin ilk və ən böyük SƏTƏM kanalı 👷 🎥 YouTube: https://www.youtube.com/@S_E_T_E_M
- Последний пост
- 20 июл.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- und
- Категория
- Видео
- В каталоге с
- 15 авг.
- 1/24сутки в ленте
- 256
- 1/48двое суток
- 293
- 1/72трое суток
- 316
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
İş yerlərində təhlükələrin idarə edilməsində ən effektiv yanaşma Risklərin idarə edilməsi iyerarxiyasıdır (Hierarchy of Controls). Bu yanaşma riski yalnız fərdi qoruyucu vasitələrlə deyil, mənbəyində aradan qaldırmağı hədəfləyir. 🔴 1. Aradan qaldırma (Elimination) Təhlükəni tamamilə iş prosesindən çıxarmaq. Bu, ən effektiv nəzarət tədbiridir. 🟠 2. Əvəzetmə (Substitution) Daha təhlükəli proses, avadanlıq və ya maddəni daha təhlükəsiz alternativlə əvəz etmək. 🟡 3. Mühəndis nəzarəti (Engineering Controls) İşçi ilə təhlükə arasında fiziki maneələr yaratmaq və ya texniki həllər tətbiq etmək. Məsələn, qoruyucu örtüklər, ventilyasiya sistemləri və avtomatlaşdırma. 🔵 4. İnzibati nəzarət (Administrative Controls) Təhlükəsiz iş prosedurları, təlimlər, işə icazə sistemi, xəbərdarlıq nişanları və s. vasitəsilə riskin azaldılması. 🟢 5. Fərdi mühafizə vasitələri (PPE) Dəbilqə, eynək, respirator, əlcək və digər qoruyucu vasitələr. FMV vacibdir, lakin riski aradan qaldırmır – yalnız işçini qorumağa kömək edir. 📌 Effektiv SƏTƏM sistemi riskləri aşağıdan yuxarı deyil, yuxarıdan aşağı idarə edir. Yəni ilk növbədə təhlükəni aradan qaldırmağa çalışır, FMV isə son müdafiə xətti kimi istifadə olunur.
Channel photo updated
👷 28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Günüdür. Bu gün iş yerlərində təhlükəsizliyin və sağlamlığın qorunmasının vacibliyini bir daha xatırladır. Hər bir işçi təhlükəsiz mühitdə işləmək hüququna malikdir. Qəza və peşə xəstəliklərinin qarşısını almaq isə yalnız qaydalara əməl etməklə deyil, həm də təhlükəsizlik mədəniyyətinin formalaşdırılması ilə mümkündür. 📌 Unutmayaq: ✔️ Təhlükəsizlik seçim deyil, zərurətdir ✔️ Riskləri öncədən müəyyən etmək həyat xilas edir ✔️ Təhlükəli halı vaxtında bildir – qəzanın qarşısını al Bu gün sadəcə bir tarix deyil - bu gün həyatların qorunmasına verilən dəyərin göstəricisidir. 🛑 Gəlin birlikdə daha təhlükəsiz iş mühiti yaradaq!
без подписи
https://youtu.be/wh0tpRE5AzQ
Channel photo updated
🟥 Hündürlükdə işləyərkən ən böyük səhv – “mənə heç nə olmaz” düşüncəsi 📍 Statistikaya görə istehsalat qəzalarının böyük hissəsi hündürlükdən yıxılma ilə bağlıdır. ⚠️ Ən çox edilən səhvlər: ❌ Təhlükəsizlik kəmərindən istifadə etməmək; ❌ Kəməri düzgün bağlamamaq (anker nöqtəsi səhv seçilir); ❌ Sürüşkən və ya qeyri-sabit səthdə işləmək; ❌ Nərdivandan yanlış istifadə. ✅ Doğru yanaşma: ✔️ Hər zaman "fall protection" sistemi istifadə et; ✔️ Anker nöqtəsinin möhkəmliyini yoxla; ✔️ İşə başlamazdan əvvəl risk qiymətləndirməsi apar; ✔️ Nərdivanı 4:1 qaydasına uyğun yerləşdir. 🔴 Qızıl qayda: 👉 Yüksəklikdə işləyərkən səhv etmək şansı yoxdur - yalnız nəticəsi var.
Kimyəvi maddələrlə işləyən zaman niyə onları qarışdırmaq olmaz? İş yerlərində təmizlik və gigiyena standartlarının qorunmasında xadimələrin rolu danılmazdır. Lakin, bu proses zamanı onlar tez-tez müxtəlif kimyəvi maddələrlə təmasda olurlar və düzgün istifadə edilmədikdə bu maddələr sağlamlıq üçün ciddi risklər yarada bilər. Bu səbəbdən kimyəvi maddələrlə işləyən əməkdaşların təhlükəsizliyi həm işəgötürənin, həm SƏTƏM mütəxəssislərinin, həm də işçilərin birbaşa rəhbərlərinin əsas prioritetlərindən biri olmalıdır. Kimyəvi maddələrlə çalışarkən nələrə diqqət edilməlidir? ✔️ Fərdi mühafizə vasitələrindən (FMV) istifadə Əlcək, respirator, qoruyucu eynək və önlük kimyəvi maddələrin yaratdığı yanıq, allergiya və tənəffüs yolu problemlərinin qarşısını almağa kömək edir. ✔️ Maddələrin qarışdırılmaması Müxtəlif kimyəvi maddələrin qarışdırılması toksik qaz yarada bilər. Bu, ən çox yayılmış və ən təhlükəli səhvlərdən biridir. ✔️ Etiket və təhlükə işarələrinin oxunması Hər məhsulun üzərində göstərilən toksik, qıcıqlandırıcı kimi işarələr risklər barədə kritik məlumat verir. ✔️ Yaxşı havalandırma Kimyəvi maddələrin buxarları qapalı mühitdə toplanırsa, uzunmüddətli sağlamlıq problemlərinə səbəb ola bilər. ✔️ Düzgün saxlama qaydaları Kimyəvi maddələrin günəş şüası, istilik mənbələri və kənar şəxslərdən uzaqda saxlanılması təhlükəsizlik üçün əsas şərtdir.
İşə İcazə Sistemi niyə vacibdir? Bədbəxt hadisələrin böyük hissəsi planlaşdırılmadan və risklər düzgün qiymətləndirilmədən icra olunduqda baş verir. Məhz bu nöqtədə İşə İcazə Sistemi (Permit to Work) həyati əhəmiyyət daşıyır. İşə İcazə Sistemi: - Təhlükəli işlər başlamazdan əvvəl risklərin müəyyən edilməsini təmin edir; - İştirak edən bütün tərəflərin (icraçı, SƏTƏM və s.) eyni məlumatda olmasına kömək edir; - Nəzarətsiz və icazəsiz işlərin qarşısını alır; - Qəza və insident riskini ciddi şəkildə azaldır və s. Unutmayaq ki, işə icazə sadəcə kağız üzərində qalmamalıdır. Bu, işə başlamazdan əvvəl düşünmək, planlamaq və təhlükəsizliyi prioritet etmək mədəniyyətidir. Təhlükəsizlik prosedurları yazıldığı üçün yox, həyat qoruduğu üçün tətbiq olunmalıdır.
🚧 Nə üçün yükqaldırma zonası bariyerlənməlidir? 🏗️ Yükqaldırma əməliyyatları yüksək riskli işlər kateqoriyasına aiddir. Ərazinin hasarlanması çox vacib bir tədbirdir: 🔹 Düşmə təhlükəsi: Yükün aşması və ya trosun qırılması zamanı kənar şəxslərin xəsarət almasının qarşısını alır. 🔹 Təhlükə radiusu: Kranın və ya yükün hərəkət trayektoriyası hər kəs üçün qapalı olmalıdır. 🔹 Diqqətin yayınmaması: İş prosesinə kənar şəxslərin müdaxilə etməməsini təmin edir. ⚠️ Təhlükəsizlik lenti və bariyerlər "Giriş Qadağandır" deməkdir.
🎧 İş yerində sevdiyimiz musiqini dinləmək tempimizi artıra bilər, lakin söhbət istehsalat ərazisindən gedirsə, musiqi qulaqlıqları sadəcə bir aksesuardan daha çox, ciddi bir təhlükə mənbəyinə çevrilir. Bəs, istehsalatda qulaqlıq istifadəsi niyə qəti qadağandır? Əsas risklər aşağıdakılardır: 1️⃣ Siqnalların eşidilməməsi: İstehsalat ərazisində forkliftlər, kranlar və digər nəqliyyat vasitələri hərəkət edir. Musiqi dinləyən işçi yaxınlaşan vasitənin xəbərdarlıq siqnalını eşitməyə bilər. Bu, birbaşa ağır toqquşma və qəzalara dəvətnamədir. 2️⃣ Fövqəladə hal sirenaları: Yanğın və ya sızma zamanı çalan təhlükə sirenaları hər bir saniyənin önəmli olduğu anları bildirir. Qulaqlıqdakı yüksək səs bu həyati siqnalları boğaraq təxliyə prosesini gecikdirir və həyatınızı riskə atır. 3️⃣ Diqqət dağınıqlığı: Musiqi beynin fokusunu işdən yayındırır. Unutmayaq ki, iş təhlükəsizliyi qaydaları kiminsə keyfini pozmaq üçün deyil, hər bir işçinin günün sonunda evinə sağ-salamat qayıtmasını təmin etmək üçündür. Qulağımızdakı musiqi, ətrafımızdakı təhlükənin səsini batırmamalıdır.
Detektorlar dəm qazı riskindən necə qoruyur? “Səssiz qatil” kimi xarakterizə olunan dəm qazı məişətdə ən təhlükəli və çox görünməyən risklərdən biridir. Rəngsiz və qoxusuz olması səbəbindən insan tərəfindən hiss edilmir. Bu, onu xüsusi təhlükəli edir. Əsasən dəm qazı cihazların nasazlığı, tüstü bacalarının tutulması və ya məkanların düzgün havalandırılmaması nəticəsində yaranır. Qapalı mühitdə sürətlə toplanan dəm qazı qısa müddətdə hətta bəzən ölümlə nəticələnə bilən ciddi zəhərlənməyə səbəb olur. Xüsusilə payız-qış mövsümündə istilik sistemlərindən istifadənin artması dəm qazı ilə bağlı riskləri daha da artırır. Bir çox hallarda təhlükəsizlik qaydalarına laqeyd yanaşma, texniki baxışın vaxtında aparılmaması və maarifləndirmənin yetərsizliyi ağır nəticələrə yol açır. Halbuki sadə profilaktik tədbirlər, düzgün istifadə qaydalarına əməl olunması, eləcə də dəm qazı detektoru bu cür hadisələrin qarşısını almaqda həlledici rol oynaya bilər. Dəm qazı detektoru görünməyən təhlükəyə qarşı ən etibarlı qorunma vasitələrindən biridir. Dəm qazı detektoru qapalı məkanlarda yaranan karbon monoksid qazının vaxtında aşkar olunması üçün nəzərdə tutulmuş mühüm təhlükəsizlik cihazıdır. Detektor havadakı karbon monoksidin səviyyəsini ölçərək, təhlükəli həddi aşdıqda səsli siqnal vasitəsilə xəbərdarlıq edir və insanların vaxtında tədbir görməsinə imkan yaradır. Həyatları xilas edə biləcək detektor qaz cihazlarının istifadə olunduğu hər bir m'kan üçün vacib və həyati əhəmiyyət daşıyan təhlükəsizlik vasitəsidir. Detektorlar harada quraşdırılmalıdır? • Qaz cihazları olan otaqlarda; • Yataq otaqlarına yaxın ərazilərdə; • Vanna və mətbəxt otaqlarında; • Qazanxana və isitmə sistemlərinin olduğu yerlərdə; • Tavandan 15–20 sm aşağı (təlimata uyğun). Detektoru harada quraşdırmaq olmaz? • Birbaşa qaz plitəsinin üstü və ya çox rütubətli yerlərdə; • Pəncərə, ventilyasiya dəlikləri və birbaşa istilik mənbələrinin yanında. Eyni zamanda, batareya tipli detektorların batareyalarının mütəmadi yoxlanılması və müəyyən müddətdən sonra yenilənməsi təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır. Siqnal zamanı görüləcək işlər: • Pəncərələri açmaq, qaz cihazlarını söndürmək, evi və ya qaz təhlükəsi olan ərazini tərk etmək, 112 və ya 104 Çağrı Mərkəzinə zəng etmək. Dəm qazı ilə zəhərlənmə halları əsasən qış mövsümündə, isitmə sistemlərindən intensiv istifadə olunan dövrlərdə artır. Bu baxımdan, abonentlərin qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarına riayət etməsi, tüstü bacalarının mütəmadi yoxlanılması və yaşayış sahələrində dəm qazı detektorlarının quraşdırılması mümkün faciələrin qarşısının alınması baxımından xüsusi əhəmiyyət daşıyır. Dəm qazı səssiz təhlükədirsə, detektorlar bu təhlükənin ilkin səsidir. Təhlükəsizlik isə hər birimizin məsuliyyətidir!
🔍 "Near miss" nədir və araşdırılması niyə vacibdir? "Near miss" - xəsarət və ya xəstəliklə nəticələnməyən, lakin fərqli şəraitdə nəticələnə biləcək bir hadisədir. Bu cür hadisələr bizə təhlükələri vaxtında müəyyənləşdirmək və gələcəkdə baş verə biləcək qəzaların qarşısını almaq imkanı verir. ✅ Hadisə baş vermədi? Şanslıyıq. 🎯 Amma səbəbini analiz etməsək, növbəti dəfə bu şansımız olmayacaq. Təhlükəsizlik mədəniyyəti "Near miss" hadisələrinin açıq şəkildə bildirilməsi və dəyərləndirilməsi ilə inkişaf edir. 🔍 Gördünüzmü? Bildirin. Əgər müəssisənizdə hansı risklərin olduğunu bilmirsinizsə, bu sizin üçün ən böyük riskdir.
Yanğın üçbucağı - yanğının baş verməsi və davam etməsi üçün vacib olan üç əsas ünsürü əks etdirən sadə, amma çox önəmli bir komponentdir: 1. Yanacaq - yana bilən hər cür material (maye, qaz və ya bərk maddə). 2. Oksigen - yanmanı qidalandıran qaz (çox zaman atmosferdəki oksigen - O₂). 3. İstilik - yanacaq materialının alovlanma nöqtəsinə çatması üçün lazım olan temperatur. Bu üç ünsürdən biri belə olmazsa, yanğın baş verməz və ya sönər. Məhz buna görə də, bu komponent yanğının qarşısını almaq və onu effektiv şəkildə söndürmək üçün əsas yol göstəricilərdən biridir.
Səs-küy səviyyəsi 85 desibeldən yuxarı olduqda, qulaqda geri dönüşü olmayan zədələnmələr baş verə bilər. Xüsusilə, zavod, tikinti və istehsalat sahələrində müvafiq qoruyucu vasitələrdən istifadə etmək mütləqdir.
🌍 Təhlükəsiz iş mühiti, dayanıqlı gələcək! Təhlükəsizlik iş mühitinin ən vacib elementlərindən biridir. Risklərin qarşısını almaq, işçilərin təhlükəsizliyini təmin etmək və biznes fəaliyyətini dayanıqlılıqla davam etdirmək üçün doğru yanaşma şərtdir. Təhlükəsizlikdən güzəştə getməyin! Biznesinizdə uğurlu əməyin mühafizəsi və texniki təhlükəsizlik sistemləri qurmaq üçün etibarlı həll yolları mövcuddur. Təhlükəsizlik mədəniyyətinin artırılması və beynəlxalq standartlara uyğunlaşma iş proseslərinizdə dönüş nöqtəsi ola bilər.
📌 İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması qaydası (Əmək Məcəlləsi, Maddə 217) 👷♂️ 1️⃣ İşəgötürənin öhdəliyi: İstehsalatda baş verən bədbəxt hadisə barədə, ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisə baş verən gün Dövlət Əmək Müfəttişliyi Xidmətinə məlumat verilməlidir. 🧾 2️⃣ Araşdırma komissiyası: Xidmətə daxil olan məlumat əsasında hadisənin istehsalatla bağlılığını müəyyən etmək üçün qanunvericiliyə uyğun komissiya yaradılır. 🕒 3️⃣ Aktın tərtibi: Araşdırma başa çatdıqdan sonra 1 gün ərzində müvafiq akt tərtib edilir və onun bir nüsxəsi zərərçəkən işçiyə təqdim olunur. ⚠️ 4️⃣ Hadisənin gizlədilməsi: Bədbəxt hadisə faktını gizlədən və ya akt tərtibindən boyun qaçıran işəgötürən qanunvericiliklə məsuliyyət daşıyır.
https://youtu.be/80NOI1tQVDg
Zərərli, ağır istehsalatlardakı iş yerlərində, peşələrdə (vəzifələrdə) və yüksək təhlükə mənbəyi olan maşın, mexanizm və avadanlıqlarda işləyən işçilər əmək şəraitinin xüsusiyyətlərindən asılı olaraq 3 ayda bir dəfədən, digər iş yerlərində isə ildə bir dəfədən az olmayaraq əməyin mühafizəsi üzrə təlimatlandırılmalıdırlar.
https://youtu.be/0x7_uRaRH6U