- Последний пост
- 27 авг. 2024 г.
- Последнее чтение
- 13 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- az
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
Şeyxülislam İbn Qüdаmənin "Lümətül-İtiqad" adlı kitabı Şeyx Abdullah ibn Muhəmməd əl-Abdullanın şərhləri ilə. https://t.me/alassariyya
без подписи
İmam əl-Qurtubi, Allah ona rəhmət etsin, dedi: «لَمْ يَخْتَلِفِ الْعُلَمَاءُ أَنَّ الْعَامَّةَ عَلَيْهَا تَقْلِيدُ عُلَمَائِهَا، وَأَنَّهُمُ الْمُرَادُ بِقَوْلِ اللَّهِ عَزَّ وَجَلَّ: "فَسْئَلُوا أَهْلَ الذِّكْرِ إِنْ كُنْتُمْ لَا تَعْلَمُونَ" وَأَجْمَعُوا على أن الأعمى لأبد لَهُ مِنْ تَقْلِيدِ غَيْرِهِ مِمَّنْ يَثِقُ بِمَيْزِهِ بِالْقِبْلَةِ إِذَا أَشْكَلَتْ عَلَيْهِ، فَكَذَلِكَ مَنْ لَا عِلْمَ لَهُ وَلَا بَصَرَ بِمَعْنَى مَا يَدِينُ بِهِ لَا بُدَّ لَهُ مِنْ تَقْلِيدِ عَالِمِهِ، وَكَذَلِكَ لَمْ يَخْتَلِفِ الْعُلَمَاءُ أَنَّ الْعَامَّةَ لَا يَجُوزُ لَهَا الْفُتْيَا، لِجَهْلِهَا بِالْمَعَانِي الَّتِي مِنْهَا يَجُوزُ التَّحْلِيلُ وَالتَّحْرِيمُ». “Alimlər arasında ixtilaf yoxdur ki, adi insanlar öz alimlərinə tabe olmağa [təqlid etməyə] məcburdurlar və bu, yuxarıdakı ayədə nəzərdə tutulur (Əgər bilmirsinizsə, elm əhlinnən soruşun) {əl-Ənbiya: 7}. Həmçinin korun qibləni təyin edərkən arif, etibarlı, görən şəxsə tabe olması ilə bağlı ixtilaf yoxdur. Eləcə də mənasını dərk etmədən ibadət edən, – öz aliminə tabe olmaq məcburiyyətindədir. Alimlər adi bir insanın fətva verməsinin (şəriət hökmləri çıxartmasının) caiz olmadığı ilə bağlı ixtilaf etmirlər, çünki o, İslamda bir şeyin icazə və ya qadağan oluna biləcəyi müddəaları bilmir.” | Təfsir əl-Qurtubi https://t.me/alassariyya
1) Beləliklə, sitatı İbn əl-Qayyim gətirmişdir. Və o, bu sözləri nə tənqid etmiş, nə məzəmmət etmiş, nə də heç bir şəkildə qınamamışdı, ümumiyyətlə, heç bir şərh verməmişdir. Biz demirik ki, İbn əl-Qayyim əl-Qadınin sözləri ilə tamamilə razıdır, lakin bu məqamı nəzərə almaq lazımdı. 2) Bir daha təkrar edək: əl-Qadı Əbu Yə'la, Hənbəli məzhəbinin mütləq formada ən böyük imamlarından biridir, məzhəbi yayan və onun güclü dayağıdır. Əgər buna əmin olmaq istəyirsinizsə, onun tərcümeyi-halını “Tabaqatul Hənəbilə” kitabında oxuyun. 3) Yeri gəlmişkən, Şeyx İbn Teymiyyə Misirdə həbsdə olduğu zaman, onun özü üçün istədiyi kitablar arasında əl-Qadı Əbu Yə'lanın kitabları da var idi. 4) əl-Qadı Əbu Yə'la 458-ci hicri ilində vəfat edib, yəni Şeyx İbn Təymiyyənin doğulmasından iki əsrdən çox əvvəl. 5) Diqqət yetirin, təkcə Rəsulullaha (ﷺ) istiğasədən bəhs edilmir, həm də Əli ibn Əbi Talibə (Allah ondan razı olsun). 6) əl-Qədı Əbu Yə'la isə nə dedi? Təkrar edək: “o səhv etdi (مخطىء).” Yəni: “müşrik” deyil, “mürtəd” deyil, “küburit” deyil, “fasik” deyil, sadəcə "səhv edəndir." Və bu gün sələfilər tərəfindən çıxarılan hökm isə - hər kəs bilir. https://t.me/alassariyya
без подписи
Hənbəli məzhəbinin yayıcısı, tədqiqatçısı, mühəqqiqi, rəhbəri və dayağı: əl-Qadı Əbu Yə'la əl-Hənbəli (h. 458-ci il) haqqında danışacağıq. Beləliklə, əvvəlcə mətni təqdim edirik: سئل القاضي عن مسائل عديدة وردت عليه من مكة وكان منها: - ما تقول في قول الإنسان…
Hənbəli məzhəbinin yayıcısı, tədqiqatçısı, mühəqqiqi, rəhbəri və dayağı: əl-Qadı Əbu Yə'la əl-Hənbəli (h. 458-ci il) haqqında danışacağıq. Beləliklə, əvvəlcə mətni təqdim edirik: سئل القاضي عن مسائل عديدة وردت عليه من مكة وكان منها: - ما تقول في قول الإنسان إذا عثر: (محمد أو/و علي) ؟ فقال: إن قصد الاستعانة فهو مخطىء لأن الغوث من الله تعالى وهما ميتان فلا يصح الغوث منهما ولأنه يجب تقديم الله على غيره. «Əl-Qadıyə Məkkədə ona ünvanlanan çoxlu suallar verildi və onların arasında aşağıdakılar da vardı: - Büdrədikdə: Ya Məhəmməd və/və ya Ya Əli, deyən insan haqqında nə deyə bilərsən? Və o cavab verdi: Əgər o, istiğasəni nəzərdə tutmuşdusa - o zaman səhv edib (مخطىء), çünki yardım - Uca Allahdandır, Məhəmməd və Əli isə vəfat etmişlər, ona görə də onlardan kömək ola bilməz, həmçinin çünki Allahı başqalarından üstün tutmaq vacibdir.» Sitatın sonu. Bu sitatı kim gətirib bilirsinizmi? İbn əl-Qayyim əl-Cövziyyə, "Bədai'ü əl-Fəvaid" kitabında, "Məcmə'ü əl-Fiqh" nəşrində, 4 -cü cild 1381-ci səhifə.
Namazda kimə imam olmaq daha üstündür? İmam Mənsur Əl-Buhuti Əl-Hənbəli, Allah ona rəhmət etsin, namazda kimin imamlığa üstünlük verildiyi hədisini şərh edərək yazır: إن استووا في القراءة (الأفقه) لما تقدم، فإن اجتمع فقيهان قارئان وأحدهما أفقه، أو أقرأ قدم، فإن كانا قارئين قدم أجودهما قراءة، ثم أكثرهما قرآنا ويقدم قارئ لا يعرف أحكام صلاته على فقيه أمي، وإن اجتمع فقيهان أحدهما أعلم بأحكام الصلاة قدم؛ لأن علمه يؤثر في تكميل الصلاة. «Əgər Quran qiraətində bərabər olsalar, fiqhi daha yaxşı bilənə üstünlük verilir, hər ikisi fəqih və gözəl oxuyandırsa, lakin onlardan biri fiqhi daha yaxşı bilir və ya daha yaxşı qiraət edir, ona üstünlük verilir. Əgər hər ikisi Quran qarisidirsə, Quranı ən çox əzbərləyənə və bilənə üstünlük verilir. Namazın əhkamlarını bilməyən Quran qarisinə Fatihəni (düzgün) oxumağı bilməyən fəqihdən üstünlük verilir. Əgər hər ikisi fəqihdirsə, namazın əhkamlarını daha çox bilənə üstünlük verilir, çünki onun namazın əhkamlarını bilməsi namazın tamlığına təsir edir.» (وساكن البيت وإمام المسجد أحق) إذا كانا أهلا للإمامة بمن حضرهم ولو كان في الحاضرين من هو أقرأ، أو أفقه؛ لقوله - لا «يؤمن الرجل الرجل في بيته، ولا في سلطانه» «Ev sahibi və məscid imamı - əgər onların arxasında namaz qılınacaq şəxslərdilərsə, namazda imam olmaq üçün daha layiqdirlər, hətta olanların arasında Quranı daha yaxşı qiraət edən və ya fiqhi daha yaxşı bilənlər olsa belə, bu hədisə görə: "Sizlərdən heç biriniz ev sahibinin yanında camaat namazında imamlıq etməsin və onun icazəsi olmadan evində hörmətli yerə oturmasın". Muslim rəvayət edib.» | ər-Ravdul-Murbi', 129 - 130 https://t.me/alassariyya
İmam Əbu İshaq əş-Şatıbi, Allah ona rəhmət etsin, bidətçilər ilə necə ünsiyyət qurmağı izah edərkən, məqamlardan birini qeyd edir: “Onlardan çəkindirmək üçüq bidətlərini yaymaq lazımdır ki, insanlar onların ifadələrinə görə aldanmasınlar, bir çox saleh sələflərdən nəql olunduğu kimi." | Əl-İ'tisam, 116 https://t.me/alassariyya
Şeyx Mustafa ər-Ruheybani əl-Hənbəli (rahmətullahi aleyhi) yazır: لا تبطل عبادات المرتد التي فعلها قبل ردته فلا يلزمه إعادتها إذا أسلم “Mürtədin dindən çıxmazdan əvvəl etdiyi ibadətlər batil deyil, həmçinin İslamı qəbul etdikdən sonra onları bərpa etmək vacib deyildir.” | Şərh Ğayətil-Muntəhə, 1/175 https://t.me/alassariyya
Şeyx Əhməd əl-Mənkur əl-Hənbəli, Allah ona rəhmət etsin, yazır: من قال إن الصلاة محرمة أو باطلة خلف من لا يعرف حاله فقد خالف إجماع أئمة أهل السنة والجماعة “Əgər kimsə desə ki halı bilinməyənin arxasında namaz qılmaq haramdı və ya batildi, o - Əhli-sünnə vəl-cəmaə imamlarının yekdil rəyinə (icmasına) ziddir”. Əl-fəvakihul-ədidə, 1/110 https://t.me/alassariyya
без подписи
Şeyx İbn Teymiyyə, Allah ona rəhmət eləsin, deyir: أحمد رضي الله عنه لا يخالف سنة ظاهرة معلومة له قط «İmam Əhməd, Allah ondan razı olsun, heç vaxt ona məlum olan açıq-aşkar sünnə ilə ziddiyyət təşkil etməyib!» Məcmu əl-Fatava, 21/68. https://t.me/alassariyya
Şeyx Əbdul-Əziz ibn Əmir əl-Hənbəli, Allah ona rəhmət etsin, yazır: فائدة لو اقتده في صلاة سرية بمن لا يعرف حاله لم يجب البحث عن كونه قارئا بناء على الغالب. من حواشي الروض المربع المخطوط "Faydalı Qeyd: Əgər bir şəxs səssiz oxunan bir namazı halı bilinməyən birinin arxasında qılarsa, onda o, adətən oxuya bildiyinə əsaslanaraq, həqiqətən düzgün oxuya bilib-bilmədiyini araşdırması vacib deyil" Ər-ravd əl-murbi' Şeyx əl-Buhutinin əlyazmasından qeydlər https://t.me/alassariyya
без подписи
ويتجه السجود للحاكم بقصد العبادة كفر والتحية كبيرة “İbadət məqsədilə hökmdar qarşısında səcdə etmək – küfürdü, salam vermək məqsədilə isə – böyük günahdır”. تعليقات على الروض المربع مخطوط https://t.me/alassariyya
без подписи
Əl-Ədfəvi “Əl-Bədr əs-Safir” kitabında qeyd edir ki, bir dəfə kimsə İmam ən-Nəvəvi ilə Şafii məzhəbinin imam Qəzəliyə (Allah ondan razı olsun) məxsus “Əl-Vasit” kitabından bir sitat üstündə mübahisə etmişdi. Və İmam belə buyurdu: - «400 dəfə oxuduğum “Vasit” haqqında mənimlə mübahisə edirlər» “Əl-Vasit” doqquz cilddə nəşr edilmişdir, yəni ən-Nəvəvi bu kitabdan başqa Şafii məzhəbində oxuduqlarını və öyrəndiklərini nəzərə almasaq, 3600 cild Şafii fiqhini oxumuşdur. İmam cəmi 45 il yaşadı! Sonra bığları təzəcə çıxmağa başlayan, Şafii məzhəbinə yeni başlayanlar üçün qısa mətni bitirməmiş oğlan, gəlib deyirki: “İmam Nəvəvi səhv edib...! ” https://t.me/alassariyya
без подписи
Şeyx Mustafa Həmdu Uleyyan əl-Hənbəli (Allah onu qorusun) deyir: لكل واحد من الزوجين نظر جميع بدن الآخر ولمسه بلا كراهة حتَى فرجها “Ər-arvadın hər biri digərinin bədəninə, onun hər hansı bir hissəsinə baxmaq və toxunmaq hüququ var və bu, cinsiyyət orqanı olsa belə. Bunda heç bir qəbahət yoxdur [məkruh deyil].” والمستحب أن لا ينظر كل منهما إلى فرج الآخر. ويكره النظر إلى الفرج حال طمث “Ər-arvadın bir-birinin cinsi orqanlarına baxmaması müstəhəbdir. Heyz dönəmində qadının [zövcənin və s.] cinsiyyət orqanına baxmaq isə məkruhdur.” Fiqhu-l-Usra, 15 https://t.me/alassariyya