- Последний пост
- 15 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 33
- Всего постов
- 40
- Тип
- открытый
- Язык
- und
- Категория
- Новости и СМИ (по похожим)
- В каталоге с
- 12 авг.
- 1/24сутки в ленте
- 518
- 1/48двое суток
- 593
- 1/72трое суток
- 640
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
без подписи
без подписи
без подписи
без подписи
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “Sea breeze” istirahət mərkəzində hovuzda uşağın ayağının su nasosunda sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar…
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “Sea breeze” istirahət mərkəzində hovuzda uşağın ayağının su nasosunda sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub. Hazırda FHN qüvvələri tərəfindən əməliyyat davam etdirilir.
FHN "Sea breeze"də hovuzda uşağın ayağının su nasosunda sıxılı vəziyyətdə qalması barədə məlumat yayıb Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “Sea breeze” istirahət mərkəzində hovuzda uşağın ayağının su nasosunda sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub. Hazırda FHN qüvvələri tərəfindən əməliyyat davam etdirilir.
⚡️⚡️⚡️Quba rayonunda 4,9 maqnitudalı zəlzələ olub Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib.
Turistlər xəbərdarlıqlara rəğmən Etna vulkanının püskürməsini izləməyə gedirlər
🇦🇿XİN: İki gün ərzində Azərbaycanda iki mina partlayışı baş verib, 3 mülki şəxs yaralanıb
‼️⚽️"Qarabağ" - "Dinamo Kiyev" matçı başladı.
⚡️Bakı metrosunda təmirlə əlaqədar 6 yeni ekspres marşrutu sabahdan fəaliyyətə başlayır ▪️ M1: “Elmlər Akademiyası” – “28 May” ▪️ M2: “İnşaatçılar” – “Nizami” – “28 May” ▪️ M3: “20 Yanvar” – “Nizami” – “28 May” ▪️ M4: “20 Yanvar” – “Koroğlu” ▪️ M5: “20 Yanvar” – “Gənclik” ▪️ M6: “Elmlər Akademiyası” – “Gənclik” ❗️Ekspres avtobuslar 14 avqustdan, metroda hərəkətin dayandırılması isə 15 avqustdan başlayacaq.
Rusiya və Ermənistan qarşıdurmasında Azərbaycan haradadır?! Bu suala cavab vermək üçün Ermənistan-Rusiya münasibətlərini nəzərdən keçirmək və hansı sahələrdə artıq böhranın mövcudluğunu, hansıların isə potensial olaraq təsirlənə biləcəyini müəyyən etmək lazımdır. Siyasət/Təhlükəsizlik İkitərəfli hərbi-siyasi ittifaq – Rusiyanın Gümrüdəki hərbi bazası, birgə HHM sistemi. Ermənistanın hərbi rəhbərliyi rus müttəfiqləri ilə az ünsiyyət qursa da, bu mövzulara yenidən baxılması gözlənilmir. KTMT üzvlüyü dondurulub. Böhran göz qabağındadır. Hazırda Ermənistanın səsvermə hüququnun məhdudlaşdırılması məsələsinə baxılır. Ən yüksək və yüksək səviyyədə siyasi dialoq mövcuddur. Lakin bu, ultimatumlar və narazılıqların çatdırılması üçün istifadə olunur. İran və Türkiyə ilə sərhədlərdə rus sərhədçilərinin sayı azalıb, lakin onların çıxarılması ilə bağlı hələ də qərar yoxdur. TRIPP və Aİ ilə vizasız rejim Ermənistanın öz sərhədlərinə müstəqil nəzarət etməsini nəzərdə tutur. Ermənistan Parlamentində iki müxalifət partiyası ruspərəstdir. Humanitar sahə Ermənistanda “Rus Evi”, “Sputnik” nümayəndəliyi, Rusiya Provaslav Kilsəsi fəaliyyət göstərir, ümumi turist axınının 40%-i rus turistləridir, Rusiya ilə Ermənistan arasında gündə 35/40 aviareys həyata keçirilir, Rusiyada böyük erməni diasporu var. Yəni, heç bir bənd üzrə böhran müşahidə olunmur. İqtisadiyyat 2024-cü ildə ikitərəfli ticarət dövriyyəsi rekord həddə – 12 mlrd. dollara çatıb. Lakin 2025-ci ildə 8 mlrd, 2026-cı ilin birinci yarısında isə cəmi 2,6 mlrd dollara düşüb. Bu templə ilin sonuna qədər dövriyyə 4 mlrd. dollar ola bilər. Böhran göz qabağındadır. Ötən il Rusiyadan Ermənistana bank köçürmələri 3,87 milyard dollar, cari ilin yanvar-may aylarında 1,9 milyard dollar olub. Hələ ki, hər şey qaydasındadır. Rusiyanın Ermənistandakı strateji aktivləri: Qazprom – Ermənistanın qazpaylayıcı şəbəkəsi – qazın qiymətinin dəyişdirilməsi müzakirə olunur, böhran potensialına malikdir. AES – Rosatom. Ermənistan amerikan modul stansiyalarına keçmək niyyətindədir. CQDY – dəmir yolları. Ermənistan artıq konsessiyanın başa çatdırılması mövzusunu gündəmə gətirir. Beləliklə, Ermənistan-Rusiya münasibətlərinin bütün spektrində böhran əsasən ticarət dövriyyəsi, KTMT, dəmir yolları və AES məsələsində müşahidə olunur. Rusiya gələcəkdə turist axınını azalda və bank köçürmələrində problemlər yarada bilər. Bəs burada Azərbaycan haradadır?! 2025-ci il Vaşinqton sammitindən və ATƏT-in Minsk Qrupunun ləğvindən sonra Qarabağ mövzusu qapandı və sülh gündəmi təsbit olundu. Sülh gündəmi Ermənistana öz suverenlik səviyyəsini yüksəltmək üçün şərait yaratdı. Paşinyan hökumətinin bu resursdan necə və hansı istiqamətdə istifadə etməsi isə artıq baş nazirin öz öhdəsinə qalır. Sülh gündəmi Ermənistan üçün Azərbaycan və Türkiyə tərəfdən gələn təhdidləri aradan qaldırdı – bu, Rusiya ilə müttəfiq münasibətlərə olan ehtiyacın əsas elementi idi. TRIPP layihəsinin razılaşdırılması Ermənistan ərazisində Rusiyanın məsuliyyət zonasından kənarda dəmir yolu çəklişi üçün ilkin şərtlər yaratdı və Ermənistan hökuməti tərəfindən konsessiyanın dayandırılması prosesini aktuallaşdırdı. TRIPP vasitəsilə Ermənistan Şərq-Qərb istiqamətində tranzit funksiyasını yerinə yetirmək imkanı əldə edir ki, bu da ölkə hökumətinə Kremlin zərərinə ölkənin nəqliyyat strategiyasını yenidən nəzərdən keçirməyə imkan verir. Azərbaycandan Ermənistana benzin tədarükü Rusiya yanacağına alternativ yaratdı. Gələcəkdə digər enerji növlərinin tədarükü də mümkündür. Göründüyü kimi, Azərbaycan Rusiyanı Ermənistandan sıxışdırmır. Azərbaycan və Ermənistanın sülh gündəmi regionda yeni reallıq yaradır və Ermənistanın suverenliyini artırır. Ölkə hökuməti isə artan suverenlik resurslarından Rusiya ilə münasibətlərdə necə istifadə edəcəyini artıq özü müəyyənləşdirir. Qalır yalnız Rusiyanın regionda öz yerini və rolunu təsbit etmək istiqamətindəki cəhdlərində nə qədər irəli gedəcəyini müşahidə etmək. @cssc_cqtm
Samuxda beş nəfər xəstəxanaya yerləşdirilib, qarayara şübhəsi araşdırılır
Paşinyan Alen Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin edib
İRANDAN AZƏRBAYCANA QARŞI NÖVBƏTİ TƏXRİBAT İranın İrəvandakı səfiri Xəlil Şirqulami Ermənistanın Sisian şəhərində keçirilən “Navasarad” festivalında qondarma “Artsax” pavilyonuna baş çəkib.
Xarici işlər nazirinin müavini Elnur Məmmədova ağır itki üz verib. Nazir müavininin atası İsrafil Məmmədov vəfat edib. Allah rəhmət eləsin!
Samuxda beş nəfər xəstəxanaya yerləşdirilib, qarayara şübhəsi araşdırılır
❗️🇹🇷Türkiyədə F-16 təlim təyyarəsi qəzaya uğrayıb, pilot sağ qalıb
VƏKİL BOŞANMA HİYLƏLƏRİNİ ÜZƏ ÇIXARDI: GÖRÜN QADINLAR KİŞİLƏRİ NECƏ TƏLƏYƏ SALIR❗❗️❗️