- Последний пост
- 23 янв. 2025 г.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 19
- Тип
- открытый
- Язык
- und
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
Tbilisi Dövlət Universitetində imtahan otağında gərginlik yaşanıb Universitetin təhlükəsizlik işçiləri ilə tələbələr arasında qarşıdurma baş verib, bu isə təhlükəsizlik işçilərinin "May Tələbə Hərəkatı"nın tutduğu imtahan mərkəzinin ərazisinə daxil olduqdan sonra baş verib. "May Tələbə Hərəkatı" dünən imtahan otağını tutub və bu ərazini stul, masa və digər əşyalarla bağlayıblar. Hərəkatın məlumatına görə, bu gün universitetin təhlükəsizlik işçiləri həmin ərazini açıb. Tələbələr etiraz edərək deyiblər: “Bu, normaldırmı? Bu hansı formada baş verir? Bu, universitetin təhlükəsizlik işçiləridir? Gəlin, indi imtahanınızı verin. Bizim tələbələrimizin təhlükəsizliyi necə qorunur?” Xatırladaq ki, "May Tələbə Hərəkatı" dünən imtahan otağını tutub və orada dayanmalarına səbəb olaraq “öz həmyaşıdları hələ də həbsdə olduğu, yaşayış yerləri olmadığı, kifayət qədər təqaüd və digər maddi dəstək almadıqları halda dərs oxumağın mümkün olmadığını” bildiriblər.
Ötən ilin sonunda Özbəkistanda həbs edilən iş adamı Şəmsi Səmədzadə azadlığa buraxılıb
Bakının Nərimanov rayonunda yerləşən “Keşlə bazarı”nda bir neçə gündən sonra söküntü işləri başlayacaq. Söküntü işləri başlamazdan əvvəl bazarda tiracətlə məşğun olan sahibkarlar Dərnəgüldə salınan yeni “Keşlə bazarı”nda fəaliyyət göstərəcəklər. Yeni “Keşlə bazarı”nda yaxın günlərdə dükanların satıcılara təhvil verilməsi üçün hazırlıq işləri gedir. Hazırda yeni salınan bazarda təmir işləri davam edir. Ərazidə xeyli sayda təmir-quruculuqla məşğul olan fəhlələr çalışır. Qeyd edək ki, yanvarın 25-dən sonra köhnə “Keşlə bazarı”ndan yenisinə köçmək üçün məhsullar yığışdırılacaq. Bazar fevralın 1-dən fəaliyyətə başlayacaq.
Bu il Ermənistan və Azərbaycan arasında genişmiqyaslı müharibə az ehtimal olunandır - xarici kəşfiyyat xidməti. Ermənistan xüsusi xidmətinin hesabatına görə, lokal eskalasiya risklərinin isə, sərhədin delimitasiya və demarkasiya prosesində zəifləməsi mümkündür.
"Azərişıq"ın əməkdaşını elektrik cərəyanı vuraraq öldürüb Hadisə Pirallahı rayonunda qeydə alınıb. "Azərişıq" ASC-də montyor işləyən Şakir Yunusov rayon ərazisində tranformatorda iş görən zaman elektrik cərəyanı vurub. Nəticədə Ş. Yunusov hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
‼️ Orxan Əsgərovun atasından rəsmi Tehranın edam qərarına MÜNASİBƏT ⬅️
❗️🇦🇿🇮🇷Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxsin edam olunması ilə bağlı qərar İranın Ali Məhkəməsi tərəfindən təsdiqlənib.
Hadisə yerindən ilk görüntülər
İranın Həmədan vilayətində hərbi təyyarə qəzaya uğrayıb İran Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Həmədan vilayətində təlim missiyasını yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində iki pilot yüngül xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb.
🇦🇿🇮🇷 İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. 🔴 Ətraflı: https://apa.az/xarici-siyaset/
İmişlidəki hadisələrdə saxlanılan 14 nəfər həbs olundu Yanvarın 18-də İmişli rayonunda baş verən yol qəzası zamanı xuliqanlıq hərəkətlərinə görə saxlanılan bir qrup şəxs barəsində qərar verilib. Saxlanılan şəxslərlə bağlı istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub. İmişli rayon Məhkəməsində aidiyyəti istintaq orqanının vəsatətinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatına baxılıb. Saxlanılan 14 nəfər (Bayramlı Bəylər, Babayev Rasif Cabbarlı Anar, Usublu Vüqar, Səfərov Şamil, İbrahimov Elman, Bağırov Abbas, Məmmədov Taleh, Tağıyev Raqib, Məmmədov Qoşqar, Əliyev Sənan, Əzimov Elxan, Quliyev Ruslan, Rzayev Rahib) barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin 221.2.1. (Xuliqanlıq - bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi üzrə ittiham verilib.
🔴SON DƏQİQƏ: İmişlidə qəzada xəsarət alan uşaq həkimlərin səyinə baxmayaraq müalicə olunduğu Yeni Klinikada dünyasını dəyişib.
Bu gün paytaxtın iki rayonunun bəzi ərazilərində qaz olmayacaq. Saat 10:00-dan etibarən təmir işləri aparılan müddətdə qazın verilməsi dayandırılacaq: ▪️Xəzər rayonu – Buzovna qəsəbəsinin Quşçuluq yaşayış massivi, ▪️Sabunçu rayonu – Şəhər şosesi, N.Baybakov, İ.Aslanov, M.İbrahimov, Y.Saratov, M.Ə.Rəsulzadə küçələrində.
🚨 Bakı-Qazax yolunda dəhşətli YANĞIN: 14 ton qida məhsulu KÜLƏ DÖNDÜ - ANBAAN VİDEO Hacıqabul rayonu yaxınlığında Bakı-Qazax yolunun 137-ci kilometrliyində baş verən yanğın nəticəsində 14 ton qida məhsulu tamamilə yanıb.
❗SON DƏQİQƏ ❗ Daşkəsəndə yanacaqdaşıyan maşın aşıb: Ölənlər var Yanacaqdaşıyan yük avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza nəticəsində 58 yaşlı Fəxrəddin Həsənov və 27 yaşlı Orxan Səmədov həyatlarını itiriblər.
Türkiyədə xizəkçilik mərkəzindəki yanğında ölənlərin sayı 66 nəfərə çatıb - VİDEO - YENİLƏNİB-2
без подписи
Prezident İlham Əliyev Davosda İraq Prezidenti ilə görüşüb Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 21-də qarşı tərəfin müraciəti əsasında İraqın Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb. Görüş Davosda baş tutub.
‼️‼️MN: Xankəndidə Quru Qoşunlarının əməliyyat müşavirəsi keçirilib
⚡️⚡️⚡️⚡️⚡️ Azərbaycan Ordusunun hərbi qulluqçusu dünyasını dəyişib Hərbi qulluqçu Namazov Nurlan Şahyəddin oğlu məzuniyyətdə olarkən yaşadığı ünvanda vəfat edib.