tgindex
Elçin Əfəndi🇦🇿

Elçin Əfəndi🇦🇿

Статистика

Public figure

Последний пост
12 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
2
Всего постов
27
Тип
открытый
Язык
und
Категория
Новости и СМИ (по похожим)
В каталоге с
13 авг.
Подписчики
20 534
−29 за 5 дн.
Сутки
−3
−0,01%
Неделя
 
Месяц
 
Просмотров на пост
4 562
27 постов
Вовлечённость
22,2%
к подписчикам
Постов в день
0,3
всего 27
Упоминаний
2
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
2 894
1/48двое суток
3 316
1/72трое суток
3 576

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 12 авг.2 818153

    Dövlət Sərhəd Xidmətinin Akademiyasının “Sərhəd təhlükəsizliyi və idarəetmə” ixtisası üzrə plan yerlərinin komplektləşdirilməsi məqsədilə əlavə sənəd qəbulu elan edilir. Hazırkı sənəd qəbulunda cari ildə I, II, III və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının hər hansı birində iştirak edərək ümumi 170 və daha çox bal toplayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər. Abituriyentlər 13 – 14 avqust 2026-cı il tarixlərində Dövlət Sərhəd Xidmətinin Aparatına (Bakı şəhəri, Z.Əliyeva küçəsi, 76) müraciət edə bilərlər. Əlaqə nömrəsi: 012-493-62-47

  • 12 авг.3 708646

    Tibb üzrə keçid 635+ təxmin edirəm.

  • 10 авг.5 0455110

    Subbakalavrlar üçün "Abituriyent" jurnalının xüsusi buraxılışı nəşr edilib

  • 9 авг.5 875152

    Abituriyentlərin və valideynlərin nəzərinə! İxtisaslaşma, konsultasiya və kodlaşdırmada iştirak etmək istəyən vətəndaşların müraciəti nəzərə alınaraq məhdud sayda alternativ qeydiyyat üçün ayrılan zaman bu gün saat 18:00-da başa çatacaq. Aidiyyatı üzrə müraciət etmək istəyənlər vətəndaşların qəbulu üzrə qeydiyyat şöbəsilə əlaqə yaradaraq qeydiyyata düşə bilərlər: 055 4949487 WhatsApp: +994554949487

  • 7 авг.5 9489

    2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçirilən qabiliyyət imtahanının nəticələri və yazı işlərinin qrafik təsvirləri https://eservices.dim.gov.az/2026/netbakjur/

  • 7 авг.5 822193

    без подписи

  • 6 авг.5 34081

    Faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi mərhələsinə başlanılır Müəllimlərin işə qəbulu üzrə müsabiqənin faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi mərhələsi 8 avqust saat 11:00-dan etibarən başlayır. Namizədlər şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimini həyata keçirə bilərlər. Vakansiya seçimi mərhələsi 10 avqust saat 11:00-dək davam edəcək. Namizədlərə vakansiya seçimi zamanı diqqətli olmaları, seçimlərini tamamladıqdan sonra elektron ərizələrini mütləq təsdiqləmələri tövsiyə olunur. Qeyd edək ki, vakant yer tutduqdan sonra ondan imtina edən namizədlərin növbəti vakansiya seçimi mərhələlərində iştirakı təmin olunmayacaq. Vakansiya seçimi mərhələsində iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq. ©️MÜTDA

  • 6 авг.4 817201

    2026/2027-ci tədris ili üçün ADA Universitetində “hüquqşünaslıq” ixtisasına tələbə qəbulu 120 nəfər nəzərdə tutulur ki, bu da ötən illə müqayisədə 20 yerin artması deməkdir. ©️Elçin Əfəndi

  • 6 авг.5 01418

    Apellyasiya nəticəsində müraciət etdiyim 9 abituryentdən 7-də bal dəyişikliyi oldu. 2 nəfərdə isə təəssüf ki, olmadı. Yeri gəlmişkən, apellyasiya nəticələri açıqlandıqdan sonra statistik göstəricilər hazırlanacaq və yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

  • 5 авг.5 253142

    IV ixtisas qrupu üzrə son 3 ildə 600 baldan yüksək nəticə göstərən abituriyentlərin sayı: 2024-cü il 614 nəfər; 2025-ci il 968 nəfər. 2026-cı il üçün proqnozum: 1000± ©️Elm və təhsil mütəxəssisi Elçin Əfəndi

  • 5 авг.4 60711

    III ixtisas qrupu üzrə son 3 ildə 600 baldan yüksək nəticə göstərən abituriyentlərin sayı: 2024-cü il DT-972 nəfər; TC-15 nəfər; Birgə 987 nəfər. 2025-ci il DT-1005 nəfər; TC-9 nəfər; Birgə-1014 nəfər. 2026-cı il üçün proqnozum: DT-700±, (DT-TC)-200±, TC-1±, Birgə-950± ©️Elm və təhsil mütəxəssisi Elçin Əfəndi

  • 5 авг.3 98421

    II ixtisas qrupu üzrə son 3 ildə 600 baldan yüksək nəticə göstərən abituriyentlərin sayı: 2024-cü il 284 nəfər; 2025-ci il 218 nəfər. 2026-cı il üçün proqnozum: 200± ©️Elm və təhsil mütəxəssisi Elçin Əfəndi

  • 5 авг.4 17432

    I ixtisas qrupu üzrə son 3 ildə 600 baldan yüksək nəticə göstərən abituriyentlərin sayı: 2024-cü il RK-551 nəfər, Rİ-792 nəfər; birgə 1343 nəfər. 2025-ci il RK-336 nəfər, Rİ-715 nəfər; Birgə-1051 nəfər. 2026-cı il üçün proqnozum: RK-300±, Rİ-600±, Birgə-900± ©️Elm və təhsil mütəxəssisi Elçin Əfəndi

  • 5 авг.4 319153

    Cari ildə prezident təqaüdü üçün ixtisas qrupları üzrə keçid ballarının aşağıdakı kimi formalaşacağını proqnozlaşdırıram: I ixtisas qrupu üzrə: 680+ II ixtisas qrupu üzrə: 660+ III ixtisas qrupu üzrə: 675+ IV ixtisas qrupu üzrə: 685+ ©️Elm və təhsil mütəxəssisi Elçin Əfəndi

  • 5 авг.4 46029

    Qarabağ Universitetində təhsil alan tələbələr yataqxana ilə təmin olunur. Yataqxanalar oğlan tələbələr üçün ayrı, qız tələbələr üçün ayrıdır. Yataqxanalara kənar şəxslərin girişi mümkün deyil. Mühafizə xidməti tərəfindən qorunur. Xankəndində tələbələr üçün iş imkanları da mövcuddur. Şəhərdə müxtəlif iaşə obyektləri, restoranlar, apteklər və s. mövcuddur.

  • 5 авг.4 1957

    2026/2027-ci tədris ili üçün Qarabağ Universitetində IV ixtisas qrupu üzrə 286 nəfər IV ixtisas qrupuna qəbul olunacaq. Onların hər biri dövlət sifarişi üzrə, yəni p u l s u z təhsil qazanacaq. ©️Elm və təhsil mütəxəssisi Elçin Əfəndi

  • 5 авг.4 01541

    2026/2027-ci tədris ili üçün “hərbi tibb” ixtisasına proqnozlaşdırılan tələbə qəbulu sayı: 150. Yerlərin hamısı dövlət safarişidir. ©️Elm və təhsil mütəxəssisi Elçin Əfəndi

  • 5 авг.4 086

    Rezidenturaya qəbul imtahanında iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. İştirakçılar buraxılış vərəqəsini buradan çap edə bilərlər. “İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, yer, bina, zal, başlanma vaxtı və namizədin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

  • 5 авг.4 11951

    Tam (11 illik) orta təhsil bazasından orta ixtisas təhsil müəssisələrinə qəbul cari ayın sonu sentyabrın əvvəli keçiriləcək. Bu istiqamətdən orta ixtisas təhsil müəssisələrinə (kolleclərə) qəbul üzrə müsabiqə şərtlərini aşağıda təqdim edirəm: İxtisas seçiminə qəbul imtahanında (buraxılış imtahanı. Müəllif Elçin Əfəndi) topladıqları ümumi balı 50 baldan yuxarı olan və Azərbaycan dili (rus dili rus bölmələri üçün), riyaziyyat fənləri üzrə ən azı 10 bal və daha artıq bal toplayan abituriyentlər buraxılır. Qeyd edim ki, müsabiqə şərtinə əsasən, xarici dil (ingilis, rus, alman, fransız və s.) fənninə görə nisbi bal məhdudiyyəti tətbiq olunmur. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqədə iştirak üçün minimal bal tələbi 40 baldır (xoreoqrafiya və rəqs müəllimliyi ixtisasları istisna olmaqla, çünki hər iki ixtisas üzrə 30 bal tələb olunur) və fənlər üzrə heç bir nisbi bal məhduddiyyəti tələb olunmur. Qeyd olunan istiqamət üzrə ixtisaslaşma, konsultasiya və kodlaşdırmada iştirak etmək istəyənlər vətəndaşların qəbulu üzrə qeydiyyat şöbəsilə əlaqə yaradaraq qeydiyyata düşə bilərlər: 055 4949487 055 2879994 WhatsApp: +994554949487, +994552879994

  • 4 авг.3 64022

    2026/2027-ci tədris ili üçün “hüquqşünaslıq” ixtisasına proqnozlaşdırılan tələbə qəbulu sayı: 1495. Onlardan 1205-i dövlət safarişidir. ©️Elm və təhsil mütəxəssisi Elçin Əfəndi