tgindex
Azərbaycan Tələbələri

Azərbaycan Tələbələri

Статистика

🇦🇿Azərbaycan Respublikasının ilk Rəsmi Təhsil Kanalı Təhsildə baş verən ən son yeniliklər! ©️Müəllif hüquqları qorunur! https://telebetehsil.az/ link: https://t.me/azetelebe Reklam və iş birliyi üçün: +994552219799 Wp @Telebetehsilmerkezi

Последний пост
14 авг.
Последнее чтение
13 авг.
Постов за неделю
34
Всего постов
114
Тип
открытый
Язык
az
В каталоге с
13 авг.
Подписчики
21 249
+10 за 3 дн.
Сутки
+2
+0,01%
Неделя
 
Месяц
 
Просмотров на пост
1 453
40 постов
Вовлечённость
6,8%
к подписчикам
Постов в день
4,9
всего 114
Упоминаний
3
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1 183
1/48двое суток
1 355
1/72трое суток
1 462

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 14 авг.1 3351

    видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • 13 авг.1 81014

    Subbakalavra şad xəbər

  • 13 авг.1 53112

    Diqqət

  • Tibb ixtisaslarını seçənlərin NƏZƏRİNƏ: “IV ixtisas qrupu üzrə plan yerlərinin sayı 5048-dir. Onun 75 faizi, yəni 3551-i dövlət sifarişli yerdir”. Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə DİM-in “YouTube” və “Facebook” səhifələrindəki canlı yayımda məlumat verib. DİM sədri qeyd edib ki, IV ixtisas qrupu üzrə kənd təsərrüfatı ixtisaslarının hamısı dövlət sifarişli yerlərdir: “Çünki bu, dövlət siyasətidir. Bu sahədə mütəxəssislər çatışmır. İstəyərdik ki, yüksək səviyyəli, bilikli şəxslər kənd təsərrüfatı sahəsini seçsinlər”. M.Abbaszadənin sözlərinə görə, IV ixtisas qrupu üzrə 600 baldan yuxarı nəticə göstərənlərin sayı 1 212 nəfərdir: “Bu il “Tibb” ixtisasında keçid ballarının ötən illə müqayisədə 20 bal artmasını gözləyirik. Ötən il 500 baldan yuxarı formalaşan keçid balları bu il 10 bal arta, 400 baldan yuxarı formalaşan keçid balları isə eyni qala bilər”. O həmçinin qeyd edib ki, IV qrup üzrə ötən il 300-400 bal intervalında olan ixtisaslarda bu il 10 bal artım ola bilər: “IV qrup üzrə keçidi ötən il 200-300 bal arasında olan ixtisaslarda isə keçid balı eyni səviyyədə qala bilər”. DİM sədri bildirib ki, IV ixtisas üzrə 150 baldan yuxarı nəticə göstərənlər düzgün seçim etsələr, əksəriyyəti ali məktəblərə qəbul ola biləcək, onlardan cəmi 300 nəfəri kənarda qalacaq.

  • 13 авг.1 28231

    “III ixtisas qrupu həmişə çox yüksək müsabiqə vəziyyəti ilə fərqlənir. Bu il plan yerlərinin sayı 15 533, dövlət sifarişli yerlərin sayı isə 4 000-dir. II qrupda olduğu kimi, burada da abituriyentlərin 26 faizi dövlət sifarişli yerlərdə oxuya bilərlər”. Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə DİM-in “YouTube” və “Facebook” səhifələrindəki canlı yayımda məlumat verib. Onun sözlərinə görə, 200 baldan yuxarı toplayanların sayı 20 805 nəfərdir. Buna görə də təxminən 5 000 abituriyent ali məktəbə qəbul olmayacaq: “DT altqrupunda, TC altqruplarında kifayət qədər yüksək müsabiqə vəziyyəti var. III qrupun DT altqrupu üzrə keçid balı 600-dən yüksək olan ixtisasların keçid balının bu il eyni səviyyədə qalması və ya ötən illə müqayisədə 5-6 bal aşağı enməsi müşahidə olunacaq. 500-dən yuxarı keçid balı olan ixtisaslarda da təxminən eyni keçid balı formalaşacaq”. DİM sədri qeyd edib ki, 400-500 və 300-400 keçid balı olan ixtisaslarda da eyni mənzərə müşahidə olunacaq: “Ötən il III qrup üzrə keçidi 200-300 bal olan ixtisaslarda keçid balı bu il 20 bala qədər arta bilər”. M.Abbaszadənin sözlərinə görə, TC altqrupunda isə keçid balı 600-dən yüksək olan ixtisasların keçid balının eyni qalması, 500-600 bal aralığında olan ixtisaslarda isə bu il təxminən 30 bal artım ola bilər: “390 baldan yuxarı bal toplayanlar TC ixtisasları üzrə qəbul oluna bilərlər. TC altqrupunda 520-dən yüksək bal toplayanlar dövlət sifarişli yerlərə qəbul ola bilərlər”. O həmçinin bildirib ki, TC altqrupunda 300-400 bal intervalında keçidi olan ixtisaslarda 90 bala qədər artım gözlənilir: “200-300 bal intervalında olan ixtisaslarda da həmçinin 90 bala qədər artım olacaq”. M.Abbaszadə qeyd edib ki, III ixtisas qrupu üzrə 150 bal toplayanlara və subbakalavrlara şans qalmayacaq: "Ən gərgin müsabiqə vəziyyəti məhz III qrupdadır".

  • 13 авг.1 0832
  • 13 авг.1 2051

    Bu zəngdən sonra bizim də sevincimiz yerə-göyə sığmadı! 🎓❤️ Bir tələbə daha arzusuna çatdı. 🥹✨ Əlaqə: 055 221 13 98 #telebetehsilmerkezi #qebul #telebe #universitet #abituriyent #xaricdetehsil

  • 13 авг.1 0572

    Saat 11:00-a olan statistika belədir

  • Tələbə Təhsil Mərkəzində yeni tədris ili üçün qeydiyyat davam edir! 🎓 Abituriyent hazırlığından məktəb fənlərinə, xarici dillərdən müxtəlif hazırlıq proqramlarına qədər — təhsil məqsədlərinə uyğun istiqaməti bizimlə seç. ✨ Təcrübəli müəllimlər 📖 Bütün fənlər üzrə hazırlıq 👥 Fərdi və qrup dərsləri 🎯 Müxtəlif tədris və hazırlıq proqramları Yeni tədris ilində uğurunun ilk addımını bizimlə at! 💙 📞 55 299 88 35 🌐 telebetehsil.az 📲 @telebetehsilmerkezi #telebetehsilmerkezi #yenitedrisili #qeydiyyat #hazirliqdərsləri #tehsil

  • Şərh sizdə

  • 11 авг.1 8654

    Pərvin Əliyev: “İxtisas seçimi həyatınızın istiqamətini müəyyən edən qərarlardan biridir” “Tələbə Təhsil Mərkəzi” şirkətinin təsisçisi, elm və təhsil eksperti Pərvin Əliyev 12–19 avqust tarixlərində keçiriləcək ixtisas seçimi ilə bağlı abituriyent və valideynlərə müraciət edib. Pərvin Əliyev bildirib ki, abituriyentlər üçün uzun və yorucu bir hazırlıq mərhələsinin ən həyəcanlı günləri artıq başlayır: “Əziz abituriyentlər, ilk növbədə hər birinizi bu günə gəlib çatdığınız üçün təbrik edirəm. Qarşınızda duran bu seçim sadəcə bir universitetə qəbul olmaqdan ibarət deyil. Bu, gələcək həyatınızın istiqamətini müəyyənləşdirəcək mühüm qərarlardan biridir. 11 il ərzində çəkdiyiniz zəhməti, imtahana hazırlaşdığınız günləri, yuxusuz gecələri və qurduğunuz xəyalları bir anlıq qərara qurban verməyin.” Ekspert abituriyentlərə seçim zamanı ən vacib məqamın özlərini tanımaq olduğunu vurğulayıb: “İxtisas seçərkən ilk növbədə özünüzə sual verin: Mən nəyi bacarıram, hansı sahəyə marağım var və gələcəkdə özümü harada görürəm? Təkcə dostunuz həmin ixtisası seçir deyə, valideyniniz istəyir deyə və ya hansısa ixtisas hazırda daha prestijli görünür deyə seçim etməyin. Unutmayın ki, universitetdə həmin ixtisası oxuyacaq və gələcəkdə o sahədə işləyəcək şəxs sizsiniz.” Pərvin Əliyev qeyd edib ki, yalnız keçid balına və universitetin adına baxmaq düzgün seçim üçün kifayət etmir: “İxtisasın adını görüb qərar verməyin. Həmin ixtisasda hansı fənlərin tədris olunduğunu, məzun olduqdan sonra hansı istiqamətlərdə işləyə biləcəyinizi, əmək bazarında perspektivini, təhsil haqqını və digər imkanları əvvəlcədən araşdırın. Eyni zamanda yalnız bir ilin keçid balına əsaslanaraq bütün gələcəyinizi planlaşdırmayın. Seçimlərinizi real və düşünülmüş şəkildə formalaşdırın.” Ekspert valideynlərə də səslənərək onların bu prosesdə əsas rolunun övladlarına istiqamət göstərmək olduğunu bildirib: “Valideynlərdən xahişim budur ki, övladlarının yerinə seçim etməsinlər. ‘Filankəsin uşağı burada oxuyur’, ‘bu ixtisas daha yaxşıdır’ və ya ‘mütləq bu universitetə getməlisən’ yanaşması ilə qərar vermək doğru deyil. Övladınızı dinləyin, onun istəyini və bacarığını nəzərə alın. Bəzən uşağın seçdiyi ixtisas valideynin düşündüyündən tamamilə fərqli ola bilər, amma həmin seçim onun üçün daha doğru seçim ola bilər.” Pərvin Əliyev abituriyentlərə seçim zamanı emosiyaya qapılmamağı və qərarı tələsmədən verməyi tövsiyə edib: “Bu gün sosial şəbəkələrdə müxtəlif fikirlər, proqnozlar və tövsiyələr görəcəksiniz. Hər deyilənə inanmayın. Məlumatı mümkün qədər rəsmi və etibarlı mənbələrdən əldə edin. Kimsə ‘bu ixtisas mütləq düşəcək’, digəri isə ‘bu ixtisası heç kim yazmasın’ deyə bilər. Amma sizin üçün əsas olan başqasının fikri yox, öz nəticəniz, istəyiniz və real imkanlarınızdır.” Ekspert sonda abituriyentlərə motivasiya xarakterli müraciət edib: “Əziz abituriyentlər, siz artıq ən çətin mərhələlərdən birini keçmisiniz. İndi özünüzə inanmağın, sakit olmağın və zəhmətinizə güvənməyin vaxtıdır. Əgər bu günə qədər bacarmısınızsa, bundan sonrakı mərhələnin də öhdəsindən gələcəksiniz. Özünüzə ‘bacaracağammı?’ sualını deyil, ‘mən bunu necə daha düzgün edəcəyəm?’ sualını verin. Unutmayın, bir imtahan nəticəsi sizin kim olduğunuzu müəyyən etmir. Bir ixtisasa qəbul olmaq həyatdakı bütün uğurların son nöqtəsi deyil, yeni başlanğıcdır. Qarşınızda hələ çox böyük imkanlar var. Əsas odur ki, seçiminizi düşünərək edin və sonradan ‘kaş ki’ deməyəsiniz. Sizə ürəkdən uğurlar arzulayıram. Ümid edirəm ki, 12–19 avqust tarixlərində hər biriniz illərdir qurduğunuz xəyallara bir addım daha yaxınlaşacaqsınız. Siz bu günə qədər əlinizdən gələni etmisiniz, indi isə özünüzə inanmağın vaxtıdır."

  • видео или голосовое, без подписи

  • Son statistika canlı yayımda açıqlanacaq! Qaçırtmayın! Link: https://www.tiktok.com/@pervineliyevtehsil?_r=1&_t=ZS-98nZBdlOKH3

  • 11 авг.1 5751

    Son statistika canlı yayımda açıqlanacaq! Qaçırtmayın! Link: https://www.tiktok.com/@pervineliyevtehsil?_r=1&_t=ZS-98nZBdlOKH3

  • Və nəhayət! Sabah böyük gün başlayır! *21:00-da canlı yayım var!* Uzun aradan sonra ümumi təhsil məsələləri üzrə mütəxəssis ekspert Pərvin Əliyevlə canlı yayımda olacaq! Hər kəs dəvətlidir! Link: https://www.tiktok.com/@pervineliyevtehsil?_r=1&_t=ZS-98nZBdlOKH3

  • 10 авг.1 7781

    ⬆️⬆️⬆️

Azərbaycan Tələbələri — tgindex