- Последний пост
- 14 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 35
- Всего постов
- 107
- Тип
- открытый
- Язык
- und
- Категория
- Новости и СМИ (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 374
- 1/48двое суток
- 428
- 1/72трое суток
- 462
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
#BDU #BakıDövlətUniversiteti #BakuStateUniversity #İxtisasSeçimi #Abituriyent #TələbəHəyatı #UğurluKaryera
BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir Bakı Dövlət Universitetində (BDU) ixtisas seçimlərində BDU-nu seçəcək abituriyentlər üçün Abituriyent Məlumat Mərkəzinə gün ərzində 30-dan çox müraciət qəbul olunub. Eyni zamanda BDU-nun xüsusi “WhatsApp” nömrəsi vasitəsilə 100-dən çox şəxsin sorğusu cavablandırılıb. Qeyd edək ki, bu gündən etibarən BDU-da fəaliyyət göstərən Abituriyent Məlumat Mərkəzi və xüsusi “WhatsApp” nömrəsinin yaradılmasında əsas məqsəd ixtisas seçimlərində BDU-nu seçəcək abituriyentlərin BDU-da tədris olunan ixtisaslar, qəbul qaydaları, qəbul göstəriciləri, plan yerləri və təhsil imkanları barədə dolğun məlumatlandırılmasını təmin etmək, ixtisas seçimi prosesində onların maraq və gözləntilərinə uyğun düzgün istiqamətləndirilməsinə dəstək olmaq və tədrislə bağlı suallarının operativ cavablandırılmasını həyata keçirməkdir. Mərkəz avqustun 19-dək həftənin hər günü saat 10:00-dan 18:00-dək BDU-nun əsas tədris binasının I mərtəbəsində fəaliyyət göstərəcək.
BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsində 2 ixtisas üzrə tələbə qəbulu aparılır 🎓 Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində 4 kafedra və 2 tədris laboratoriyası fəaliyyət göstərir. 📚 Bakalavriat üzrə: • “Kitabxanaçılıq və informasiya fəaliyyəti” • “Muzey, arxiv işi və abidələrin qorunması” 🎯 Məzunlar kitabxana, arxiv, muzey, nəşriyyat, media, dövlət və özəl qurumlarda, həmçinin tarixi abidələrin mühafizəsi sahəsində çalışa bilərlər. 🌐 Tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycanın Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilmiş Məmməd Bahəddin oğlu Əhmədzadə Bakı Dövlət Universitetinin (BDU) məzunudur. Məzunumuzu yüksək vəzifəyə təyinatı münasibəti ilə təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq! Məzunlarımızla fəxr edirik!
🌍 BDU-nun Coğrafiya fakültəsini seçmək istəyən abituriyentlərin nəzərinə! Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində 6 kafedra fəaliyyət göstərir. 📚 Bakalavriat səviyyəsində 5 ixtisas üzrə mütəxəssis hazırlanır: 🔹 Coğrafiya 🔹 Coğrafiya müəllimliyi 🔹 Turizm işinin təşkili 🔹 Geomatika və geodeziya mühəndisliyi 🔹 Hidrometeorologiya 💼 Məzunlar dövlət qurumlarında, məktəblərdə, turizm şirkətlərində, mehmanxanalarda, geodeziya və CİS sahəsində, eləcə də hidrometeorologiya və ətraf mühitin monitorinqi istiqamətlərində çalışa bilərlər. 🌐 Tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.
🎓 BDU-nun Geologiya fakültəsini seçmək istəyən abituriyentlərin nəzərinə! Bakı Dövlət Universitetinin Geologiya fakültəsində 5 kafedra və elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. 📚 Fakültədə 4 ixtisas üzrə mütəxəssis hazırlanır: 🔹 Geologiya 🔹 Geologiya və geofizika mühəndisliyi 🔹 Mədən mühəndisliyi 🔹 Meliorasiya mühəndisliyi 🌐 Tədris Azərbaycan, rus və ingilis dillərində aparılır. Məzunlar SOCAR, BP, “AzerGold”, Dövlət Su Ehtiyatları Agentliyi, Respublika Seysmoloji Xidmət Mərkəzi və digər yerli və xarici qurumlarda çalışa bilərlər.
🎓 BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 6 ixtisas üzrə kadrlar hazırlanır Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində 9 kafedra, 2 elmi-tədqiqat laboratoriyası və “İNKİŞAF” respublika elmi-praktik mərkəzi fəaliyyət göstərir. 📚 Fakültədə 6 ixtisas üzrə tələbə qəbulu aparılır: 🔹 Psixologiya 🔹 Sosiologiya 🔹 Fəlsəfə 🔹 Sosial iş 🔹 Təhsildə sosial-psixoloji xidmət 🔹 Xüsusi pedaqogika 🌐 Tədris Azərbaycan, rus və ingilis dillərində həyata keçirilir.
#BDU #BakıDövlətUniversiteti #BakuStateUniversity #İxtisasSeçimi #Abituriyent #TələbəHəyatı #UğurluKaryera
BDU-nun UĞURLU məzunları ℹ️ Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin “Fizika” ixtisası üzrə məzunu İsrafil Yusublu “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın qalibi kimi magistratura təhsilini 2027-ci il üzrə QS Dünya Universitetləri Reytinqində 80-ci yerdə qərarlaşan Almaniya Federativ Respublikasının Heydelberq Universitetində (Heidelberg University) "Fizika" ixtisası üzrə davam etdirəcək. 🔸 2022-ci ildə keçirilən qəbul imtahanlarında 629 bal toplayaraq BDU-nun Fizika fakültəsinin “Fizika” ixtisasına qəbul olan İsrafil Yusublu bakalavr təhsilini 93.28 ÜOMG ilə başa vurub. 🔹O, ingilis dilinin beynəlxalq standartlaşdırma testi olan IELTS imtahanından 7.5 nəticə əldə edib. 📌 İsrafil Yusublu təhsil aldığı müddətdə Azərbaycan ali təhsil müəssisələri arasında keçirilən fənn olimpiadasında fizika üzrə ardıcıl olaraq 3 dəfə I yerə layiq görülüb. Məzunumuzu təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq!
Abituriyentlər üçün BDU-nun xüsusi “WhatsApp” nömrəsi fəaliyyətə başlayıb İxtisas seçimlərində Bakı Dövlət Universitetini (BDU) seçəcək abituriyentlər üçün BDU-nun xüsusi “WhatsApp” nömrəsi (+994 99 389 13 93) fəaliyyətə başlayıb. BDU-nun xüsusi “WhatsApp” nömrəsinin yaradılmasında məqsəd ixtisas seçimlərində BDU-nu seçəcək abituriyentlərin və onların valideynlərinin BDU-da tədris olunan ixtisaslar, qəbul qaydaları, qəbul göstəriciləri, plan yerləri, təhsil imkanları barədə məlumatlandırılmasını və suallarının cavablandırılmasını operativ şəkildə təmin etməkdir.
BDU-da Abituriyent Məlumat Mərkəzi fəaliyyətə başlayıb Bakı Dövlət Universitetində (BDU) ixtisas seçimlərində BDU-nu seçəcək abituriyentlər üçün Abituriyent Məlumat Mərkəzi fəaliyyətə başlayıb. Abituriyent Məlumat Mərkəzinin yaradılmasında əsas məqsəd ixtisas seçimlərində BDU-nu seçəcək abituriyentlərin BDU-da tədris olunan ixtisaslar, qəbul qaydaları, qəbul göstəriciləri, plan yerləri və təhsil imkanları barədə dolğun məlumatlandırılmasını təmin etmək, ixtisas seçimi prosesində onların maraq və gözləntilərinə uyğun düzgün istiqamətləndirilməsinə dəstək olmaq və tədrislə bağlı suallarının operativ cavablandırılmasını həyata keçirməkdir. Mərkəz avqustun 19-dək həftənin hər günü saat 10:00-dan 18:00-dək BDU-nun əsas tədris binasının I mərtəbəsində fəaliyyət göstərəcək. İştirak etmək üçün qeydiyyat linki: https://forms.gle/CmJRf6JtPNfQfCNX8 #BDU #BakıDövlətUniversiteti #BakuStateUniversity #İxtisasSeçimi #Abituriyent #BDUAbituriyentMəlumatMərkəzi
#BDU #BakıDövlətUniversiteti #BakuStateUniversity #İxtisasSeçimi #Abituriyent #TələbəHəyatı #UğurluKaryera
BDU tələbələri üçün “GeoCamp” yay düşərgəsi keçiriləcək 25-30 avqust tarixlərində Bakı Dövlət Universiteti (BDU) və “Azerbaijan International Mining Company Limited” şirkət birgə təşkilatçılığı, BDU-nun Geologiya fakültəsi, “BDU könüllüləri” təşkilatı, “CM Tech” MMC, “CQA International Ltd” MMC, AT-Geotech MMC, “A-A” MMC, “Atlas” MMC və “AzGeo” MMC-nin dəstəyi ilə BDU-nun Quba Tədris-Təcrübə və İstirahət Mərkəzində “GeoCamp” tələbə yay düşərgəsi keçiriləcək. Düşərgədə tələbələr süxur və mineral nümunələrini yaxından öyənmək, geologiyanın müxtəlif sahələri üzrə tədqiqatları və müşahidələri aparmaq, praktiki geoloji fəaliyyətlərə qoşulmaq və təlimlərdə iştirak etmək imkanı əldə edəcəklər. Qeydiyyat linki: https://docs.google.com/forms/d/e/1FAIpQLScQYHIJymPA_7Gxglc4XAL1T4VzrIPi-PKrDiwH2AMRzjqNQA/viewform?usp=send_form
BDU-nun UĞURLU məzunları ℹ️ Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin “Biotexnologiya” ixtisası üzrə məzunu Nərmin Qurbanlı “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın qalibi kimi magistratura təhsilini 2027-ci il üzrə QS Dünya Universitetləri Reytinqində 97-ci yerdə qərarlaşan Birləşmiş Krallığın Nottinqem Universitetində (University of Nottingham) "Biotexnologiya" ixtisası üzrə davam etdirəcək. 🔸 2022-ci ildə keçirilən qəbul imtahanlarında 547.1 bal toplayaraq BDU-nun Biologiya fakültəsinin “Biotexnologiya” ixtisasına qəbul olan Nərmin Qurbanlı bakalavr təhsilini 93.42 ÜOMG ilə başa vurub. 🔹 O, ingilis dilinin beynəlxalq standartlaşdırma testi olan IELTS imtahanından 7.0 nəticə əldə edib. Məzunumuzu təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq!
BDU-nun UĞURLU məzunları ℹ️ Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin “Geologiya mühəndisliyi” ixtisası üzrə məzunu Ərzuman Rizvanoğlu “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın qalibi kimi doktorantura təhsilini 2027-ci il üzrə QS Dünya Universitetləri Reytinqində 211-ci yerdə qərarlaşan İspaniyanın Barselona Muxtar Universitetində (Universitat Autònoma de Barcelona) “Geologiya” üzrə fəlsəfə doktoru proqramında davam etdirəcək. 🔸 2009-cu ildə keçirilən qəbul imtahanlarında 479 bal toplayaraq BDU-nun Geologiya fakültəsinin “Geologiya mühəndisliyi” ixtisasına qəbul olan Ərzuman Rizvanoğlu magistratura təhsilini “Filiz və qeyri-filiz faydalı qazıntı yataqlarının geologiyası” ixtisaslaşması üzrə 91 ÜOMG ilə başa vurub. Məzunumuzu təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq!
BDU-nun Mexanika-riyaziyyat fakültəsində 3 ixtisas üzrə mütəxəssis hazırlanır Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsində 6 kafedra fəaliyyət göstərir. Bakalavriat səviyyəsində tələbələr II kursdan etibarən elmi-tədqiqat işlərinə cəlb olunurlar. Fakültədə Riyazi analiz və funksiyalar nəzəriyyəsi, Diferensial tənliklər və idarəetmə nəzəriyyəsi, Cəbr və həndəsə, Hesablama riyaziyyatı və riyazi modelləşdirmə, Mexanika, Ali riyaziyyat və riyaziyyatın tədrisi metodikası kafedraları fəaliyyət göstərir. Müxtəlif elmi istiqamətlər üzrə həmin kafedralarda elmi-tədqiqat işləri aparılır. Bakalavriat səviyyəsində “Riyaziyyat”, “Riyaziyyat müəllimliyi” və “Mexanika” ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirilir.
🎓 BDU-nun Şərqşünaslıq fakültəsində 14 ixtisas üzrə mütəxəssis hazırlanır Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində 4 kafedra və 1 elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. 📚 Fakültədə 3 istiqamət üzrə təhsil verilir: 🔹 Regionşünaslıq – ərəb ölkələri, İran, Türkiyə, İsrail, Pakistan, Yaponiya, Çin və Koreya; 🔹 Filologiya – ərəb, fars və türk dili və ədəbiyyatı; 🔹 Tərcümə – ərəb və fars dilləri. 🌍 Tələbələr minimum 2 Şərq dilinə yiyələnir, məzunlar isə dövlət qurumları, səfirliklər, beynəlxalq təşkilatlar və müxtəlif sahələrdə çalışa bilirlər. 🎓 Məzunlar təhsillərini ərəb ölkələri, Türkiyə, İsrail, Pakistan, Yaponiya, Çin və Koreyanın universitetlərində davam etdirə bilirlər. 📌 Tədris Azərbaycan və rus dillərində aparılır.
BDU-nun UĞURLU məzunları 🎓 ℹ️ BDU-nun Coğrafiya fakültəsinin “Coğrafiya müəllimliyi” ixtisası üzrə məzunu Aytac Nurkişiyeva Dövlət Proqramının qalibi olub. 🇺🇸 O, magistratura təhsilini 2027-ci il QS Dünya Universitetləri Reytinqində 5-ci yerdə qərarlaşan Harvard Universitetinin Təhsil üzrə Ali Məktəbində “Təhsil siyasəti və təhlili” ixtisası üzrə davam etdirəcək. 🔹 Aytac BDU-da bakalavr təhsilini 91, magistratura təhsilini isə 97 ÜOMG ilə başa vurub. IELTS-dən 7.5 nəticə əldə edib, “Gələcəyin müəllimi” və “Əlaçı” təqaüdlərinə layiq görülüb. Məzunumuzu təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq! 👏
🧑💻 BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsini seçmək istəyən abituriyentlərin nəzərinə! Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsində 8 kafedra, 3 kompüter laboratoriyası və Azərbaycan–Koreya Kompüter Elmləri Mərkəzi fəaliyyət göstərir. 🎓 Bakalavriat səviyyəsində 3 ixtisas üzrə qəbul aparılır: 🔹 Kompüter elmləri 🔹 İnformatika (rəqəmsal bacarıqlar) müəllimliyi 🔹 İnformasiya təhlükəsizliyi 💻 “Kompüter elmləri” məzunları proqramçı, İT mütəxəssisi, verilənlər bazası dizayneri, sistem inzibatçısı və digər sahələrdə çalışa bilərlər. 👨🏫 “İnformatika (rəqəmsal bacarıqlar) müəllimliyi” məzunları məktəb, lisey və gimnaziyalarda İnformatika fənnini tədris edə bilərlər. 🔐 “İnformasiya təhlükəsizliyi” isə əmək bazarında yüksək tələbat görən ixtisaslardandır. Məzunlar informasiya təhlükəsizliyi, sistem inzibatçılığı, analitika və İT layihələrinin idarə olunması sahələrində işləyə bilərlər. 🌐 Tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.
BDU-nun Jurnalistika fakültəsinə qəbul olmaq istəyənlərin diqqətinə! Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində 4 kafedra (Yeni media və kommunikasiya nəzəriyyəsi, Milli mətbuat tarixi, Multimedia ve elektron kommunikasiya və Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedraları), bir elmi-tədqiqat laboratoriyası, həmçinin Tədris teleradio studiyası, “Füyuzat” Media Mərkəzi, “ARB 24” televiziyasının “NewsLab” otağı, Azərbaycan Mətbuat Şurasının otağı, Medianın İnkişafı Agentliyinin və AZƏRTAC-ın BDU-da xüsusi auditoriyaları, “Xalq qəzeti”nin “Debat otağı” və “Milli mətbuat tarixi” auditoriyası fəaliyyət göstərir. Jurnalistika fakültəsi ölkədə peşəkar jurnalistlər hazırlayan əsas bazadır. “Jurnalistika” ixtisası üzrə Universiteti bitirən məzunlar müxtəlif media qurumları, müəssisə və təşkilatların mətbuat xidmətləri, ictimaiyyətlə əlaqələr şöbələri, informasiya agentlikləri və reklam sahələrində çalışa bilərlər. Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.