- Последний пост
- 13 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 1
- Всего постов
- 26
- Тип
- открытый
- Язык
- az
- Категория
- Религия (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 62
- 1/48двое суток
- 71
- 1/72трое суток
- 76
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
Peyğəmbərﷺ demişdir: "İnsan öldüyü zaman onun bütün əməlləri kəsilir, yalnız üç şeydən başqa: 1. Davamlı sədəqə 2. Faydanılan elm 3. Onun üçün dua edən saleh övlad". Muslim. Peyğəmbərﷺin "Onun üçün dua edən saleh övlad" sözündə övladın valdeynləri üçün onlar öldükdən sonra dua etməyi çoxaltmasının insanın salehliyinin əlamətlərindən olduğuna işarə vardır. Bunun əks əlaməti isə bunu etməməsidir. • T.me/arabiazeri •
без подписи
Şumeyt ibn Əcləndən soruşdular: — «Münafiq ağlayarmı?» Dedi: — «Gözü ağlayar, amma qəlbi ağlamaz.» 📚 Hilyətul-Əvliya, 3/129 https://t.me/al_badr_fawaid0101
💎 Sünnədə varid olmuş dualardan 🔶 Borcun ödənilməsi üçün edilən dua «Allahumməkfini bihəlalikə an həramik, və əğnini bifadlikə ammən sivak.» “Allahım, məni halal nemətlərinlə kifayətləndirib haramına möhtac etmə! Məni Öz lütfünlə Özündən başqasına möhtac etmə!” 🌿🌿🌿🌿🌿🌿🌿 T.me/enbiya_az
Bu günlərdə baş verən bu hadisələr çox müsəlmanın qəlbində hüzün yaradır. Qəza keçirən ailələr üçün dualarınızı əsirgəməyin. İnnə lilləhi və innə ileyhi raciun
Əssəlamu əleykum və rəhmətullahi və bərəkətuhu. Ruslan qardaşımızın ailəsi ağır yol-nəqliyyat hadisəsi keçirib. Təəssüf ki, övladlarından biri dünyasını dəyişib. İnnə lilləhi və innə iləyhi raciun. Allah-Təala vəfat edən övladına rəhmət etsin, onu Cənnət əhlindən etsin. Yerdə qalan ailə üzvlərinə Uca Allahdan şəfa, səbir və dözüm versin. Rəbbim qəlblərinə rahatlıq bəxş etsin, onlara Öz rəhməti ilə kömək olsun. Amin.
Əs-sələmu aleykum və rahmətullahi və bərəkətuh, əziz müsəlmanlar. Dua möminin silahıdır. Bizlər hər bir məsələdə Rəbbimizə dönməliyik. Bildiyiniz kimi, bu dünya həyatı imtahan həyatıdır. Hər kəs bir şey ilə imtahan olunur. Rəbbim bizlərə imtahandan səbirlə çıxacaq güclü iman və təslimiyyət versin. Diqqətinizə çatdırmaq istədiyim bir məsələ var. Hamımızın tanıdığı İxlas Sünnə kanalının admini olan Vasif qardaşımız və ailəsi qəza keçirib və avtomobil dərədən aşıb, xəsarət alıblar. Qardaşın həyat yoldaşı və qızı ağır durumdadır. Sizdən xahişimiz qardaş və ailəsi üçün dua edin. Həmçinin dualarınızda özünüz və əhliniz üçün Allahdan salamatlıq, əmin-amanlıq diləyin. Sıxıntı içində olan bacı-qardaşlarımız üçün dua edin.
https://youtu.be/ALAgQzcqAG4?si=f7DU0RBY2HFVzf4d
без подписи
Qara zirədən istifadə etməyənlər !!!!⬇️⬇️bu məqaləni mütləq oxusunlar Qara zirənin faydaları Qara zirənin tərkibində prostat vəz xərçəngi, uşaqlıq, bağırsaq, mədəaltı vəz xərçəngi kimi xəstəliklərə faydalı olan timoquinon adlı maddə tapılmışdır. Qara zirədən daimi istifadə edənlərdə qan təzyiqi normadan yüksəlmir, onun qəbulu hipertoniyalı xəstələrdə təzyiqi normallaşdırır, qanda yüksək xolesterini aşağı salır, həmçinin epilepsiya tutmaları 3 dəfəyə qədər azalır. Qara zirənin həm daxilə, həm də xaricə istifadəsi zamanı, məsələn, yağını gündə 3 dəfə içdikdə və saç diblərini masaj etdikdə həm saçlar gurlaşır, ağarmış saçlar yavaş-yavaş qaralmağa başlayır, saç dibində qaşınma və kəpəklənmə aradan qalxır. Miqren zamanı qara zirə yağı alına, qulaq diblərinə və burun içinə vurulub masaj edilir və eyni zamanda daxilə qəbul edilir. Qara zirə çox güclü antioksidant olduğundan yeməkdən əvvəl 1 çay qaşığı yağının içilməsi arıqladıcı təsir göstərir. Haymorit, frontit zamanı qara zirə yağına pambıq batırılır və burun dəliyinə qoyulur, eyni zamanda 1 xörək qaşığı yağ, 1 stəkan suda qaynadılır, başa dəsmal örtülüb buxara verilir. Qara zirə necə istifadə olunmalıdır? Yaxşı olar ki, 200 qram qara zirə üyüdülüb 1 kq bal ilə qarışdırılsın, gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı yeyilsin. Bu üsul qara zirədən istifadə etmənin ən faydalı üsuludur. Daha bir üsul: gündə 3 dəfə, hər dəfə 1 çay qaşığıüyüdülmüş toxum ağıza qoyulur və üstündən su içilir. Qara zirə yağı gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı içilir. Bu da çox faydalı üsuldur, həm də bədəni qurdlardan təmizləyir. Amma yağa qara zirənin tam tərkibi keçmir. Başqa bir üsul: qara zirə üyüdülür, 1 çay qaşığı üyüdülmüş toxum 1 stəkan qaynar suya qarışdırılır və 1 çay qaşığı bal əlavə olunub gündə 3 dəfə yeməkdən əvvəl içilir. Başqa bir üsul: 1 çay qaşığı qara zirə 1 stəkan suda 20 dəqiqə dəmlənir və yeməkdən əvvəl içilir. Qara zirədən hamiləlik zamanı istifadə etmək olmaz.❌❌ Yazdı🖊️ Fizuli Hüseynov İslam və Təbabət https://t.me/joinchat/AAAAAEYWQpeGZE-JWad0NA
♦️ Nafilə ibadətləri tərk eləmə! ✍🏻 Əbu Hureyra radiyallahu ənhu rəvayət edir ki, Allah rəsulu sallallahu aleyhi və səlləm belə demişdir: "Bəndədən Qiyamət günü soruşulacağı ilk əməl namazdır. Əgər o, qaydasında olarsa bəndə nicat tapar, yox əgər qaydasında olmazsa xüsrana uğrayar. Əgər fərz əməllərində nöqsan olarsa Uca Allah deyər: "Baxın görün bəndəmin nafilə namazları varsa onunla fərzdə buraxdığı boşluqlar tamamlansın.” Sonra isə digər əməlləri də bu cür hesaba çəkiləcək.” 📚 Sahih əl-Cami, 1/405 🖇️ Sən də paylaş! 🖇️ https://t.me/Islamvesunna
🔸 Az da olsa daim sədəqə verməyə çalış 🔸 Qısa da olsa qəlbdən gələn bir neçə kəlimə belə olsa duanı tərk etmə 🔸 Bir neçə səhifə də olsa hər gün Quran oxumaqdan payın olsun 🔸 Dilin daim Rəbbinin zikri ilə islaq qalsın 🌿 Heç bir saleh əməli kiçik görmə. Nə bilirsən axı, bəlkə də tərəzini ağırlaşdırmaq və Cənnətə daxil olmağın üçün məhz bu "kiçik" saydığın əmələ ehtiyacın olacaq?! Heç bir saleh əməli kiçir görməyin. 🌱🌱🌱🌱🌱🌱🌱🌱 ƏNBİYA🌙 https://t.me/enbiya_az
без подписи
Bu kəlamı kimin dediyini unutmuşam (deyəsən Ömər ibn AbdulAziz rahiməhullah idi)👇🏻 📍 «YERİNİ BİLƏNƏ ALLAH RƏHM ELƏSİN !» Çünki yerini bilən adam: ○ bilmədiyi mövzuda "bilmirəm" deməyi bacarır. ○ Keçməməli olduğu qırmızı xətləri (hədləri) keçmir. ○ Heç kimə yuxarıdan aşağı baxmır və özünü başqalarından üstün tutmur. Kəlamda "Allah rəhm eləsin" duası boşuna işlədilmir. Çünki yerini və həddini bilən insan həm Allaha qarşı (özünün aciz bir qul olduğunu bilərək), həm də insanlara qarşı təvazökar davranır. Təvazökarlıq isə insanı ucaldan ən uca xüsusiyyətlərdəndir. ✨ 🎯 Öz həddində qalan, başqalarının haqqına girməyən və ədəbini qoruyan insan həm insanların sevgisini, həm də Uca Allahın rəhmətini qazanır. https://t.me/Xeyirqapisi
https://t.me/ey_iman_getirenler
https://t.me/ey_iman_getirenler
без подписи
🌿 Dünya və axirət xeyirlərinin hamısını özündə cəm edən dua 💎 Allahummə-ğfir li, vərhəmni, vəhdini, və afini, vərzuqni. Tərcüməsi: 🔷 “Allahım, məni bağışla, mənə rəhm et, məni doğru yola yönəlt, mənə salamatlıq bəxş et və mənə ruzi ver!” Gündəlik həyatda mütləq şəkildə yer verilməsi lazım olan dualardandır. 🍁🍁🍁🍁🍁🍁🍁 T.me/enbiya_az
ƏNBİYA 🌙 pinned Deleted message
📍fayda