tgindex
Elm tələb edək📚

Elm tələb edək📚

Статистика

«Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi?» (əz-Zumər 9)

Последний пост
10 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
0
Всего постов
20
Тип
открытый
Язык
az
Категория
Религия (по похожим)
В каталоге с
13 авг.
Подписчики
548
−1 за 1 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
427
20 постов
Вовлечённость
77,9%
к подписчикам
Постов в день
0,0
всего 20
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
78
1/48двое суток
89
1/72трое суток
96

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • #fayda https://t.me/elmtelebedek

  • «Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi?» (əz-Zumər 9) https://t.me/elmtelebedek Kanalı paylaşaraq xeyirin yayılmasına səbəb olun❤️

  • Ayələrdən çıxarılan faydalar: İbadətin yalnız Allah üçün səmimi şəkildə yerinə yetirilməsi onun qəbul olunmasının şərtidir. Günahlar Allahın qəzəbinə və əzabına səbəb olan amillərdəndir. İnsanların iman gətirməsi Peyğəmbərin ﷺ əlində deyil, əksinə, iman vermək Allahın əlindədir. https://t.me/elmtelebedek

  • İnsan bəzən zəiflik göstərib xəta edə bilər. Lakin İslam bizə ümidsizliyə qapılmağı yox, dərhal yaxşı əməllərə sarılmağı öyrədir. Yaxşı əməl pisliyi yox edər, gözəl əxlaq isə qalbləri fəth edər. ​Qəlbinizi təqva ilə, əməllərinizi yaxşılıqla, rəftarınızı isə gözəl əxlaqla bəzəyin. https://t.me/elmtelebedek

  • 1.Yəni başqa birinin ticarət razılaşması bağlamaq üzrə olduğu vaxt araya girib daha sərfəli təklif vermək, yaxud razılaşma bağlandıqdan sonra kimisə malı geri qaytarmağa təşfiq edib öz malını satmağa çalışmaq, və buna bənzər hərəkətlər nəzərdə tutulur. 2.Burada məqsəd odur ki, bir insanın artıq bağlanmış ticarət razılaşmasını pozmağa çalışması və bununla da digər tərəfə zərər vurması qadağan edilmişdir. https://t.me/elmtelebedek

  • İbn Baz (rahimahullah) buyurur: "Günahların əsl müalicəsi – Allaha tövbə etmək, günahları tərk etmək və bu işdə səmimi (sadiq) olmaqdır. əl-Məcmu 5/175 https://t.me/elmtelebedek

  • Allah istəmədikcə, sənə pislik toxunmaz. Rəbbin sənə xeyir istəsə, heçkəs onun sənə çatmasına mane ola bilməz. Hər şey Allahın izni və müvəffəqiyyəti ilə baş verir. Nə xoş bunu anlayıb, yalnız Allaha təvəkkül edənlərə🌿🪴 https://t.me/elmtelebedek

  • https://t.me/elmtelebedek

  • Biraz tədəbbür 🌿 https://t.me/elmtelebedek

  • Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə! (17:23) https://t.me/elmtelebedek

  • Uca Allah ilahi kəlamın kamilliyi və əzəməti barədə xəbər verir. Bu bənzərsiz təsvir Allahın kəlamının nə qədər uca olduğunu göstərir, insan qəlblərini heyrətləndirir, ağlını heyran qoyur və düşünən insanları Rəbbini tanımağa sövq edir. Əgər yer üzündəki bütün ağaclardan yazı qələmləri düzəldilsə, dənizlər və okeanlar mürəkkəbə çevrilsə, yenə də Allahın sözlərini tükətməyə kifayət etməzdi. Çünki qələmlər qırılar, dənizlər quruyardı, lakin Allahın kəlamı tükənməz. Bu bənzətmə reallıqdan uzaq olan bir mübaliğə deyildir. Uca və Xeyirxah Allah çox yaxşı bilir ki, insan ağlı bəzi ilahi sifətləri dərk etmək gücündə deyil. Həmçinin Allah bilir ki, Rəbbi tanımaq bütün nemətlər içində ən gözəl, ən uca və ən dəyərli olanıdır. İnsan Allahı tam şəkildə dərk edə bilməsə də, Onu qismən tanımaq imkanından məhrum deyil. Buna görə də Uca Rəbb Öz bəndələrinə elə bir bilik bəxş etmişdir ki, bu bilik onların qəlblərini nurlandırır və sinələrini genişləndirir. https://t.me/elmtelebedek

  • Peyğəmbər sallallahu aleyhi və səlləm öz nəfsi üçün intiqam almazdı 🌿 https://t.me/elmtelebedek

  • Kanalımızı paylaşaraq, faydanın yayılmasına səbəb ola bilərsiniz🌿 https://t.me/elmtelebedek

  • Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir.(Bəqərə, 256) Doğru yol aydındır. Və insana seçim verilir. Lakin, düşünmə ki, doğru yolu seçməsən cəza olmayacaq. Elə isə, bu həyatı Rəbbinin istədiyi kimi yaşa ki, Axirətdə utanmayasan💫 https://t.me/elmtelebedek

  • без подписи

  • 27 дек.83283из enbiya_az

    ‼️ Şəbəkə marketinq barədə Günümüzdə bu şirkətlərlə çalışmaq çox yayılmış bir haldır təəssüf ki.. Lakin bir işə başlamazdan öncə o iş barədə ətraflı məlumat almaq zəruridir. Belə şirkətlər olduqca çoxdur, bəzilərini misal göstərək: ❗Faberlic, Siberian Wellnes, VipLife və başqaları. ❗ Bir çox müsəlmanlar bu iş sistemi barədə məlumatsızdırlar. Bu iş sisteminə aid firmalar ilə çalışırlar. Evdən idarə olunması, qadınlara uyğun iş kimi görünməsi və əsas da bu şirkətlərdə bəzi hicablı müsəlman qadınların işləməsi və s. kimi amillər bu işin icazəli və düzgün qazanc üsullu iş olduğunu zənn etdirir. Lakin, bir işin düzgün və halal iş sayılması üçün onun qaydalarının, iş rejminin İslam şəriətinin bizə bildirdiyi halal və haramları pozmayacaq bir qayda olması gərəklidir. Məhz bu ölçü meyarı ilə biz, hansı işin halal və hansının haram olduğunu təyin edə bilərik. ❌Günümüzdə yayılmış bu marketinq firmalar da buna dəlildir. Bu şirkətlərin əksəriyyəti halal olmayan bir iş sistemi ilə çalışır. Bu şirkətlər iş mexanizmi "piramida sistemi" üzərində idarə olunur və bu sistem də şəriət qanunlarına görə haramdır. ❗Burada bəzi faiz məsələləri, bəzi düzgün olmayan şəkildə vəzifə yüksəlişi, bal artırma və s. kimi məqamlar bu iş sistemini İslamın qoyduğu halal çərçivədən çıxardır. Bəzi şirkətlər isə piramida deyil, günəş sistemi ilə çalışdıqlarını desələr də, yenə də faiz məsələlərində xətalar ola bilər. Odur ki, əziz müsəlmanlar! Bu şirkətlər ilə çalışmaqdan qətiyyətlə çəkinin! Haramda xeyir ola bilməz! Haram qazancın bərəkəti ola bilməz! Hansısa bir şirkətlə çalışmağa qərar verməzdən qabaq həmin şirkətin iş rejimi ilə maraqlanın. Halal sistem olması zəruridir. Hansısa bir şirkətdə hicablı kəslərin olması həmin işin halal olması anlamına gəlmir. Hər bir hicablı kəs dinini tam şəkildə bilir deyə bir şey yoxdur və labüddür ki, o kəs hansısa məsələdə cahil olsun. Bu şirkətlər halal göründüyü kimi deyil və bunu bilməyən müsəlmanlara da çatdırmaq lazımdır ki, onlar da bilib çəkinsinlər. ALLAH bizləri haramlardan qorusun, halalı ilə kifayətləndirsin ✿❁✿❁✿❁✿❁✿❁✿❁ ƏNBİYA🌙 https://t.me/enbiya_az

  • Neçə-neçə elmli, lakin həyadan əksik müsəlmanlar vardır ki, onlarda bərəkət yoxdur. Bu səbəblə, həyanın elmdən öncə gəldiyini buyurmuşlar alimlər. Lakin, necə də gözəldir həyalı elmli mömin. Allah bizi onlardan etsin🤲 https://t.me/elmtelebedek

  • Ölüm ətrafımızdaki insanlara çatanda, insanın qəlbi titrəyir, təsirlənir. Lakin, mömin bundan ibrət alır, və həqiqi həyata özünü daha çox hazırlayır. Qafil insan isə ölməyəcəkmiş kimi günahlarla yaşamağa davam edər. Heç düşündünmü, bəlkə ölüm mələyi bugün canını almaq üçün saatını gözləyir? https://t.me/elmtelebedek

  • İlk öncə tələbə özü düzgün şəkildə bu elmi öyrənib, sonra isə bir hərf belə olsa birinə öyrədərsə, bu onun üçün Cariyə sədəqəsi olar. Cariyə sədəqəsi nədir? Ölümdən sonra özündən sonra davam edəcək savablardır. Allah bizi bu elmi düzgün şəkildə öyrənib, öyrətməyi nəsib etsin🔰 https://t.me/elmtelebedek

  • Rəbbimiz quluna anaların övladlarına qarşı qısqanclıq və mərhəmət hissi duyduğundan daha da Qısqancdır, daha da Mərhəmətlidir. Çünki O, quluna əsla zülm etməz, və Cənnətə daxil olmasını istətər. Elə isə, niyə insan bu qədər naşükürdür? https://t.me/elmtelebedek Paylaşın, xeyirin yayılmasına səbəb olun🪷