FCB AZE
СтатистикаFacebook: http://facebook.com/fcbazelive Twitter: http://twitter.com/fcbaze Instagram: http://instagram.com/fcbaze2010/ WhatsApp: http://whatsapp.com/channel/0029VaB0W2a5fM5VG5j3QY0j Söhbət: http://t.me/fcbazechat Dəstək: http://t.me/boost/fcbazelive
- Последний пост
- 15 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 29
- Всего постов
- 65
- Тип
- открытый
- Язык
- und
- Категория
- Спорт (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 1
- 1/48двое суток
- 1
- 1/72трое суток
- 1
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
🇪🇸🏴 | Rodri transferi üçün Manchester City ilə bu gün keçirilən görüşlərdə mühüm irəliləyiş əldə edilib. Tərəflər razılığa gəlməyə çox yaxındır. Keçid bu həftə sonu baş tuta bilər. Barcelona'nın bu dəfəki təklifinin 65-70 milyon avro + bonuslar şəklində olacağı gözlənilir. [carlosmonfor] #fcbazelive
Rodri'nin Barça'ya transferi demək olar ki, yekunlaşmaq üzrədir. Tərəflərin tezliklə razılığa gələcəyi, növbəti 48 saat ərzində bu keçidin həll olunacağı gözlənilir. Barcelona oyunçunun Joan Gamper kubokuna kimi hazır olmasına çalışır. [sport] #fcbazelive
Joffre Torrents'in Ajax'a keçidi demək olar ki, yekunlaşıb. Rəsmi açıqlamanın yaxın günlərdə verilməsi gözlənilir. Barcelona bu keçiddən 6 milyon avro qazanacaq, həmçinin oyunçunun gələcək satışından 50% lik pay hüququnu özündə saxlayacaq. [sport] #fcbazelamasia
Frenkie de Jong: "Hiss edirəm ki, ətrafımda çoxlu səs-küy, çoxlu yalan xəbərlər və bu kimi şeylər var və bu məni narahat edir. Məhz buna görə də bu gün buradayam ki, bəzi məqamlara aydınlıq gətirim. Çoxlu dəqiq olmayan şeylər yazılır və mən görürəm ki, bunlar mənim imicimə ziyan vurur, eləcə də bəzi insanların mənə baxış bucağına təsir edir. Məsələn, Gerard Romero. Bütün bunlara başlayan o oldu və dedi ki, mən ötən mövsüm Çempionlar Liqasında Atletico'ya qarşı oynamaqdan imtina etmişəm. Bu, yalandır. Belə bir şey baş verməyib. Sonra isə o, məşqçi ilə münasibətlərimin çox pis olduğunu söylədi. Bu, tamamilə uydurmadır. Həmçinin hesab edirəm ki, biz elə bir dövrdə yaşayırıq ki, bir çox jurnalist üçün xəbərin həqiqətən düzgün olduğundan əmin olmaqdan daha çox onu dərhal yaymaq önəmlidir. Artıq bu məsələyə göz yummayacağam. Bir daha Gerard Romero'nun adını çəkəcəyəm, çünki o başa düşməlidir ki, əgər o, dəqiq olmayan şeylər danışırsa, mən də çıxıb onların yalan olduğunu deyəcəyəm. Mən yeddi ildir ki, klubdayam. Barça'da oynamaq həmişə mənim arzum olub və burada hələ həyata keçirməli olduğum arzularım var. Biz böyük hədəflərimizə doğru irəliləməyə davam edirik. Zədələrdən canım çox sıxılır. Bu, məni həqiqətən əsəbiləşdirir. Bu, məni çox məyus edir, çünki ən çox sevdiyim şey futbol oynamaqdır, xüsusən də Barça və milli komanda üçün. Dünya çempionatı zamanı məşqdə kimsə üstümə yıxıldı və dizimdə kiçik bir problem oldu. Biz müayinələrdən keçdik və onlar kiçik bir problemin olduğunu göstərdi. Hər kəs bunu bilirdi. Mənə dedilər ki, oynamağa davam edə bilərəm, bəzi narahatlıqlar və bir qədər ağrı olacaq, amma oynamağa davam edə bilərəm və vəziyyət daha da pisləşə bilməz. Dünya çempionatından sonra bir test etdik və o göstərdi ki, zədə artıq ABŞ-da müayinədən keçdiyim vaxtdakından daha ciddi idi. Bu, çox ağır oldu, çünki mən bunu gözləmirdim və heç kim də gözləmirdi". [fcb] #fcbazelive
🚨🚨🚨 Barcelona Julián Álvarez transferi baş tutmayacağı təqdirdə, Sporting Lisbon'un hücumçusu Luis Suarez'i də variantlar arasında nəzərdən keçirir. Sporting'in əsas oyunçusu olduğu üçün bu transfer asan deyil, lakin o, Barça'nın siyahısındadır. Barcelona yalnız gələn həftədən etibarən, əgər Julián ilə bağlı razılaşma baş tutmasa Suarez'ə və ya digər variantlara baxa bilər. [fabrizio romano] #fcbazelive
🚨🔵🔴 Barcelona Rodri üçün Manchester City'yə üçüncü təkliflə geri dönür. 50 milyon və 60 milyon avroluq paketlərin hər ikisi rədd edildikdən sonra, klublararası birbaşa danışıqlar son təklif olunan 60 milyon avro ilə tələb olunan 80 milyon avro arasında bir məbləğdə davam edəcək. Barça hələ də inamlı və optimistdir. [Fabrizio Romano] #fcbazelive
Manchester City rəhbərliyi Rodri'nin mümkün transferi səbəbi ilə sabahkı məşqlərdə iştirak etməməsi üçün icazə verib. [nilsola,sport] #fcbazelive
Ferran Torres - PSG. Əlavə məlumat ⤵️ Transfer üçün PSG Barça'ya "əlavə bonus ödənişi" etməyəcək. Artıq hər iki klub müqavilələri hazırlayır. Əgər son detallar bu axşam həll olunarsa, Ferran tibbi müayinədən keçmək üçün Parisə yollanacaq. [nil sola, fabrice hawkins, md] #fcbazelive
💰Ferran Torres'in transferi ilə bağlı maliyyə detalları: Barcelona ispan futbolçu üçün təxminən 47 milyon avro gəlir əldə edəcək. Bu məbləğin 35 milyon avrodan çoxu xalis mənfəət kimi klubun büdcəsinə daxil olacaq, qalan təxminən 11 milyon avro isə zamanla amortizasiya olunacaq. Klub həmçinin futbolçunun müqaviləsi uzadılacağı təqdirdə Manchester City'yə ödənilməli olan 8 milyon avroluq xərcdən də qənaət edəcək. Bu ayrılıqdan sonra Barcelona yeni futbolçuları qeydiyyatdan keçirmək üçün Maliyyə fair playında (FFP) ciddi şəkildə yer açmış olacaq.[md] Əgər Barcelona Ferran Torres'i 55 milyon avro və ya daha baha satsaydı, Manchester City'yə 10 milyon avro ödəməli olacaqdı. [nilsola, santiovalle] #fcbazelive
⏳Əgər Barcelona'nın müəyyən bir məbləğ təklif etdiyi və Manchester City'nin bunu rədd etdiyi, daha sonra başqa bir məbləğ təklif olunub onun da rədd edildiyi barədə xəbərlər görsəniz bu dəqiq deyil. Bu, şifahi söhbətlər və birbaşa danışıqlardır; belə ki, Barcelona məbləğ təklif edir, Manchester City isə bunun kifayət etmədiyini bildirir. Yəni bu, rəsmi təkliflərin göndərildiyi və qəbul və ya rədd cavabının gəldiyi ənənəvi danışıqlar prosesi deyil. Bu, tərəflər arasında fasiləsiz bir dialoqdur, çünki Manchester City Rodri'nin Barcelona'ya keçmək istədiyini anlayır. Bu axşam Barcelona'nın inamı dünənkindən və iki gün əvvəlkindən daha çoxdur — baxmayaraq ki, onlar onsuz da optimistik və əmin idilər. Mən sizə həmişə deyirdim ki, Barcelona çox əmindir və indi onların inamı bir az da artıb. [Fabrizio Romano] #fcbazelive
Barcelona Julian Alvarez'i transfer edə bilməsə, başqa hücumçu almaq üçün böyük xərcə girməyəcək. Deco və məşqçilər korpusu Anthony Gordon'un mərkəz hücumçusu kimi oynaya biləcəyini düşünür. [carlosmonfort] #fcbazelive
🚨🚨🚨🚨🚨 SON DƏQİQƏ: Ferran Torres PSG'də! HERE WE GO! Transfer 50 milyon avro qarşılığında baş tutdu. Ferran yalnız Parisə gəlmək istəyirdi və bir neçə gün son mərhələdə qaldıqdan sonra razılaşma yekunlaşdı. [fabrizio romano] #fcbazelive
Barcelona Rodri transferi üçün City'ə göndərəcək təklifin son detalları üzərində işləyir. Bu dəfəki təklifinin bonuslar daxil təqribən 70 milyon avro olacağı gözlənilir. Həm Barça həmdə Rodri bu transferdə sakitdir. Oyuncu özü tezliklə Barça'ya keçəcəyini gözləyir. Bu transfer Ferran Torres'in PSG'ə keçidi həll olunduqdan sonra baş tutacaq. [gerardromero] #fcbazelive
Ferran Torres bu gün gecə yaxud sabah səhər PSG ilə müqavilə imzalamaq üçün Paris'ə yollanacaq. Klubların 50-55 milyon avro qarşılığında razılığa gələcəyi gözlənilir. [gerardromero] #fcbazelive
🚨🚨RƏSMİ: 2027-ci il İspaniya Super Kuboku İstanbulda keçiriləcək. #fcbazelive
✔️ RƏSMİ: Roony Bardghji bu gün Barselona'da Joan Carles Monlau'nun başçılığı altında sağ dizindən uğurla əməliyyat olunub. #fcbazelive
OFF-TOP / RƏSMİ: Xavi Niderland yığmasının baş məşqçisi postuna təyin edildi. #maestro #fcbazelive
Roony Bardghji 📷 "Geridönüş indi başlayır" #fcbazelive
Tarixdə bu gün 🔥 📆 2004-cü ilin bu günü Samuel Eto'o Barça oyunçusu kimi ictimaiyyətə təqdim olundu. #fcbazelive
Leo Messi Instagram hesabından vəfat edən atası Jorge haqda vida mesajı paylaşıb: "Mən belə deyərdim: buna inanmaq istəmirəm. Səni bir daha əsla görməyəcəyimizi və bir daha heç vaxt danışmayacağımızı təsəvvür etmək çox çətindir. Bilirəm ki, əziyyət çəkirdin və getmək sənin üçün ən yaxşısı idi, amma sən çox tez getdin. Birlikdə bölüşə və həzz ala biləcəyimiz hələ o qədər şeyimiz qalmışdı. Sən həmişə məndən son dünya çempionatında oynamağımı xahiş edirdin və turnirin başlamasına bir neçə gün qalmış vəziyyətin kəskin şəkildə pisləşdi. Turnirdə sənin olmayacağın ilk dəfə idi, amma anam mənə deyirdi ki, sən düzələcəksən və hər şey qaydasında olacaq ki, gələ biləsən. Mən sənə deyirdim ki, gələ bilməyin üçün finala qədər gedəcəyik. Hər oyundan sonra sənin mesajını gözləyirdim və gəlmirdi. Onda anladım ki, vəziyyət həqiqətən də ciddidir. Buna baxmayaraq, sənə vaxt qazandırmaq və matça baxa bilməyin üçün bacardığım qədər irəli getmək haqqında düşünməkdən əl çəkmədim. Biz finala çıxdıq, amma sən gələ bilmədin. Sənin üçün qazanmaq və kuboku sənə gətirmək istəyirdim. Bacarmadım, ayaqlarım məni artıq saxlamırdı. Bu dəfə bədənimə meydan oxumağa çalışdım, amma bacarmadım. Turnir boyu özümü pis hiss edirdim. Bu baş verəndə düşünürdün ki, finalı penaltilərlə uduzmuşuq. Baş verənlər haqqında danışa bilmədik. Çempion olmadıq, amma bilmirsən ki, hər oyundan necə həzz alırdıq. Bir daha haqlı çıxdın: orada olmalı və oynamalı idim. Sənə bunu danışıram, çünki bu, danışa bilmədiyimiz yeganə şeydir, çünki yerdə qalan hər şeyi bilirsən. Biz hər gün danışırdıq və öhdəliklərim imkan verdiyi qədər görüşürdük. Sənsiz nə edəcəyimi bilmirəm və necə davam edəcəyimi bilmirəm. Mən yalnız sənin üçün futbol oynayırdım və indi futbolda uzun müddət davam etməklə bağlı o qədər şübhələrim var ki. Sən başlanğıcdan mənim yanımda idin və sonuna çox az qalmışdı. Niyə bir az daha gözləmədin ki, birlikdə bitirək? Bilirəm ki, sənin xoşbəxtliyin ailəni sağlam görmək, həyat yoldaşını və uşaqlarını görmək və hər şeydən üstün, başqalarının xəbəri olmadan mənim oynadığımı görmək idi… Uşaqlıqdan bəri hər şey məhz belə olub. İşdən qayıdan kimi məni bütün məşqlərə aparırdın. Çox vaxt isə sən işlədiyin üçün məni anam aparırdı. Əlbəttə ki, heç bir matçı qaçırmazdın. Mənə baxıb necə əziyyət çəkirdin və çox kompliment etməsən belə, bundan necə həzz alırdın. Sən mənim atam, mənim dostum və mənim menecerim idin. Həmişə hər an olmalı olduğun insan oldun və heç vaxt səhv etmədin. Bir neçə töhmət və ya fikir ayrılığı istisna olmaqla, həmişə haqlı idin. Sonda həmişə dediyin kimi edirdim. Sənin üçün o qədər darıxacağam, amma sən həmişə yanımda olacaqsan, xüsusən də uşaqlarımı böyütmək üçün, çünki mən onları məhz sənin məni böyütdüyün kimi böyüdürəm və yetişdirirəm. Rahat uyu, ata. Hər şeyə görə təşəkkür edirəm. Səni sevirəm, ata ❤️". #ripJorge #king #goat #fcbazelive