tgindex
Fiqhin Tarixi (dərslər)

Fiqhin Tarixi (dərslər)

Статистика

Anar Əliyev

Последний пост
18 мар.
Последнее чтение
15 авг.
Постов за неделю
0
Всего постов
20
Тип
открытый
Язык
und
В каталоге с
14 авг.
Подписчики
18
0 за 2 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
117
20 постов
Вовлечённость
650,0%
к подписчикам
Постов в день
0,0
всего 20
Упоминаний
1
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1/48двое суток
1/72трое суток

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 18 мар.2610из darulhikam

    Насчет мечети Ашура (Ашурбей) в Ичери-Шехер, Азербайджан. Мечеть построена на месте сооружения эпохи Сасанидов, от которого сохранились лишь два портика и купольное помещение. Здание имеет форму параллелепипеда, позднее на южном фасаде были прорублены два окна. Так как в эти дни о ней идёт много разговоров, стоит рассмотреть вопрос по порядку. Во-первых, была ли она изначально построена как мечеть (изначальный михраб и направление киблы в ней ошибочны) - необходимо обратиться к историкам страны. Предполагается, что мечеть построена на месте древнего храма огнепоклонников. В 1990-е годы, после обретения Азербайджаном независимости, общество "Самур" обратилось в Исполнительную власть города Баку с просьбой о создании культурного центра (опять же не мечети, а культурного центра). Допустим, что да, была мечетью изначально. Начнём с того, кто её построил. Построена она в 1169 году "567 г. по хиджре" мастером Наджафом Ашуром Ибрагим оглы. Можно ли называть мечеть именем того, кто её построил? Согласно джумхуру, в этом нет проблемы, и более того - это дозволено даже без наличия нежелательности. Называться в честь того, кто её построил, более заслуженно, чем в честь национальности части людей, которые когда-то её посещали. В то время рабочие из Дагестана массово приезжали в Баку на заработки, и жители Ичери-шехер выделили им именно эту мечеть для совершения молитвы. При этом в тот период всех дагестанцев обобщённо называли "лезгинами", а азербайджанцев - "татарами", и это известный факт. Третье: мечеть - это вакф. Теперь возникает вопрос: можно ли вакф превращать во что-то другое? В этом вопросе учёные указали, что это допускается при полной утрате пользы вакфа, ТЕСНОТЫ места, совершения молитвы на дороге, по которой проходят, а точнее не могут пройти люди и другой актуальной причины, которую я озвучивать не буду, но никто, из посетителей мечети это отрицать не может. Так вот, это мнение ханафитов, части маликитов и одно из переданий от имама Ахмада, это мазхаб ханбалитов, а также выбор шейх аль-Ислама Ибн Таймийи и Ибн аль-Кайима. [См.: "Бадаи‘ ас-санаи‘", 6/221; "Фатх аль-Кадир", 6/221; "Хашия ас-Сави", 4/124; "аль-Мугни", 6/225; "Маджму‘ аль-фатава", 31/221]. Ибн Таймийя прямо указал, что если вакф утратил своё назначение и его невозможно восстановить, то допускается его замена (кстати, открыты другие большие суннитские мечети) или перенос пользы на аналогичный объект. Два основных довода: Аналогия с имуществом вакфа "например, боевым конём", которое при утрате своей функции продаётся, а его стоимость направляется на то, что выполняет ту же цель. Смысл вакфа - не сама форма, а польза. Если форма утрачена, сохраняется цель через замену, иначе это приведёт к утрате самого смысла вакфа. Таким образом, заявления о том, что это якобы вражда с исламом, не что иное, как попытка некоторых сепаратистски настроенных националистов прикрыться религией. Их волнует не сам факт закрытия мечети, а то, что она названа не в честь их национальности, чего они ранее не скрывали. Также хочу им сказать: вы часто живете и находитесь (именно те, кто эту тему пытается поднять) в Турции - почему бы вам не обратить внимание на те грубые нарушения религии, которые происходят там, в том числе на превращение известной мечети в музей, куда заходят полуголые туристки? Или, находясь в Турции, об этом говорить неудобно? Вас же якобы волновала религия - но лишний раз становится ясно, что это не так. И ещё очень странно, как сайты садвалистов и армян резко запереживали за религию и мечети, хотя те же сайты не публиковали статей о том, как сотни мечетей в освобождённом от оккупации Карабахе были превращены оккупантами в загоны для свиней - и это не древняя история, а совсем недавние события - 2020-й год. Т.е. превращение мечети в музей для вас намного хуже, чем превращение мечетей в свинарники, в прямом смысле этого слова? https://t.me/darulhikam

  • 3 мая 2025 г.10410из usulusul

    Elşad Mirinin təriflədiyi Quran tərcüməsində varid olan xətalardan bəziləri (ümumən): Tərçüməci: Xüsusi adları və İslam terminlərini ümumi və qeyri-dini sözlərlə əvəz etmişdir. Mətni öz şəxsi fəlsəfi baxışlarına uyğun yozaraq ideoloji təhriflərə yol vermişdir. Ayələrin tarixi və dini kontekstini nəzərə almadan, onları məna və məqsədindən uzaqlaşdırmışdır. Qrammatik və sintaktik əlaqələri yanlış təhlil etmiş, bu da mənaların dəyişməsinə səbəb olmuşdur. Aydın və konkret mətnləri bənzətmələrlə simvolikləşdirmiş, real mənanı arxa plana atmışdır. Ərəb dilində ehtimal olunan bir neçə mümkün mənadan yalnız birini əsas götürərək digər mənaları nəzərə almamışdır. İslam alimləri arasında zəif və az qəbul olunan təfsirləri əsas rəy kimi təqdim etmişdir. Qurani terminlərin tərcüməsində yanlış və uyğun olmayan ingilis sözlərindən istifadə etmişdir. Axirət, cəza, savab və imanla bağlı ayələrin məzmununu yumşaltmış və əqidəvi baxımdan təhrif etmişdir. Ayə içində öz şərhlərini tərcümə kimi vermiş, haşiyə yerinə əsas mətndə təqdim etmişdir. Ayələri həddən artıq məcaziləşdirməklə bəzi peyğəmbər möcüzələrini inkar etmişdir. “Cin” sözünü genişləndirərək insanlarda olan şər qüvvələrə də aid etmişdir. İsra və Miracın ruhən baş verdiyini iddia edərək cismani səfəri inkar etmişdir. Hicabın formasını və tətbiqini cəmiyyətin adət və dəyərlərinə buraxmağı doğru hesab etmişdir. Əli ət-Təntəvi bu tərcümə barədə belə buyurmuşdur: "Ən pis əsərlərindən biri Qurani-Kərimin mənalarının ingilis dilinə tərcüməsidir. Bu tərcümədə Quran xəbərləri və hökmləri baxımından qəti məsələlərdə təhriflərə yol verildiyinə görə, Məkkədə yerləşən İslam Aləmi Birliyi bu tərcümənin çapını və yayımını dəstəkləməkdən imtina etmişdir. Tərcümə elmi bir heyət tərəfindən araşdırılmış və o dövrdə Səudiyyə Ərəbistanının baş müftisi olan böyük alim, mərhum Şeyx Muhəmməd ibn İbrahim Əli Əş-Şeyxə təqdim olunmuşdur. Bu məsələ Birliyin Təsis Şurasında müzakirə olunduqdan sonra, o (Allah ona rəhmət eləsin) belə bir fətva vermişdir: “Bu təfsirin məhv edilməsi və yayılmasının qadağan edilməsi vacibdir.” Bax: فتاوى ورسائل سماحة الشيخ محمد بن إبراهيم بن عبد اللطيف آل الشيخ، مطبعة الحكومة بمكة المكرمة: 1399، 13/122 https://t.me/usulusul

  • 3 мая 2025 г.82из usulusul

    без подписи

  • https://t.me/usulusul/542

  • 28 февр. 2025 г.1579из usulusul

    Ramazan ayının hilalı Tumeyrdə görüldü. Sabah, şənbə günü, Səudiyyə Ərəbistanında da Ramazanın ilk günüdür. ƏlhəmduliLlah, bu il, ixtilafsız. https://t.me/usulusul

  • 28 февр. 2025 г.1468из usulusul

    Səudiyyədə ayın görünüb-görünməməsindən asılı olmayaraq, Azərbaycanda orucun ilk günü sabahdır. 1. Ölkəmizdə ixtilafın qarşısını alır. 2. Ayın görünməsini elan edən ölkələr var. 3. Hənbəli məzhəbinə əsasən, hava buludlu olduqda, sabahsı gün oruc tutulur. https://t.me/usulusul

  • 27 февр. 2025 г.1468из usulusul

    Ali Məhkəmə Krallığın bütün bölgələrində yaşayan müsəlmanları mübarək Ramazan ayının hilalını 28.02.2025-ci il, cümə günü axşam müşahidə etməyə çağırış edib. https://t.me/usulusul

  • 12 февр. 2025 г.1656из usulusul

    Baki vaxtı ilə 22:00 Məqsəd qardaşın dərsi başlayacaq. İstəyənlər qoşula bilər (qardaşlar üçün). Giriş vaxtı video və mikrofonu söndürməyi unutmayın. Link burada paylaşılacaq, إن شاء الله. ⬇️ https://t.me/usulusul

  • без подписи

  • без подписи

  • без подписи

  • без подписи

  • 10 февр. 2025 г.13881из usulusul

    Полезная книжка.

  • 9 февр. 2025 г.1109из usulusul

    Əş-Şə'bi (Allah ona rəhmət etsin) nəql edir ki, bir gün o, qazi olan Şurayhin məclisində idi. O zaman onun yanına bir kişi və bir qadın gəldi. Onlar aralarındakı mübahisənin həlli üçün Şurayhin məclisinə gəlmişdilər. Qadın baxışlarını yerə dikmiş, göz yaşları içində hönkür-hönkür ağlayırdı. Bunu görən Əş-Şə'bi dedi: "Ey Əbu Umeyyə (yəni Şurayh)! Mən hesab edirəm ki, bu qadın haqsızlığa məruz qalmış biridir." Qazi Şurayh isə belə cavab verdi: "Ey Şə'bi! Həqiqətən, Yusufun qardaşları da axşam çağı ağlaya-ağlaya atalarının yanına gəldilər." Mənbə: صفة الصفوة لابن الجوزي ،2/23 --- Şurayh ibn əl-Haris – qazi və məşhur böyük tabiinlərdən biridir. O, tam 60 il boyunca Kufənin qazisi olmuş və qərəzsiz qərarları ilə tanınmışdır. O, Allah Elçisinin (Allahın ona salavatı və salamı olsun) dövründə İslamı qəbul etsə də, onunla görüşmək şərəfinə nail ola bilməmişdir. Əbu Bəkrin (Allah ondan razı olsun) xilafəti dövründə Mədinə şəhərində səhabələrlə görüşmüş və daha sonra Ömər (Allah ondan razı olsun) tərəfindən Kufəyə qazi təyin olunmuşdur. Şurayhin cavabı Müqəddəs Qurandan bu ayəyə işarə edir: وَجَاءُوا أَبَاهُمْ عِشَاءً يَبْكُونَ "Onlar (qardaşları) axşam çağı ağlaya-ağlaya atalarının yanına gəldilər." (Yusuf surəsi, 16-cı ayə) Bu ayədə Yusufun qardaşlarının atalarının yanına qayıtdığı an və onların halı təsvir edilir. Onlar günahlarını gizlətmək və atalarını aldatmaq üçün göz yaşlarını bir vasitə kimi istifadə edərək yalan danışmışdılar. Onu dərin bir quyuya atmalarına baxmayaraq, atalarını inandırmaq üçün canavarın Yusufu parçaladığını demişdilər. Qazi Şurayhin hikmət dolu cavabı böyük bir ədalət prinsipinə işarə edir. O, zahiri görünüşə, duyğulara və göz yaşlarına əsaslanaraq hökm verməyə tələsməmişdir. Ədalət - hissiyyata qapılmaq deyil, dəlilləri obyektiv şəkildə araşdıraraq həqiqəti aşkar etməkdir. Çünki göz yaşı hər zaman məzlumluğun əlaməti olmaya da bilər – bəzən ən qəddar zülmkarlar da öz yalan və günahlarını ört-basdır etmək üçün göz yaşları tökə bilərlər. Çıxarıla biləcək dərslər: Qazilər və hakimlər duyğulara deyil, sübutlara əsaslanmalıdırlar. Həqiqəti hər zaman yalnız zahiri görünüşə baxaraq müəyyən etmək olmaz. Göz yaşları bəzən həqiqi kədəri ifadə etsə də, bəzən yalanın bir hissəsi də ola bilər. Qazilər hökm verərkən dəlillərə əsaslanmalı və emosiyalara qapılmamalıdırlar. https://t.me/usulusul

  • 2 февр. 2025 г.1138из usulusul

    Qurandan misallar Mütləq ləfz: "Allah sizə bir inək kəsmənizi əmr edir!" - yəni istənilən bir inək. Ümumi ləfz: "Çünki inəklər bizə bənzər görünür." - bütün inəklər. Müqəyyəd ləfz: "Allah buyurur ki, o, tünd sarı rəngli bir inəkdir." - tünd sarı rəngli olması ilə müqəyyəd olunub. Xüsusi ləfz: Həqiqətən, insan xüsran içərisindədir. "Yalnız iman gətirib saleh əməllər edənlər, bir-birinə haqqı tövsiyə edənlər və bir-birinə səbri tövsiyə edənlərdən başqa (istisna)." - iman edənlər xüsran içərisində olmamaları ilə xüsusiləşdirilib. #usul https://t.me/usulusul

  • 31 янв. 2025 г.9961из usulusul

    Hənbəli məzhəbinə əsasən dəri və yun corablara məsh çəkməyin şərtlərinin qısa izahı: Hənbəli məzhəbinə görə dəri və yun corablara məsh çəkməyin müəyyən şərtləri vardır. Əgər bu şərtlərdən biri yerinə yetirilməzsə, məsh etmək icazəli və keçərli olmaz. Məsh çəkməyin şərtləri: 1. Corablar pak materialdan olmalıdır. Yəni, nəcis və natəmiz olmayan pak hesab olunan bir materialdan hazırlanmalıdır. (Bax: “ər-Roud” 1/163, “əl-Furu’” 1/194 “Tashih əl-Mərdəvi”). 2. Corabların istifadəsi halal olmalıdır. Oğurluq, zorla alınmış və ya başqa bir haram yolla əldə edilmiş olmamalıdır. (Bax: “ər-Roud” 1/165, “əl-Furu’” 1/194). 3. Dəstəmaz tamamlandıqdan sonra geyinilməlidir. Yəni, məsh çəkməzdən əvvəl hər iki ayaq tam şəkildə yuyulmalıdır və daha sonra onlara corab geyinilməlidir.* (Bax: “ər-Roud” 1/170, “əl-Furu’” 1/205). 4. Corablar qalın olmalı və altından insanın dərisi görünməməlidir. Əgər corab nazik olub dərinin rəngi görünərsə, məsh çəkmək icazəli deyil. (Bax: “ər-Roud” 1/166, “əl-Furu’” 1/195, “əd-Durr ən-Naqiy” 1/134). Yusuf ibn Abd Əl-Hədiy Əl-Hənbəli “əd-Durr ən-Naqiy” adlı kitabında “safıq” (qalın) sözünün izahını sıx və qalın olduğu mənayə gəlməsini bildirmişdir. Beləliklə, əgər corab dərinin rəngini göstərmirsə, məsh çəkmək mümkündür. Müasir corabların çoxunda bu şərt yerinə yetirilmiş olur. 5. Corablar dəstəmazda yuyulması vacib olan yeri tam örtməlidir. Əgər corab ayağın yuyulmalı olan hissəsini tam örtməzsə, məsh çəkmək olmaz. Lakin bu örtüklüyün bağlanaraq əldə edilməsi icazəlidir. (məsələn alt paltarı corabın daxilinə salmaqla). (Bax: “ər-Roud” 1/165, “əl-Furu’” 1/194, “Neyl əl-Matalib” 78). 6. Corablar sərbəst olaraq ayaqda möhkəm dayanmalıdır. Əgər corablar geyinildikdə yerində durmur və daim sürüşüb düşürsə, məsh çəkmək olmaz. Hətta onları ip və ya başqa vasitə ilə bağlayıb sabit saxlamaq da məsh çəkməyi icazəli etməz. (Bax: “ər-Roud” 1/165, “əl-Furu’” 1/194, “Neyl əl-Matalib” 78). 7. Dəri və ya yun corablarla ayaqqabısız yerimək mümkün olmalıdır. Fəqihlərin adətlərinə görə, insanların adətlərinə deyil. Əgər bu corablar 2-3 gün geyilə bilər və yalnız adətən 2-3 gündən sonra cırılırsa, onda onlar cırılana qədər onların üzərində məsh etmək olar. Hətta müasir dövrdə insanlar corabları evdə və ya çöldə ayaqqabısız geyinməsələr belə, bu, məsh çəkməyə təsir etməməlidir. (Bax: “ər-Roud” 1/166, “əl-Furu’” 1/195, “əl-İnsaf” 1/181, “Haşiyə Əba Butayn”, İbn Qayidin Müntəhəyə olan haşiyyəsi və “Neyl əl-Matalib” 79). * İbn Teymiyyə (rahiməhuLlah) hesab edir ki, əgər birinci corab dəstəmazın ilk ayağını yuduqdan sonra, ikinci corab isə ikinci ayağını yuduqdan sonra geyinilərsə, bu halda da məsh çəkmək caiz olar. (Bax: “əl-Furu’” 1/205). • Əgər bu şərtlərdən biri pozularsa, məsh çəkmək icazəli deyil. • Qeyd: Corabın su keçirməməsi məsh üçün şərt deyil. Yəni, corabın içərisinə su keçsə belə, məsh caiz sayılır. Allah daha yaxşı bilir. * Bəzi müasir corablara məsh çəkməyin icazəli olmadığını bildirən hənbəli alimlərin fikrincə, məsh çəkməyin icazəli olması şərti ya zamanla bağlıdır, ya da onların ayaqqabısız şəkildə küçədə geyilməsi ilə. (Bax: “Şərh əl-Umda” 1/242, İbn Həmdan “ər-Ri’aya”). https://t.me/usulusul

  • 30 янв. 2025 г.8541из usulusul

    Davud ibn Əli və İbn Həzimdən (yəni zahirilərdən) öncə təqlidi inkar edənlər mötəzili alimləri olub. Əbu əl-Hüseyn əl-Basri əl-Mötəzili (h. 438) belə yazır: "Bağdaddakı şeyxlərimizin bir qrupu adi insanların (avamın) şəriətin fiqhi məsələlərində alimlərə təqlid etməsini qadağan edərək belə demişlər: Alimin sözünü yalnız onun dəlilini izah etməsindən sonra qəbul etmək olar. Lakin əksər mutəkəllim və fəqihlər bu məsələlərdə avamın alimlərə təqlid etməsinə icazə vermişlər." Məsdər: əl-Mu’təməd 2/934. Burada "bağdad şeyxləri" ifadəsi ilə Əbu əl-Hüseyn əl-Basri Bağdadın mötəzilə alimlərini nəzərdə tutur. Onlardan bəziləri: Bişr ibn əl-Mu’təmir (h. 210), Əhməd ibn Əbi Duad (h. 240), Sümamə ibn əl-Əşras (h. 213), Cə’fər ibn əl-Mübəşşir (h. 234), Cə’fər ibn əl-Hərb (h. 236), Yəhya əl-İskafi (h. 240), Əbu əl-Qasım əl-Ka’bi (h. 391). və digərləri. https://t.me/usulusul

  • https://t.me/usulusul

  • 29 янв. 2025 г.847из usulusul

    Əgər Allahdan qorxsan, O səni insanlardan qoruyar. Əgər insanlardan qorxsan, onlar sənə Allah qarşısında heç bir kömək edə bilməzlər. Sufyan Əs-Sauri رحمه الله https://t.me/usulusul

  • 23 янв. 2025 г.1256из usulusul

    Üsul əl-fiqh elminin mənbələrindən biri də ərəb dili lüğəti və ərəb dili ilə bağlı elmlərdir (qrammatika, bəlağət və s.). Ərəb dili elmlərində mövcud olan ümumi məsələlər, eyni zamanda üsul əl-fiqh elmi tərəfindən də araşdırılır. Lakin bu məsələlər üsul alimləri tərəfindən ərəb dili alimlərindən daha geniş, daha dəqiq və daha dərin şəkildə bəhs olunmuş, öyrənilmiş və tədqiq edilmişdir. Bundan əlavə, üsul alimləri ərəb dili ilə bağlı elə məsələləri araşdırmışlar ki, həmin məsələlər ərəb dili alimləri tərəfindən belə araşdırılmamışdır.