tgindex
Globalinfo.az

Ölkə və dünya gündəmini bizimlə izlə Sayt: Globalinfo.az Telegram: https://t.me/globalinfo_az Facebook: https://www.facebook.com/globalinfo.az Instagram: https://www.instagram.com/globalinfo_az/ #xəbərlər #xeberler #globalinfoaz

Последний пост
14 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
90
Всего постов
90
Тип
открытый
Язык
az
Категория
Новости и СМИ (по похожим)
В каталоге с
13 авг.
Подписчики
2 066
−7 за 2 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
96
40 постов
Вовлечённость
4,6%
к подписчикам
Постов в день
12,9
всего 90
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
84
1/48двое суток
96
1/72трое суток
103

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • İsmayıllı rayonunun Çayqovuşan kəndinə sel gəlib. Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb. Bildirilib ki, kənddə yerləşən şəlaləyə aparan yol tamamilə sel sularının altında qalıb. Nəticədə ərazidə olan nəqliyyat vasitələri suyun içində çarəsiz vəziyyətdə qalıb.

  • ❗️Xorvatiyanı güclü meşə yanğınları bürüdü Xorvatiyanın mərkəzi sahil bölgəsində yerləşən Omiş şəhəri yaxınlığında baş verən meşə yanğınları ölkənin yaxın tarixində ən böyük və ən çətin yanğınlardan biri hesab olunur.

  • 🇺🇲🗣️ "Çox yaxında Hörmüz boğazı Amerikanın ərazisi olaraq elan ediləcək". - Tramp

  • “Sea Breeze” istirahət mərkəzində hovuzda ayağı su nasosunda sıxılan 2022-ci il təvəllüdlü Abdullayev Akif Cavid oğlunun həyatını xilas etmək mümkün olmayıb. Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, xilasedicilər, habelə təcili tibbi yardım briqadası tərəfindən görülən operativ tədbirlərə, o cümlədən reanimatoloji müdaxilələrə baxmayaraq, 2022-ci il təvəllüdlü Abdullayev Akif Cavid oğlunun həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

  • Çin Rusiya Prezidenti Vladimir Putinin Kuril adalarına səfərindən sonra Yaponiyanın etirazlarına münasibət bildirib. Globalinfo.az xəbər verir ki, Pekin Tokionun mövqeyinə dəstək verərək, müharibədən sonrakı beynəlxalq nizamın qorunmasının vacibliyini vurğulayıb. Çin Xarici İşlər Nazirliyi qeyd edib ki, İkinci Dünya müharibəsinin nəticələrinə və Qahirə, eləcə də Potsdam Bəyannamələrində əks olunan müddəalara ciddi şəkildə hörmət edilməlidir. Bu açıqlama Moskva ilə Tokio arasında Kuril adaları ilə bağlı uzun illərdir davam edən mübahisə fonunda Çinin mövqeyini ortaya qoyması baxımından diqqət çəkib.

  • Dünyaca məşhur aktyor Ceki Çanın baş rolunu canlandırdığı “Tanrının Zirehi: Ultimatum” filminin Bakıdakı çəkilişləri davam edir.

  • Azərbaycanda kirayə mənzil bazarında həm kirayə verənlər, həm də kirayəçilər arasında yaranan mübahisələrin sayı artmaqdadır. Bu mübahisələrin əksəriyyəti tərəflər arasında yazılı müqavilənin bağlanmaması, ödənişlərin qeyri-rəsmi qaydada aparılması və hüquq və öhdəliklərin əvvəlcədən dəqiq müəyyən edilməməsi ilə əlaqədardır. Bəzən kirayəçinin xəbərdarlıq edilmədən evdən çıxarılması, depozitin geri qaytarılmaması və ya mənzilə dəyən zərərin ödənilməsi kimi məsələlər ciddi hüquqi mübahisələrə çevrilir. Kirayə münasibətlərində ən çox rast gəlinən hüquqi səhvlər hansılardır? Kirayəçi hansı hallarda ev sahibindən kompensasiya tələb edə bilər? Globalinfo.az xəbər verir ki, hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında bildirib ki, ən böyük səhvlərdən biri kirayə müqaviləsinin bağlanmamasıdır: “Bu, hər iki tərəfə ziyan vura bilər. Məsələn, kirayə verən üçün problem yarana bilər. Sabah kirayəçi deyə bilər ki, kirayə haqqı 400 manat deyil, 50 manat olub. Kirayənin hansı aylarda və hansı tarixlərdə ödənilməsi də müqavilədə dəqiq göstərilməlidir. Bundan başqa, evdə olan əşyaların, mebelin və digər əmlakın siyahısı da müqavilədə qeyd olunmalıdır. Əgər bunlar yazılı şəkildə göstərilməsə, sabah kirayəçi evdə olan əşyaları götürüb deyə bilər ki, həmin əşyalar ümumiyyətlə evdə olmayıb”. Hüquqşünas əlavə edib ki, eyni zamanda, kirayə götürənin də hüquqları qorunmalıdır: “Məsələn, müqavilə yoxdursa, kirayəçini istənilən vaxt evdən çıxarmaqla bağlı mübahisə yarana bilər. Bir məsələ var ki, müqavilən var, orada müddət və digər şərtlər göstərilib. Digər məsələ isə odur ki, tərəflərin əlində heç bir yazılı sübut yoxdur.Bu baxımdan həm kirayə verənin, həm də kirayə götürənin hüquqlarının qorunması, eləcə də tərəflərin bir-birinə vura biləcəyi ziyanın qarşısının alınması üçün kirayə müqaviləsinin bağlanması çox vacibdir”.

  • без подписи

  • Yerli vaxtla saat 20:56-da Quba rayonunda 4,9 maqnitudalı zəlzələ qeydə alınıb. Globalinfo.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib.

  • Ermənistan Silahlı Qüvvələrində 2026-cı il ərzində 11 ölüm halı qeydə alınıb. Onlardan 5-i müddətli həqiqi hərbi xidmət keçən hərbçilər arasında baş verib. Globalinfo.az-ın xəbərinə görə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan “Armenpress”ə açıqlamasında bildirib ki, hər bir hadisə ayrıca araşdırılır və müzakirə olunur. Mətbuatda tez-tez orduda il ərzində 30 ölüm halının qeydə alındığı barədə məlumatların yayıldığını deyən Torosyan həmin ölümlərin neçəsinin bilavasitə orduda baş verdiyinin, neçəsinin hərbi xidmətlə əlaqəli olduğunun dəqiqləşdirilmədiyini vurğulayıb. Müdafiə Nazirliyinin nümayəndəsi orduda ölüm hallarının artması ilə bağlı iddiaların mövcud statistikaya əsaslanmadığını bildirib. “Bu il hesabat dövründə 11 ölüm halımız olub, onlardan yalnız 5-i müddətli hərbi xidmət keçən hərbçilərdir. Xəstəlik, mina partlayışı nəticəsində ölüm halları olub. Bu il baş verən intihar hallarının bir hissəsinə gəldikdə isə qeyd etməliyəm ki, onlardan yalnız 3-ü xidmətlə əlaqəli şəraitdə baş verib”, – Torosyan deyib.

  • без подписи

  • 🐻 ABŞ-da isti havadan bunalan ayı sərinləmək üçün evin həyətindəki hovuza girib. Görüntülər sosial mediada maraqla qarşılanıb.

  • ⚠️Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib Mərdəkan qəsəbəsi Sergey Yesenin küçəsində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. Bu barədə Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, məhdudiyyət səbəbindən 112,140,140E,141,144,146,182, 340, 446 nömrəli müntəzəm marşrutların hərəkəti Mərdəkan-Qala şosesi, 28 May, Dəmiryolçular, Xəzri və Baba Əliyev küçələri ilə təşkil edilib.

  • ⚠️⚠️Hazırda bu yollarda sıxlıq var 1. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində; 2. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində; 3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 4. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində; 5. Alı Mustafayev küçəsi,"20 Yanvar" dairəsi istiqamətində; 6. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 7. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 8. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində; 9. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində; 10. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 11. Fətəli xan Xoyski prospekti, "Gənclik" metro stansiyasının qarşısından Həsənoğlu küçəsi istiqamətində; 12. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində; 13. Zərifə Əliyeva küçəsində; 14. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 15. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 16. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində; 17. Kənar Dairəvi yol, Yeni Yasamal istiqamətində; 18. Neftçilər prospekti, Yusif Səfərov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.

  • Avqustun 15-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Globalinfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi, Naxçıvan MR, Cəbrayıl, Zəngilan, Füzuli, Mingəçevir, Cəlilabad, Biləsuvar, Goranboy, Naftalan, Beyləqan, Şirvan, Salyan, Qobustan, İmişli, Saatlı, Sabirabad, Neftçala, Hacıqabul, Xaçmaz, Siyəzən, Şabran, Quba, Xızı, Qusarda isə sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

  • Məktəbli formalarının qiymətləri narahatlıq yaratdı – Bir uşaq üçün 90-120 manat… Ətraflı: https://globalinfo.az/mektebli-formalarinin-qiymetleri-aciqlandi-bir-usaq-ucun-90-120-manat/

  • ⚡️ Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqonda, ümumilikdə 420 ton buğda göndərilib.

  • Ermənistana gedəcək 300 min azərbaycanlı… – Paşinyanı sevindirəcək gəlişmə Ətraflı: https://globalinfo.az/300-min-azerbaycanli-ermenistana-komek-ede-biler-pasinyan-bunu-bilmir/

  • Yuxulu sürücü Yevlax - Bərdə yolunda dəhşətli qəza törətdi

  • Paşinyan bu iki məhsulu Azərbaycana göndərməyə hazırlaşır – SƏBƏB Ətraflı: https://globalinfo.az/pasinyan-bu-iki-mehsulu-azerbaycana-gondere-biler-sebeb/