Azad İran
Статистика"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
- Последний пост
- 15 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 223
- Всего постов
- 5 333
- Тип
- открытый
- Язык
- az
- Категория
- Новости и СМИ (по похожим)
- В каталоге с
- 12 авг.
- 1/24сутки в ленте
- 261
- 1/48двое суток
- 299
- 1/72трое суток
- 322
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
видео или голосовое, без подписи
видео или голосовое, без подписи
видео или голосовое, без подписи
видео или голосовое, без подписи
видео или голосовое, без подписи
видео или голосовое, без подписи
видео или голосовое, без подписи
видео или голосовое, без подписи
🇮🇷 İranda daha bir məhbus öldürülüb 😱😢 Məşhəd şəhərinin Vəkilabad həbsxanasında saxlanılan daha bir məhbus həyatını itirib. Bu barədə insan haqları təşkilatları məlumat yayıb. Məlumata görə, Təktəm Ramazani adlı 37 yaşlı məhbusun öd kisəsi yırtılsa da, o, xəstəxanaya köçürülmədiyinə görə zindanda həlak olub. Bildiilib ki, adı çəkilən məhbus ölməzdən 4 gün öncə dözülməz ağırlardan əziyyət çəkməsinə, həbsxana rəhbərliyinə müraciət etməsinə baxmayaraq, müalicəsinə icazə verilməyib. #İran #məhbus #qətl #zindan Kanala abunə olun
🇺🇸 Vens: "Əminəm ki, 🇮🇷 İranla qarşılaşmaqda üstünlüyə malikik" 🗣 ABŞ-nin vitse-prezidenti Ceymz Devid Vens ölkəsi ilə İran arasında davam edən gərginlik barədə belə deyib: “Əminliklə deyə bilərəm ki, fikrimcə, sonda ABŞ bu məsələdə daha üstün mövqedə olacaq, İran nüvə silahına sahib olmayacaq və Hörmüz boğazındakı vəziyyət də elə bir həddə çatacaq ki, ABŞ xalqı üçün qaz və neft qiymətləri sabitləşəcək. Məsələ burasındadır ki, iranlılar bəzən öhdəliklər götürür, lakin əməl etmirlər; razılaşma əldə edirlər, amma ona riayət etmirlər". Sitat: “Bu məsələnin dəyişkən və qeyri-sabit mahiyyəti ilə bağlı məqamı anlayıram, ancaq hesab edirəm ki, məqsədlərimizi həyata keçirmək üçün çoxlu yol və vasitələrimiz var. Sadəcə bəzən diqqətimizi enerji məsələsinə yönəldirik, çünki amerikalıların neft - qaz qiymətlərinin öhdəsindən gələ bilməsini istəyirik. Təbii ki, bəzən diqqəti məsələnin hərbi tərəfinə də yönəldirik. Bəzən isə gücümüzü İranın nüvə proqramına sərf edirik".
🇮🇶 İraq səmsında 🇮🇷 İran dronları vuruldu 🔥✈️ Koalisiyanın hava hücumundan müdafiə qüvvələri Ərbil üzərində altı dron vurub. Bu haqda İraq mediası məlumat yayıb. Məlumatda bildirilir ki, cümə günü səhər tezdən Ərbil üzərində ən azı altı dron vurulub; 🇺🇸 ABŞ-nin rəhbərlik etdiyi koalisiyanın hava hücumundan müdafiə sistemləri dronları zərərsizləşdirdiyinə görə hücum heç bir ziyana səbəb olmayıb. Qeyd edək ki, 28 fevraldan bəri İran İraqın Kürdüstan bölgəsinə ardıcıl hücumlarda 965-dən çox raket və drondan istifadə edib. Bu hücumlar 32 nəfərin ölümünə və 154 nəfərin yaralanmasına səbəb olub, Ərbil isə dəfələrlə oxşar hava hücumunun hədəfi olub. #İran #dron #İraq #Ərbil
Haaretz: "🇺🇸 ABŞ qarşıdakı günlərdə 🇮🇷 İrana qarşı hər hansı hərbi əməliyyatdan çəkinir" 🚀 İSNA: İbrani mediası bildirib ki, İrana qarşı müharibə tarixdə ABŞ və İsrail üçün ən ağır strateji uğursuzluq kimi həkk olunacaq. ABŞ bu müharibədən məsxərəyə qoyulmuş və alçaldılmış şəkildə çıxıb. ABŞ-nin hazırkı məğlubiyyəti 🇻🇳Vyetnamdakı məğlubiyyətindən daha ağırdır. "İndidən etibarən və önümüzdəki günlərdə Amerika öz iradəsini İrana silah gücü ilə diktə etmək üçün göstərilən hər bir cəhddən yayınacaq",- deyə qəzet yazlb. Həmçinin "The Jerusalem Post" qəzeti yazır: "İsrail rəsmiləri İranın öz hərbi vəziyyətini bu qədər sürətlə bərpa etməsi və yaxşılaşdırmasından təəccüb içindədirlər. İsrail ordusu İranın balistik raket təhdidinin sürətli və heyrətamiz transformasiyasının şahididir". #ABŞ #İran #İsrail Kanala abunə olun
🇺🇸 Tramp: "ABŞ Hörmuz boğazına tam nəzarət edir" 🌊 "🇮🇷 İranı məğlub etdikdən sonra — hansı ki, çox ağır şəkildə məğlub edilir — tezliklə Hörmüz boğazını Amerika Birləşmiş Ştatlarının ərazisi elan edəcəyəm. Mahiyyətcə elə belədir. Blokadamız davam edir, istəmədiyimiz halda heç bir gəmi oradan keçə bilməz", - Tramp bəyan edib. #ABŞ #Tramp #Hörmüzboğazı #İran Kanala abunə olun
🇮🇷 İran deputatı Suriya prezidentini 🇸🇾 təhdid edib 🤔 İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sədri İbrahim Əzizi "X" hesabında Suriya prezidenti Əhməd Şaraya xitabən yazıb: "İslam düşməninə təslim olduğunuz müddətcə onlar yalnız sizin torpaqlarınızı qəsb edəcək və sizi təhqir edəcəklər. Lakin düşmənin oyuncağına çevrildiyiniz və bölgədə at oynatmaq istədiyiniz zaman İran İslam Respublikasının sərt cavabı ilə üzləşəcəksiniz". #İran #deputat #təhdid #Suriya #prezident #ƏhmədŞara Kanala abunə olun
🇪🇺 Aİ və bir sıra ölkələr 🇮🇷 İrana qarşı sanksiyalara qoşulub 🛑 Avropa İttifaqı bildirib ki, 🇦🇱 Albaniya, 🇧🇦 Bosniya və Herseqovina, 🇮🇸 İslandiya, 🇱🇮 Lixtenşteyn, 🇲🇩 Moldova, 🇲🇪 Monteneqro, 🇲🇰 Şimali Makedoniya, 🇳🇴 Norveç və 🇺🇦 Ukrayna Aİ Şurasının İrandakı vəziyyətlə bağlı altı fiziki və hüquqi şəxsə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsi haqqında 24 iyul tarixli qərarına qoşulublar. Ölkələr milli siyasətlərini Aİ-nin qərarına uyğunlaşdırmaq üzrə öhdəlik götürüblər. 🇧🇪 Brüssel onların sanksiya tədbirlərinə qoşulmasını alqışlayıb. #Avropaİttifaqı #Ukrayna #İran #sanksiya
видео или голосовое, без подписи
🇾🇪🇸🇦 Yəmənin Ənsarullah qruplaşması (husilər) hazırda əl-Muxa limanına şiddətli zərbələr endirir 🚀🔥 حملات حوثی ها به بندر مخا در جنوب یمن #Yəmən #husilər #hücum Kanala abunə olun
🇮🇷 İran Ekspertlər Məclisinin üzvü: "🇺🇸 ABŞ ilə razılaşma üçün ən yaxşı vaxt indidir"👳♂ ABŞ ilə razılaşma əldə etmək üçün hazırkı dövr ən əlverişli vaxtdır. Bunu İranın Ekspertlər Məclisinin və Məsləhət Şurasının üzvü Qulamrza Mesbahi-Moqəddəm dövlət xəbər agentliyi IRNA-ya müsahibəsində deyib. O, Tehran və Vaşinqton arasında daha əvvəl İslamabadda əldə edilmiş razılaşmanın gələcək danışıqlar üçün əsas götürülməsinə çağırıb. “İran və ABŞ prezidentləri tərəfindən imzalanmış razılaşma əsas götürülməlidir,”– deyə Mesbahi-Moqəddəm bildirib. O əlavə edib ki, həmin razılaşma İrana müharibə nəticəsində əldə etməyə çalışdığı üstünlükləri qazandırıb. Onun sözlərinə görə, razılaşmaya əsasən, Hörmüz boğazı İranın idarəçiliyində qalacaq, sanksiyalar tamamilə ləğv ediləcək və İranın xaricdə dondurulmuş aktivləri azad olunacaq. Mesbahi-Moqəddəm ayrıca Prezident Pezeşkianla ali rəhbər Müctəba Xameneyi arasında keçirilən görüşü İslam Respublikasının ali rəhbərliyində birlik olduğunun göstəricisi kimi qiymətləndirib.
"Xəzər Ekspresi" – 🇷🇺 Rusiyanın 🇮🇷 İrana kömək üçün gizli təchizat marşrutu "The Telegraph" xəbər verir ki, Rusiya Xəzər dənizi vasitəsilə İrana gizli logistik təchizat marşrutu-"Xəzər Ekspresi" qurub. Bu, daha əvvəl Suriyada Əsəd rejimini dəstəkləmək üçün istifadə olunan "Suriya Ekspresi" modelinə əsaslanır. 🇹🇷 Türkiyənin Bosfor boğazını bağlaması və 🇸🇾 Suriya rejiminin süqutundan sonra Rusiya əsas diqqəti Xəzər dənizinə yönəldərək onu İranla hərbi tərəfdaşlığın əsas dayağına çevirib. Bu marşrut artıq hədəfə çevrilib; 🇮🇱 İsrail İranın Xəzərdəki Ənzəli limanı dəniz bazasını, 🇺🇦 Ukrayna isə regiondakı gəmiləri dronlarla vurub. "Xəzər Ekspresi" Rusiya-İran alyansını ayaqda saxlayan əsas hərbi arteriyadır və onun gələcəyi ABŞ-nin regional addımlarından asılı olacaq. #İran #Rusiya #Xəzərdənizi #ABŞ #İsrail Kanala abunə olun
🇮🇷 İranda 🇺🇸 ABŞ dronu vuruldu ✈️🔥 Təsnim News xəbər verir ki, bir neçə saat öncə ABŞ-yə məxsus bir ədəd «Lukas» dronu SEPAH Hərbi Dəniz Qüvvələrinin HHM sistemləri tərəfindən ölkənin cənubunda izlənərək vurulub. #İran #zərbə #ABŞ #dron Kanal abunə olun