Papirus
СтатистикаMaraqlı informasiyalar, siyasət, mədəniyyət, ədəbiyyat, idman, Breaking'lər... Bir sözlə qısa məzmunlu və operativ xəbərlərin ünvanı Kanal yaranıb: 15.04.2019
- Последний пост
- 15 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 130
- Всего постов
- 199
- Тип
- открытый
- Язык
- az
- Категория
- Новости и СМИ (по похожим)
- В каталоге с
- 12 авг.
- 1/24сутки в ленте
- 503
- 1/48двое суток
- 576
- 1/72трое суток
- 621
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
🇺🇦❗️🇷🇺 Ukrayna Flaminqo raketləri ilə Samarada raket-kosmik mərkəzini vurub. "SSKB-Proqress" Dövlət Elmi-İstehsal Raket-Kosmik Mərkəzi - orta sinifli raket-daşıyıcıların, eləcə də Yerin uzaqdan tədqiqi və elmi məqsədlər üçün nəzərdə tutulan avtomatlaşdırılmış kosmik aparatların hazırlanması, istehsalı və istismarı sahəsində Rusiya liderlərindən biridir.
🇮🇩❗️İndoneziyada 7.7 bal gücündə zəlzələ olub.
❗️🇱🇧 İsrailin bombalaması nəticəsində Livanın Ansar kəndində 7 nəfər həlak olub.
❗️🇺🇦 Ukraynada müharibə 1634. GÜN... Döyüşlər davam edir.
🇭🇷❗️Xorvatiyada meşə yanğınlarının miqyası
🇦🇿❗️2026-cı ilin yanvar-iyun aylarında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,0% artaraq 1174,4 manat təşkil edib. * İlin sonunda pensiyalar məhz bu % ilə indeksikasiya olunur.
❗️Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “Sea breeze” istirahət mərkəzində hovuzda uşağın ayağının su nasosunda sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Əməliyyat sona çatıb. Xilasedicilər, habelə təcili tibbi yardım briqadası tərəfindən görülən operativ tədbirlərə, o cümlədən reanimatoloji müdaxilələrə baxmayaraq, 2022-ci il təvəllüdlü Abdullayev Akif Cavid oğlunun həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. FHN
Dünən Bifrostda üç smart kontrakta hücum olubmuş. Deməli, həftədə altı gün elədiyim kimi dünən də izləmə siyahımdakı protokollardan Bifrosta baxanda anormal depeg müəyyən elədim - spred təxminən 55 - 57% idi. Qeyri effektivlik müəyyən edib qazanc götürmək istəyən biri üçün bu bir çiklda depozitə +55% deməkdir. Açığı hələ də onchain monitorinqə vaxtım olmayıb, əminəm ki məndən başqaları da "işə çıxmışdı." Çünki, mən elə iki kruq eləməyə uspet eləməmiş spred 10%-ə düşdü. Sonra depoziti artırmaq üçün Binance-da kreditə keçməli oldum və depeg faizi 1%-ə yaxınlaşanda qazancı götürüb yenidən Binance-a qayıtmalı və kredit borcunu bağlayıb zəmanəti geri çəkdim. Bu gün isə məlum olur ki, sən demə dünənki depegin səbəbi hack imiş və ən maraqlısı odur ki, hücum edən tərəf də eynilə mənim kimi əldə etdiyi tokenləri HitBTC birjası ilə yanaşı həm də Binance-a köçürüb. Bifrost bütün tranzaksiyaları analiz edib və hər iki birjaya, eləcə də hüquq-mühafizə orqanlarına müraciət edib. Mənim əlim təmizdi, mən heçnə oğurlamamışam, sadəcə olaraq aktivi dəyərindən çox ucuza alıb, normal bazar qiymətinə satmışam. Amma hipotetik olaraq oxşar bir hal ənənəvi bank sistemi ilə əlaqəli olsaydı indi bandotdeldə dərdimi danışmağa bir nəfər də tapa bilməzdim. Xoşbəxtlikdən onchain analiz etmək üçün bütün tranzaksiyalar açıqdı. İndi isə qayıdaq bir neçə gün əvvəlki, sorğuya - əslində elə ənənəvi maliyyə institutlarında bizim pullarımızın saxlanması halında həmin pul üzərindəki hüququmuz belıyvorotniçokların bizə verməyə razı olduqları dozadadır. Amma, belə məsələlərdə adam çalışır çox da dərinə getməsin. Guya dərinə gedib neyləyəcəydik ki... Postadam
🇷🇺❗️"Yabloko" partiyası, seçkilərdən kənarlaşdırılması barədə qərarın ləğv edilməsi üçün Ali Məhkəməyə şikayət göndərib.
🇷🇺💸 #USDRUB > 85
⚡️Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 22-25° isti, gündüz 29-32° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və səhər dağlıq və dağətəyi rayonlarda yağıntıların bir qədər güclənəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-26° isti, gündüz 32-37° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq. Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib Milli Hidrometeorologiya Xidməti avqustun 14-15-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Naxçıvan MR, Cəbrayıl, Naftalan, Füzuli, Mingəçevir, Cəlilabad, Biləsuvar, Goranboy, Naftalan, Beyləqan, Şirvan, Salyan, Qobustan, Sabirabad, Neftçala, Hacıqabul, Xaçmaz, Siyəzən, Şabran, Quba, Xızı, Qusarda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
🇷🇺❗️Rusiyada Yabloko partiyasının sədr müavini Lev Şlosberqə 12 il bir ay həbs cəzası istənilib. O, "saxta xəbərlər" yaymaqda və Rusiya ordusunu nüfuzdan salmaqda ittiham olunur. Bu işə siyasətçinin Rusiya ilə Ukrayna arasında tez bir zamanda atəşkəs elan edilməsini müdafiə etdiyi debatın səs yazısının yayılması səbəb olub.
🇷🇺🇮🇷⚽️ Rusiya və İran milli komandalarının sentyabrın 29-da Kazanda yoldaşlıq oyunu keçiriləcək.
🇰🇿❗️Tengrinews xəbər verir ki, sistem avtomatlaşdırmasındakı nasazlıq səbəbindən Almatının dörd rayonu və Almatı vilayətinin 10 rayonu elektrik enerjisiz qalıb.
🇰🇪🦣❗️Son həftələrdə Kenyanın cənubundakı bir qoruqda ən azı 19 fil sirli xəstəlikdən ölüb. Hakimiyyət orqanları bir neçə heyvanın qalıqlarında yüksək səviyyədə sianid aşkar edib. Heyvanlar qoruğun yaxınlığında yerləşən fermalardan meyvə yemiş ola biləcəyi üçün hazırda pestisid zəhərlənməsi araşdırılır.
🎓 Sərbəst işini, diplom və ya buraxılış işini tamamilə süni intellektə yazdıran tələbələr gələcəkdə gözləmədikləri problemlə qarşılaşa bilərlər. 🔎 Claude-un yaradıcısı Anthropic süni intellektlə yaradılan mətnlərə gözlə görünməyən xüsusi nişanların əlavə edilməsi üzərində işləyir. Məqsəd həmin mətnlərin sonradan xüsusi sistemlər vasitəsilə süni intellekt tərəfindən yaradıldığını müəyyən edə bilməkdir. 🤖 Bu istiqamətdə araşdırmaların əsas səbəblərindən biri süni intellekt modellərinin artıq müxtəlif dillərdə olduqca təbii mətnlər hazırlaması və həmin mətnlərin dəyişdirilmədən istifadə hallarının artmasıdır. ✍️ Görünür, gələcəkdə süni intellekt elmi və akademik işlərdə güclü köməkçi olaraq qalacaq, amma hazırladığı mətni olduğu kimi öz işimiz kimi təqdim etmək getdikcə daha riskli olacaq. #alt404 #Claude
⚡️Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə avqust ayının pensiyaları ödənilib.
ÇQK-dan çıxan insanlar həqiqətən intellektualdır?
🌿Təbiətin heç vaxt istəmədiyi bir iz… Hər gün etdiyimiz seçimlər Yer üzündə görünməz izlər buraxır. İstifadə etdiyimiz su və enerji, aldığımız məhsullar, yaratdığımız tullantılar — hamısının təbiətə bir təsiri var. Bəzən bu iz gözlə görünmür. Amma torpaqda, suda, havada və canlı aləmdə özünü göstərir. Bizim rahatlığımız təbiətin itkisi hesabına olmamalıdır. ✅ Daha az tullantı yaratmaq, enerjiyə və suya qənaət etmək, təkrar istifadəyə üstünlük vermək və sadəcə daha düzgün seçimlər etmək böyük dəyişikliklərin başlanğıcı ola bilər. Gəlin təbiətdə silinməyən izlər deyil, qorunan meşələr, təmiz sular və sağlam gələcək qoyaq. Çünki Yer bizim izimizi deyil, ona göstərdiyimiz qayğını xatırlamalıdır. 🍃 Təsirimizi azaldaq. Məsuliyyətimizi artıraq.
🇷🇺🇺🇦❗️❗️Ukraynada atəşkəs olmayacaq. Moskva, mövcud döyüş xəttindəki hərbi əməliyyatları dayandırmaq niyyətində deyil, - Lavrov O, həmçinin bildirib ki, yaxında Ukraynanın "hərbi maşınının" işini təmin edən obyektlərə qarşı zərbələr daha şiddətli olacaq.