tgindex
Postadam

Postadam - Web3, DeFi, Rəqəmsal təhlükəsizlik, Aİ üzrə analiz və praktik eksperimentlər. Manifest: t.me/postadam/800 Çat - @heypostadam Əlaqə: @mugaddas

Последний пост
9 авг.
Последнее чтение
23:40
Постов за неделю
0
Всего постов
22
Тип
открытый
Язык
und
В каталоге с
13 авг.
Подписчики
492
+1 за 3 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
1 696
22 постов
Вовлечённость
344,7%
к подписчикам
Постов в день
0,0
всего 22
Упоминаний
1
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1 769
1/48двое суток
2 027
1/72трое суток
2 186

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 9 авг.2 012144

    Dünən Bifrostda üç smart kontrakta hücum olubmuş. Deməli, həftədə altı gün elədiyim kimi dünən də izləmə siyahımdakı protokollardan Bifrosta baxanda anormal depeg müəyyən elədim - spred təxminən 55 - 57% idi. Qeyri effektivlik müəyyən edib qazanc götürmək istəyən biri üçün bu bir çiklda depozitə +55% deməkdir. Açığı hələ də onchain monitorinqə vaxtım olmayıb, əminəm ki məndən başqaları da "işə çıxmışdı." Çünki, mən elə iki kruq eləməyə uspet eləməmiş spred 10%-ə düşdü. Sonra depoziti artırmaq üçün Binance-da kreditə keçməli oldum və depeg faizi 1%-ə yaxınlaşanda qazancı götürüb yenidən Binance-a qayıtmalı və kredit borcunu bağlayıb zəmanəti geri çəkdim. Bu gün isə məlum olur ki, sən demə dünənki depegin səbəbi hack imiş və ən maraqlısı odur ki, hücum edən tərəf də eynilə mənim kimi əldə etdiyi tokenləri HitBTC birjası ilə yanaşı həm də Binance-a köçürüb. Bifrost bütün tranzaksiyaları analiz edib və hər iki birjaya, eləcə də hüquq-mühafizə orqanlarına müraciət edib. Mənim əlim təmizdi, mən heçnə oğurlamamışam, sadəcə olaraq aktivi dəyərindən çox ucuza alıb, normal bazar qiymətinə satmışam. Amma hipotetik olaraq oxşar bir hal ənənəvi bank sistemi ilə əlaqəli olsaydı indi bandotdeldə dərdimi danışmağa bir nəfər də tapa bilməzdim. Xoşbəxtlikdən onchain analiz etmək üçün bütün tranzaksiyalar açıqdı. İndi isə qayıdaq bir neçə gün əvvəlki, sorğuya - əslində elə ənənəvi maliyyə institutlarında bizim pullarımızın saxlanması halında həmin pul üzərindəki hüququmuz belıyvorotniçokların bizə verməyə razı olduqları dozadadır. Amma, belə məsələlərdə adam çalışır çox da dərinə getməsin. Guya dərinə gedib neyləyəcəydik ki... Postadam

  • Bir neçə gün əvvəl Coldcard kripto-cüzdan istifadəçilərinin hesabları kütləvi şəkildə oğurlanmağa başlandı. Məlum oldu ki, oğurlanan hesabların hamısında köhnə versiya proqram təminatı imiş. Elə həmin köhnə versiyada psevdo-təsadüfiliyi təmin edəcək alqoritm tərs mühəndisliklə kompromentasiya olunub. Riyaziyyatda təsadüfilik yoxdur deyə, psevdo təsadüfiliyi təmin etmək üçün cihazlarda/qadjetlərdə/maşınlarda xarici faktorlardan istifadə olunur. Hava təzyiqi; temperatur; rütubət; zaman; məkanın koordimatı və.s götürülür və onun üzərinə təyin olunmuş formul ilə hesablama gedir və bu şəkildə az-çox randomluq yaranır. Bu versiyada həmin o besablama mexanizmi kompromentasiya edildiyi üçün yaradılmış cüzdan gizli açarlarl yenidən generasiya edilə bilinib və boş olmayan cüzdanlardan BTC oğurlanıb. İndi də, bütün tvitter lenti fürsətcil konkurentlərin təbliğatı ilə dolub. Ledger, Trezor haqqında daha əvvəl də yazmışam. Bu dəfə elə tvitterin yaradıcısı Cek Dorsinin bu yaxınlarda satışa çıxardığı BitKey haqqında maraqlandım. Cüzdanı aldığınız zaman generasiya edəcəyiniz hesab üçün sizə bip39 standartı ilə seedphrase verilmir və bu o deməkdir ki, gələcəkdə hesabınızı başqa cüzdanda aça bilməyəcəksiniz. Bir tək variant var o da yenidən BitKey cüzdanı almaq. Sabah cüzdanı itirsən və nedayboq BitKey də o vaxta istehsalatı dayandırsa yenə eşşəyin öləcək. Postadam

  • 4 авг.1 978104

    видео или голосовое, без подписи

  • 28 июл.3 032129

    Bitmex birjası bağlanır və bu xəbər hansısa növbəti İT kompaniyanın bağlanması xəbəri kimi qarşılanmamalıdır. Bu bir epoxanın sonudur. Artur Xeyes-in esselərinin başını buraxın, amma zamanında yaratdığı bu birja kripto tusovkada standartlar yaratmağa xidmət edib. Bitmexə qədər istifafəçilər kriptonu təkcə spot ilə alıb-sata bilirdi, fyuçers ticarətini onlar gətirib. İndi spot və fyuçers ticarətlərinin həcmini müqayisə etsəniz onların zasluqası daha başadüşülən olar. Müddətsiz kreditlərdə USD üçün hər 8 saat 0,01% (a.k.a. illik 10,95%) dərəcəsinin olmasını da ilk onlar tətbiq edib. Sonra Binance təkrarlayıb, sonra Bybit və sonra növbəti cex/dex-lər. Təkcə Bitmexin bağlanması ilə bitmir bu məsələ, Bitmart da bağlanır, Binance avropada məhdudlaşdırılır, HTX Rusiya ilə əlaqəli olması ilə sanksiyaya düşür. Ümumi pul axını, Bitkoin və yerdəqalanlardan çıxaraq Aİ və hesablama infrastrukturlarına köçür. Elə ona görə də skeptiçizm yenidən geri qayıdır. Əl qərəz, konyuktura... Postadam

  • 23 июл.2 214113

    Son günlər kripto defi seqmentində developerlərin ən aktiv müzakirə etdiyi mövzu redaktə olunmayan/redaktə oluna bilməyəcək smart-kontraktlardır. Bu nə deməkdir? Deçentralizə işləyən maliyyə aləti üçün kod (smart kontrakt) yazıldıqdan və audit keçdikdən sonra gələcəkdə həmin kodun upgrade olunmasına əvvəlcədən məhdudiyyət qoyulamlıdırmı? Bu addım ilə problemi həll etmək olarmı? Düzü bir neçə gün əvvəl Andre Kranye də müsahibəsində upgrade olunmayan smart kontraktların xeyrinə çıxış etdi. Amma, mən bununla razı deyiləm. Məsələn, təkcə bu gün smart kontraktlara birbaşa hücum edilmədən 3 hack olub - AFX ($24M); B2 ($3,9M) və Verus ($7,5M) Smart kontraktlara upgrade qadağası və ya upgrade olunmayan smart kontrakt standartı əslində heç bir problemi həll edə bilməyəcək. Çünki, problem təkcə smartkontraktlar ilə bitmir. Təkcə zeroday sözü isə elə ən güclü əks arqumentdir. Plyus, dədə-baba məntiqi ilə desək: heç kim pulunu çöldən tapmayıb. Tokeni satıb, komisiyaları da yığıb cibinə qoyursansa - bud dobr, itkilərə görə cavab ver. Upgrade olmayan smart kontrakta etibar edəcəyimiz maddi vəsaitin müqəddəratı elə necə deyərlər: Allaha təvəkkül olacaq. Obşıy blaqa üçün fəaliyyət göstərəcək alətlər isə upgrade olunmayan smart kontrakt ilə nəinki yazıla bilər hətta yazılmalıdır. Məsələn, baxmayaraq ki, daha çox oğurlanmış pulları yumaq üçün istifadə olunur, amma əslində prayvısiyə xidmət edən mikserlər üçün heç kim hüquqi cavabdehlik götürə bilmir və bu tip alətlər qeyri-biznes xarakteri daşıyır. Ona görə də, məsələni tam kökündən baltalamaq istəmirəm. Özünüzdən və maddi vəsaitlərinizdən muğayət olun. «Postadam»

  • 21 июл.1 533123

    Dünən, Near post-kvant təhlükəsizlik alqoritminə keçid pəncərəsini istifadəçilər üçün açdı. post-quantum.near smart kontraktına öz heaabınızla bir tranzaksiya təsdiqləməklə yeni standarta keçmək olacaq. Özüm yoxlayıb sizə də fikrimi bildirəcəm. Metamask hack olunmaq təhlükəsi ilə üzbəüz qalıb və bu dəfə ayıqlığ köməklərinə çatıb. Bu dəfə də şəxsiyyəti istintaqa məlum olmayan iran vətəndaşı Şimali Koreyadan olan biri developer komandasına sızmağa cəhd edib. Amma, yoxlama zamanı radara ilişib. Problem ondadır ki, üztanımanı artıq ai ilə yan keçmək/aldatmaq olur və kyc yoxlaması üçün də istənilən ölkəyə aid pasport məlumatlarını pul ilə almaq olur. Ona görə də, istənilən İT kompaniya gözdə-qulaqda olmalıdır. Ən əsas da, kripto təmayüllülər. Telegram rich messages funksiyasını hər kəs üçün aktivkəşdirdi - baxmaq pulsuzdu, istifadə üçün isə gərək premium hesabın ola. Bax belə... «Postadam»

  • 16 июл.2 448114

    Kripto Tvitterdə ən çox müzakirəyə səbəb olan mövzu fiziki kripto cüzdanların təhlükəsizliyi oldu. Çünki, ZachXBT bütün fiziki kripto cüzdanların təhlükəsizliyini şübhə altına salır, imzaladığımız tranzaksiyaların asan kompromentasiya oluna biləcəyini vurğulayır və ondansa iPhone! istifadə etməyi tövsiyə edir. Ledger, Trezor, SafePal təhlükəlidir ən azından ona görə ki, bağlı qutudur və içindəki kodlardan heç birimizin xəbəri yoxdur - gəlin iPhone istifadə edək. Əslində elə bağlı qutuların mən də əleyhinəyəm, amma görünən odur ki, Zach bu dəfə də xaltura eləyir. Çünki bağlı qutular istehsal etmək anlayışını elə birinci Apple ortaya atıb. İstehlakçının eyni zamanda həm müştəri, həm də məhsul olmasını balanslaşdıran ilklərdən olub. Yaxşı olardı ki, daha ləyağlı arqumentasiya edər və daha ağlabatan alternativ metod təklif edərdi. «Postadam»

  • Buralarda vəziyyət heç yaxşı deyil. Bu gün səhər yenə siren səsinə oyanmışam və "bir dənə bomba düşsəydi canımız dincələrdi" - deyib başımı poduşkanın altına soxdum. İnsanlar elə bir ajiotajdadırlar ki, maşınını simvolik polnu bak edə bilməkçün 1,5 litr benzin almağa görə saatlarla! km-lərlə zapravka növbəsinə düzülür. Qreçka, duz, pesok və tualet kağızı defisiti geridə qalıb. Marketpleyslərdə ən çox satılan məhsullar siyahısında konister durub. O deyirdik ha, indi niyə yeni Abromoviç, Xodorkovski, Berezovskilər yaranmır. Bax, indi elə əsl o yeni nəsil spekulyantların dövrü başlayır. Kassadan kənar alqı-satqı mövsümü başlayır... İki gün əvvəl Jah Khalibin - Pasport mahnısı çıxıb. Vaxtınız və həvəsiniz olsa, dinləyin. «Postadam»

  • 10 июл.2 500186

    Strike BTC ilə edilmiş zəmanətin kəskin qiymət düşüşündə belə satışa çıxarılmayacağı kredit şərtləri təklif etdi. Amma, bir xeyli amma var... Adətən kripto kredit üçün təklif olunan LTV (loan to value) 60 ~ 80 %-dir, amma Strike 45% təklif edir. Bu da o deməkdir ki, 100 manatlıq zəmanət qarşılığında 60-80 yox 45 manatlıq kredit götürmək olacaq. Digər kreditlərdə ənənəvi kreditlərdən fərqli olaraq aylıq ödənişlər yoxdur, amma Strike nəinki borcun vaxtı-vaxtında ödənişi tələb edir, hətta borcu ödəmək üçün fiks 10 gün möhlət verir. Və üçüncü əmma ondan ibarətdir ki, kreditlər maksimum 6 aylıq müddətə veriləcək. Yəni, belə ilk baxışdan gözəl upakovka olunmuş təklifə oxşasa da Əli Bayramlıda lombarda girmək bundan daha sərfəlidir. «Postadam»

  • 9 июл.256191из economicsaz

    İndiyə qədər çox adam pullarını yüksək gəlir vədləri ilə piramida sxemlərində itirib. Bunun əsas səbəblərindən biri isə kiçik məbləğlərlə qanuni və şəffaf investisiya imkanlarının məhdud olması idi. "Kraudfandinq haqqında" yeni qanun bu baxımdan maraqlı yenilikdir. "Kraudfandinq" sözü "kütləvi maliyyələşmə" deməkdir. Mahiyyət etibarilə isə yüzlərlə və ya minlərlə insanın kiçik məbləğlərlə eyni biznes layihəsinə investisiya etməsidir. Məsələn, yeni texnologiya hazırlayan bir startapın 300 min manata ehtiyacı varsa, bunu bir nəfərdən deyil, 1000 nəfərin hər birindən 300 manat cəlb etməklə də əldə edə bilər. Bu, dünyada uzun illərdir istifadə olunan və həcmi artıq 100 milyard ABŞ dollarını ötmüş maliyyələşmə modelidir. Azərbaycanda da belə hüquqi mexanizmin yaradılması bir neçə istiqamətdə müsbət nəticə verə bilər. Məsələn, kiçik də olsa bank kreditlərinə alternativ maliyyələşmə mənbəyi yaranacaq. Startaplar və kiçik sahibkarlar investor tapmaqda daha çox seçim əldə edəcəklər. Eyni zamanda kiçik yığımları olan vətəndaşlar üçün depozitdən başqa qanuuni investisiya alternativi də yaranacaq. Beləliklə, onlar vəsaitlərini qanunla tənzimlənən platformalar vasitəsilə real biznes layihələrinə yönəldə biləcəklər. Məlumat üçün deyim ki, dünyada kraudfandinq bazarının həcmi artıq 100 milyard dolları ötüb və bir çox ölkədə minlərlə startap məhz bu mexanizm vasitəsilə ilk kapitalını cəlb edib. Amma bir məsələ var ki, bu investisiya növü də risksiz deyil. Ümumiyyətlə, heç bir investisiya risksiz deyil və heç bir qanun uğurlu biznesə zəmanət vermir. Lakin yeni qanun AMB-yə kraudfandinq platformalarının fəaliyyətinə daha effektiv nəzarət etməyə imkan verəcək, investorların hüquqlarının qorunmasını gücləndirəcək. İndi əsas məsələ bu qanunun necə tətbiq olunacağıdır. Əgər etibarlı platformalar formalaşarsa və investorların inamı qazanılarsa, kraudfandinq Azərbaycanda startapların və kiçik sahibkarlığın maliyyəyə çıxışında mühüm rol oynaya bilər. ©Eldəniz Əmirov

  • 7 июл.1 701193

    https://t.me/P_apirus/149758 Funksiyanın şərti adı Rich messagesdir. Açığı istəməzdim ki, bu funksiya bir tək premiumu olan adminlər üçün olsun. Çünki, belə olduğu halda, sanki premium hesabın üstünlükləri artmış kimi görünür. Əslində isə, premium istifadəçilərin verdiyi boost-u adminlər üçün monetizasiya vasitəsinə çevirsəydilər daha yaxşı olardı. Yəni, əldə edilmiş hər boost x qədər stars və ya grama konvertasiya edilə bilsin. Çünki, kanal adminlərinin əksəri tg-ı aktiv istifadə etdiyi üçün onsuz da premium istifadə edirlər. Sırf buna görə premiuma keçəcəklərini düşünmürəm. Boost-u əlavə monetizasiya vasitəsinə çevirmələri üçün isə, həm də kanala verilən boosta ve (Vote Escrow) mexanikası əlavə olunmalıdır. Məsələn, izləyicinin premium hesabı var və o 4 boost verə bilər. Verdiyi boostlar kanallara konkret müddətlik (bir ay/bir il) kilitlənməlidir. Bu halda admin əmin olacaq ki, izləyicilərdən avans kimi aldığı filan qədər boost var və filan müddətə qədər ondadır. Belə olan halda, adminlər də kazino və mərc oyunlarının reklamına daha az maraqlı olar. Həm də daha çox boost əldə etmək üçün rəqabət yaranar. «Postadam»

  • 6 июл.1 143141

    Buralarda olmadığım bir həftədə kripto-tusofkada ən müzakirə olunan xəbər: Moonbeam Base-ə köçür. Maraqlısı bilirsiniz nədir? Moonbeam texniki olaraq parachain olsa da əslində elə blokchaindir - necə ki, Base Ethereumun təhlükəsizlik çətiri altında L2-dir, Moonbeam də Polkadotun iqtisadi təhlükəsizliyində daldalanırdı. Görünür, artıq moonbeam çeyn olmaqdansa dapp olmağın daha əlverişli olacağını düşünür. Hələlik bilinən odur ki $glmr tokeni bu ayın axırına qədər Base-ə bridge etmək lazımdır. Yoxladım və hələki körpü qeyri-stabildir. Rahat miqrasiya üçün bir neçə gün gözləməli olacağıq. Gözləyək, görək nolur... «Postadam»

  • 25 июн.1 902153

    Mark Zuckerberg əməkdaşlarına mərc/proqnoz bazarına* daxil olmaq üçün proqram təminatı hazırlamağı tapşırıb. Bir neçə gün əvvəl isə WSJ-ın araşdırması ilə məlum oldu ki, akazıvaetsya PolyMarket piarçısı camaatı şirnikləndirməkçün saytın klonunu hazırlayaraq orada saxta mərc qazanclarını auditoriyayla paylaşmaları üçün insanlara pul ödəyib. Ona görə də: 1) Uğur hekayələrinə baxıb tırkaya getməyin. 2) Ümumiyyətlə, azarta getməyin. *Prediction market «Postadam»

  • 24 июн.1 3221

    видео или голосовое, без подписи

  • 24 июн.1 326141

    Əslində sorğuları özüm üçün yox, elə hamımız üçün keçirirəm və seçiminizi etməsəniz belə digərlərinin seçimlərinə baxaraq ümumi mənzərəni görə bilirsiniz. Amma, yaxşı olar özünüz də aktiv iştirak edəsiniz ki, nəticələr daha realistik olsun. Məncə maraqlıdı... «Postadam»

  • 23 июн.1 270171

    видео или голосовое, без подписи

  • 22 июн.1 220131

    Dünən Sonic Labs-ın idarə heyətindən üç mühim şəxs kənarlaşdırıldı. Sonic Labs, $S tikeri ilə kripto-birjalarda qarşımıza çıxan rebrend olunmuş $FTM Fantomdur. Məsələn, kənarlaşdırılan Andre Kronye bir vaxtlar qiyməti hətta BTC-dən də baha olan yEarn.Finance-ın qurucusudur və sonra Solidlydən gedəndə şəxsən mən də bu gedişi cüzdanımda hiss eləmişdim. Gedəndə çox babat gedir. (Nümunə üçün S tokeninin qrafikinə baxa bilərsiniz.) Məhşərin ikinci atlısı isə, Maykl Konqdur. Hansı ki, bir neçə gün əvvəl RoboStrategy haqqında yazanda onun founder olduğunu göstərməmişdim. Üçüncü şəxs isə, Devid Riçardsondur və açığı heç onu tanımıram. Yəqin siz də tanımırsız və elə tanımasaz yaxşıdı. «Postadam»

  • 20 июн.2 473162

    Braziliyanın müdafiə nazirliyinə məxsus infrastruktura kiber-hücum nəticəsində milyonlarla sakinə «yadplanetlilərin hücumu» barədə xəbərdarlıq gəlib. «Misantropio*» mesajı ölkənin Müdafiə Nazirliyinin fövqəladə bildiriş sistemi vasitəsilə göndərilib. *Mizantrop - insanlara nifrət edən mənasına gəlir. «Postadam»

  • 20 июн.2 810137

    Google istifadəçinin robot olmadığını sübut etməsi üçün yeni reCAPTCHA işə salıb. Bu dəfə şəkillərin içindən svetofor, pilləkən və motosikleti müəyyənləşdirmək kifayət etməyəcək. Cihazın kamerasını açmaq və göstərilən müxtəlif əl hərəkətlərini təkrarlamaq tələb olunacaq. Şirkət bunu artıq süni intellektin əvvəlki mexanika ilə işləyən kapçaları çox asanlıqla keçə bilməsi ilə əlaqələndirir. And-aman edirlər ki, sistem şəxsi analiz etməyəcək, səsi yazmayacaq, çəkilən videonu həmin şəxsə aid hesaba birləşdirib bir yerlərdə saxlamayacaq - baxıb siləcək. «Postadam»

  • 18 июн.1 681132

    HOLD wallet iki ildən sonra axır ki, gəldi çatdı. Açığı heç tam istifadə etmək də olmayacaq. Baxmayaraq ki, kollabarasiya və ödənişin icrasına vasitəçiliyi dolayı yolla NEAR şəbəkəsi edib amma hələlik ancaq evm (Ethereum, Polygon və digər 0x... ilə başlayan ünvanlar) şəbəkələri dəstəkləyir. İlk təəssüratıma mənfi təsir edən faktor isə naqilsiz zaryatkaya qoyduqda cüzdanın babat qızması oldu. Bəlkə də poverbank ilə qoyduğumdan olub, onu bir daha yoxlayacam. Cüzdanın qabariti haqqında təsəvvürünüz üçün siqaret qutusu ilə yanaşı çəkdim şəklini. «Postadam»

Postadam — tgindex