tgindex
İSTİQLAL | Xəbər

İSTİQLAL | Xəbər

Статистика

Analitik araşdırma və informasiya platforması

Последний пост
14 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
2
Всего постов
22
Тип
открытый
Язык
az
Категория
Новости и СМИ (по похожим)
В каталоге с
12 авг.
Подписчики
2 209
−9 за 5 дн.
Сутки
−4
−0,18%
Неделя
 
Месяц
 
Просмотров на пост
334
22 постов
Вовлечённость
15,1%
к подписчикам
Постов в день
0,3
всего 22
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
129
1/48двое суток
147
1/72трое суток
159

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 🇩🇪12 avqust 2026-cı ildə Almaniya hökuməti hibrid təhdidlərə qarşı mübarizə aparmaq üçün kəşfiyyat xidmətlərinə daha geniş əməliyyat səlahiyyətləri verən islahat paketini təsdiqləyib. Yeni qaydalara əsasən, müəyyən şərtlər daxilində kəşfiyyat xidmətlərinə…

  • 🇩🇪12 avqust 2026-cı ildə Almaniya hökuməti hibrid təhdidlərə qarşı mübarizə aparmaq üçün kəşfiyyat xidmətlərinə daha geniş əməliyyat səlahiyyətləri verən islahat paketini təsdiqləyib. Yeni qaydalara əsasən, müəyyən şərtlər daxilində kəşfiyyat xidmətlərinə düşmən xarici İT sistemlərinə müdaxilə etmək, məlumatları kopyalamaq və ya silmək, kibermüəssisələri sıradan çıxarmaq, casusluq və sabotaj fəaliyyətlərini pozmaq səlahiyyəti veriləcək. Daxili işlər naziri Aleksandr Dobrindt artan təhlükələr, xüsusilə Rusiya və İranla bağlı risklər fonunda islahatı Almaniyanın təhlükəsizlik arxitekturasında "inqilab" adlandırıb. İslahat BND (xarici kəşfiyyat), BfV (daxili əks-kəşfiyyat) və MAD (hərbi əks-kəşfiyyat) qurumlarını əhatə edir. @istiqlalaze

  • 🇹🇷🇸🇦🇵🇰Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında bu gün imzalanacaq yeni üçtərəfli müdafiə müqaviləsi rəsmi olaraq "Məkkə Sazişi" adlandırılıb. @istiqlalaze

  • 🇷🇺🇺🇦Forbes jurnalının məlumatına görə, iyulun əvvəlindən bəri Rusiya Ukraynanın 400.000 kvadrat metrdən çox biznes anbarını dağıdıb. ➡️ Fozzy Group (Silpo, Fora, Thrash!), Novus, Rozetka, Epicentr, Nova Poshta və Toyota Ukraine də daxil olmaqla, böyük şirkətlərin obyektlərinə zərbələr endirib. @istiqlalaze

  • 🇸🇾🇮🇱İsrail Müdafiə Qüvvələrinin İki hərbi texnikası Suriyanın cənubuna Dəraa əyalətinin qərb kəndlərində yerləşən Məəriyyə qəsəbəsinə daxil olub. @istiqlalaze

  • 🇮🇳🇨🇳 Hindistan və Çin arasında keçirilən yeni sərhəd danışıqlarında vurğulanıb ki, mübahisəli sərhəd boyunca sülh və sabitliyin qorunması iki Asiya nəhəngi arasında münasibətlərin ümumi inkişafı üçün vacibdir. ➡️ Birgə komissiyanın 36-cı iclası Yeni Dehlidə keçirilib. Görüşdə sərhədlərin müəyyənləşdirilməsi, sərhəd idarəçiliyi, müvafiq mexanizmlərin yaradılması və transsərhəd əməkdaşlıq məsələləri müzakirə olunub. @istiqlalaze

  • 5 авг.3374из shxchdx

    5 avqust - Hərbi Donanma Günüdür. Bu münasibətlə Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətini təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

  • 1 авг.4934из Azerbaijan_MOD

    #Tarixdəbugün 🇦🇿 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür. #AzərbaycanDili #Əlifba #Azərbaycan #Elm #Təhsil #MüdafiəNazirliyi

  • 🇷🇺🇮🇷🇺🇸 ABŞ və Avropa rəsmilərinin məlumatına görə, Rusiya İrana ABŞ qüvvələrini izləməyə və Amerika silahlarına qarşı müdafiəni gücləndirməyə kömək edən elektron kəşfiyyat məlumatları təqdim edir. Məlumata əsasən, bu kəşfiyyat məlumatlarına peyk müşahidəsi və siqnal kəşfiyyatı (SIGINT) daxildir. Bu imkanlar İrana ABŞ-ın hava zərbələrinə qarşı müdafiəsini gücləndirməyə, eyni zamanda davam edən qarşıdurma fonunda öz hava hücumlarının effektivliyini artırmağa şərait yaradır. @istiqlalaze

  • 🇺🇸ABŞ Hərbi Hava Qüvvələrinin generalı Deyl Uayt bildirib ki, Boeing F-47 proqramı plan üzrə davam edir və ilk uçuşun 2028-ci ildə baş tutacağı gözlənilir. Bu, 2027-ci maliyyə ili büdcə sorğusunda göstərilən vaxt cədvəlini bir daha təsdiqləyir. @istiqlalaze

  • 🇲🇱 Azavad Azadlıq Cəbhəsi (FLA) humanitar nümayəndələrin məhbuslara baş çəkməsinə çağırış edərək 200 nəfərdən ibarət əsir götürülmüş Mali əsgərinin videosunu yayımlayıb. ➡️Azavad Azadlıq Cəbhəsi (FLA) 31 iyul, cümə günü 2026-cı il 25 aprel tarixində əsir götürülmüş təxminən 200 Mali hərbçisinin görüntülərini paylaşıb. ➡️Videoda əsirlər ailələrinə onları narahat olmamağa çağıran mesajlar göndərir, onlarla yaxşı rəftar edildiyini bildirirlər və videoda görünməyən bəzi silahdaşlarının hazırda xəstəxanada müalicə aldıqlarını qeyd edirlər. @istiqlalaze

  • 🇺🇸🇮🇱🇮🇷ABŞ və İsrailin İranın enerji infrastrukturunu, o cümlədən elektrik stansiyaları və neft emalı zavodlarını hədəf alan genişmiqyaslı birgə bombardman kampaniyasına hazırlaşdığı bildirilir. ➡️Hücumların ən tez bu həftəsonu başlaya biləcəyi qeyd olunur. Prezident Donald Tramp hələlik yekun təsdiq verməyib. Rəsmilər iqtisadi təsirlərlə bağlı narahatlıqlar səbəbindən əməliyyatların bazarlar bazar ertəsi açılmazdan əvvəl başa çatdırılmasının müzakirə ediblər. ➡️Plan cümə günü Camp Daviddə keçirilən Nazirlər Kabinetinin iclasında gündəmə gətirilib. İsrail ABŞ ilə koordinasiya aparır, lakin bir israilli rəsmi İsrailin tammiqyaslı əməliyyatların bərpası barədə hər hansı qərardan xəbərdar olmadığını bildirib. ➡️Ağ Ev və Pentaqonun sözçüləri prezidentin göstərişlərini icra etməyə hazır olduqlarını vurğulayıb, lakin konkret hədəflərlə bağlı şərh verməkdən imtina ediblər. @istiqlalaze

  • 🇮🇹🇪🇸 İtaliyanın Daxili İşlər Nazirliyi İspaniya ilə quru və dəniz sərhədlərinin bağlanması barədə göstəriş verib. @istiqlalaze

  • 🇪🇬🇺🇸🇮🇷ABŞ-a məxsus LNG gəmiləri Dəmiyyə limanında pilotsuz uçuş aparatı ilə hücuma məruz qalıb. ➡️Dünən Misirin də Dəmiyyə limanında iki LNG tankeri pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. ➡️Bundan sonra neft və qaz qiymətləri yüksəliş göstərib. @istiqlalaze

  • 🇮🇱🇮🇷🇱🇧 The Jerusalem Post-un istinad etdiyi Alma Araşdırma Mərkəzi xəbərdarlıq edib ki, İran və Hizbullah tərəfindən eyni vaxtda həyata keçirilə biləcək çoxşaxəli hücum Hayfa körfəzi, dənizdəki təbii qaz platformaları və dəniz suyunun duzsuzlaşdırılması zavodlarını hədəfə alarsa, İsrailin enerji və su təminatına ciddi zərbə vura bilər. ➡️ Təhlilə görə, İsrail elektrik enerjisinin 70%-dən çoxunu, içməli suyunun isə təxminən yarısını dənizdəki qaz yataqları və sahilboyu duzsuzlaşdırma müəssisələri hesabına təmin edir. Bu da həmin obyektləri PUA, qanadlı raket və dənizdən edilən hücumlara qarşı həssas edir. ➡️ Bildirilir ki, Hizbullahın imkanları zəifləsə də, onun arsenalında hələ də Yaxont və Qədir tipli gəmiəleyhinə qanadlı raketlər mövcuddur. Bundan əlavə, İranın Paveh qanadlı raketləri və dəniz hədəflərini vurmaq qabiliyyətinə malik ballistik raketləri də potensial təhlükə hesab olunur. ➡️ Məqalədə vurğulanır ki, Hayfadakı Bazan neft emalı zavoduna endirilmiş zərbələr, eləcə də Karish və Leviathan qaz platformalarının təhlükəsizlik səbəbindən müvəqqəti fəaliyyətini dayandırması İranın sahil enerji infrastrukturunu hədəf alma strategiyasının davam etdiyini göstərir. ➡️ Qeyd olunur ki, İsrail müdafiəsini Sa'ar 6 korvetləri, quru bazalı hava hücumundan müdafiə sistemləri və pilotsuz sualtı vasitələrlə gücləndirir. Bununla belə, ekspertlər eyni vaxtda bir neçə istiqamətdən həyata keçirilən koordinasiyalı kütləvi hücum ssenarisinin hələ tam sınaqdan keçirilmədiyini bildirirlər. @istiqlalaze

  • без подписи

  • 🇧🇭🇮🇷🇺🇸 Al-Faqaar telekanalı İran pilotsuz uçuş aparatlarının əvvəlki hücumundan sonra Bəhreyndə ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının qərargahı yaxınlığındakı bir obyektə dəyən zərərin əks olunduğu görüntülər yayımlayıb. @istiqlalaze

  • 🇺🇸🇮🇱 N12 telekanalının The Wall Street Journal materialına və senator Lindsi Qrehemin həyatından bəhs edən sənədli filmdən sitatlara istinadən verdiyi məlumata görə, mərhum senator Lindsi Qrem mart ayının əvvəlində Prezident Donald Trampı ABŞ və İsrailin Hizbullaha qarşı Livanda birgə zərbə endirməyə təşviq etmək planından imtina edib. ➡️ Məlumata görə, İsrailin Baş naziri Benyamin Netanyahu bu planı "həddindən artıq genişmiqyaslı" adlandıraraq Qremi belə addımdan çəkindirməyə çalışıb. ➡️ Bildirilir ki, Netanyahu senatora İsrailin hazırda İrana yönəldiyini və genişmiqyaslı hücumla hədələməyin çəkindirici təsir göstərdiyini deyib. Onun fikrincə, belə bir hücumun reallaşdırılması isə Hizbullaha İsrailə qarşı tammiqyaslı müharibəyə başlamaq üçün heç bir maneə qoymayacaq və bu ssenari hazırkı şəraitdə İsrailin maraqlarına uyğun deyil. @istiqlalaze

  • 🇮🇷🇺🇲 SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) sözçüsü bildirib: Düşmənin planlarından xəbərsiz deyilik.Elə deyil ki, yalnız Hörmüz boğazına diqqət yetiririk və digər ssenariləri nəzərdən qaçırırıq. ➡️ Onun sözlərinə görə, "düşmən" ölkə daxilində dekabr hadisələrinə bənzər iğtişaşlar yaratmaq məqsədilə antiinqilabçı qrupları, Xalq Mücahidləri Təşkilatını ("münafiqlər") və monarxiya tərəfdarlarını yenidən təşkil etməyə çalışır. ➡️ SEPAH sözçüsü əlavə edib ki, İranın şimal-qərbində həyata keçirilən əməliyyatların məqsədi ABŞ-ın təhriki və dəstəyi ilə ölkəyə daxil olmağa çalışdıqları iddia edilən separatçı qrupları fəaliyyətə başlamazdan əvvəl zərərsizləşdirməkdir. @istiqlalaze

  • 🇮🇱Kanal 12 xəbər verir ki, bu gün günortadan sonra Ramat Negev Regional Şurası ərazisində hərbi təlim keçiriləcək. ➡️ Təlim zamanı təhlükəsizlik qüvvələrinin, hərbi texnikanın və aviasiyanın fəaliyyəti artacaq. Bölgə sakinləri atəş səsləri və partlayışlar eşidə bilərlər. ➡️ Bildirilir ki, təhlükəsizliklə bağlı hər hansı real insident yoxdur və narahatlığa əsas yoxdur. @istiqlalaze