Caucasian Live
СтатистикаCaucasian Live: Dünyanın nəbzi bizdə döyünür. Siyasi, hərbi, sosial hadisələri, dərin təhlilləri və qərəzsiz şərhləri bizlə izləyin. 📩 Əməkdaşlıq: caucasianlive@gmail.com 🌐 İzləyin: www.instagram.com/caucasian__live/ www.facebook.com/CaucasianLive
- Последний пост
- 14 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 151
- Всего постов
- 293
- Тип
- открытый
- Язык
- az
- Категория
- Новости и СМИ (по похожим)
- В каталоге с
- 12 авг.
- 1/24сутки в ленте
- 1 354
- 1/48двое суток
- 1 551
- 1/72трое суток
- 1 673
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
🇷🇺🇸🇾 Rusiyanın Suriyada bazaları qorumasında Nabiullina amili: 🔻 Rusiya və Suriya Hmeynim və Tartus bazalarının təlim mərkəzi kimi mövcudluğunu davam etdirməsində razılıq əldə edib. Ad fərqli olsa da ruslar bazada qalmağa davam edəcəklər. Burada bir çoxları…
🇷🇺🇸🇾 Rusiyanın Suriyada bazaları qorumasında Nabiullina amili: 🔻 Rusiya və Suriya Hmeynim və Tartus bazalarının təlim mərkəzi kimi mövcudluğunu davam etdirməsində razılıq əldə edib. Ad fərqli olsa da ruslar bazada qalmağa davam edəcəklər. Burada bir çoxları üçün gözlənilməz olsa da Rusiya mərkəzi bankı vacib rol oynayıb. Danışıqlarda Rusiya maliyyə nazirliyi, Rusiya Mərkəzi Bankı, Rusiya müdafiə nazirliyi, XIN və ticarət nazirliyi iştirak edib. 🔻 Bu da əbəs deyil. Hələ Sovet dövründən Suriyanın Rusiyaya çox böyük borcu var. Bu borc əvvəllər 17 milyard dollara yaxın idi. 2010-cu ilə qədər Rusiya sovet dövründən qalmaq borcların 60%-ni silib. Hazırda borc 4.5 milyard dollar təşkil edir. Lakin bu borc belə yüksəkdir. Eyni zamanda Əsəd dövründən orduya texniki xidmət, hərbi texnika tədarükü də aktivlərə əlavə edilir. Tatar əsilli baş bankir Nabiullina Putinə təklif edib ki, bu dəfə borcları silmək yanlış addım olar. - Rusiya KİV | @CaucasianLive
🇺🇲🇮🇷 ABŞ İrana qarşı hərbi əməliyyatları sanksiyalarla əvəz edir. Tramp administrasiyası faktiki İran ticarətini dayandıracaq misli görünməmiş sanksiyalar paketini hazırlayır - Bloomberg | @CaucasianLive
🇹🇷🇸🇦 Türkiyə Hərbi Hava qüvvələrinə aid Airbus yük təyyarəsi az öncə Səudiyyə Ərəbistanı Ciddə limanına enib - KİV | @CaucasianLive
🇹🇷🇸🇦🇵🇰 Türkiyə və Pakistandan xüsusi hərbi heyət Səudiyyə Ərəbistanına gəlib. Buraya dron mütəxəssisləri, hava qüvvələrinin yüksək rütbəli zabitləri və kəşfiyyat heyətləri daxildir - Urdu TV | @CaucasianLive
🇵🇰🇹🇷🇸🇦 Pakistana aid daha 3 tanker təyyarəsi Səudiyyə Ərəbistanın Ər-Riyad limanına enib. Son iki gündə Türkiyə hərbi hava qüvvələri Səudiyyə Ərəbistanına ardıcıl yükdaşıma həyata keçirir @CaucasianLive
🇵🇰🇸🇦 Pakistana aid 3 tanker təyyarəsi Səudiyyə Ərəbistanın Ciddə limanına enib @CaucasianLive
🇹🇷🇸🇦 Türkiyə Hərbi Hava qüvvələrinə aid 6-a yaxın yük təyyarəsi son iki gündə Səudiyyə Ərəbistanın Ciddə limanına 10-dan çox uçuş həyata keçirib. 🔻 Təyyarələr müxtəlif növ hərbi yükləri Səudiyyə Ərəbistanına daşıyır - KİV | @CaucasianLive
🇺🇲🗣️ "Heç kimin İranda nə qədər uğurlu olduğumuz barədə heç bir fikri yoxdur. Bunu yazmaq istəmirlər, amma bilirlər. Bilirsiniz, kim bilir, biz nə qədər yaxşı iş görürük? İran bilir. Mən tarixdə İran mövzusunda ən çox uğur qazanmış liderəm. Heç kim bu rejimi devirə bilmədi bunu mən bacardım. 🔻 Amerika geri döndü və ən böyük qələbələrimiz hələ qabaqdadır. Biz inanılmazı edəcək yeganə gücük". - Tramp | @CaucasianLive
🇺🇲🗣️ "İrandakı problemlərdən biri də danışıqlar aparacaq heç kimin olmamasıdır. Bu, problemdir. 🔻 Bu, dünyada heç kimin prezident olmaq istəmədiyi yeganə ölkədir". - Tramp | @CaucasianLive
🇺🇲🗣️ "İranlıların 212 çox gözəl təyyarəsi var idi. Bəziləri Barak Hüseyn Obamanın vasitəsilə parlaq şəkildə ABŞ-dan alınıb. Onların hər bir təyyarəsi vuruldu getdi. Bunu mən etdim". - Tramp | @CaucasianLive
🇺🇲🗣️ "Onların iqtisadiyyatına ən ağır zərbəni vuracam". - Tramp | @CaucasianLive
🇺🇲🗣️ "Çox yaxında Hörmüz boğazı Amerikanın ərazisi olaraq elan ediləcək". - Tramp | @CaucasianLive
🇸🇦🇾🇪⚔️🇾🇪👥 Ənsərullah (husilər) qüvvələrinin sayı 200 min ətrafındadı. Bir o qədər də Səudiyyə dəstəkli Yəmən ordusunun şəxsi heyəti var. 🔻 Səudiyyə Ərəbistanının 35 milyondan çox əhalisi var. Aktiv personal sayı 247 mindi. Ölkə iqtisadiyyatı yaxşı vəziyyətdədir. 🔻35 milyon əhalisi olan iqtisadiyyatı yaxşı vəziyyətdə olan ölkə şəxsi heyəti 1 milyon olacaq ordunu formalaşdıra bilmir. İqtisadi cəhətdən çətin vəziyyətdə olan husilərin qarşısından qaçır. @Armymilitar
🇾🇪🇸🇦 Husilər Yəmənlə sərhəd Səudiyyə Ərəbistanın Necran neft emalı zavoduna zərbələr endirir @CaucasianLive
🇾🇪🇸🇦 Husilər Mokha limanına yan almağa çalışan iki gəmiyə zərbələr endirdi. Hazırda Səudiyyə Ərəbistanı dəstəkli qüvvələrə şiddətli zərbələr endirilir @CaucasianLive
🇸🇦🇾🇪 Səudiyyə Ərəbistanı dəstəkli Yəmən ordusu hazırda Əl-Üreyşdən və Moxada Əl-Qaba yaşayış məntəqələrindən habelə Moxa ətrafında 6 təmas xətti kəndindən çəkildiyi bildirilir. Son saatlarda Husilərin 6-8 km dərinliyə doğru irəlilədikləri qeyd edilir - Saba News |@CaucasianLive
🇸🇦🇾🇪⚔️👥🇾🇪 Husi/Ənsarullah qüvvələri qərbi Yəməndə Əl-Moxa istiqamətində irəlilədiklərini iddia edir. 🔻 Onların Əl-Üreyiş (Al-‘Uraysh) və Mafraq əl-Moxa yaşayış məntəqələrini ələ keçirdiyi bildirilir. Bunlar Moxaya gedən 423-cü yol üzərindədir. 🔻 Şimal istiqamətində isə Haysın cənubunda, Əl-Khawkha sektorunda Taiz–Əl-Hudeydə yolunun kəsildiyi iddia olunur. 🔻Bu, Moxa şəhərinə həm birbaşa qərb/şimal-qərb istiqamətindən təzyiq, həm də Taiz–Hudeydə xətti boyunca təchizat və hərəkət yollarına təhlükə yarada bilər. @CaucasianLive
🇹🇷🇪🇬🇸🇦 Türkiyə, Misir və Səudiyyə Ərəbistanı XIN rəhbərləri bir araya gəlib @CaucasianLive
🇾🇪🇸🇦 Ənsərullah hərəkatı Moka limanında Səudiyyə Ərəbistanı dəstəkli mərkəzi qüvvələrə aid bir neçə kateri və kiçik hərbi qayıqları vurduğunu açıqladı. Hərbi dəniz qüvvələri qərargahı da vurulub. Husilər bölgədə ən böyük silah anbarlarından olan Əl-Moxaya da zərbələr endirdiyini bildirib @CaucasianLive