tgindex
Şəbəkə

📳 Reklam təklifləri qəbul olunur. Əlaqə: @bot_shebeke

Последний пост
15 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
39
Всего постов
40
Тип
открытый
Язык
und
Категория
Новости и СМИ (по похожим)
В каталоге с
12 авг.
Подписчики
14 584
−15 за 4 дн.
Сутки
−5
−0,03%
Неделя
 
Месяц
 
Просмотров на пост
1 799
39 постов
Вовлечённость
12,3%
к подписчикам
Постов в день
5,6
всего 40
Упоминаний
3
каналов
Охват размещения
по 9 постам
1/24сутки в ленте
1 733
1/48двое суток
1 905
1/72трое суток
2 054

Медиана по постам, которые мы застали свежими и померили через сутки.

Посты

  • 15 авг.1 084243

    видео или голосовое, без подписи

  • 15 авг.1 248165

    видео или голосовое, без подписи

  • 15 авг.1 21812

    видео или голосовое, без подписи

  • 15 авг.1 38611из p_apirus

    🚇❗️“Bakı Metropoliteni” QSC tərəfindən xətlərin ayrılması layihəsi çərçivəsində bu gündən etibarən “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti müvəqqəti dayandırılıb. Tikinti işlərinin təxminən 10-11 ay davam edəcəyi planlaşdırılır

  • 15 авг.1 4825

    📺 Səhər xəbərləri: 🚀 Ukrayna SQ “Flaminqo” raketləri ilə Samarada raket-kosmik mərkəzi vurub. ⚠️ Rusiyanın Qara dənizdəki ən böyük neft ixrac terminalı olan “Şesxaris” PUA hücumundan sonra fəaliyyətini dayandırıb. ⛴️ BƏƏ-yə məxsus tanker Hörmüz boğazında hücuma məruz qalıb. 🗣️ Əraqçi: “İran və ABŞ arasında heç bir atəşkəs razılaşması olmayıb” 🗣️ Tramp: “Mən Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyəm" 🇪🇺 Daha 9 ölkə Avropa İttifaqı Şurasının İranla bağlı 24 iyul tarixli sanksiya qərarına qoşulub. 📍 İndoneziyanın Flores adası yaxınlığında 7,7 bal gücündə zəlzələ baş verib. 5 nəfər ölüb. ⚽️ Türkiyə Super Liqası: GS 2-2 Çorum 🚨 FHN: “Sea breeze” istirahət mərkəzində hovuzda ayağı su nasosunda sıxılı vəziyyətdə qalan uşağın - Abdullayev Akif Cavid oğlunun (2022) həyatını xilas etmək mümkün olmayıb. 🛟 FHN əməkdaşları dənizdə batma təhlükəsi ilə üzləşən 5 nəfəri xilas edib.

  • 14 авг.1 685182

    🇦🇿⚽️ Futbol üzrə Azərbaycan Premyer Liqasında 2026/2027-ci il mövsümünə start verilib. 📍 Turan Tovuz 1-0 Qəbələ

  • 14 авг.1 65711

    ⚡️🇷🇺Rusiya Mərkəzi Bankının məlumatlarına görə, rusiyalılar son iki həftə ərzində banklardan təxminən 300 milyard rubl (təxminən, 6 milyard manat) məbləğində nağd pul çıxarıblar. 💰 İlin əvvəlindən bəri dövriyyədəki nağd pulun həcmi rekord səviyyədə – 2,4 trilyon rubl (45.6 milyard manat) artıb. ❗️ Ekspertlər bunu vergilərlə bağlı narahatlıqlar, iqtisadi qeyri-müəyyənlik və ölkədə biznes subyektlərinin "boz zona”ya keçidi ilə izah edirlər.

  • 14 авг.1 634253

    🇷🇺 Rusiya xarici işlər naziri S.Lavrov: ❗️ “Ukraynada atəşkəs olmayacaq. Moskva hərbi əməliyyatları mövcud təmas xəttində dayandırmaq niyyətində deyil”. 🔥 O, həmçinin qeyd edib ki, Ukraynanın "hərbi maşını"nı enerji ilə təmin edən obyektlərə zərbələr tezliklə…

  • 14 авг.1 619292

    🇷🇺 Rusiya xarici işlər naziri S.Lavrov: ❗️ “Ukraynada atəşkəs olmayacaq. Moskva hərbi əməliyyatları mövcud təmas xəttində dayandırmaq niyyətində deyil”. 🔥 O, həmçinin qeyd edib ki, Ukraynanın "hərbi maşını"nı enerji ilə təmin edən obyektlərə zərbələr tezliklə intensivləşəcək.

  • 14 авг.1 69341

    ⚡️ Quba, Şabran, Şamaxıda hiss edilən zəlzələ olub. 📍 Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, Quba rayonunda yeraltı təkanın maqnitudası 4,9, dərinik isə 13 kilometr olub.

  • 14 авг.1 84461

    ⚡️🟡 Avqustun 15-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

  • 14 авг.1 96229из P_apirus

    ❗️🇺🇦 Ruslar Kramatorskda doqquz mərtəbəli yaşayış binasını vurublar. Çox sayda yaralı var və ehtima olunur ki, dağıntılar altında qalanlar var.

  • 14 авг.2 053131

    ⚡️ Böyük qayıdış davam edir. 🚌 Xankəndiyə növbəti köç karvanı yola salınıb. 📍 Bu mərhələdə Xankəndi şəhərinə 22 ailə (102 nəfər) köçürülüb.

  • 13 авг.2 13571

    📺 Axşam xəbərləri: 🇺🇸 ABŞ “George Washington” aviadaşıyıcısını Yaxın Şərqə göndərəcək — WSJ 🚀 WP: ABŞ İranla müharibədə "MQ-9 Reaper" dronlarının təxminən dörddə birini itirib. 🇺🇦 Ukrayna Rusiyaya Qara dənizdə kommersiya gəmilərinə zərbələrdən qarşılıqlı imtina etməyi təklif edib. 🇨🇴 Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 273-ə çatıb. 💣 XİN: İki gün ərzində Azərbaycanda iki mina partlayışı baş verib, 3 mülki şəxs yaralanıb. 🔥 Xocavənd rayonunda boş ərazidə güclü yanğın başlayıb. Hadisə rayonun Yuxarı Veysəlli kəndi ərazisində qeydə alınıb. (APA)

  • 13 авг.2 09624

    ⚡️🏆 "Qarabağ" Bakıda Dinamo Kiyev”i 2-0 hesabı ilə məğlub edərək UEFA Konfrans Liqasının pley-off mərhələsinə yüksəldi. 🔥 Bu mərhələdə Ağdam təmsilçisi “Tvente” ilə qarşılaşacaq.

  • 13 авг.2 857168

    ⚡️🚌 Sabahdan 6 yeni ekspres marşrutu fəaliyyətə başlayır   📍 M1 – metronun "Elmlər Akademiyası" və "28 May" stansiyaları; 📍 M2 – metronun "İnşaatçılar", "Nizami" və "28 May" stansiyaları; 📍 M3 – metronun "20 Yanvar", "Nizami" və "28 May" stansiyaları; 📍 M4 – metronun "20 Yanvar" və "Koroğlu" stansiyaları; 📍 M5 – metronun "20 Yanvar" və "Gənclik" stansiyaları; 📍 M6 – metronun "Elmlər Akademiyası" və "Gənclik" stansiyaları arasında fəaliyyət göstərəcək.   ⚠️ “28 May" və "Nizami" stansiyaları arasında qatarların hərəkəti avqustun 15-dən müvəqqəti dayandırılacaq.

  • 13 авг.2 071241

    🚀 Rusiya SQ PUA-larla Odessa-Dnepr qatarına hücum edib. İki maşinist həlak olub.

  • 13 авг.2 00717

    🔥 Ukrayna SQ PUA-larla Başqırdıstandakı “Wildberries” anbarını vurub. Hücum nəticəsində 2 nəfər yaralanıb.

  • 13 авг.2 09814

    📺 Səhər xəbərləri: ⚡️ İran və ABŞ arasında danışıqlarda atəşkəsin uzadılması ilə bağlı irəliləyiş əldə edilməyib — “Reuters” 🇹🇷 Türkiyənin Cümhuriyyət Xalq Partiyasının prezidentliyə namizədi Əkrəm İmamoğlu partiyadan istefa etdiyini açıqlayıb. 🇨🇴 Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 265-ə çatıb. 🚨 Yevlax rayonunun Salahlı kəndi ərazisində “Mercedes” və “Naz Lifan” toqquşub. 2 nəfər ölüb, 5 nəfər yaralanıb. 🚨 Dünən Masazır qəsəbəsində Sahil Nuriyev adlı şəxs (1993) bıçaqlanaraq qətlə yetirilib. Əməli törətməkdə şübhəli bilinən Hüseyn Vəliyev (2008) saxlanılaraq istintaqa təhvil verilib. 🚨 Dünən Şəmkirin Kür qəsəbə sakini Elşən Məmmədov (1978) mübahisə zamanı həmyerlisi Qurban Məmmədov (1971) tərəfindən bıçaqlanıb və aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. 🚨 AzTV-nin əməkdaşı, Vətən müharibəsi iştirakçısı Məmmədli Məqsəd Əlisahib oğlu (1990) Mərdəkanda ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə boğularaq ölüb. 🏆 PSJ Aston Villanı 2-1 hesabı ilə məğlub edərək UEFA Super Kubokunun qalibi olub. ⚽️ Romelu Lukaku “Fənərbağça”ya, Dusan Vlahoviç “Beşiktaş”a transfer olunub. ⚽️ İspaniyalı mütəxəssis Xavi futbol üzrə Niderland yığmasının baş məşqçisi olub. ⚠️ Bu gün təmir işləri ilə əlaqədar Bayıl və Badamdarın qaz təchizatında qısamüddətli fasilə olacaq. ⚠️ Bu gün təmir işlərinə görə Ağdaş, Yevlax və Göyçayın bəzi ərazilərində işıq olmayacaq. 🏆 Bu gün “Qarabağ” UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda “Dinamo Kiyev”lə qarşılaşacaq. Oyun saat 20:00-da başlayacaq. İlk oyun ukraynalıların 1-0 hesablı qələbəsi ilə başa çatıb.

  • 12 авг.2 149252

    ⚡️🇷🇺 Rusiyanın cənubundakı Novorossiysk limanında ölkənin iki ən böyük taxıl terminalı Ukraynanın PUA hücumlarından sonra fəaliyyətini dayandırıb — “Reuters” 📍 Məlumata görə, illik ixrac gücü 8,5 milyon ton olan “Demetra” və illik ixrac gücü 7,1 milyon ton olan NKHP terminalları öz fəaliyyətini dayandırıb. 📍 Qeyd edilir ki, Novorossiysk limanı vasitəsilə Rusiyanın taxıl ixracının üçdə birinə qədəri həyata keçirilir.

Şəbəkə — tgindex